adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ÖNCƏDƏN BAĞIŞLAYIN, DEYİRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
60392 | 2018-01-05 16:49

Yeni ilin ilkgünündə, daha doğrusu, bu il üçün "Ədalət" qəzetinin ilk şənbəsayında köşə yazısı yazmaq istəyim bir neçə sualla qarşı-qarşıya dayanıb. Osuallardan birincisi bu köşənin ovqatıyla bağlıdır. Çünki istər ötən ilin songünü, istər bu ilin ilk təqvim tarixi həyatımda qeyri-adi heç nəylə qalmadı. Nəailəmin, nə də özümün hiss edə biləcəyimnə isə dəyişmədi. Sanki nə il başa çatdı, nə də yeni il mənim doğumgünümlə başladı. "Mənim" deyəndə, Həzrəti İsa ilə heç bir şərikliyi vəyaxud qarşı-qarşıya gələn fikrim, təmənnam, istəyim yoxdu. Və internetdostlarımın siyahısına da baxanda gördüm ki, ilin ilk günündə kifayət qədərbir-birindən dəyərli ziyalılar, tanınmış imza sahibləri, elinin, obasının ləyaqətli,sanballı övladları doğulubdu yanvarın 1-də. Mənim də onların sırasında olmağımözü bir xoşbəxtlikdi, qürurverici haldı. Amma bütün bu gerçək və uydurduğumdurumun içərisində dodaq qaçıracaq, təbəssüm gətirəcək, ovqat yaradacaq heç nəilə qarşılaşmadım. Əksinə, içimdə lövbər salmış sıxıntının təsirindən təzyiqimvurub kəllə-çarxa qalxdı. Birtəhər dərmanların gücünə həyata əlvida demədim.Amma artıq deməyin astanasındaydım. Elə onda da yadıma ilin son günündəyazdığım şeir düşdü. Onda yazmışdım ki:


İlahi,yaşatdığın

Ömrün gizlibaxtıdı...

Yorulmuş ürəyimi-

Dincə qoymaqvaxtıdı!..


Oxlanandan kürəyim

Əyilib söz dirəyim...

Nəsimidi ürəyim-

Diri soymaqvaxtıdı!..


Qarşımdadı, bax,kağız

Bir qələm, birağ kağız...

Məni ağla birağız -

Məndən doymaqvaxtıdı!..


Bilmirəm, hansıhissin, hansı instinktin təsiriyilə doğulmuşdu bu şeir. Amma ayın 1-də düşdüyümdurum, yəni səhhətimdəki o kəskin vəziyyət görünür hardasa bu şeirin sonu, nöqtələriymiş.Mən konkret bir nöqtənin yox, bir neçə nöqtənin qılıncı altından keçib gəlibçıxdım sizinlə üzbəüz dayanacağım günə. Və yazının əvvəlində də dediyim həminsualların biri olan əhval və yaxud ovqat məsələsi ilin ilk köşəsinə hardasakörpü salmaq gücündən tam yararlanmırdı. Və mən də məcbur olub dünənə, bir az zarafatladesəm, bir il öncəyə baxmağa məcburam. Çünki birinci həftəsi başa çatan yeni ilmənə və işlədiyim kollektivə iki acı xəbər yaşadıbdı. Bir yerdə çalışdığımızinsanlardan ikisi ən əziz adamlarını itirib. Allahdan onlara rəhmət diləməklədemək istəyirəm ki, başlanğıcı qəmli notlarla gələn bu ilin davamını sevincdə,şadlıqda, şadyanalıqda görmək istəyirəm. Düşünürəm ki, yəqin elə belə də olar.Və onu da düşünürəm ki, bütün həyat deyilən nə varsa, hamısının içərisində minillərdi ki, sevinc və kədər yanaşı dayanıb. Hansı birisə iynə boyu irəli çıxdı,deməli, həmin an, həmin zaman kəsiyi irəli çıxan sevincin və yaxud kədərinqalib gəldiyi gündür. Biz də o günün içərisində yaşamağa məcburuq və məhkumuq.

Bütövlükdə isəbir nöqtəni də önə çəkmək istəyirəm. O da həmin o yaşananların bizim özümüzdənbəhrələnməsidi. Yəni bütün baş verənlər təkcə bizə təsir etmir, həm də bizdənöz şirəsini alır. Və bu da hadisənin,olayın mahiyyətini də formalaşdırır, çevrəsini də genişləndirir... Bir də baxıbgörürük ki, biz içində olduğumuz vəiçindən çıxdığımız zamanın ifadəçisi, daşıyıcısı, yaşayanı və yaşadanıyıq. Ammao da var ki, sevinc ürəyi dağa döndərir, kədər ürəyə dağ çəkir. Bax, həyatın dəyişməyən sərt qanunu, yazısı da budur. Məndə bundan çıxış edərək üzümü Sənə tutub deyirəm ki:


Həyat sərt vəömürdən

Kəsir istədiyian...

Mən də səninömründən -

Köçəcəm... quş tək,inan...


O köçdən qopubgizli

Bir ruh daağlayacaq...

İsti gözyaşlarını -

Ovcundasaxlayacaq...


Onda xatirələri

Nəm kirpiklə çözərsən...

Gücün çatdığı qədər-

Yoxluğuma dözərsən!..

***

Elə bilməyin ki,ötən ildə olduğu kimi, bu il də özümü ancaq kədərə, qəmə, ümidsizliyə kökləyəcəm.Yox, mən ümumiyyətlə, daha köklənmək yaşından keçmişəm. Və üzü qüruba olan birhəyatın yolçusuyam. Ona görə də köklənməkdən daha çox təklənməyin girovunaçevrilirəm. Hara, hansı səmtə baxıramsa, boylanıramsa, orda dünən, beş günbundan öncə duran, dayanan dostu, tanışı görmürəm. Çevrəmdəki seyrəlməpayız xəzəlini xatırladır mənə. Sən budediklərimin ruhuna özünü tabe etdirmə. Bir az biganə ol. Çalış, bu dediklərimi,yazdıqlarımı elə yazı kimi, söz kimi qəbul elə. Oxu və qoy bir kənara. Onda görəcəksənki, etinasızlıq göstərdiyin bu hisslər, bu duyğular artıq səndən yan keçir. Vəbununla da mənim bir vaxtlar atdığım addımı sən də təkrar etmiş olacaqsan. Yəniözün-özünü aldadacaqsan. Tam inamla deyə bilərəm ki, bu aldanış sənə zərər gətirməyəcək.Çünki mən də özümü aldatmaqla xəyalən sənə daha çox yaxınlaşdığıma inanıram.Amma neyləyim ki, bu inamın bürünəcəyi elə xəyaldı. Xəyalda isə hər şey çox gözəlolur. Özünü hamıdan, hər kəsdən xoşbəxt saymaq şansı qazanırsan.


Yeri gəlmişkən,elə özümü aldadıb xoşbəxt olduğum anların birində yazmışdım ki:

Aldadıram özümü

uşaq kimi...

aldanıb,

heç yığmıramgözümü

yollardan!..

özümü aldatmağım

uşaq kimi

hər sözəinanmaqdı...

inanıb

yol gözləməklə

qalmağım...

aldadıram özümü

özümü aldatmağım

uşaq kimi

inanıb,

aldanıb,

başımı

özümlə qatıb

özümdəqalmağımdı,

qalmağım...

Bəli, mən özümüaldadıb yaşamağın bütün çalarlarını xırdalamaq fikrindən uzağam. Amma əvvəldədediyim sözün üstündən də qaçmıram. Yəni demək istəyirəm ki, bütün hallarda külaltındakı qor da əgər ümid verirsə, əgər səni isidəcəyinə əminsənsə, ona güvənirsənsə,deməli, aldanmağa da dəyər, elə aldatmağa da. Yəni bu yalan əslində yaşatmaqüçün, yaşamaq üçün dilə gətirilir. Və bunun da bir kimsəyə xətəri toxunmur.

Ümumiyyətlə isəyaşam üçün, həyata bağlanmaq üçün xəyalqurmaq və yaxud kiməsə yalan demək, lap elə-belə çılpaq bir şəkildə ifadə etsəm,özünü hamıdan güclü, hamıdan layiqli bilib dəlicəsinə uydurduğun yalana,qurduğun xəyala söykənib addımlar atmağa başlasan, yəqin ki, onda özündən başqakimsəyə o qədər də zərrəsi dəyməyəcək. Çünki sən qurduğun xəyalla, uydurduğunyalanla o yola çıxırsan və o yolun da hər üzü, hər döngəsi, hər çətinliyi səninüçün açılır, sənin üçün keçilməz vəyaxud keçilən olur. Bax, beləcə də o anaqədər davam edir ki, orda söylədiyin, qurduğun ya gerçəkləşir, ya da sabunköpüyünə çevrilir...

Bax, bu məqamdakənardan özün-özünü seyr etsən, durumuna, ovqatına, həyata münasibətinə qiymətiniyəqin ki, oxumuş olarsan - görkəmindən, baxışından. Mən isə şəxsən bütünbunların heç birinin dərinliyinə baxmadan, alt qatlarına lağım atmadan eləcəyenə üzümü sənə tuturam və demək istəyrəm ki, qurduğum xəyal da, özüm üçünuydurduğum yalanlar da, hətta qulağıma qeybdən gələn səslər də indiki anda bumisraları pıçıldayır:


Heç kim ola bilmədim

Sənin üçün,bağışla...

Öz içimdə lilləndim-

Ürək sıxannaxışla -

Bağışla!..


Sevgi yolu gələndim

Hey xəyala bələndim...

Nə dolu tək ələndim

Nə də yağdımyağışla -

Bağışla!..


Ruhun ipinyığacam

Ovcumda bərksıxacam...

Tay qarşınaçıxacam

Kölgəli birbaxışla -

Bağışla!..


Hə, mən bütün buyazdıqlarımın kiminsə ovqatına ovqat qatacağına, kiminsə əhvalına bir çimdikduz atacağına o qədər də ümid etmirəm. Amma...


Ayağınadüşmüşdü

İndi getdi, bilmədin...

Haqdan sənə gəlmişdi-

Döndü, getdi,bilmədin...


Çınqı düşdü -alışdı

Qucduğu nəmbalışdı...

Qovuşmağaçalışdı -

Söndü, getdi,bilmədin...


Uymadı heç alverə

Sığınıb qaldışerə...

Ürəyi iki yerə -

Böldü, getdi,bilmədin...


Saça düşən bu dərd- dən!

Çıxa bilmədim şərtdən...

Əbülfət də bu dərddən-

Öldü, getdi,bilmədin...


Xatırladım ki, mənhər zaman olduğu kimi, bildiyim, inandığım, hətta biyət etdiyim hər şeyi, hər kəsigözümün qabağına gətirib qurduğum xəyallarımla, özüm üçün uydurduğumyalanlarımla bu ilin ilk köşəsini bilgisayara diktə etdim. Oxusanız da sağolun, oxumasanız da. Əsas odur ki, siz varsınız və mən də sizin varlığınıza üztutub içimdən keçənləri kağıza köçürdüm...

...Və ilk köşənidə sizlərə ünvanlayanda içimdən gəlib keçdi ki, onun yekununda hamınıza və birdə Ona sevgi notları üzərində yazılmış bir şeir də pıçıldayım. Bu, ürəkpıçıltısıdır. O pıçıltını eşidənlər oxusun bu şeiri...


Günahkardı birsevgi

Alışmana, sönmənə.

Ondan çıxış yoluvar -

Qolunu aç, dön,mənə!


Həsrət payım bolqalıb

Sağ budanıb, solqalıb.

Bir nəfəslik yolqalıb -

Bir Leyliyə, -dön mənə!


Könlümün əhd-amanı

Dili, dini,imanı.

Olum hava limanı-

Sən də göydən enmənə!


TƏQVİM / ARXİV