adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İLĞIM

ƏBÜLFƏT MƏDƏTOĞLU
52129 | 2017-12-15 15:20

Ona Səni də inandıracam

Səmimi olmağa çalışmaq o dərəcədə olmalıdır ki, o, şit alınmasın, başqasınıqıcıqlandırmasın. Əgər belə ola bilmirsənsə, onda necə varsansa elə qalmaq, zənnimcə,daha doğru sayılmalıdır. Bax, bu mənada məndə sizin qarşınızda səmimi etiraf etməliyəm ki, bu yazını yazmamışdan öncə özümütamam fərqli bir şəkildə kökləmişdim. İçimdədünəndən baş qaldıran qəribə hisslərin ipə-sapa düzülmək, misralara çevrilmək işartısıvar idi. Amma vaxt, zaman, fələk mən sayanı saymadı. Artıq hamımızın girovuna çevrildiyimizbilgisayar, internet xətti dondu. Lap obrazlı desəm, üzümə qayıtdı, yazmaq, çalışmaqistəmədi. Və bu da mənə öz psixoloji təsiri ilə yanaşı, həm də bir ağırlıq gətirdi.Əlim-qolum soyudu və düşdü Aşıq Ələsgər demiş, yanıma. Yəni sındı qol-qanadım, yanımadüşdü. Və beləcə, dünəndən ipə-sapa düzməyə hazırlaşdığım bir mövzu arxa plana keçdi.Görünür, onun çiçəyi çırtlayası deyilmiş, ya da qarşısından qara pişik keçibmiş.Amma…

Dünənki günün məni kökləyən o qəribəliklərinin içərisində bir az ustatərpənib misralara çevrilən müəyyən məqamları stolüstu kalendarın vərəqlərinə qeydetmişdim. Əlimi uzadıb həmin vərəqi götürdüm və baxıb gördüm ki, dünənki hisslərindamarında bir kədər var imiş. O kədər də məni özündən xəbərsiz beləcə kökləyib.Və mən də sarı simdə demişəm:


Hərbir ada yazılıb

Əlboyda – para kağız…

Oda həm son məktubdu –

Həmdə ki, Qara kağız!..


Ordavida notları

Ordaayrılıq yatır…

Qəribədir,son məktub –

Qarakağız tez çatır?!


Təlaşlanma,deyəsən

Qapıdöyür poçtalyon…

İstəmirəmdöyəsən –

Dizlərinə…bu da son…


***

Bəlkə də ilin sonunayaxın belə notlara toxunmaq hardasa doğru deyil. Və hardasa bu doğru olmayan Azərbaycanmədəniyyətinin, teatrının, kinosunun böyüksimaları olan Əlağa Ağayevin, Yaşar Nurinin və Səməndər Rzayevin iştirakı ilə çəkilmiş,yanılmıramsa, «Evləri köndələn yar» tamaşasında deyildiyi kimi, «gəlinqəmli notlara toxunmayaq»epizodudur.Qoy bu ilin qəmli anları elə bükülü də qalsın.Və biz sadəcə olaraq bir anın hər kəsi üzü gülər, hər kəsi şən ovqatla gözlərimizinönünə gətirək. Görək ki, bazar-dükana tələsən də, işə gedib-gələn də danışıb gülür.Elə bilməyin ki, havalanıblar. Yox! Bir haldaki, bu cür olmasını istəyirik, qoy o dediyim insanların da hamısınıncibi, bazar torbasıdolu olsun. Bir halda ki xəyaldı, yaxşını ağlımıza gətirək. Bəlkə düşərli oldu. Necə deyərlər, söhbətdi də edirik…

Bəli, mən arxadaqalan günlərin qatlanmış təqvim vərəqlərini bir-bir gözdən keçirirəm. Və baxıb görürəmki, bu vərəqlərin bəzilərinin hansısa bir nöqtəsinə nəsə yazmışam. Açığını deyimki, həmin o yazdıqlarımın bir çoxu nəyi mənə ifadə edir, nəyi mənə xatırladır sualınıverən olsa, bir az çətinlik çəkərəm. Ammadəqiq bildiyim odur ki, o qeydlər,o qısa kəlmələr, sözlər hər biri ayrı-ayrılıqda hansısa bir hadisəylə, tədbirləvə yaxud da bazar-dükanla bağlıdır. Görünür, onların hansını ki, xatırlaya bilmirəm, məhz o hissəsi ya reallaşmayıb, ya daməni elə bir vəziyyətə salıb ki, mən onuyaddaşımdan silmişəm. Və yaddaşımdan silinənlərin heç biri üçün də,təbii ki, burda söhbət təqvim vərəqindəki qeydlərdəngedir,təəssüf etmirəm. Onsuz da unudulmağa, silinməyəməhkum olan elə həmin aqibəti də yaşayır. Çünki verilən qərarın müəllifi hamımızınəl açıb imdad dilədiyimiz varlıqdı. Əgər o, silirsə, susdurursa, çökdürürsə, ondayalnız daha betərlərinin baş verməməsi üçün dizi yerə atmaq lazımdır, əlləri göyəqaldırmaq. Sidqi ürəklə üz tutmaq gərəkdir. Bəlkə belə halda nəyisə saxlamaq, xilasetmək mümkün oldu. Bu da dəqiq deyil, sadəcə bəlkədi. Bax, elə həmin o dediyim məqamınözündə də yaşam üçün stimulaxtarmaq mənim köhnə şakərimdi. Bu vərdişdən yaxa qurtara bilmirəm. Hətta bəzənən gərgin anda belə yadıma düşən vərdişindiqtəsinə baş əyməli oluram. Bu da müəyyən yerdə, müəyyən halda kimlərdəsə qıcıqyaradır, kimlərisə mənə qarşı yönəldir. Amma nə etmək olar…

Deməli, sayılı günlərininqaldığı 2017-nin bu qarışıq havasında öz-özümə düşünürəm. Görəsən, indi doğulduğumünvanda, gəzib-dolaşdığım yerdə, dostlarım məni gözlədiyi ərazidə nələr baş verir? Nələr mənim düşündüyüm, xəyal qurduğum kimidi,nələrsə əksinə? Yəqin ki, bunu çox mənasız, bəsit, hətta yersiz sual hesab edəcəksiniz.Bu,sizin hüququnuzdu, heç nə deyə bilmərəm. Amma mənə eləgəlir ki, bu sualın içərisində görmək istəmədiyiniz incə bir nüans var. O da mənimyaşamımdı, mənim durumumdu, Mən o xatırladığımyerlərdə cərəyan edən hadisələrin, gerçəkliklərin, hətta aclığın, susuzluğun beləiçərisində daha rahat olardım. Çünki gözümüaçıb gördüyüm, suyunu içib böyüdüyüm o yerlər indi yaman çəkir məni özünə. Doğrudur,bir dəfə yazmışdım ki, torpaq çəkir məni. İndi isə demək istəyirəm ki, təkcə çəkmir,həm də sürüyüb aparmaq istəyir. Bunun özü dəməni dilə gətirir. Və mən kağıza köçürdüklərimiucadan oxumaq, az qala bəyanat şəklində ətrafa yaymaq istəyirəm. Elə bilirəm ki,bu addımı atsam, bəlkə bir az hövsələm genələr, bir az tapdalanmaqdan qurtula bilərəm. Bunun özü də bir bəlkədi…

Hə, deməli, ovqatınhəmin o məni çəkən nöqtəsinə bükən anında üzümü sənə çevirib yazmışam ki:

Tumurcuğu çırtlamış

Təzə dərdim, tərdərdim…

Mən səni şehli-şehli–

Təzə dərdim, tərdərdim!..


Sarıldın sən də mənə

Eşq vardı səndə mənə…

Titrəmə, səndələmə–

Sən də məni dər,dərdim!..


Qarışaq sirdaş olaq

Bir divar, bir daşolaq!..

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər,dərdim!..


İndi gördünüzmü,o yerlərin hətta xəyal edilməsi belə adamıhansı hallara salır, hansı məqamlara, hansı durumlara bir növü calaq edir, özü dəözün istəmədən. Və sən də həmin o calandığın duyğularla, hisslərlə, ovqatla bilgisayar arxasına keçirsən…

***

Adətən yazmaq istədiyimyazının şah damarı Sənəaiddir,sənlə bağlı olur. Və elə bu yazının özündədə yəqin ki, az-çox hiss etdin ki, Sənyenə burdasan, mövzünün, yazının içərisindəsən və…

Heyf ki, adamlarbəzən özlərini, daha çox da daxillərini görəbilmirlər. Hər kəs özünü, öz daxilini ovcunun içi kimi görə bilsə, zənnimcə, onuniç dünyasında bir azacıq da olsa rahatlıqolar. Çünki özü ilə üz-üzə oturanda, özüilə tək qalanda həmin iç dünyasının səsini, sözünü eşidib, duyub onda söhbətləşib birlikdə vəziyyətdən çıxış yolunu tapar. Çox təəssüf ki,hər adam bunu bacarmır. Amma bir şey də var ki, mənim dediklərim, mənim indiki andayazıb və sizinlə oxuduğumuz fikirlərimAnayasa qanunu deyil,yəni toxunulmazlığı yoxdur. Onu hər kəs öz bildiyi kimi,öz düşündüyü kimi deyə də, yoza da bilər. Mən də elə belə edirəm. Və əminliklə obildiyimin ətəyindən tutub pıçıldayıram ki:


Bir təklifim var,ömrüm,

Gəl səssizcə dayanaq…

Ruhumuz nəfəs alsın–

Biz nəfəsə boyanaq…


Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin…

Bu qəribə söhbətdən–

Ürəyimiz isinsin…


Bir də bizdən xəbərsiz

Toxunsun bir-birinə…

Əlimiz ülfət qatsın–

Söhbətin bu yerinə…


Təklif könlüncədisə

Kirpikləri öpüşdür…

Ürəyində nə varsa–

Ürəyimlə bölüşdür…


Hər misradan sonrabir anlıq dayanıb dərindən nəfəs almağa çalışıram. Və elə bilirəm ki, dayanmaq,dərindən nəfəs almaq hardasa mənə bir iynə ucu boyda ümid gətirir. Yəni dayanıb nəfəs alanda atacağım addımın istiqamətinivə bir də büdrəməmək imkanını müəyyənləşdirirəm. Elə bilməyin ki, mən öncədən heçnəyə hazırlaşmıram. Xeyr, sadəcə olaraq mən zaman-zaman itirdiklərimin təsirindən,onların mənə vurduğu zərbələrdən qopub ayrılmağı və bütünlüklə bu günə qayıtmağıhələ də bacarmamışam. Bu bacarıqsızlıq da məni bax, o dediyim durmağa, dayanıb nəfəsalmağa vadar edib. Düzdür, bu, o qədər də böyük qəbahət və yaxud da problem deyil.Amma hər halda insanın hansısa bir nöqtəsinə toxunur. Və bu toxunma da yavaş-yavaşadamın qanına işləyir, ruhuna hopur. Və birdə görürsən ki, özündə, sözündə deyilsən. Hətta elə bir an gəlir ki, hər şey sənəya mənasız, ya da həddindən artıq təzə, tər, doğma görünür. Bunun özü də bir havalanmaəlamətidi. Çünki çevrə daraldıqca, məsafə qısaldıqca nələr baş verir və yaxud nələrbaş verəcək sualları güllə kimi tuşlanır adamın alnına. Mən şəxsən belə olanda hərşeyin ilğım, xəyal olduğunu düşünürəm. Hətta elə bilirəm ki, bu dünyanın özü dəbir ilğımdı. İlğım olan dünyada isə mən üzümü sənə tuturam yenə.


Heç nə yoxdu həyatda

Heç kim də olmayıbdı…

Mən adlı həyatında-

Köçkün də olmayıbdı!..


Yüyürən yıxılacaq

Yıxılıb sıxılacaq…

Mənim də sığınacaq–

Köşküm də olmayıbdı…


Düşün, nə də ki,yad et

Məni yuxu hesab et…

Bir ovuc torpaq at,get –

Eşqində olmayıbdı…


Bütün bunları düşünə-düşünə,bütün bunları yaşaya-yaşaya adam hərdən ağlından belə bir sual da keçirir:

- Görəsən yaşamağadəyərmi? Görəsən bütün bunların, lap elə bu yazdıqlarımın kiməsə bir faydası olurmu?Lap elə sən özün bu yazdıqlarıma necə baxırsan? Hansı qiyməti verirsən? Yəqin ki, başını bulayırsan və elə qaçaraq bir təbəssümlə hissetdirirsən ki, işin-gücün qurtarıb və yaxud başına iş qəhətdi…

Hər halda bunun özüdə bir qiymətdi, sənin verdiyin qiymət. Mən isəAllahımın verdiyindən,ürəyimin qazandığından başqa heç nə istəməmişəm,heç nə ummamışam. Elə bu gün də istəmək, ummaq fikrim yoxdu. Lakin yadımızda saxlamalıolduğumuz bir gerçək də var. O da Allahımın verdiyini və ürəyimin qazandığını kimsəyəgüzəşt etməyəcəyimdi. Bunun üçün sona qədər qərarımda qalacağıma isə tam əmin olabilərsən. Və…

Elə bu anda, bu nöqtədəağlımdan gəlib keçdi ki, fikrim, yazdıqlarım sənin və bütövlükdə oxucuların xoşunagəlməsə, heç qeyzlənməsinlər, əsəbləşməsinlər.Sadəcə…

Hə, sadəcə, «bu dabelə bir yazıdı» desinlər. Ağlına gəlir,yazıbdı. Mənə verilən əksər qiymətlər yarımçıq olub. Qoy bu yazının da qiyməti yarımçıqolsun. Amma olsun! Onda xəyalı, duyğunu, hətta yuxunu belə gerçək sayacam. İnanacamonların hər üçünə. Hətta səni də inanmağa çağıracam – yuxuma, xəyalıma, özümə, sözümə, sevgimə!


TƏQVİM / ARXİV