adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SÖZ

FƏRİDƏ RƏHİMLİ
24834 | 2017-12-08 18:18

Böyük Füzuli"Söz" qəzəlində deyir ki:

...Artıran söz qədrinisidq ilə qədrin artırar,

Kim nə miqdarolsa, əhlin eylər ol miqdar söz.

Vəqəzəlin sonunda da deyir ki:

...Gərçox istərsən, Füzuli, izzətin, az et sözü

Kim,çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Bəli,sözün kəsərdən, hörmətdən düşdüyü indiki zamanda bunları xatırlatmam səbəbsizdeyil. Boş-boş söz verənlər, yalan danışanlar, kiminsə xoşuna gəlsin deyə (birmahnımızda deyildiyi kimi: "Mən çox danışıram ki, gəlim səninxoşuna"), içdən gəlməyən mənasız sözlərlə ikrah hissi yaradanların hər günartması, çoxalması təəssüf doğurur. Səni yalandan tərifləyən işini yolunaqoyduqdan sonra bir gün də yalandan pisləyəcəkdir. İnam, güvən qalmayıb ətrafındakılara.Bu iki söz əslində bir-biri iləbağlıdır. İnam olmasa, güvənə bilməzsən. Eyni zamanda güvənməsən dəinana bilməzsən. Bir anlıq düşünün, ətrafınızda nə qədər güvənə biləcəyinizinsan var? Təəssüf ki, mənim üçün çox az, lap azdır belə adamlar. Verdiyi sözünməsuliyyətini anlamayan, Allahın verdiyi - insanın insan üzərindəki haqqını heçəsayan nadanlar nə çoxdur!

Əvvəllərxalqımızın birmənalı qəbul etdiyi, güclü cinsin "çəkisini artıran"bir ağır kəlmə vardı: Kişi sözü! O söz ağızdan çıxdısa, kişi ölsə də dediyinə əməletməli, verdiyi sözü tutmalıydı. Yoxsa insan arasına çıxa bilməzdi, çıxsa dahörmətini itirmiş olardı. Az-az sözünə xilaf çıxanlar olurdu ki, onlar elingözündən düşmüş sayılardılar - ağsaqqal məclislərində yerləri olmaz, önəmli məsələlərdəsöz haqları alınardı. "Kişi kimi" ifadəsi elə bir etalon idi ki, o kəlməişləndisə, məsələ həllini tapıb demək idi... Bəs noldu bu xalqa? Nə dəyişdirdibizləri? Niyə o qədər qiymətli olan mənəvi sərvətimiz əldən gedir? Kimlər bunaqisliyi qanımıza hopdurmağa nail ola bildi? Nə oldu kişilərimizə? Niyə birkişinin qeybətə cəhd edərkən sözünü kəsib: Arvad kimi qeybət etmə, - deyildiyizamanlar keçmişdə qaldı, indi kişilər daha çox qeybətə, böhtana meyillidirlər?Bunudamı yeməklə, havayla, suyla, maddi durumla, dolların qalxmasıyla əlaqələndirək?İnsan mənəviyatını aşındıran, heçə endirən səbəb nədir görəsən? Bir qadınınyanlış yolda olduğunu görüb, yaxınlarını sındırmadan, onu o yoldan sapındıran,birinin haqqında böhtan danışanın sözünü ağzında qoyub, onu qınayan, tənbehləyən,ehtiyac üzündən hansısa nadana möhtac olmasın deyə əlindən gələni edən, köməksizinhaqqını müdafiə edən kişilərimiz hara yoxa çıxdılar? İndi bu işləri cinayət aləminin"vorzakonlar"ımı həll etməlidir? Görün hansı zəmanəyə gəldik ki, QaçaqSüleyman, Qaçaq Nəbi, Qaçaq Kərəm... kimi xalqın rəğbət bəslədikləri insanlarindi "Qanuni oğrular"dır.

Ən sıradan birmaddi durumunu düzəltmək üçün hər kəsin qarşısında əyilməyə hazır, dilənçi,yazıq, fağır kəlməsini üstünə alan "kişilər ordusu" yaranmaqdadır.Bu, hər kəsin hər gün qarşılaşdığı və təəssüf ki, artıq alışdığımız birdurumdur. Amma ac qalmaq alçaqlıqdan yaxşıdır. Barışmaq olmur, barışmaq istəmirəmbu durumla. Çünki indiki nəsildən fərqli olaraq, mən əsl kişilərin olduğu birdövrdə yaşadım! İndi onlardan tək-tək gözə dəyir, görəndə sevinməyə bilmirsən,yaxının, doğman kimi qəbul edirsən, çünki tükənməkdədirlər, qorumaq istəyirsən.Bəlkə biri ona baxıb, özünü düzəltdi deyə, ümidlənirsən. Bu, dənizdə batanınsaman çöpündən yapışması gümanı kimi səslənsə də, ümid sonuncu ölür. Çünki gənclərimizağsaqqal sözünü yalnız "prikollarda" (lətifələrdə) istifadə edirlər,nəinki onun məsləhətinə əməl etmək...

İmam Əli (ə)deyir ki: "Kişi sözü ilə deyil, əməli ilə tanınar". Boş-boşdanışmaqdansa, susub əməli ilə nümunə olmaq lazımdır. Dilsiz ol, amma yalançıolma. Kişi səhv edər, şərəfsizlik etməz, çünki səhv bağışlanar, amma şərəfsizlikəsla! Şərəf və qeyrət isə bahalı mülkdür, pulla alınmaz və ucuz insanlardaolmaz.

Mənim aləmimdə,son zamanların ən layiqli kişisi, bir milyondan çox qaçqını, talanmıştorpaqları, Xocalıda girov götürülərək hələ də təhqir olunan qadınları iləyaşadığımız, yaşaya bildiyimiz indiki dururumuzda bu sözə layiq olan bir advar: Mübariz İbrahimov! Götürə bilmədi bu ağırlığı - qeyrəti, namusu heç nəolmamış kimi yaşamağa izin vermədi. Gözləmək, səbr etmək əmrini həzm edə bilmədi,təkbaşına getdi düşmən üstünə (Molla da deyir ki, mənim elədiyimi yox, dediyimiedin!-F.R). O, heç bir vəd vermədi, pafoslu sözlər işlətmədi, içindən gələni,vicdanının diktə etdiyini həyata keçirdi və əbədi bir ömür - həm Allahın dərgahındaşəhidlik zirvəsini qazandı, həm də insanların qəlbinin ən mübhəm guşəsindətaxtını qurdu. Hər dəfə Mübarizi düşünəndə onun düşmən üstə gedərkən hansıhissləri keçirdiyini anlamaq istəyirəm, nə düşündüyünü... Söz demədi, ancaq əməlibundan sonrakı tariximizdə deyiləcək, yazılacaq minlərlə dastana, kitaba,yazıya söz olacaq.

Sözünüz kəsərdəndüşməsin! Sözünüz havada qalmasın! Sözü ilə əməli uyğun olanlardan olun!

TƏQVİM / ARXİV