adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GƏLDİM Kİ, DEYİB GEDƏM…

ƏBÜLFƏT MƏDƏTOĞLU
65518 | 2017-12-08 14:36

Təbii ki, eşidənolsa

Belə bir deyim var.Amma bilmirəm kim deyib. Təbii ki, deyənin məsələyə dəxli yoxdu. Əsas odur ki, deyilənsöz diqqətçəkəndi. O söz də belədi:

- Dünyanın quyruğuuzundu…

İlk baxışdan bu sözəhər cür don biçmək olar. Onu hər tərəfə yozmaq, İran saqqızı kimi çeynəyib hər formayasalmaq asan bir məsələdi. Amma indiki andamənim məqsədim o sözü min bir yerə çəkib aparmaq deyil. Sadəcə bir istəyim var.İstəyirəm ki, quyruğu uzun olan budünyanın bir nöqtəsində dayanıb elə durduğum nöqtənin özünə də işıq salım. Ordan əlimi başımın üstünəqoyub üzümü sizə tərəf çevirib baxım,baxım və…

Düşünməyin ki, baxıb, baxıb bağıracam, şivən qoparacam, yaxamıcıracam. Yox, sadəcə baxıb, baxıb deyəcəm ki, bu dünya mən gündədi, yoxsamən bu dünyanın günündə? Sualı bir az da fərqli qoya bilərəm. Məsələn, belə:

- Nə gündəsən,dünya?

Yəqin ki, ondan dacavab gələcək:

- Elə sənin günündə!

Bax, bu məqamda yadımarəhmətlik Baba Pünhan düşür. Oqədər dadlı-duzlu, düşündürücümisraları vardı ki, rəhmətliyin. Həmin misralardan biri mənim indi yazdığım və sizinoxuduğunuz sualın dolayısı ilə cavabıdı. Baba Pünhan yazırdı ki:

İtim, dur gəl önümdə

Gəl, başına dönümdə,

Sən Pünhanın günündə,

Pünhan da it günündə!..

İndi bax dünya damənə bir mesaj verdi ki, sən hansı gündəsənsə, mən də o gündəyəm. Mən də mesajlarazılaşsam da, içimdə bir qaranlıq sual da qaldı. Çünki yazımın əvvəlində dediyimvə sizin də oxuduğunuz deyim başqa idi. Orda vurğulanmışdı ki, dünyanın quyruğu uzundu…

Hə, hər kəs öz əxlaqının,öz səviyyəsinin və nəhayət, öz geninin ifadəçisidi. Çox maraqlıdı ki, bəzən tufan,qasırğa, sərt bir külək ağacınmeyvəsini özündən uzağa ata bilir. Vəburda xalq deyimimiz olan fikir, yəni "ağacın meyvəsi dibinə düşər” - yanaşması bir az öz ilkin mənasından uzaqlaşır.Bu da bir növü zorən olur. Amma insanda belədeyil. O,hansı tərbiyənin sahibidirsə, onu beş gün, on gün, bir il pərdələyib gizlədə bilər. Sonrabir yerdən vurub üzə çıxacaq – ya toyda, ya yasda, ya alış-verişdə, ya dava-dalaşda,ya mübahisədə. Ümumiyyətlə, insan o qədər həssasdır ki, onun incə bir nöqtəsinə toxunanda sirr sandığının ağzı açılırvə beləcə, ağzından dürrtökülür, kimliyi bilinir. Təəssüfki, bunu bilə-bilə bəzən deyilən hər sözə inanır, verilən hər vədə aldanır və şirin təbəssümə uyub «muma» çevrilirik. O vaxta qədərki, başımız əhlət daşına dəyir, ya da əlimizi dizimizə çırpırıq. Onda da necə deyərlər,qatar getmiş olur. Və mənə elə gəlir ki, daha çox həmin məqamda dünyanın quyruğununuzun olduğunu anlayırıq. Görürük ki, keçib gəldiyimiz yolda,sən demə,daha çox ömür əritmişik.Əriyən ömür isə heç kimə, hətta özümüzə də fayda verməyib. Bu mənasız yaşamın qarşılığını geri istəmək isəmümkün deyil. Bir də ki, kimdənistəyəsən? Belə yerdə daha çox adam öz-özünətəsəlli verəcək nələrisə axtarır. Kül altında qor axtaran kimi. Və mən də bu yaşamıntəsəllisi olaraq pıçıldayıram:


Budaqları silkələməyarpaqlar

Bir-birinə toxunandainciyər…

Adın keçən misralarım, dodaqlar –

Qırıq-qırıq oxuyandainciyər…


Taleyimə yazılıbbu ad- naxış

Güzgüdən də baxmırmənə şad baxış…

Könlümdəki tər məhəbbət,yad baxış –

Yad nəfəslə qoxunan da inciyər…


Bitər gün də, bitəriş də, nağıl da

Sirr deyil ki, buəvvəl də, axır da…

Bilirəm ki, mən adda,mən ağılda…

Harda olsa doğulandainciyər…


***

Adətən yazı yazmağahəvəs göstərən, xüsusilə şair xalqın şair olmaq istəyən yeniyetmələri öncə fikirlərinidünya ilə, ölümlə cilalamağa, daha çox bu iki ünvana şeir həsr etməyə çalışırlar.Və onların dünyanı ittiham etmələri də, ölümü oxşamaları da o qədər adiləşib ki,min illərdi deyilən: «dünya bir pəncərədi, hər gələnbaxıb gedər» məntiqinin qarşısında sabun köpüyü kimi əriyir. Və biz bunubildiyimiz halda yenə dünyadan, ölümdənyazmaqda davam edirik. Deyəbilərsiniz ki, hər kəs özünü, ürəyini, düşüncəsini, yaşamını qələmə alır. Mən sizinlərazıyam. O yerə qədər ki, yazılanlar bir oxucu kimi,heç olmasa,ikicə insanın, ikicə nəfərin yaddaşına yazılsın, diqqətiniçəksin. Bu yoxdursa, onda sözü hörmətdənsalmağın, sözü ayağa atmağın günahını düşünmək lazımdı. Axı, heç kim bizə sözü məhvetmək, aşağılamaq hüququ verməyib. Hüquq demişkən…

İnsanın bir fərdolaraq münasibət qurmaq, dost qazanmaq hüququ da var. Mən bu hüququ təkcə Anayasada axtarmamışamvə ona istinad etmirəm. Bu təbii hüquqdu, necə deyərlər, Allahdan gəlib. Allahdangələni də qorumaq bəndənin borcudu. Lakindostu ancaq müəyyən məqsədlər üçün arayıb-axtarmaq, tapmaq, onu guya ovuc içindəsaxlamaq mənə çatmayan, mənim dərk etmədiyim bir anlayışdı. Həyatımda bu məqamlabağlı xeyli hadisələrin şahidi olmuşam və bugünün özündə də şahidiyəm. Gözdən, könüldəniraq olan dostunu illərlə arayıb-axtarıb onu ortaya çıxardanları da görmüşəm. İqtisadiburulğanda boğulan dostuna əl uzadanı da görmüşəm. Amma dostunu qurbanlıq hesabedənlərlə də qarşılaşmışam. Və belə məqamlarda ən çox düşündüyüm bir sual olub:

- Nədən???

Hərə öz arşınıylaöz baxış bucağında suala,yəqin ki, bir cavab bilir.Amma mənim bildiyim cavab indiki məqamda yazılmaq, deyilmək üçün uyğun sayılmaz.Çünki sözü min yerə yozanlar, lap loru şəkildə desəm, öküzün bala verməsini istəyənlərondan ağıllarına min cür fikir gətirəcəklər. Bunu isə heç arzu etmirəm. Necə deyərlər,görünən dağa, kəndə, ümumiyyətlə, bəlli bir ünvana bələdçi axtarmaq heç də normalhal deyil. Amma bir nüansı mütləq burda kağızaköçürməliyəm. O nüans da hər kəsin düşünməsi üçün bir ipucudu. Yəni nəyi edirsənsə,öncə özünü düşünməlisən… hansı sözü deyirsənsə, öncə özünə aid etməlisən. Əgər bunubacarsan, onda kim nə deyir-desin,verdiyin qərarda həmişə haqlı olacaqsan. Bax, «dostu xərcləyən» də, dosta əl uzadanda, dostu «qurbanlıq» edən də, dostu ürəyində yaşadan da mənim dediyim öncəki fikriyəqin ki, öz içindən nə vaxtsa keçiribdi...

Mən indiki halda, yəni bu yazını bilgisayara diqtə edəndə yüzə-yüz ruhumlaüzbəüz qalmışam. Onun gözlərinin içinə baxıb bu fikirləri pıçıldayıram:

O anda

ruhumla tək

üzbəüz dayanmışam

istəyirsən

şəklimizi çək-

sonra

diqqətlə bax

inan da…

bax onda

görəcəksən,

gerçəyi sən

nə qədər gizlətmisən

gümanda…

ruhum olduğunu

bilə-bilə

bunu

pıçıldayıram sənə

sadəcə,

elə-belə…

***

İllər öncə elə bilirdimki, hər kəsə, lap elə dünyanın özünə də güvənmək olar. Çünki əlim-ayağım sağ, necə deyərlər, ağlım da başımdavə yapışmışdım bir işin qulpundan. Necə deyərlər,kəndim də varıydı, evim də varıydı, təndirdə çörəyim də… Amma zaman göstərdi ki,çox yanılmışam. Yanılmağım da hamının gözüönündədi. Çünki indi nə kəndim var, nə kənddə evim. Nə də ki, istədiyimanda əlimiuzadıb çörək götürəcəyimtəhnə…

Kənd də, kənddəkiev də, o evin təhnəsi də əsirlikdədi, düşmən əlindədi. Sadəcə, indi marketlərdəsatılan bir çörəkqabı almışıq. Hər gün işdənçıxanda 40 qəpiklik çörək alıb gedirəm evə, o çörək də heç çörək qabına çatmır çoxvaxt… Hərdən çörək qabına baxıb başımı bulayıram.Artıq evdəkilər nə dediyimibilir. Bilməyənlərə də mən xatırladım. Bu çörək qabının o kənddə qalan təhnəninmində biri qədər bərəkəti olmadı…

Hə, mən də özüməgörə,necə deyərlər, az aşın duzu deyiləm. Hər dəfə mətbəxdəbir kənara çəkilib xəyala dalanda üzümü sənə tutub deyirəm ki:

Mətbəxdə

ən uzaq küncdə

çəkilib

səsimi udmuşam,

içimdəki sükutu

vallah

beşəlli tutmuşam

qoymuram ki,

nəfəs alıb

həniriylə

kefini poza,

səni incidə…

Yəqin ki, dodağınız qaçdı. Qoy olsun! Axı mən yazımın lapilk cümləsində yazmışdım ki, gəlmişəm deyib gedəm. İndi də ağlıma gəldi, dedimvə siz də oxudunuz, dinlədiniz. Sağ olun, ayırdığınızdiqqət və vaxta görə! Amma bu yazınınelə-belə sağollaşmaqla bitəcəyini də gözləməyin. Çünkidemədiyim sözlər də var. Onlardan birini mütləq deyəcəm. Axı ömür əriyir. Əriyənömürdə isə arxadan vurulmaq adama yaman ağır gəlir. Və bu ağrının altında sızıldayanürəyin bir istəyi də var, çox sadə bir istəyi. Deyim, eşit!


Demə yorulmuşam xıxacambir gün…

Toplayıb gücümü çıxacambir gün

Özüm ürəyimi yıxacambir gün –

Ayağın altında qurbankəsəcəm…


Demə ki, çıxmışamhəyatla qəsdə

Özüm də, ruhum da,günüm də xəstə…

Əlimi qoymuşam sinəminüstə –

Sən burdan söyləsən,burdan kəsəcəm…


Bu ömür yolunu sapanakimi

Bir sevgi qalasıyapana kimi…

Mən sənin havanıtapana kimi…

«Zabul»dan, «Şüştər»dən,«Şur»dan kəsəcəm…


Hə, sən də bütünbunlara görə, yəqin ki, əlini yelləyib ya çıxıb gedəcəksən, ya da eləcə… baxıb«ağıllı ol!» deyəcəksən. Mən isə hamınıneşitməsi üçün yox, dünyanın duyması üçün sənin təbəssümündən yapışıb pıçıldayacam:

Sənə görə

bu ürək

ən yaxşı halda

cəmisi

yeddi gün

yaşaya bilən

kəpənəkdi, kəpənək…

ona

nə sevmək yaraşır,

nə də sevilməyə

ümid etmək…

olsun,

bu sənin bəxtindi

kəpənəksən ürəyim,

kəpənək!..

Son olaraq yəqinki, bütün yazdıqlarımdandünyanın quyruğunun uzunolduğuna siz də inandınız. Axı mən tək bir mətləbə toxundum. Qalanları isə… düşünənlərinmenyüsünə mesajdı…

TƏQVİM / ARXİV