adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Bakıda keçirilən “Qala gecə”lərinin QALASIZlığı

ƏZİZƏ İSMAYILOVA
65227 | 2017-12-04 15:33

Artıq neçənci dəfədir ki, Bakıda keçirilən film təqdimatlarındatəkrarlanan, kənardan o qədər də xoş görünməyən və hesab edirəm ki, yanlışistiqamətdə yönləndirilən vacib və bir qədər də narahatlıq doğuran bir məsələhaqda danışmaq istədim.

Bu günlərdə Bakıda cinema zalların birində türkfilmi olan "Kardeşim benim 2”-nin təqdimat mərasimi, yeni leksikonla desək,"Qala gecə”sinin keçirilməsi, filmdə rol alan həmvətənimiz Kamran Ağabalayevin"Qala”ya dəvət olunmaması və "Qala”ya gələn gənclərin türk aktyoru Burakın ətrafındayaratdıqları coşqusunun bəzi saytlarda və sosial şəbəkələrdə tənqid və təhqiratəşinə tutulması, sosial aləmdə o qədər də xoş mənzərə yaratmadı.

Bu qədər insanın ünvanına hədyan deyilməsində səbəbçox bəsit idi - Burakı görən gənclər ona "hücum” çəkiblərmiş.

Təcrübəli imza sahiblərinin məsələni bir qədər dədramatikləşdirmə yönündə olan yazıları, həmişə olduğu kimi bir növ közərənocağa körük vurma effekti verdi. Bütünbunlar kənardan heç xoş görünmədi və bir qədər ürəkağrıdıcı mənzərə yaratdı.

-Filmdərol almasına rəğmən Kamran niyə "Qala”ya dəvət almamışdı?

-"Qalagecə”lərdə diqqətdən yayınan məsələlər nə ola bilər?

-"Qalagecə”lərə qatılan gənclər niyə hər dəfəbelə söz "gülləbaranına” məruz qalır? Niyə onları bu qədər incidirik?

Ardıcıllıqla keçək mətləbə ...

Başlayım ondan ki, birinci məsələ ətrafındakısöz-söhbətə aydınlıq gətirmək üçün həmin filmdə rol alan, amma "Qala”da iştiraketməyən aktyor Kamran Ağabalayevlə kiçik bir söhbət etdim. Bəzi məsələləri birdə onun dilindən eşitmək, bəzi məsələlərə bir aktyor və bu cəbhənin adamı kimi birdə onun baxışları ilə baxmağa çalışmaq işin xeyrinə ola bilərdi.

Kamran Ağabalayev kimdir, niyə çəkildiyi filmə dəvətalmayıb - bu haqda bir azdan. Adəti üzrə istəyirəm qonaqdan başlayım.

Əvvəlcə deyim ki, "Qala gecə”yə dəvət alanjurnalistlər sırasında olmadığımdan orada yaşananları canlı görmə, müşahidə etmə və filmi izləmə şansım olmadığı üçün mətbuatdavə sosial aləmdə yazılanlara istinadən danışmaq məcburiyyətindəyəm. Amma bundanəvvəlki "Qala”larda gördüklərim bir çox anda yəqin ki, köməyimə çatacaq.

Deməli, bir neçə gün əvvəl, şəhərimizin tanınancinema məkanlarının birində "Kardeşim benim 2” filminin "Qala gecə”si baştutdu. Dəvət üzrə filmin baş qəhrəmanlarından birini canlandıran BurakÖzçivit və filmdə rol alan daha iki xanım ulduz da gecəyə qatılmışdı.Burak Özçivit "sevdalısı”olan gənclər onu əməlli-başlı sevgi və coşqu ilə qarşılayıblar ki, bu coşqu birqədər tərs tərəfə yönləndirilib (bura dönəcəyik).

Qısa özət keçim ki, Burak Özçivit 1984-cü ildoğumlu gənc bir insandır. Əvvəl maneken olub, sonra isə boy-buxunu, yaraşığı vəistedadı onu çəkiliş meydanına gətirib çıxarıb. Deyilənə görə, onun tanınmasınasəbəb olan əsas obrazlardan biri 2011-2013-cü illər arasında çəkildiyi "Möhtəşəmyüz il” serialında Malkoçoğluobrazı olub.2015-ci ildə start götürüb, 2017-ci ildəfinal fiti verilən "Kara Sevda”serialındakı KemalSoydere obrazı isə onu geniş tamaşaçı kütləsinə sevdirib. Bu üzdən də ona qarşıolan sevgi və coşqu, əslində başa düşüləndir.

KamranAğabalayev kimdir?

Kamran Ağabalayev də 1980-ci ildoğumludur. Bakıda anadan olub. Əslində BDU-nun hüquq fakültəsini bitirib. Həttabir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində dəçalışıb. O da Burak qədər yaraşıqlı-boylu-buxunlu və çox xarizmatik birinsandır. Bəlkə də elə bu üzdən o da günlərin bir günü özünü çəkiliş meydançasındagörüb və bu meydan hüquq meydanından daha böyük, daha cazibədar görünüb onunüçün.

Kinoda ilk obrazını rejissor SamirKərimoğlunun "Mən evə qayıdıram” filmində canlandırıb - mayor Savelyev.


Bir çox aktyor master-klasslarındaiştirak edib və edir. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyətgöstərib. "Tərkedilmiş” filmindəki "Çirkin” obrazına görə Türkiyədə ƏskişəhərBeynəlxalq Film Festivalında "Ən yaxşı aktyor” nominasiyasında mükafata layiqgörülüb.

-Kamran,niyə məhz aktyorluq?

- Çünki mən bu sənəti sevirəm.Çünki burda adrenalin var. Özümü bu dünyada daha aydın görürəm. Aktyor olmaqböyük üstünlükdür. Ona görə ki, sən istədiyin obrazı istədiyin kimi yaradabilirsən. Bir anın içində dönüb olursan həkim, bir anın içində prokuror, yacani. İstədiyin hərəkəti istədiyin kimi edə bilirsən. Buna görə səni tutmurlar,danlamırlar, sorğu-sual etmirlər. Sən özün istədiyin hər cür obrazı yaşamaşansı ilə bir olursan. Belə deyim, mən istəsəm bir gün Əzizə ola bilərəm (mənəişarə ilə. İ.Ə.), Əzizəni gördüyüm, bildiyim kimi canlandıra bilərəm, amma sənheç vaxt Kamran ola bilməzsən, yaşaya bilməzsən Kamranı. Mən həm Kamranam, həmdə sadaladığım və sadalamadığım bütün obrazlar. Onların heç biri isə Kamrandeyillər, sadəcə obrazdırlar. Budur aktyorluqda məni özünə bağlayan əsas şey.

-Kamran,mətbuatda əvvəlcə "Kardeşim benim 2” filminin təqdimat mərasiminə dəvətalmadığın yazıldı, sonra isə təşkilatçılar bu xəbəri təkzib etdilər. Bildirdilərki, "dəvətnamə göndərilib, sən gəlməmisən”. "Qala”ya niyə qatılmadın?

-Mənə dəvətnamə gəlməyib. Dahadoğrusu, sonradan dedilər ki, bəs göndərmək yaddan çıxıb. "Çağırılmayan yerdəolmaq” xasiyyətim yoxdur, ona görə qatılmadım.

-Axı, bu elə bir məqamdır ki, sənin orda olman vacib idi. Necə ola bilər ki,Türkiyədən səninlə eyni səhnəni paylaşan aktyorlar Bakıya, sənin evinə gəlir,amma sən o evdə yoxsan? Bu nə dərəcədə düzgün yanaşmadır?

- Məncə, bunu təşkilatçılar düşünməliidilər. Bir şeyi deyim, bir neçə ay əvvəl mən zəng edib həmin o cinema rəhbərliyindən4 bilet xahiş etmişdim, onlar da "ok” vermişdilər. Nəticədə isə biletlər gəlmədi,məlum oldu ki, bu işi görməli olan xanım sadəcə biletləri göndərməyi unudub.

-Kamran, məsələyə loyal yanaşman çox təqdirəlayiqdir, təbii ki. Amma yenə dəburda bir məqam var. Niyə cinema rəhbərliyi sənin həmin filmdə rol aldığınıbildiyi halda sadəcə kiməsə "dəvətnamə göndərin” tapşırığı verməklə kifayətlənib.Niyə sənə telefon açıb sənin mütləq orda olmalı olduğun, loru dillə desəm "tələbetməyib”? Axı o aktyorlar bura qonaq gəlirlər və sənin onlarla eyni "Qala” səhnəsindəyer almaman, yalnız sənə deyil, bizim özümüzün özümüzə hörmətsizliyi kimi qəbuledilməzmi? Axı türklər heç zaman belə bir addım atmazlar. Bəlkə yanılıram, həttamənə elə gəlir ki, əgər belə bir şey olsa, onlar nəinki filmdə rol alan hansısaaktyoru, lap ən sonuncu planda yer alan bir simalarını da mütləq o səhnəyəçıxarardılar. Deyilmi?

- Razıyam. Amma mənim üçün film,"motor” sözündən sonra başlayır və çəkiliş bitəndən sonra hər şey elə orda da bitir.Ondan sonra baş verənlərlə maraqlanmıram. Dəvət göndərməmələrini normalqarşıladım, çünki pul veriblər, "Qala” təşkil ediblər, kimi istəsələr onu daçağıracaqlar. Mən deyə bilmərəm ki, niyə məni çağırmadınız? Ürəyi istəməyibçağırmayıb. Rus demiş, "tem bolee” filmdə rol aldığımı bilirlər, əvvəldən dətelefon açıb bilet istəmişdim. Çağırmaq istəməyən adama zorla demək olmaz ki,çağır məni də. Ona görə normal qəbul etdim.

Mənə ağır gələn o oldu ki,sonradan açıqlama verdilər ki, "biz dəvətnamə göndərmişik”, guya mən getməmişəm.Əslində isə, dediyim kimi, dəvətnamələri göndərmək yaddan çıxıb. Burak da mətbuatkonfransında, səhv etmirəmsə, sual verib ki, "bəs Kamran hanı?”. Cavab nə olub,xəbərsizəm.

-Kamran,bir məsələyə də sənin fikrini almaq istəyirəm, hansı ki, bu məsələyə bizimümumi baxışımız məni çox narahat edir və hesab edirəm ki, nəyisə düz etmirik.Amma əvvəlcə bir şey soruşum.

Bugünə kimi neçə filmdə rol almısan və hansı ölkələrdə?

- 25-ə yaxın filmdə rollarım olub.Bizdən başqa Türkiyə, İran, Amerikada.

-Hansırollar olub, epizodik yoxsa...

-Əsasən baş və əsas rollar...

-İndigələk əsas məsələyə. Qeyd etdiyin ölkələrdə də yəqin ki, "Qala gecə”lərinəqatılmısan. Bizim "Qala”ya gələn insanlarımızın, xüsusən də gənclərimizincoşqusu məsələsində hansısa müqayisə aparmaq olarmı? Bizdə bu səpkidə çox sərttəpkilərin yer aldığı yazılar yazıldı. Ətrafında daha sərt fikirlər səsləndi. Hərdəfə sosial media sanki içindəki nə qədər nifrət vardısa, bu "Gecə”lərdə coşqu yaradan gənclərin ünvanına yönləndirir.Sənin bir aktyor kimi bu məsələdə baxışın, fikrin necədir? Doğrudurmu, məsələyəbu cür yanaşma? Aktyorun coşqu ilə qarşılanması eybdirmi?

- Doğru hesab etmirəm bunu. Çünkiinsanlar əgər coşqu göstərirsə, demək ki, qarşısındakı insanı sevirlər. Sevgiolmasa coşqu da olmaz. Olduğum ölkələrdə də bu belədir. Təbii ki, o ölkələrdəaktyora bu qədər yaxın ola bilmə imkanı yaradılmır. Müəyyən bir baryer var və gələntamaşaçı da bilir ki, bu səddi onsuz da keçə bilməyəcək. Burak da çox yaraşıqlıbir oğlandır, hesab edirəm normal bir şeydir. İnsanlar sevir və sevgilərinibildirmək istəyir.

- İştiraketdiyim tədbirlərdəki müşahidələrimdeyir ki, bizdə "Qala gecə”lərdə sanki hansısa məqamlar diqqətdən qaçır, yaxud bilərəkdən və ya bilməyərəkdən önplanda olmalı, hansısa məsələlər arxa plana keçir, arxa plan önə çəkilir. Biraktyor kimi sənin baxışın daha aydın ola bilər. Nə düşünürsən, diqqətdənyayınan məsələlər nə ola bilər?

- Hesabedirəm ki, belə təqdimatlarda ən çox üstünlük jurnalistlərə verilməlidir vəjurnalistlər təqdimatdan heç olmasa bir gün əvvəl film nümayişinə dəvətolunmalıdırlar. Təqdimatlara kafe-restoranlarda şəkil çəkdirməklə simasıtanınanlar yox, tanınmış aktyorlar, rejissorlar dəvət olunmalıdır ki, filmdənsonra jurnalist film haqqında kimdənsə fikir ala bilsin. Bizdə isə ən böyük problem odur ki, "Qala gecə”lərbir növ toyu xatırladır. Yəni, kimlərisə çağırırlar, onlar da gəlir. Yeyirlər-içirlər.Filmə baxan baxır, baxmayan elə foyedəcə bir-iki şəkil çəkdirir və çıxıbgedir. Film haqqında normal, sağlam tənqidvə ya hər hansı bir fikir yazan olmur. Film keçir arxa plana, şəkillər,fotosessiyalar 1-ci plana. Təbii ki, bu da lazımdır, amma belə yox.

Birdəbizdə belə bir maraqlı yanaşma var. Əgər filmə dəvət almısansa, film heç xoşunagəlməsə də, ürəyincə olmasa da heç olmasa 3-5 cümlə ilə mütləq bir tərif deməlisən.Niyə axı?

Elə biltoya getmisən tost deməlisən, bircə pul yeşiyi çatmır...

Kamranamaraqlı söhbəti və ayırdığı vaxta görə təşəkkür edib ayrılırıq.

Sonda"fanatordusu” adı verilib hər hansı bir aktyorun ətrafında coşqu yaradan gənclərəirad tutan, onları çox ağır ifadələrlə ittiham edən və gülüş obyektinə çevirənböyüklərimizə bir xitab etmək istərdim.

Yazıda da qeyd etdiyim kimi, buhal hər dəfə təkrar olunur və hesab edirəm ki, biz bilmədən el birliyi ilə çoxböyük səhvə yol veririk.

Əzizlər, sizə elə gəlmirmi ki, sadəcə emosiyalarınıza qapılıb seçdiyiniz ən kəsərli,ən sərt ifadələrinizin dili ilə bu gəncləri sadəcə öz sevdikləri, pərəstişetdikləri bir aktyorun ətrafında coşqu yaratdıqları üçün bu qədər küçümsəmək,onların tərtəmiz dünyalarına qara pərdə salmaqdı?

Sizə elə gəlmirmi ki, bu gəncləriniçlərində olan həyat eşqi, onların etmək istədikləri bütün çılğınlıqlarlaqidalanır?

Sizə elə gəlmirmi ki, onlarhaqqında bu qədər sərt mövqe tutmağımız, onların iç dünyasına icazəsiz girməyimizvə məhz "biz bu cür görmüşük” deyə "elə bu cür də olmalıdır” hökmü ilə onlarındünyasında "yerdəyişmə” etməyə çalışmanız azmış kimi, başqalarını da buna təhriketməmiz, onları bizdən uzaq tutur,uzaqlaşdırır? Ətrafa sevgi ilə güldükləri halda, məhz biz belə istəyirik deyə qəzəbə,kinə-küdurətə təslim olurlar?

Bizə elə gəlmirmi ki, övladınınsadəcə əyləndiyi üçün kiminsə çəkdiyi şəkilin altında tökülən bu boyda səbəbsiznifrət, bu boyda kin-küdurət bir atanı, bir ananı mənən məhv edə bilər? Övladınısırf bizim içimizdə gizlədə və sahibçıxa bilmədiyimiz nifrətimiz zədələməsindeyə çəkib "qadağa qəfəsinə” salmasına səbəb ola bilər?

Niyə axı bizim pozitivliyə, sevgiyə,coşquya qarşı bu qədər keçilməz sədlərimiz var? Heçmi yaxşı ola biləcək nəsəgörmürsünüz o boyda sevgi dənizində?

Bəlkə özümüzlə başbaşa qalıb bir azsəmimi olsaq, öz aləminizdə bu suala cavab axtarsaq... Kim bilir, bəlkə bütüncavablar bu sualın arxasındadır.

Gəlin düşünək ki, o Burakın və yabir başqa bu coşqu sahibinin yerində biz, məhz biz ola bilsəydik, o gənclər bizimətrafımızda bu boyda sevgi nümayiş etdirsəydilər, o zaman da buna biabırçılıqdır,rüsvayçılıqdır, ayıbdır-deyə üsyan edəcəkdikmi?. Onların böyüdən valideynlərənifrət həvəsində olacaqdıq, yoxsa alınlarından öpmək həvəsində?..

Gənclik həyatın çox gözəl, çox həssasdövrüdür. O yaşda hər birimiz ətrafdakı hər kəsdən, hər şeydən sevgiummamışıqmı? Heçmi bizim hansısa ağılalmaz çılğınlığımız olmayıb?

Olmayıbsa, demək ki, gəncolmamışıq, ola bilməmişik. Bəlkə çiynimizdəki məsuliyyət yükü daha ağır olub, bəlkəyaşımızdan daha tez böyüməyi tərbiyə ediblər bizə. Bir də ayılmışıq ki, gəncliyinnə olduğunu bilməmişik, yaşamamışıq. Ömürpilləkənimizdə gənclik pilləsi ya qırılıb düşüb, ya da onun üstünə basmadandaha yüksəyə qalxmağa çalışmışıq. İndi o pillədə olanları qəbul edə bilmirik.

Biz yaşamamışıqsa, demək onlar dayaşamamalıdır, "ayıbdır, biabırçılıqdır, rüsvayçılıqdır. Bunlarınataları-anaları hara baxır, necə tərbiyə verir” kimi ittihamlarla ən həssasyerlərindən, ən iti balta ilə vurmağa çalışırıq, vururuq da. Əslində isə özümüzünətrafında bu ordunu təsəvvür edəndə, burda nə "ayıb, nə biabırçı, nə rüsvayolunacaq bir şey yoxdur. Ata-anaları da onlara çox gözəl tərbiyə verir – sevməklərinə,sevilməklərinə qarşı çıxmırlar. Demək onlar da cavan olublar. "Ürəyin nə qədərsevə bilir sev, hansı şıltaqlığı etmək istəyirsən et, əminəm ki, sən hər şeyin ənyaxşısına layiqsən” - deyə böyüdürlər övladlarını.

Burakı və ya hansısa qeyri Burakıgörüb coşqu göstərmək deyil biabırçılıq.Biabırçılıq, rəngarəng, al-əlvan olan hər şeyi ancaq bir rəngdə - QARAgörmək və hər kəsin bu pərdə arxasından baxmağa məcbur etmək cəhdidir.

Sevin gənclər, sevilin. Heç kiminhəyat eşqinizə çəpər çəkməsinə icazə verməyin. Valideynləriniz də əminəm ki, həmişəsizin gülüşünüzdən yana olacaqlar.

"Qala gecə”lərimizin QALAsısizsiniz və siz olacaqsınız...


TƏQVİM / ARXİV