adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KƏSİŞMƏ NÖQTƏSİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
49011 | 2017-12-01 16:02

Gerçəkliyin birüzü...

Bilmirəmyadınızdadı ya yox, bir yazı yazmışdım. Adı da beləydi: "Bakıda axtarıbTrabzonda tapdığım adam". Bunu elə-belə xatırlatmıram və nə də sizə deməkistəmirəm ki, o yazını tapıb oxuyasınız. Sadəcə, bunu xatırlatmaqda bir məqsədimvar. O məqsəd də bundan ibarətdir ki, hər halımdan xəbərdar olan oxucularımbilsinlər ki, Trabzonda tapdığım adam bu günlərdə Bakıya gəlmişdi. Özü də xoş məramla.Daha bir dostumuzun və "Ədalət" qəzetində barəsində yazdığım"Bacı dost olarsa" adlı yazımın qəhrəmanı, oxucuların imzasını yaxşıtanıdıqları Fəridə Rəhimlinin Laləsinin toyuna gəlmişdi. Bu, məsələnin bir tərəfi.Yəni bunun oxuculara o qədər də dəxli yoxdur. Sadəcə, bu gəlişdə həmintrabzonlu adamın mənə tutduğu iki iradı qabartmaq istəyirəm. Birincisi, onunlabirlikdə şəhərimizin, bütövlükdə Qafqazın ən möhtəşəm ziyarətgahı olan Heydər məscidindəolduq. Çox bəyəndi. Özünün dediyi kimi, könüldən vuruldu bu məscidə. Amma məscidinyaxınlığındakı mərasim evindəki məqamı görəndə halı pozuldu. Bircə kəlmə dedi:

- Siz ölənlə ölməkistəyirsiniz bəyəm? Bu qədər də ehsan olar? Bunun ölənə nə faydası var?

İkinci məqam datoyun gedişində az qala o öncəki məqamla üst-üstə düşdü:

- Qardaşım, sizhəm canınızın, həm də malınızın düşmənisiniz. Ortalığa bu qədər yemək-içməktökmüsünüz. Niyə israfçılıq edirsiniz? Bizdə olduğu kimi, sizdə də yəqin bu yeməklərəehtiyacı olan kifayət qədər insanlar var. Niyə bunları daşıyıb zibilliklərəatırsınız? Sonra da restorana borclu qalırsınız?

Bəli, mən bu ikiməqamı xatırlatdığım üçün içimdə həmin gündən sual şəklində dolaşan məqamlara,daha doğrusu, Trabzonda şahidi olduğum mərasimlərə tərəf üz tutub getdim. Oradailk dəfə həmin barəsində danışdığım dostum, qardaşım Əhməd bəyin oğlununtoyunda baş verənlərə heyranlıqlabaxırdım. İnsanlar həqiqətən toyda əylənirdilər, deyib-gülürdülər,oynayırdılar. Masalarının üzərində də sadəcə şirələr və şirniyyatlar. Necə deyərlər,toy şirinliyi. Həmin toydan sonra maraqla iki minə yaxın insanın qatıldığı bu mərasimənə qədər pul xərclədiyini soruşdum. Və onun söylədiyi rəqəm bizim 10 nəfərlikad günü məclisinə xərclədiyimizdən xeyli az idi. O mənə söylədi ki, həmin pulun da böyük hissəsimusiqiçilərə verilir. Çünki onlar dəvət olunurlar, sifariş edilirlər...


Sonuncu dəfəTrabzonda olanda dostumun ailəsinə ağır itki üz verdi. Dəfn mərasimində dəiştirak etdim, dəfndən sonra da ailənin hüznlü günlərinin iştirakçısı oldum.İnanın ki, dəfn mərasiminin özü və bu mərasimə başsağlığı üçün gələnlərə göstəriləndiqqət məni çox təəccübləndirdi. Yalnız yaxın qonşular hüznü düşmüş ailəyə müəyyənisti yeməklər bişirib gətirirdilər. Onların o kədərli anlarını unutdurmaq,onlara fiziki güc vermək üçün. Kənardan gələn insanlar isə sadəcə müəyyən müddətdə oxunan ayələrə, surələrə qulaqasıb mərhumun doğmalarına "Məkanı cənnət olsun!" deyib gedirdilər...Bax, bütün bunlar məndə bir daha belə bir əminlik yaratdı ki, biz çox şeylərinmilliliyini, dəyərini, ölçüsünü arxası üstə çevirmişik. Ona görə də toyda dadoyunca sevinə bilmirik, yasda da ürəyimiz istəyən qədər göynəmək imkanımızolmur. Hər iki məqamda biz ancaq bu mərasimləri necə yola verəcəyimizi, vəsaitihardan tapacağımızı düşünürük. Görəsən biz niyə beləyik? Bununla nə demək, nəetmək istəyirik? Bax, elə bu sualları içimdə özümə ünvanladığım məqamda yadımaTrabzonda Uzun Göldə yaşadığım bir ovqat da düşdü. Dağların başına azacıq qaryağmışdı. Qış nəfəsini hiss etdirirdi. Və mənə elə gəldi ki, indi Şuşadayam...Cıdır Düzündə dayanıb sağa-sola baxıram... Kirsin zirvəsinə qari ələnibdi. Məndə özümü unudub bir daşa söykəndim və üzümü dağlara tutub dedim:


Sizə ahımı göndərdim

Dağlar, qarınız ərisin...

Yarınız ahımı çəksin-

Yansın, yarınız ərisin...


Baxıb uzaqdansoluram

Dildən, imandanoluram...

Dərdlə o qədərdoluram -

Daşsın, varınız ərisin!


Nolar, mənə birip atın

Xilas yolu qoyumadın...

Unuda bilmirəmdadın -

Dağlar, barınız ərisin!..


***

Bəli, adamdoğulduğu yerdən kənarda olanda qəribə hisslər keçirir. İllah da ki, söz, ədəbiyyatadamları özündən asılı olmadan daha çox müqayisələrə, bənzətmələrə meyl göstərir.Mən də Trabzonda olarkən hər daşda, hər ağacda, hətta ən kiçik şəlalədə belə doğulduğumQarabağ bölgəsiylə, gəzib, görüb, tanıyıb, sevdiyim işğal altındakı yerlərimizləbir oxşarlıq, bir eynilik, bir paralellik axtarmağa çalışıram. Bununla həm özümətəsəlli vermək istəyirəm, həm də özümün öləzəyən ümidlərimi diriltməyəçalışıram. Yəni ruhumu ölməyə, ümidimi sönməyə qoymaq istəmirəm. Çalışıram ki,o gördüklərimi yaddaşımda qalanlarla bir sıraya düzüm... onları bir-birinəqovuşdurum... onların yollarını kəsişdirim. Və beləcə, həmin o yolla da çıxıbgedim Qarabağa... Amma...


Bəli, yollarözbaşına deyil ki, adamın əlindən, ayağından tutub apara. Yollarla getməklazımdı. Özü də o yollarla ki, düşmən ora mərmilər əkib, partlayıcılar yerləşdirib.O yollar bir növü mərmilərin şitilliyinə çevrilib. Gözləyir. Amma olsun da,qurbansız nə başa gəlir ki?! Təkiayağımız o yollara dəysin... təki ləpirlərimiz o yollarda təzələnsin...Və...

Bir də ki, bu qəribədünyada onsuz da oxşarlıqlar var. Onu görmək, onu tapıb göstərmək sadəcə bir azdiqqət, bir az da içdən təpər istəyir, hərarət istəyir. O varsa, paralelliyi,oxşarlığı mütləq görəcəksən. Mən həmin o Uzun Gölün son mənzərəsini seyr edə-edəbu payızın bütün ağırlığını hopdurdum canıma. Çünki gölün sahilində dayananda həttasöykəndiyim dağın da nə qədər gücsüz olduğuna bir daha inandım. Güvəndiyim dağınbaşında qar varıydı axı! Ona görə də məndən heç də az günahkar olmayan o gölə,o dağa və bir də Sənə üz tutub dedim:


Kirpiyininucuyla

Ağla, sən, ağlaməni...

Burda, bir daşoyuqda -

Tutub sən saxlaməni...


Qəribliyinağrısı

Şan-şan olsuniçimdə...

Təzələnənsarğısı -

Al qan olsuniçimdə...


Susub udum səsimi

Yuyunsun incikruhum...

Su at, gülümüstümə -

Əlinin ətrinduyum...


***

Heç kim dünyanıtutub onun sonuna qədər qalası deyil. Və heç kim də təkbaşına bütün yaxşısını,pisini, ağırını, yüngülünü özüylə daşıyıb ona sahib çıxa bilməyəcək. Hər şeybir nöqtədən idarə olunduğundan, bir qələmlə yazıldığından hər kəsin siyahıdaolan adına və yerinə dərd payı düşəcək, qismət veriləcək. Bax, onda mənim nədemək istədiyimi, niyə bu nöqtəyə toxunduğumu yəqin ki, daha dəqiq duyub dəyərverəcəksiniz. Amma indilikdə demək istəyirəm ki, az qala 1600 km bir məsafəni qətedib bir toya-düyünə gəlmək, dost ürəklərini sevindirmək hər kişinin, hərinsanın işi deyil. Lakin Əhməd bəy nə məsafəni, nə onun yol çətinliklərinikirpiyinin ucuna da gətirmədən gəldi və biz də onun bu gəlişini ayrı bir diqqət,fərqli bir dostluq və nəhayət, böyük bir insanlıq kimi qəbul etdik. Necə deyərlər,mənim içimdən "Axırıncı aşırım" filmində Kərbəlayının dediyi bir sözdüşdü:

- Boynumda haqqınvar...

Hə, doğrudur,Əhməd bəy təkrar-təkrar vurğuladı ki, bu mənim sizə qardaş, dost sevgimdi. Bu,nə haqq deyil, nə də borc deyil. Biz ailə dostuyuq, bir ailənin üzvləriyik. Vəölüncə də belə olacağıq. Bizdən sonra da, inşallah, övladlarımız beləcə,mehriban olarlar.

Mən onun fikirləriylətam razı olsam da, yenə içimdə onun bu diqqətinə, bu insanlığına qarşı son dərəcəbitib-tükənməyən bir təşəkkür ağacı qol-budaq atıbdı. Və inanıram ki, o təşəkkürvə doğmalıq ağacı heç vaxt yarpaqlarını tökməyəcək. Eləcə həmişəyaşıl olaraqqalacaq.

...Günlər bir-birini əvəz edir. Zamanın nə diqtə edəcəyini öncədən bilməsək də,amma bir-birini qovan günlərini hələ ki yaşayırıq. Düzdür, bu, yaşamaqdan dahaçox mövcud olmaqdı. Çünki yaşamaq tamam fərqli bir şeydi. Onun parametrləri də, ounn dayaq nöqtələri də bizimüçün ölçülüb-biçilməyib. O zümrə tamam başqadı. Biz, mövcud olanlarınsırasındayıq. Elə bu mövcudluğumuza görə də, Tanrımıza minnətdarıq, olmaya dabilərdik. İndi ki varıqsa, deməli, var olanınqədrini bilmək, zamanını dəyərləndirmək və zamanın içərisində Səninböyüklüyünü, bir də bu böyüklüyün sevgisini uca tutmaq lazımdı. Axı:


Gecəm perik,gündüzümsə didərgin

Qəm daşıyan birsarvanam mən hər gün...

Göz yaşımlabaşlayar gün, bitər gün -

Bitən günlər bitirəcəkməni də!..


Məni səndən dahayaxşı kim anlar?!

Ürəyimdəinsafına güman var...

Bilirsənmi,itirilən bu anlar -

Anbaan da itirəcəkməni də!..


Zamanımı dörddivara bölürəm

Dərd daşından dərddivarı hörürəm...

Səxavətlə əltutursan, görürəm -

Urvatlı tut, sənfitrə tək məni də!..


Bəli, məndostluğun və sevginin, bir də məişətimizlə mədəniyyətimizin, əxlaqımızın,bütövlükdəinsanlığımızın müəyyən çalarlarını üzümü sənə tutub oxucularıma çatdırdım...


TƏQVİM / ARXİV