adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Nənə...

ƏZİZƏ İSMAYILOVA
63176 | 2017-11-27 15:13

79 nömrəliavtobusdayam. Sürücünün arxasındakı birinci oturacağın yanında dayanmışam.

Dayanacaqlarınbirində şaxta vurub parıldadan qar kimi ağappaq saçlarını tez-tələsik başınaörtdüyü qara yaylığın altına itələyə-itələyə, yaşına uyğun olmayan birqıvraqlıqla üzügülər bir nənə mindi avtobusa.

Bazar günügünorta saatları olduğu üçün avtobusda da çox adam yoxdu. Noyabrın sonuolmasına baxmayaraq, elə bil günəşin gözləri böyümüşdü bu gün. Səhərdən gülə-gülədoğmuşdu zatən. Kefi kökdü. Şüşədən düşən şüası sanki adamın ruhuna sığal çəkirdi,xumarlandırırdı...

Nənənin yarıaçılmış başındakı ağ saçlar da bu işıqda bir ayrı cür diqqət çəkirdi. Öz nənəminsaçlarını xatırladım. Elə bilirdim o saçlardan artıq heç kimdə qalmayıb.Varmış...

Bir başqa yaşıdıyola salırdı onu. Sürücüyə "28-də ona deyərsən" tapşırmasındanbildim.

Nənə, kartı tərzinəuyğun ehtiyatla aparata yaxınlaşdırdı. Aparatdan nəsə səs çıxdı. Nənə bir dəkartı aparata yaxınlaşdırdı. Bu dəfə aparatdakı səslə bərabər sürücünün də səsiçıxdı. Şəhərimizdəki əksər avtobus sürücülərinə xas yorğun və kənardan kobudeşidilən səslə:

-Kart boşduuuu.Boşdu kart.

Balansınınolmadığını bilən nənə ani anda elə içini çəkdi ki, üzündə heç bir ifadə olmayansürücü belə ixtiyarsız həyəcanlandı.

-Oy..., ay allah...,sən allah..., ay bala..., qoy düşüm -deyə eyni həyəcanla geri çevrildi nənə,düşmək üçün.

Bu vaxt onunardınca avtobusa qalxan gənc, anındaca nənənin qarşısını kəsib, kartını iki dəfəaparata toxundurdu və

-Keçin, keçin, -deyə nəzakətlə gülümsədi. Gəncin gözü ilə bərabər səsi də gülümsəyirdi.

Qeyri-iradisalona tərəf çəkilməli olan nənənin rəngi qıpqırmızı olmuşdu.

-Yox, ayoğlum... mən... qoy... - pərt olduğunuört-basdır edə bilmirdi. Cümlələri də qurulmurdu.

Əlini cibinəatıb çıxartdığı pulu gəncə uzatdı, nə illah elədisə, oğlan götürmədi. Hərikisinin üzündə avtobusu dolduracaq qədər təbəssüm vardı...

Bu vaxt onu yolasalan digər nənə, pəncərədən yola saldığı nənənin üzündəki təlaşı və ya həyəcanıgörüb nəyinsə yerində olmadığını anladı və əlindən bərk-bərk tutduğu nəvəsiniburaxıb yerdən sürücüyə səsləndi:

-Aaa, kartıyoxdu? Sən allah bağışla. Al, al. Heç ağlıma gəlmədi soruşum, - deyib özkartını içəri tərəf uzatdı.

Sürücü, "ödədilər,ödədiləəər, ay arvad" deyə həmişəki rəngsiz-ruhsuz cavabı ilə dillənib, adətiüzrə adamın sözü ağzında qapını üzünəcə bağladı.

P.S. Bütünbunlar bir neçə saniyənin içində baş verdi. Amma çox uzun bir tablo kimigöründü gözümə. Bu qıvraq, üzü-gözü gülən nənənin və gəncin bu bir neçə saniyəlikyolunun kəsişməsi, necə boyük əhval yaratdı avtobusdakı hər kəsdə, görsəydiniz...

Həqiqətən də, hərşeyə ramən gülümsəmək gözəldir və ondan həmişə ətrafdakı hamıya pay düşürmüş, sənistəməsən belə. Əminəm, bunu oxuyub sən də ixtiyarsız gülümsədin, əziz oxucu.

Nənənin həyadandoğan həyəcanının qızartısı, mən düşənə kimi yanağından çəkilməmişdi.Baxışlarından "siz allah, bağışlayın" kəlməsi süzülürdü eləcənə.

Oğrun-oğrunbaxırdım ona. Gözləri gülürdü, amma fərqli gülüş, fərqli təbəssüm idi ondaolan. Kənardan baxanı gülümsəməyə məcbur edən bir təbəssüm...

Bu müşahidədənniyə bu boyda nostalji hiss yaşadım, hələkianlamış deyiləm...


  • Aprel:
  • 5

TƏQVİM / ARXİV