adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Sincab günü

İRADƏ TUNCAY
87400 | 2017-11-25 11:20

Çoxdan baxmışam ofilmə. Və etiraf edim ki, baxdığım vaxt - vaxtanlayışı fərqli idi. Yəni gündəlik qayğıların təkrarlandığının fərqinə varmırdım.Heç təqvimdə hansı günün olduğu da maraqlı deyildi. Hər həyat tsiklinin öz sürəti var. Səhər oyanırsan,uşaqları yedirdirsən, məktəbə yola salırsan,sonra yenə də evə qayıdacaq ailə üzvlərininrahatlığını təmin edəcək işlərlə məşğul olursan. Beləcə illər keçir. 

Film isə yadımdançıxmadı. İndi hər gün xatırlayıram.

Televiziyada çalışanmeteoroloq Fil Konnors artıq dördildir ki, kiçik əyalət şəhərində keçirilən "Sincab günü" festivalındanreprotaj hazırlayır (zəruri qeyd - bu bayram Amerikada qışın bitməsini göstərənbir bayramdı. Qışın sonu, yazın əvvəlinətəsadüf edir). Hər şey olduğu kimidi yenə - reportaj da, insanlar da, gecəni keçirdiyiotel də. Yalnız yeni prodüsserlə gəlib bu çəkilişə. Gecə qayıtmaq fikri var, ammatufan yolları bağlayır. Otelə qayıdıb sabahıgözləmək lazım gələcək. Hər şey də elə bu sabahın gələcəyi (ya da gəlməyəcəyi) məsələsiətrafında dönür-dolaşır. Sabah açılmır - daha doğrusu açılır, amma dünənkigünün sabahı açılır. Yenə eyni hadisələr, yenə eyni reportaj,yenə eyni söhbətlər, yenə eyni oteldə gecələyir. Səhər ayılır və yeni gün deyil. Həkimə gedir, başına gələnləri danışır.Həkim sabah gəlməsini tövsiyə edir, SABAHisə yoxdu. Bezir bu təkrardan. Həyatını maraqlıetməyə çalışır - içir, qadınlarla vaxt keçirir, dava salır, inkassatorları qarətedir, pulları dağıdır. Sabah isə açılmır. Eyni hadisələr davam edir. Bezdirir buzaman halqası onu. İntihar etmək istəyir, özünü asır ... və sabah yenə eyni çarpayıda,eyni musiqi sədaları altında oyanır. Yenədünənki gün oyanır... Olayın faciəsi isə odur ki, heç kim nə baş verdiyini xatırlamır. Normal qarşılayırlar...Olduğu kimi... Qəsəbə sakinlərinin həyatını bütün təfərrüatları ilə öyrənən adamözünü Tanrı zənn etməyə başlayır. Onunla bu qəsəbəyə gəlmiş prodüsser qadına eşqelan edir, qadın isə hər vəchlə bunun alınmayacağını anlatmağa çalışır. Və bunafaciə kimi, lənət kimi yox, başqa tərəfdən baxmağı düşündüyünü söyləyir. Yəni bacardığı kimi həyatındadəyişiklik etməyi tövsiyə edir. Fil musiqidərsləri alır, fransız dilin öyrənir,təbabətlə maraqlanır, buzdan heykəllər düzəldir. Təkrar günün birin xeyirxah işlərəhəsr edir - boğazında sümük ilişib qalmışşəhər merini xilas edir, yolda maşını xarabolmuş yaşlı qadınlara yardım edir, evsiz qocanı ölməkdən qurtarmağa çalışır. Təkrar səhərin birində prodüsser qadın Filin festivaldaqəsəbə sakinləri ilə birlikdə musiqi ifaetdiyin görür. Və məzəli, zarafatyana auksionda satılan subay oğlanlarıniçindən dostunu satın alır. Qayıdırlar otelə, gecəni birlikdə keçirirlər. Sabah "Sabah" açılır... Xeyir işlər görəndə açılır sabah...


Film Hollywood filmidivə janr etibarı ilə komediyadı. Amma Amerikadakomediya olan başqa bir yerdə tragediya sayıla bilər.Nəticə nə çıxır - həyatına bütün rakurslardanbaxmağa çalış, özün dəyişdir onu. Sevgidi açar. Bunu əlbəttə mən demirəm, çünki Amerikadayaşamıram. Ona görə də varlısıynan, kasıbıynan,məmuruynan (necə nifrət doğuran sözdü eləmi?!), fəhləsiynən hamı sincab günündə,ya da günün yaşayır. Sabah açılmır - qarət eləsən də, puldağıtsan da, qadınlarla kef eləsən də... İntiharlar artsa da, cinayətlər artsa da,göz yaşı artsa da... Öz yağımızdaqovruluuq. Və qovrula-qovrula da qalırıq.Çünki hətta sevgi açarı da düşmür açılacaqqapıya.

Bir çərçivə içindədövran edir məişət - həyat. Televiziya proqramları kimi, kompüter oyunları kimi. Bu gün kimsə getdi - ağlayırıq, düzülürard-arda nekroloq mətnlər. Təkrar sabahda kimsə ad günün qeyd edir - düzülür ard-ardatəbrik mətnlər. Doğulub ölməyimiz çərçivəsində sabah gözləmək. Zaman halqası...Tufan ...

"Heç nəyi dəyişəbilmədiyiniz bir yerdə ilişib qalsanız,hər gününüzün əvvəlki kimi keçdiyi bir yerdənə edərdiniz ? - sualını verir filmin qəhrəmanı.Cavab isə belədir -Ağlına nə gəlsə!!!"

"Sakitlik birillüziyadı. Əgər "mən" hər şeyə qadirəmsə deməli, hədsiz-hüdudsuz xeyirxahlıq da edə bilərəm.Filmin qəhramanı "mən" sözüylə bağlı anlayışı dağıdır. Buddizm ümumiyyətlə "mən"i qəbul etmir. "Mən"eqoya xidmət edən sərfəli illüziyadı. Bu illüziyadan nə qədər uzaqlaşsan, həyat bir o qədər rahat olur. Hardan gəlmişiksə orada qayıtmaq məcburiyyətimiz var - kiməsəyardım etmək kimi".

Bu filmin rejissorunun fikridi. Mən isə sincabınyuvadan çıxıb yazın gəlişini xəbərləyəcəyinə inanmaq istəyirəm. Mən, ya biz? Hərnəysə... Hər günə Şükür!!!

TƏQVİM / ARXİV