adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YILMAZ ÖZDİL: İYİ

YILMAZ ÖZDİL
59257 | 2017-10-27 12:29

NəzihəMühiddin

Hər qadının tanıması vacib bir qadındır.

1889-cu ildə İstanbulda doğuldu. Fars, alman,fransız dillərini öyrəndi, elmi işçi oldu, ədəbiyyata üz tutdu, 20 roman, 300-əqədər hekayə, pyes, operetta, senari yazdı. Hələ Cümhuriyyət elan edilməmişdən əvvəl,15 iyun 1923-cü ildə qadın şurası yaratdı, Cumhuriyyət Xalq Partiyası qurulmamışdanöncə 13 qadınla birlikdə Qadınlar Xalq Partiyası qurmaq qərara aldı, bu yöndə cəsarətlibir addım ataraq rəsmi ərizə də yazdı. Bu, Cümhuriyyət tarixinin ilk siyasipartiyası olacaqdı. Ancaq... O dövrün seçki qanununa görə qadınların seçib-seçilməkhüququ olmadığına görə buna izn verilmədi. Qadınlar Xalq Partiyası TürkQadınlar Dərnəyinə çevrildi. Atatürkün həyat yoldaşı Lətifə xanımın da dəstəklədiyiTürk Qadınlar birliyinin qurucu başqanı Nəzihə xanım oldu, Türk Qadın Yolu dərgisiburaxdı, kişilərin hökmranlığına, fanatizmə qarşı savaş açdı. 1925-ci ildə XalidəEdiplə birlikdə millət vəkilliyinə namizəd oldu. Onlar, əlbəttə, qadınlarınseçilmək haqqının olmadığını bilirdilər, ancaq məqsədləri TBMM-nə təsir etmək,toplumu ayıltmaq idi. Seçim öncəsi qadın mitinqləri düzənlədilər. O deyirdi: "Biz türk qadınları ictimai və siyasihəyatda haqq etdiyimiz yeri tutmalıyıq, öncə türk qadınlarını məlumatlandırmalı,savadlandırmalıyıq, onlara daha artıq şey istəmələrini, buna necə nail olmağınyollarını -anlatmalıyıq. Məqsədimiz Türkiyədə qadın və kişinin ictimai,iqtisadi, siyasi bərabərliyidir”.

-

Nəzihə Mühiddinlərin cabası 1934-də bəhrəsiniverdi. Həmin il türk qadınları seçib-seçilmək haqqı əldə edəndə hələ Fransa,İtaliya, İsveçrə, Yaponiya kimi bir çox mədəni ölkələrdə belə bir şey yox idi. Atatürkinqilabı türk qadınını hər sahədə cəmiyyətin bərabər hüquqlu üzvünə çevirmişdi.

-

Bəs bu gün?

"Nazi” dediyin Almaniyanı qadın idarə edir, Angela.

İngiltərəni qadın idarə edir, Tereza.

Polşanı qadın idarə edir, Beata.

Norveçi qadın idarə edir, Erta.

Banqladeşi qadın idarə edir, Hasina.

Namibiyanı qadın idarə edir, Saara.

Liberiyanı qadın idarə edir, Ellen – Afrikanın ilkqadın prezidenti oldu, Nobel ödülü qazandı.

Arakandan danışırlar, al sənə bu da Arakan...Myanmanı qadın idarə edir, San Suu, Nobel ödülü alıb, ömrü qiyamçılarla mübarizədəkeçib. 15 il ev dustaqlığında qaldı, ərinin cənazə törəninə belə buraxılmadı.Hollivudda haqqında filmlər çəkildi, əfsanəvi U2 qrupu Walk On adlı mahnısınıona həsr elədi.

Çilini qadın idarə edir, Mixella.

Litvanı qadın idarə edir, Dalia.

Maltanı qadın idarə edir, Marie.

Xorvatiyanı qadın idarə edir, Kolinda.

Mavrikiyanı qadın idarə edir, Ameenah.

Nepalı qadın idarə edir, Bidhya.

Marşal Adalarını qadın idarə edir, Hilda.

Tayvanı qadın idarə edir, Tsai – Dünyada Aborigenkökənli ilk qadın prezident.

-

Bu gün bütün dünya dolların başına fırlanır. ABŞ Mərkəzibankını qadın idarə edir, Janet.

Beynəlxalq Valyuta Fondunu qadın idarə edir,Kristina.

Dünya bankını qadın idarə edir, Kristalina.

Nasdaqı qadın idarə edir, Adena.

Rusiya Mərkəzi Bankını qadın idarə edir, Elvira.

Dünya Sağlamlıq Təşkilatını qadın idarə edir,Marqaret.

General Motorsu qadın idarə edir, Mari – atasıPontiak zavodunda qəlibçi olub.

Faceebooku qadın idarə edir, Şerli.

Yahoonu qadın idarə edir, Marissa.

YouTubeni qadın idarə edir, Susan.

Hewlet Packardı qadın idarə edir, Meq.

İnteli qadın idarə edir, Renee.

İBİ-i qadın idarə edir, Ginni.

Xeroxu qadın idarə edir, Ursula.

Oracleni qadın idarə edir, Safra.

Googlenin yarısını qadın idarə edir, Ruth.

Microsoftun yarısını qadın idarə edir, Amu.

Applenin dünyadakı bütün mağazalarını qadın idarəedir, Angela.

-

Yeni Zellandiyanı qadın idarə edir, Jacinda.

Serbiyanı qadın idarə edir, Ana.

Estoniyanı qadın idarə edir, Kersti.

Yamaykanı qadın idarə edir, Portia.

Şotlandiyanı qadın idarə edir, Nicola.

Şimali İrlandiyanı qadın idarə edir, Arlena.

Trinidad vəTobaqonu qadın idarə edir, Kamla.

-

Dünyanı qadın idarə edir.

Demokratiyanı mənimsəmiş ölkələrdə qadınların rolusürətlə artır.

-

1934-cü illərdə bu sahədə çox qabağa getmiş, dünyaqadınlarının həsədlə izlədiyi Türkiyə Cumhuriyyəti... 2017-ci ildə əks istiqamətə,molla nikahı filanla orta əsrlərə doğru gedir.

-

Dünyanın qızları Appleni, Googleni, Facebooku idarəedir, bizim qızlarımıza məktəbdə lobya əkdirir, lobya böyüsün deyə dibçəyə duaelətdirirlər.

Dünyanın qızları ABŞ Mərkəzi Bankını, BeynəlxalqValyuta fondunu idarə edir, bizim qızlarımızı qəbirstanlığa aparıb onlara qiyamətvə yenidən dirilmə dərsi keçirlər.

Dünyanın qızları Almaniyanı, İngiltərəni, Nepalı,Namibiyanı idarə edir, bizim qızlarımıza "dənizdə üzmək haramdır, günəşlənməkharamdır, parfüm haramdır, dikdaban ayaqqabı ayələrə ziddir, altı yaşında evlənməkolar, hamiləykən küçəyə çıxmaq tərbiyəsizlikdir, kişinin yad qadınla əl-ələgörüşməsi oddan yapışmaqdan daha qorxuludur, qadın ərinə itaət etməlidir” kimişeylər öyrədirlər.

-

Dünyanın qızları dünyanı idarə edir, bizimqızlarımızı təriqət yuvalarına soxub həm mənən, həm də maddi olaraq diri-diriyandırırlar.

-

Maral Akşenərin qurduğu partiya...

Elə bu səbəbdəb İYİ partiyadır.

-

35 ildir bu məmləkətdə qəzetçilik edirəm,qadınların bu partiya qədər maraqlandığı başqa bir partiya görmədim.

Sağçımı, solçumu, mərkəzçimi, filan...

Bunlar artıq bir tarixdir.

İkinci dünya savaşından qalma soyuq müharibə qəliblərdənəl çəkin, qardaşım.

Azad qadın amili çağdaş dünyanın əsas trendidir.


Sözçü qəzeti, 26 oktyabr 2017-ci il.

TƏQVİM / ARXİV