adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ATAMBAYEV NİYƏ QALMAQAL QOPARTDI?

MEHMAN CAVADOĞLU
66967 | 2017-10-14 10:22

Qırğızıstan cəmiyyətiprezident seçkilərinin son həftəsinə ölkəni sarsıdan faciəli avtomobilqəzasının yaratdığı şok təəssüratla qədəm qoydu. Ötən şənbə günü səhərsaatlarında baş nazirin müavini Temir Cumaqədirovun Toyota Land Cruiser markalıxidməti avtomobili Bişkek-Qara-Balta avtomobil yolunun 36-cı kilometrliyindəqarşıdan gələn Kamazla toqquşub. T. Cumaqədirovla birgə onun sürücüsü vəköməkçisi də elə hadisə yerində dünyalarını dəyişiblər. Sentyabr ayının 21-dənhəm də ölkənin seçki qərərgahınına rəhbər təyin edilmiş vitsepremyer Talasşəhərinə seçki məntəqələrinin hazırlıq vəziyyətini yoxlamaq üçün gedirmiş.Həmin vaxta kimi qərərgaha rəhbərlik edən baş nazirin digər bir müavininamizədlərdən birinin xeyrinə təbliğat aparmaqda suçlanaraq vəzifəsindən uzaqlaşdırılmışdı.

Bu dəhşətli faciədən ənçox sarsılan, deyəsən, ölkənin indiki başçısı Almazbek Atambayevin özü olmuşdu.Qırğızıstan prezidenti təbiətən çox çılğın adamdır. O, "açıq danışmaq”, "sözübirbaşa üzə demək” kimi siyasətçilərin həmişə uzaq durmağa çalışdığı xüsusiyyətləriylə tez-tez gündəmə gəlir. Ancaqonun qəzadan sonra söylədiyi nitqinin emosional ağırlığını təkcəxarakterinin bu cəhətilə bağlamaq düzgün olmazdı. Hiss olunurdu ki, Atambayevkonyuktura xətrinə belə danışmır. Prezident həqiqətən sadiq dostunu, yaxınsilahdaşını itirmiş bir insan, cavan və perspektivli kadrından məhrum olmuş birdövlət rəhbəri kimi tam bir kədər və üzüntü içindəydi. Görünür, məhz buna görədə onun bu dəfəki demarşı nəinki bütün diplomatik normaları aşıb keçdi, həttaadi insani münasibətlərin sərhədlərini də vurub dağıtdı. Bir sözlə, gözünü yumub,ağzını açdı və içinin illərlə yığılmış xıltını boşaltdı. Özü də ən yaxın, ənböyük, ən güclü, ən varlı, üstəlik, dini baxımdan eyni, etnik baxımdan... eləbir az yuxarı-aşağı, etnik baxımdan da eyni olan qonşusunun ünvanına.


Atambayevin qalmaqallıçıxışına keçməmişdən qabaq onu da qeyd edim ki, ötən şənbə günü Qırğıstandaməlum avtoqəzadan savayı siyasi gündəmi lərzəyə gətirən digər bir hadisə də başvermişdi. Bir neçə gün əvvəl seçkilərin hazırkı favoritlərindən biri olan OmurbekBabanovun xeyrinə namizədliyini geri götürmüş Bakıt Torabayovun səs yazısıyayılmışdı. Həmin səs yazısında keçmiş namizəd deyir ki, Babanov prezidentseçiləndən sonra mən onunla şərikli biznes quracam. Avtoqəzanın şoku içindəolan prezidenti də elə bu söz cin atına mindirib və dövlət mükafatlarınıntəqdim olunma mərasimində etdiyi çıxışında qəzəbini həmin namizədlərinhimayəçisi hesab edilən Nazarbayevin (xatırladaq ki, bu yaxınlarda Qazaxıstanprezidenti Babanovla şəxsən görüşüb) üstünə töküb: "Mən ədalətli seçkilərkeçirməyə söz vermişəm və sözümün üstündə duracam. Ancaq bizim ölkəmiz bu cürnamizədlər üçün kommersiya boxçasıdır”. Onun sözlərinə görə Bişkekə bu cürnamizədləri sırıyan məhz Qazaxıstandır. Qazax siyasi dairələri 2010-cı ildə inqilabla devrilmiş prezidentKurmanbek Bakiyevi çox sevirlər. Bakiyevi hələ də öz bayramlarına dəvətedirlər. Onların ən yüksək səviyyəli rəsmilərinin Bakiyevin Qırğızstandakı həmin 2010-cu il inqilabı vaxtıdinc adamları güllələməsini təqdir etdiklərini şəxsən özüm eşitmişəm. A. Atambayev daha sonra bildirib: "Nazarbayevdeyir ki, təkcə Alma-Atanın ümumdaxili məhsulu Qırğızıstanın ümümdaxiliməhsulundan 5 dəfə, Qazaxıstanınkı isə 20 dəfə, hər adambaşına düşən illikgəlir isə 10 dəfə çoxdur”. "Bəs, ondaniyə pensiyalar 10 dəfə yox, cəmi 1,5 dəfə çoxdur” – deyə Atambayev öz ritoriksualına özü də cavab verir: "Çünki oğurlayırlar. Onlar Qazaxıstanınsərvətlərini oğurlayırlar, bu sərvətlər qazax xalqına çatmır.” O, sözünə davam edərək deyir ki, bizdə adambaşına gəlir indikindən on dəfə çox olsa,pensiyalar da on dəfə artacaq. Bizim qonşu Talas vilayətində heç də onlardanpis yaşamırlar. Qırğız prezidenti bunun səbəblərini söyləməyi də unutmur:"Atambayev onlara pis nümunədir, Atambayev azad və ədalətli seçkilər keçirdirki, bu da onlar narahat edir. Qazaxıstan rəsmiləri bunu pis nümunə hesab edirvə özləri üçün təhlükə sayırlar. "Nazarbayev düz deyir ki, Qırğızıstana gəncprezident lazımdır – deyə Atambayev davam edir. – Bizim prezidentliyənamizədlərimizin ən böyüyü Nazarbayevdən 20 yaş balacadır. Mən özüm isə 16 yaş.İndi kimə, bizə, yoxsa onlara gənc prezident lazımdır?” Sonra o, keçmişə başvurur və ittihamlarını tarixi müstəviyə keçirdir: "Biz qazaxlarla qardaşıq,qanımız birdir. 500 il əvvəl biz Çingiziləri özümüzə sultan seçdik. Bəzən indidə adama elə gəlir ki, Qazaxıstanı qazaxlar yox, hələ də çingizilər idarəedir”. Daha sonra o, qazax rəhbərliyini qorxaqlıqda suçlayır. "Yüz il bundanqabaq qırılmış qazaxların xatirəsini yad etməyə də cəsarətiniz çatmadı”.Xatırladaq ki, burda söhbət 1916-cı ildə Orta Asiyada çar hökumətinə qarşıqalxmış qiyamda rus əsgərlərinin törətdiyi qırğınlardan gedir. Ötən ilQazaxıstandan fərqli olaraq Qırğızıstanda bu hadisə ilə bağlı geniş tədbirlərkeçirilmişdi .

Ümumiyyətlə, son dövrlərQırğızıstanda müsəlman dünyasına, bir çox postsovet ölkələrinə örnək olasıdemokratik proseslər baş verir. Ölkədə avtoritar təmayüllərdən uzaqlaşmaqsahəsində mühüm addımlar atılıb, çoxpartiyalı parlament formalaşıb,hakimiyyətin ötürülməsinin dinc və işlək mexanizmləri yaradılıb. Təbii ki, buproses özünün ilkin və kövrəkmərhələsini yaşadığına görə hələlik, oturuşmuş bir demokratik sisteminmövcudluğundan danışmaq tezdir.Cəmiyyətdəki alternativlik siyasi plüralizmdən daha çox yerliçilik,tayfa-klan münasibətlərinə əsaslanır ki, bu da qorxulu tendensiyaların hər anbaş qaldıra biləcəyi ehtimalını xeyli artırır. Elə ona görə də indiki prezidentseçkiləri ölkənin yeni tarixi üçün çox ciddi bir mərhələ və ciddi sınaqdır.

Seçki kampaniyası sonayaxınlaşdıqca seçki ehtirasları da tam qızışır, siyasi gərginlik öz piknöqtəsinə çatır. Hətta prezident Atambayev ölkədə iğtişaşlar hazırlanmasıbarədə ciddi informasiyaların olması səbəbindən MDB dövlət başçılarının Soçizirvəsinə də getmədi. Düzdür, bəzi ekspertlər bunu Qazaxıstan prezidenti N.Nazarbayevlə görüşmək nədir, adicərastlaşmaqdan belə yayınmaq cəhdi kimi qiymətləndirsələr də, elə həminekspertlərin özləri ölkədə hadisələrin hər an nəzarətdən çıxmaq ehtimalınınmövcudluğunu da danmırlar.

Startda on nəfərdən çoxnamizədin qatıldığı seçkilər (bir neçə nəfər kampaniyanın gedişindənamizədliyini geri götürüb) finiş xəttinə faktiki olaraq iki favoritlə – hakimsosial-demokrat partiyasının namizədi, prezidentliyə namizəd olandan sonra başnazir postundan istefa vermiş SooronbekJeenbekov və keçmiş baş nazir, Respulika – Ata Yurd partiyasının vəparlament fraksiyasının rəhbəri Omurbek Babanovla yaxınlaşır. Sorğu mərkəzlərivə ekspertlər hər iki namizədin şanslarını bərabər qiymətləndirir. Namizədlərinarasındakı qarşılıqlı ittihamlar elə istənilən ölkədə keçirilən seçkilərinruhuna uyğun şəkildə gedir – bir-birlərini nədə gəldi ittiham edirlər. Ancaq S.Jeyenbekovun düşərgəsində olanlar siyasətçidən daha çox oliqarx hesab etdiklərirəqiblərini Qazaxıstanın marionetkası olmaqda, qonşu ölkənin biznes və digərmaraqlarını təmsil etməkdə, keçmiş prezident Bakiyevin kriminal klanınabağlılığda ittiham edirlərsə, Babanovçuların hücumları namizədin özündən çoxindiki prezidentə qarşı yönəlib. Onlar Atambayevi seçkilərə müdaxilə etməyəcəyiilə bağlı verdiyi sözü tutmamaqda, S.Jeenbekovun namizədliyini müdafiə etməkdəsuçlayır, bütün hakimiyyət resurslarının onun qələbəsini təmin etməyə səfərbərolunduğunu iddia edirlər. Amma Babanovun özü də kampaniyasını tam siyasimüstəvidə aparmır. Məlum avtomobil qəzasından bir neçə gün əvvəl onun qatıtərəfdarlarından biri olan deputat Kanat İsayevin dövlət çevrilişi cəhdindəittiham edilərək həbs olunması göstərir ki, müxalifət də güc resurslarından istifadəetmək imkanlarından məhrum deyil. Çünki deputatın çox ciddi bir ittihamlaüzləşməsi dedi-qoduya yox, konkret videomateriala əsaslanır. Artıq ölkədənümayiş etdirilmiş həmin videoda K.İsayeviniğtişaşlar törətmək üçün cinayətkar ünsürlərə pul paylaması səhnələri özəksini tapıb. Namizədin hər seçki məntəqəsinin qarşısına 200-300 nəfər adamtoplaşmasının vacibliyi ilə bağlı aramsız müraciətləri də elə bu planın tərkibhissəsi kimi yozulur.

Üzümüzə gələn bazarqırğız xalqının növbəti vacib sınaq günüdür. Bu sınaqdan uğurla çıxmaq ölkənindemokratik inkişafı yolunda çox vacib mərhələ olacaq. Allah eləməmiş, başqa senarilər işə düşsə, indiyə kimi əldəedilənlər də məhv olacaq. Yaxın tarixin təcrübəsi göstərir ki, bu ölkədə qazanqaynayıb daşanda çox yeri yandırır.



TƏQVİM / ARXİV