adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
130676 | 2017-10-10 17:44

İbrahim oğluna nəsihətelədi:

- Oğul, beləfikirləri ürəyindən çıxart. Öləcəyəm, öldürəcəyəm nədir? Əmin bizim təkkasıblarla yaxınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də yıxılır. Sənözün də gözəl, qoçaq, cavanlar arasında sayılan oğlansan. Hansı dövlətlininqızını istəsən sənə verər. Əmin, qızını vermədi nə olar? Çıraq dibinə işıqsalmaz.

- Ata, mənə dövlətlazım deyil. Əmim dövlətini kimə verəcək, versin. Mən çörək qazanmaqda acizdeyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə. Mənə ancaq öz istəklimlazımdır. Mən yoldaş arasına çıxa bilməyirəm. Mənim heç bir başqa yolum yoxdur.

* * *

Hacı Kamyabaarvadı, Gövhərtacın naxoş olmasını xəbər verdi. Hacı bərk təşvişə düşüb qızınınotağına getdi. Qız yorğan-döşəkdə uzanmışdı.

Hacı, qızının rənginiqaçmış görüb xəbər aldı:

- Qızım, sənə nəolubdur? Niyə yatıb

san?

- Bir şeyyoxdur, ata, deyəsən soyuq dəyibdir. Bir az başım ağrıyır. Heç zad olmaz, biraz tərlərəm, qurtarar.

Hacı gəldiarvadının yanına.

- Qız naxoşdur,naxoşluğunun da səbəbini bilirəm. Bizim İbrahimin avara oğlunun fikri düşübbaşına. Mən onun yanında bu söhbətləri eləməyəcəyəm. Ona sən nəsihət elə. Xudayar xan hara, baqqalİbharim hara? Gəray xan hara, Fərman hara? Ancaq mən onun naxoşluğunun şiddətetməyindən qorxuram. Yaxşı olar ki, həkimbaşı Mirzə Mehdiyə adam göndərəm, gəlsin,bir baxsın. Ancaq qızın toyunu da uzatmaq lazım deyil.

Əndərundançıxıb, nökərlərdən birini Mirzə Mehdi üçün göndərdi. Mirzə Mehdi gəlib qızın nəbziniəlinə alıb, sonra barmağını alnına qoyub, bir qədər fikrə gedəndən sonra dedi:

-Qızın mərəzi anlaşılmaz bir mərəzdir. Mən qırx beş ildir ki, təbiblik edirəm,belə bir mərəzə rast gəlməmişəm. Lazımdır,bir üç gün keçsin. Üç gündən sonra mən yenə gələrəm. Onadək xəstənin mərəzianlaşılan bir tərzə keçər.

Həkimbaşı getdi.O, doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də,bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ancaq məhəbbət mərəzinə birdərman tapmaqdan aciz idi.

Həkimbaşı gedəndənsonra Hacı Kamyab bir adam göndərib qardaşı İbrahimi yanına çağırdı. İbrahimhaman saat durub, dükanını bağlayıb gəldi. Hacı Kamyab İbrahimi otağına apardı.

- Əyləş, qardaş,- dedi.

İndiyədəkqardaşından bu mehribançılığı görməmiş İbrahim, vəziyyətə çox təəccüb edib,qardaşının yanında dizi üstündə əyləşdi.

Hacı Kamyabdedi:

- İbrahim, mən sənibir işdən ötrü çağırmışam. Sənin oğlun Fərman qoçaq bir oğlandır. Onun bikar vəavara gəzməyi, doğrusu, mənə toxunur. Nə qədər olsa, ona Hacı Kamyabın qardaşıoğlu deyirlər. Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Bu min tümənidə mənim tərəfimdən ona yetir. Degilən, əlində maya qayırsın. Əgər işində tərəqqigörsəm, ona yenə maya buraxaram. Mən onun düşməni deyiləm. Həmişə onun yaxşıolmağını istəyirəm. Ancaq onun tay-tuşunu, boş gəzməyini görəndə ondan inciyirəm.Degilən ağlını başına cəm edib, kasıblığa məşğul olsun. Mənim də əlim həmişəonun üstündə olar. Daha deməsinlər ki, Hacı Kamyabın qardaşı oğlu avara gəzir.

Belə pullarıcibində görməmiş İbrahim sevinə-sevinə evə gəlib oğlunu çağırdı.

- Bala, bu pulu,sənə əmin Hacı Kamyab göndərib. Bikar oturmaqdan fayda yoxdur. Özün üçün birticarət düzəlt. Həm əlin işdə olsun, bikar gəzməyəsən, həm ticarətlə məşğulolasan. Bir para fikirləri başından çıxar. Əmin deyir bundan sonra onaartıqlığınca maya verəcəyəm. Ancaq bikar gəzməsin.

Fərman pulu alıbbir qədər əlində dolandırdı. Sonra dedi:

- Ata, əmiminbirdən-birə belə səxavət üstünə gəlməyinə səbəb nə olubdu? Bəs İndiyədək niyəbu pullardan verməyirdi? Yoxsa məni gözü İndi gördü? Ya yoxsa belə ənamlarla mənimağzımı yummaq istəyir? Al pulları, apar ver Hacı Kamyaba, degilən dövlətiniazaltmasın, yaxşı olmaz!

Fərman bu sözləriilə pulu atasının qabağına qoydu.

İbrahim yenəbaşladı nəsihəti:

- Ay bala, özünişimizin hər üzünü görürsən. Mənim bir balaca baqqal dükanım var ki, kökündənsatsan, bu pulun üçdən biri ələ gəlməz. Min tümən elə bir sənin kimi igidinmayasıdır. Əlində dolandır. Bu şəhərdən mal al, o şəhərə apar. Oradan al,buraya gətir. Güzəranımızın necə çətinliklə keçməsini özün görürsən.

İbrahimin nəsihətioğluna əsla təsir etmədi.

Oğlu dedi:

- Ata, mən sənəsöz verirəm ki, sabahdan işləyib çalışmağa başlayacağam. Rəhman tacir, neçəvaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır; deyir, bir-İki il mənəməvaciblə qulluq elə, sonra səni özümə şərik elərəm. Əmimin sədəqəsinə möhtacolunca gedib Hacı Rəhmana qulluq elərəm. Hacı Kamyabın pulunu sabah aparıb özünəverərsən.

İbrahim, oğlununinadını görüb daha bir söz demədi. Bir dərin ah çəkib pulları qoydu cibinə.

* * *

Azandan bir saatkeçmişdi. İbrahimin qapısı döyüldü. Fərman qapını açıb, öz yaxın yoldaşlarındandörd nəfəri görüb çox şad oldu.

- Buyurun,buyurun, içəri gəlin.

Yoldaşlar otağadaxil olub, bir-bir Fərmana sual verməyə başladılar:

- Ay balam, buneçə gündü harada qalıbsan? Heç görünmürsən. Fikir elədik ki, sənə bir naxoşluqüz verib. Şükür Allaha ki, sağ-salamatsan.

Fərmanyoldaşlarının gəlməklərindən çox məmnun olduğunu izhar etdikdən sonra dərdinisöyləməyə başladı:

- Bilirsiniz, həmişəşax gəzmiş bir adamam, indi məni əmim götürüb belə yerə çırpıbdır ki, xəcalətimdəninsan arasına çıxa bilməyirəm. Mən heç vədə güman etməz idim ki, o məni qoyubqızını başqa bir adama verə. Xudayar xan dövlətlidir. Məgər əmimin dövlətiondan azdır? Əgər əmim dövlətinin Xudayar xanın oğluna qalmasını istəyirsə,aparsın versin ona. Amma mənim istəklimi əlimdən almasın. İndi nə mənimmümkünüm var ki, gedəm əmimlə danışam, nə də mənim atamda bu cürət var. Odurki, gecələr yata bilmirəm. Yediyim çörək boğazımdan getmir. Məgər kasıb adamınürəyində məhəbbət olmaz?

Yoldaşları ona təskinlikverməyə başladılar:

- Qardaş, birqız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Əmin,qızını sənə verməyib, Xudayar xanın oğluna verib, cəhənnəmə versin, goraversin. Biz də dedik ki, görəsən nə vaqe olub. Belə fikirləri başından boşlagetsin. Şəhərdə sənin əmiyin qızından gözəl qızlar az deyil. Yoldaşlarındanbirisi təskinlik verənin sözünü kəsdi:

- Qardaş, -dedi, - bu bir danışıq deyil ki, sən eləyirsən. Biz hamımız adımızı igidqoymuşuq. Əgər hər işi çətinə düşən yoldaşımızı belə boş nəsihətlərlə sakit edəcəyiksə,afərin olsun bizə! Yoldaşımız çətinə düşüb, kömək lazımdır. Biz onu öz istəklisinəyetirməsək, gərək papaqlarımızı itə verək.

- Axır, burada nəeləmək olar?

- Hər şey! Gedək,köməkli Hacı Kamyabın qızını götürək qaçaq.

- Hacı Kamyabkimi kişinin qızını götürüb qaçmaqmı olar?

- Hacı Kamyabkimi kişinin atasına da od vurmaq olar. Ancaq qızın razılığı olsun. Buna da şəkkyoxdur. Pusqu qoyarıq. Qız hamama gedən vaxt yoldan ağzını başqa yerə döndərərik.Ancaq bir növ qızı pişəzvaxt xəbərdar eləmək lazımdır.

- İndi çətinlikburasındadır ki, kənardan bir şəxsin Hacı Kamyabın əndərununa yolu yoxdur.

Bu yerdə Fərmanguya yuxudan ayıldı.

- Mən yoltaparam, qızı xəbərdar elərəm.

- İndi ki elərsən,çox gözəl!

Fərman yenədedi:

- Mənim adamımvar, ancaq qızı kimin evinə aparmalı? Çünki şəhər əhlindən bir nəfər cürət edibHacı Kamyabın qızını evində gizlətməz.

- Qızı birbaşaapararıq Hacı Mirzə Əhməd ağanın evinə. Göydən göy İmam enə, onun evindən qızıçıxarda bilməz və Hacı Kamyab da onun xahişlərinin qarşısında bir söz danışmağacürət etməz.

Yoldaşlar hamısıbu tədbiri xoşladılar.

- Vaxta ki, Fərmanqızı xəbərdar etməyə qadirdir, bizim sözümüz yoxdur.

Yoldaşlar bir qədərdə kənar söhbətlər edib çay içib dağıldılar. Bunlar gedəndən sonra, Fərmanatasının otağına keçdi.

- Ata, bayaq sənəverdiyim min tüməni bura ver.

- Ay oğul, nəolub, yoxsa yoldaşların sənə nəsihət elədilər. Ağlın başına gəldi?

- Elə bir işvar.

İbrahim qalxıb,pulu gətirib oğluna verdi.

Fərman pulu alıbotağına getdi.

* * *

Sübh həkimbaşıMirzə Mehdi evində əyləşib xəstələri qəbul edirdi. Içəri daxil olan Fərmanı görəndətəəccüb elədi. Fərman salamat, qüvvəli bir oğlan sayılırdı. Sifətində də heç mərəznişanəsi görünmürdü. Həkimbaşı ona yanında yer göstərdi.

- Gəl, gəl! Nə əcəbsən də mərizlər cümləsinə daxil olubsan? Gəl əyləş, görüm dərdin nədir?

Fərman ədəblə əyləşibdedi:

- Həkimbaşı, mənimdərdim böyük dərddir. Siz özünüz gərək dinməmiş biləsiniz. Sizə məlumdur ki,uşaqlıqdan əmim Hacı Kamyabın evində onun qızı Gövhərtacla bir yerdə böyümüşəm.Uşaqlıqdan biribirimizə yoldaşlıq məhəbbəti yetirmişik. Bu məhəbbət axırdaözünün təbii yoluna düşdü. Biz bir-birimizi sevdik. Doğrudur, mən böyüyəndənsonra əmim məni evindən genitdi. Bu da təbii idi. Bununla belə, həm mənim və həmGövhərtacın yəqinimiz bu idi ki, əmim bizi birbirimizdən ayırmayacaq. Və cəmiqohum-əqrəbanın da yəqini bunda idi. Hamı deyirdi: "Hacı Kamyabın dövlətininhəddi-hesabı yoxdur. Əlbəttə, o heç vaxt istəməz ki, bu dövlət kənar bir şəxsinəlinə keçsin. Yəqin qızını öz qardaşı oğluna verəcək: dövlət də yad adamaqalmayacaqdır". İndi Xudayar xana söz verib, hətta ondan nişan da qəbuledibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da o gündən bəstərinaxoşdur. Onun heç bir mərəzi yoxdur, məgər inki eşq.

- Onu mən də yəqinetmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir?

- Həkimbaşı, buyerdə siz mənə kömək verə biləcəksiniz.

- Mən nə köməkverə bilərəm?

- Siz Gövhərtacımüalicə edirsiniz. Hər gün onunla görüşürsünüz. Mənim bircə sifarişimi onayetirin.

- Nə sifariş?Degilən, yetirərəm.

- Allah sizdənrazı olsun, həkimbaşı. Mən qət eləmişəm ki, bir neçə yoldaşlarımın köməyi iləonu gecə aparım. Siz ona ancaq deyəsiniz ki, azandan bir saat keçmiş əndərununqapısına çıxsın.

Həkimbaşı bu təklifdənbərk hiddətləndi:

- Bu nə növ təklifdirki, mənə eləyirsən? Sən bu təklifin qəbahətini anlayırsanmı? Mənim boynumaatdığın vəzifəni düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllıkişidir; amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və sənin əmin Hacı Kamyabınxatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək get.Gör bir küpəgirən qarı tapa bilərsənmi; belə sifarişləri onunla göndərəsən.

Fərman başladıyalvarmağa:

- Həkimbaşı, sizgörürsünüz ki, mən cavanam. Bu saat başıma hava vurub, danışdığımı özüm dəbilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərəzlərə dərman edirsiniz. Vaxtaki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü siz necə qəbuletməyirsiniz? Mənə rəhm edin, həkimbaşı. Bu xırdaca töhfəni də məndən qəbuledin. Fərman bu sözü ilə atasından aldığı min tüməni də həkimbaşının qabağınaqoydu.

Həkimbaşıpulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi.

- Oğul, bu pulnahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki, bir cavanın diriliyinəsəbəb olacaq, onu deməmək günahdır.

- Yox, həkimbaşı,təvəqqe edirəm, qəbul edəsiniz. Bu xırdaca töhfə mənim mərəzimi müalicə etməyinizinhəqqi-zəhməti olsun.

Həkimbaşısifarişi Gövhərtaca yetirməyi qəbul etdi və söz yox ki, "xırdaca töhfəni"dəcibinə ötürdü.

***

Həkimbaşı Gövhərtaclagörüşüb əndərundan çıxdı və qapıda Hacı Kamyaba rast gəldi.

- Həkimbaşı,qızın mərəzini tapa bildinizmi?

- Gözəlcəsinə tapdım.Bu gün, olsun ki, ayağa duracaq.

Həkimbaşı gedəndənsonra hacı içəri daxil olub qızında başqa halət gördü. Qız durub libasınıgeyinib, şad və gülər üzlə əyləşmişdi. Atasını görən tək durub qabağına yeridi.

- Sabahın xeyirolsun, ata! Həkimbaşı bu gün mənə bir gözəl dərman verdi. Içən tək cəmi mərəzlərimrəf oldu. İndi daha heç bir ağrıyan yerim yoxdur. Özüm də bilmərrə salamatam.

Hacı Kamyabsevinmiş gedib arvadına xəbər verdi. Arvad da o saat durub qızının yanınayüyürdü. Qızını sağ və salamat görüb dedi:

- Yox, bu dərmanişi deyil. Dünən mən gedib İmamzadada şam yandırdım. İmamzada mənim qızıma köməkelədi. Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz.

Qız gülərəkanasının sözünü təsdiq etdi.

Bir qədər bizimməmləkətimizin İmamzadalarından sizə söyləyim, eyib eləməz. Sonra mətləbə keçərik.

- Buyurun,odabaşı.

- Bizim məmləkətdəbir kənd və bir şəhər tapa bilməzsiniz ki, orada bir neçə İmamzada olmasın. Birbalaca, on min əhalidən ibarət olan şəhərdə on altı İmamzada var. Hansı bir şəhərəgedib xəbər alsanız ki, İmamzada haradadır, fövrən bir İmamzada yox, neçəsinigöstərəcəklər. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəstidi. Bu səbəbdən də hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi.Xalq islamı qılınc zoruna qəbul edəndən sonra da öz ata-baba dinindən əl çəkməkistəməyib və atəşgədələri əldə saxlamaq üçün hər brinə bir İmamzada adıqoyublar. Qədim dinin asarı İndi də durur. Məsələn, indi də eşidə bilərsiniz:"O görükən Aya and olsun"; ya "bu çırağa and olsun"; ya"bu yanan ocağa and olsun"; ya "o günə and olsun" və i.a. Həttacamaat keçmiş atəşpərəstlik ayinini İndi də Məşhəddə İmam Rzanın başının üstündəicra edir. Qədim zaman gün çıxanda onu şeypur, təbil və sinclə istiqbal edirdilər.Həmçinin gün batanda da onu habelə müşayiət edirdilər. Halhazırda bu oyun İmamRza məscidinin minarəsində çıxır. Hər gün minarənin başında sinc, təbil vəşeypurla günü istiqbal və müşayiət edirlər.

Bir qədər şəhərlərimizdənsöyləyim: Bizim vətənin şəhərinə yaxınlaşanda böyük bir hasar və darvaza görəcəksiniz.Darvazalar gecələr bağlanır və sübhdən axşamadək açıqdır. Şəhərə daxil olandaqabaqca bir böyük meydan görəcəksiniz ki, ona ərk deyirlər. Bu meydana neçə ədədşah Təhmasibdən qalmış toplar qoyublar və topların içində göyərçinlər yuvatİkiblər. Şəhərin ortasında bir meydança görəcəksiniz ki, adına "Səbzimeydan" deyirlər. Bunu güldən, çiçəkdən və ağacdan da görmək olur. Bumeydan əhalinin səyahət yeridir. Şəhərlərin küçələri İki cərgə quru divardanibarətdir. Nə bir pəncərə, nə bir balkon küçəyə baxmaz. Əgər bunlar evlərinbirində tapılsa, yəqin bilərsiniz ki, xarici evidir. Divarlarda xırdaca dəriçələrvar. Hər qapıdan bir çəkic asılıb. Çəkiclə dəqqülbab edirsən. Elə ki qapıaçıldı, daxıl olursunuz bir dəhlizə. Dəhlizin bir qapısı sağa və o birisisoladır. Kişilər qapıların birindən "birun"a keçir, qadınları o biriqapıdan "əndərun"a buraxırlar. Əndəruna ya biruna daxil olanda hər tərəfdəbir behişt görürsünüz. Burada hər bir sahibxana öz səliqəsini göstərir. Fəvvarələr,hovuzlar, dünyanın hər bir yerindən toxumu, ya ağacı gətirilmiş güllər, qəfəslərdəcürbəcür oxuyan quşlar, ağacların arasında tovuzlar rəngarəng qanadlarını açmışgəzinməkdədir. Xülasə, belə bir bağçaya girən daha bir də oradan çıxmaq istəməz.Əndərun bağçasında qadınlar və birunda kişilər rahat, asudə gəzib vaxt keçirirlər.

Qadınlar yəqinbilirlər ki, bir nəfər naməhrəm nə onların üzlərini görə bilər və nə səslərinieşidər. Odur ki, orada hər növ libas geymək, hətta libassız da gəzmək caizdir.Çox vaxt qadınlar libaslarını çıxardıb hovuzda çimirlər. Ev sahiblərindən savaybir nəfərin əndəruna girməyə ixtiyarı yoxdur.

Belə bir ev dəHacı Kamyabın var idi. Onun bağçasının tərifi dillərdə söylənirdi. HəttaXudayar xan kimi şəxs də onun bağçasına bənd olmuşdu. Axşam Gövhərtac əndərunbağçasına səyahətə çıxdı. Gündüzdən anasından bir qədər cavahirat da alıb özünəzinət vurmuşdu. Bağçada ürəyi döyünərək dolanıb vəd olunmuş saatı gözləyirdi.Ata və anası onun salamatlığa çıxıb bağçada gəzməyindən daha şad olub, heç bir bədgüman etməyirdilər.

Müəyyən vaxtdaküçə qapısı üç dəfə vuruldu. Nökər gəlincə Gövhərtac özünü dəhlizə atıb qapınıaçdı. Əmioğlusu yoldaşları ilə bahəm durmuşdular. Əlini Fərmanın əlinə verib cəldgetdi. Yatmaq vaxtı yaxınlaşanda, Hacı Kamyabın arvadı, qızını yatmağa çağırmaqüçün bağçaya çıxdı.

- Ay qız, Gövhərtac,yatmaq vaxtıdır, yorğan-döşəkdən təzəcə durubsan, soyuq dəyər.

Anası hərçi səslədi,Gövhərtacdan cavab gəlmədi. Bağçanı başdanbaşa gəzib qızını tapmadı. Müztəribhalətdə qayıdıb qızının itməyinin xəbərini ərinə yetirdi.

Hacı Kamyabnamazını qurtarıb yatmaq istəyirdi. Xəbəri eşidən kimi nökərlərin hamısınıayağa qalxızdı. Qızın Fərmanla qaçdığını yəqin edib, birbaş qardaşı İbrahiminevinə getdi.

İbrahim qapınındöyülməsini eşidib, soyuncaq gedib açıb, Hacı Kamyabı görəndə təəccüb etdi.

- Qardaş, bu gecəvaxtı xeyirdirmi? Sən ki, gündüz də mənim evimə gəlməzsən. İndi nə vaqeolubdur?

- De görüm oğlunFərman haradadır?

- Fərman azanvaxtı yoldaşları ilə getdi. Qapı döyüləndə də mən güman etdim ki, gələn odur.

- Hara getdiyindənsənə bir söz demədimi?

- Xeyr. Mən onunhara gedib-gəldiyini soruşmaram. Öz kefinə bir adamdır. Haraya kefi istəsəgedir.

- Mənim qızım daevdən qaçıb. YəqinFərman harada isə qızım da oradadır. Məlun bihəya, binamus! Mən onu döşümə çəkib,əlinə maya verib adam eləmək istəyirəm, amma o məni rusvayi-cahan eləyir. Mən Xudayar xana nə cavab verim? Xudayarxan aləmi tar-mar edəcək.

Hacı Kamyab söylənərəkgetdi. O gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nəGövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi.

(ardı var)


TƏQVİM / ARXİV