adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ELƏ XOŞUM GƏLİR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
54266 | 2017-10-09 18:00

Təkrar oxuduğumbir kitabdandı bu misra. Arxada qalan həftənin qayğıları elə yüklənib ki,çiyinlərimə, nəfəsim tıncıxdı. Özümə yer tapmaq üçün çox götür-qoy etdim. Yenə əlimçatan, ünüm yetən kitablar oldu... yenə Allahıma şükürlər etdim ki, bu kitablarməni darda qoymur. Necə deyərlər, ən ağır durumda, ən kritik məqamda hayımaçatırlar.

Bax, bu dəfə dəaz qala eyni ssenari təkrarlandı. Necə deyərlər, ürəyimin yer tapa bilmədiyi məqamdaəlimi uzatdım kitab rəfimə... və gördüm ki, ürəyim elə bil ki, üstünə bir damcısu düşmüş köz kimi bir anda özünə qayıtdı. Sönmədi, yox! sadəcə içimdən dərinbir "ah" çıxıb getdi. Çünki okitabda deyilirdi ki:


Əzabı mən eləgözəl çəkirəm,

Çəkdiyim əzabdanheç kəs usanmır.

Özüm öz başımasığal çəkirəm

Məndən söz düşəndəsöhbət uzanmır.


Dərd məndən əlinibüsbütün çəkib,

dərdi sonalayıbqəmi seçirəm.

Əzabın altındanpis tütün çəkib

üstündənşipşirin su da içirəm.


Hə, doğrudan da əzabbir ayrı dünyadı. O dünyanın açarı, kilidi kimin əlindədirsə, mənə görə xoşbəxtdi.Çünki hamı ondan qaçır, amma o heç kimdənqaçmır. Bilir ki, ölkə mütləq gəlib dolanaqdan keçdiyi kimi, ayın, günün birindəbütün bəndələrin yolu onun qapısından keçəcək.

Ona görə də əzablabəri başdan dost olmaq lazımdır, onunla dost kimi rəftar etmək gərəkdir. Lapşair dediyi kimi:


Məzə qurtararsa,

özümüz toxdu.

Arağa dost kimi

zakuska yoxdur.


Bəli, yəqin ki,məni başa düşdünüz. Üəyin iki dostu var: biri əzabdı, biri sevinc. Sevinc mənəgörə kefi kök, günün xoş saatının dostudu, əzab isə bütün ömrün. Ona görə də təkiadamın dostu olsun, təki adama yamanlıq, necə deyərlər, qəsd olmasın. Yəni:


Qəsd olsa

hər palıd

bir dar ağacıdı

hər döngə,

hərtin

pusquyeri.

Əkil.

mumla,

kiri!

Qəsdolsa,

çəngəl-bıçaqdanağır

silahyoxdur.

Hərqab

zəhərdolu tuluqdu.


Bunuda anladınız və gözünüzün önünə gətirdinizki, qəsdin nə qədər sadə və nə qədər də dərin çalarları, silahlar, üsullarıvar. İçində qəsd etmək niyyətiolanların sirri də bu səbəbdən gec açılır. Və ən məşhur şerlok holmoslar da, yənixəfiyyələr də qəsdin üçünü açmaq üçün çox dəridən-qabıqdan çıxırlar. Düzünüdeyim ki, onların bu əzalarından da xoşum gəlir. Çünki məqsədə doğru durmadanözünü oda-közə vurur bu adamlar. Sankibu yuxusuz gecələr, bu narahat günlər onların gününə ömür calayır. Deməli, buda mütləq xoşa gəlməlidir. Adamın könlünə rahatlıq verməlidi. Necə ki:


Elə xoşum gəlireyvanımızda

sakitcə oturub oxuyum, yazım.

Bir qom çiçəkolsun güldanınızda,

çiçəyin ətriniqoxuyum, yazım.


Bir əsim meh əssingöy məkanından

şəhər Günəşdeyim, axşam Ay deyim.

Hərdən birarmudu stəkanımdan,

bir qurtum çayiçib bir "oqqay" deyim.


Elə xoşum gəlirtənəkdən dərəm,

yuyub qoyub gedəmsarı salxımı.

Əllərim belimdəqayıdıb görəm,

quşlar dimdikləyibyarı salxımı.


Düşünürəm ki, buşeirdəki mənzərəni gözünüzün önünə gətirdiniz. Xüsusilə söz adamları yəqin ki,xəyallarının qanadında Bakıdan çıxıb getdilər bağ evlərinə, kəndlərinə, təbiətqoynuna. Mən də onların dalınca baxa-baxaiçimdəki istəyi sadəcə cilovayıram. Özümə təsəlli verirəm ki, mən bu mənzərədənqiyabi ləzzət alıram.

Necə deyərlər, xəyalagətirməyin özü də bir müsbət haldır. Əllə toxuna bilməsən də, yaddaşla qapısınıdöyürəm həmin o məqamın. Elə oradaca yadıma düşür ki, dünyada işıq var, bütün qaranlıqları yaranişıq. Və o işıq yəqin nə vaxtsa mənim də həmin o xəyalımda yaşayan dünyama düşəcək.Onun yolu açılacaq. Və ən də pıçıldayacam:


Yandır tutqunüzünü,

sönmüşişıqlarını,

ürəkləndir həmbizi,

həm də uşaqlarını.


İşıqdan sözdüşmüşkən. Qaranlığı qorxulu saymaq bəlkə də olanı dilə gətirməkdi. Amma birşey də var da. O da qaranlığın nədən, hardan, kimdən və niyə qaynaqlanmasıdı.

Əgər busualların kökünü tapa bilsək, onda inanmıram ki, içimizdə qaranlıqlar olsun.Tapa bilməsək, bütün hallarda günah təkcə içimizdə qaranlıqların qoynundaqalmayacaq, həm də öz boynumuza da yüklənəcək. Axı, böyük Yaradan gündüzü işıq,gecəni qaranlıq yaratmaqla sanki ağla qaranı həm qütbləşdirir, həm də üz-üzə gətirir.

Göstərmək istəyirki, hər birinin öz yeri, öz çaları olsa da, onlar bir-birində yenidən doğulur, bir-birində təkrarlanır.Ona görə də işığı sevdiyin kimi, qaranlığı da dəyərləndirməlisən.

Qaranlığıçözdüyün kimi, işığı da öyrənməlisən. Bax, onda mütləq içinə bir rahatlıqişartısı görünəcək və sən mütləq bu misralara köklənəcəksən.


Deyirsən:- Gəz, dolan, rahat, xatircəm,

qoy bilsin dağ, dərə... sevmişəm səni!

Görmən nə deyirəm: - ay əziz - bircəm,

eləbuna görə sevmişəm səni!


Deyrsən:- Nə qədər dərkə düşmüşük,

deməbirdən-birə sevmişəm səni.

Görmən nə deyirəm: - Birgə düşmüşük-

Eləbuna görə sevmişəm səni!


Deyirsən:- Vuruldum sənə hər dəfə,

minyerdə, min kərə sevmişəm səni!

Görmən nə deyirəm: - Duydum bir dəfə...

eləbuna görə sevmişəm səni!


Deyirsən:- Əlimdə, ovcumda qaldın

döndünbirə, pirə... sevmişəm səni!

Görmən nə deyirəm: - Sən də sən oldun,

eləbuna görə sevmişəm səni!


Düşünürəmki, bax, sənin də pıçıldadığın bu şeirin yaratdığı ovqat təkcə sənin, mənimyox, elə hamımızın xoşuna gəldi.

Bizhər birimiz xoşa gəlmək üçün, xoş ovqat yaratmaq üçün nə ediriksə, bunu demədən,göstərmədən gerçəkləşdiririk. Ona görə də görənlərin, izləyənlərin, eşidənlərinxoşuna gəlir. Kimlərsə deyirsə, reklam edirsə, o adamları xoşagəlməli olandanda uzaq salır. Dəyərli oxucu, gəlin əl-ələ verib xoşumuza gələnləri də qiymətləndirəkvə özümüz də kimlərinsə həyatımızla, sözümüzlə xoşuna gələk. Zənnimcə, pis təklifdeyil.

P.S.Bu yazımda həmin o ilk cümləmdə dediyim tıncıxdığım anda əlimə götürdüyüm kitabƏjdər Olun "Günəbaxan zəmisi"ndən kömək aldım. Dadıma çatdığı üçün Əjdər Ola oxucu təşəkkürümübildirirəm.


TƏQVİM / ARXİV