adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

KRALIN QIZIL TRAPI

MEHMAN CAVADOĞLU
62382 | 2017-10-06 10:00

SəudiyyəƏrəbistanının kralı Salman əl-Səudun Moskvaya səfəri elə ilk addımdanuğursuzluğa düçar olub. 81 yaşlı kral Vnukova hava limanında təyyarədən düşərkənonun qızıldan düzəldilmiş eskalator trapı xarab olub. Köməkçilər dərhal təşvişiçində yerində donub qalan kralın qoluna girərək onu aşağı düşürdüblər. Yəqin,dünyada evsiz-eşiksiz və ac-yalavac müsəlmanların sayı çoxaldıqca dünyanın bu ənzəngin və ən qatı müsəlman ölkəsinin kralının trapında qızılla bərabər bahalıbrilyantlar da bərq vurmağa başlayacaq. Sözümüz yox, varlığa nə darlıq? Müsəlmanlardan ötrü də narahat olmağa dəyməz.Nə qədər ki, dünyada Angela Merkellər və Ancolina Colilər var ac müsəlmanlarbir qismət çörək tapacaqlar. Narahatlıq başqa məsələ ilə bağlıdır. Yaxşı trap düzəltmək üçün usta zərgərlərləyanaşı səriştəli mühəndislər də lazımdır. Beləsini Səudiyyədə tapmaq mümkündeyisə, Avropadan da çağırmaq olardı. Ya da təyyarəni elə qızıl trapla birgəsifariş vermək olardı. Puluna minnət.

Səudiyyəkralı az-az səfərlərə çıxır, amma yaxşı çıxır. Onun səfərlərinin ən çoxyaddaqalan məqamları dünyanı bu cür bahalı şoularla mat qoyması, kasıblarınağzının suyunu axıtmasıyla bağlıdır. Məsələn, bu yaxınlarda İnodneziyaya etdiyisəfərində onu 1000-dən çox adam müşayət edib, baqajının ağırlığı 500 ton olub.Yaponiyaya isə 10 təyyarə, 500 limuzin və 2 qızıl eskalator trapla (nədənsə,Moskva səfərində ehtiyat trap götürmək yaddan çıxıb) səfər etmişdi. Mehmanxanada nümayəndəheyəti üçün 1200bahalı otaq kirayə edilmişdi.

Bu,Səudiyə kralının Rusiya Federasiyasına ilk səfəridir. Ümumiyyətlə, indiyə kimiheç bir Səudiyyə kralı Moskvaya səfər etməmişdi. Rusiya mətbuatınınyazdığına görə, paytaxtın «Rits Karlton» mehmanxanası həftənin axırına kimibüsbütün Səudiyyə kralı və onu müşayiət edən heyət üçün bron edilib.

Salman əl-Səudun Rusiya səfəri təkcə öz təmtərağı ilə yox, həm dəmüzakirə olunan məsələlərin miqyasıylaböyük ictimai diqqət kəsb edir. Xatırladaq ki, bu səfərə düz 2 ildir ki,hazırlıq gedirdi. Görünür, iki ölkə arasındakı münasibətlərdə xeyli ortaq məqamlartapıldığına görə bu gün gerçəkləşən səfər bir çox rus rəsmilərini sözün həqiqimənasında vəcdə gətirib. Məsələn, xariciişlər naziri Sergey Lavrov kralın gəlişini həqiqətən cahanşümul hadisəadlandırıb. Federasiya Şurasının spikeriValentina Matveyenko ona böyük ümidlər bəsləndiyini söyləyib. Çeçenistanınbaşçısı Ramzan Kadırov isə öz instiqram hesabında bildirib ki, Rusiya və Ərəbistanarasındakı dialoq böyük konfliktlərin həllinə yardımçı olacaq.

Səfər zamanı iki ölkə arasında ticarət, iqtisadiyyyat,investisiyaların qoyuluşu və humanitar sahələrdə əməkdaşlığa dair çox saylı məsələlərmüzakirə olunacaq. Dövlət rəhbərlərinin dünya neft bazarındakı vəziyyətlə bağlıfikir mübadiləsi aparacağı da gözlənilir. Kral Putindən başqa ölkənin başnaziri Dmitri Medvedyevlə də görüşəcək. Ümumiyyətlə, 25 adda layihənin həyatakeçirilməsi ətrafında danışıqlar aparılması nəzərdə tutulur. Onların arasındaMoskvada ilk pullu avtomobil yolunun inşası məsələsi də var.

Ancaq bütün bunlarla yanaşı, dünya mediasında ən çox müzakirə olunanməsələ «Triumf» zenit-raket kompleksi iləbağlıdır. Masanın üstündə 3 milyard dollarlıq silah sövdələşməsi barədə sənədlərinolduğu deyilir. Ümumiyyətlə, Moskva on illərdir ki, Ər-Riyadın silah bazarınagirməyə can atır. Müəyyən vaxtlarda hətta 20 milyard dollarlıq müqavilələrinimzalanması ilə bağlı danışıqlar aparılsa da,bütün bunların nəticəsi olmayıb, heç bir kontrak imzalanmayıb. "Triumf”agəlincə, Səudiyyə Ərəbistanının bu kompleksə maraq göstərməsi barədə də çoxdansöz-söhbət gedir. Amma Rusiyanın bəzi rəsmilərinin və ekspertlərinin açıq-gizlieyhamlarına görə ər-Riyadın əsas məqsədi həmin kommpleksi əldə etmək yox,Rusiya ilə oyun oynamaqdır. Onlar dəfələrlə Rusiyaya xatırladıblar ki, İranaS-300 sistemləri satmasanız, biz Rusyadan külli miqdarda tank və başqa hərbitexnika ala bilərik.

Hər halda «Kommersant» qəzetinin yazdığına görə, «Triumf”S-400 zenti-raket kompleksinin Səudiyyə Ərəbistanına satılması məsələsiartıq konkret mərhələyə qədəm qoyub və danışıqların gündəliyində əsas yertutur. Təbii ki, bu səfər çərçivəsində həmin raketlərin satılması ilə bağlımüqavilənin imzalanması gözlənilmir. Əgər qarşılıqlı siyasi anlaşma olsa,konkret danşıqların başlanmasına startverilə bilər. Bundan əlavə, Səudiyyə tərəfi müqavilə çərçivəsindətexnologiyanın transfertini istəyirlərki, bu da danışıqlarda müəyyən problemləryaradır. "Ancaq hər şey danışıqlarıngedişindən asılıdır” –deyə məlumatlı mənbə qəzetə bildirib.

Bundan əlavə danışıqlarda yeni investisiya fondlarınınyaradılması, informasiya texnologiyalarısahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacağı, bu sahələr üzrəkonkret müqavilələr imzalanacağı gözlənilir.

Siyasi paketdə də xeyli məsələ var. Xüsusilə, Yəmən, Misir vəSuriyadakı mövcud durum ətrafında geniş fikir mübadiləsi aparılacaq. Səudiyə Ərəbistanınınmüsəlman dünyasındakı ən əsas geopolitik rəqibi İranla münasibətlərinperspektivləri barədə müzakirələr də istisna edilmir. Xatırladaq ki, Suriya məsələsindəMoskvayla Tehran arasında qarşılıqlıanlaşma mövcuddur. Səudiyyə Ərəbistanı isə İranı həmin prosesdən kənarlaşdırmağacəhd edir. Ancaq bu istiqamətdə müəyyən razılığa gəlmək mümkünsüz görünür.Rusiya çətin ki, bir sıra vacib məsələlərdə maraqları üst-üstə düşdüyünə, üstəlik,"düşmənimin düşməni mənim dostumdur” prinsipinəgörə uzun illərdir əməkdaşlıq etdiyi öz ənənəvi partnyorunu hələetibarına o qədər də əmin olmadığı, həm də düşməninin dostu olan bir ölkəninayağına versin.

İndi bütün dünyanın diqqəti daha çox tərəflərin hərbi-texniki əməkdaşlıq,xüsusilə "Triumf” zenit-raket sistemləri ilə bağlı sövdəşləşmələrin baştutub-tutmayacağına yönəlib. Bəs, görəsən, bu raketlərin korpusunun, heçolmasa, başlıqlarının örtüyü qızıldan sifariş veriləcək, yoxsa yox. Bax, bu barədəRusiya, Səudiyyə, bütövlükdə dünya mətbuatı, eləcə də məlumatlı mənbələr hələki, tam susqunluq nümayiş etdirirlər.




TƏQVİM / ARXİV