adalet.az header logo
  • Bakı 16°C

TELEFONUNU AÇIQ SAXLA, QARDAŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
60678 | 2017-09-21 17:32

Can dostum Dilavərinruhuyla söhbətim

Heç kim dünyanı tutubqalası deyil. Və heç kimin də buna gücü çatası da deyil. Əgər Yaradan hər kəsə "ol" və "öl"deyibsə, deməli, bütün məsafələr ömrün uzunluğu bu iki sözün arasındadı. "Ol"lagələn "öl"lə gedir. Belə olan halda olanlara sevinən bizlər ölənlərə nədənüzülürük? Qəribə sualdı, deyilmi? Amma qəribə olduğu qədər də içdən gələndi, düşündürücüdüvə bir də barışmadığımız bir haldı, bir məqamdı. Xüsusilə sevdiklərimizi, doğmalarımızıgüvəndiklərimizi, özümüzə arxa-dayaq bildiklərimizi, sirr yerimizi, ümid yerimiziitirəndə daha çox üzülürük, daha çox sızıldayırıq və daha çox da barışmırıq. Həttabəzən içimizdə Yaradana etiraz da baş qaldırır, bir asilik də keçir könlümüzdən.Və əlimizi onun dərgahına açıb həm yalvarıcı, həm üzüntülü, həm də tələb dolu birsəslə soruşuruq:

- Niyə qıydın ona?Niyə öldürdün onu? Niyə aldın əlimizdən?..

Artırmaq olar busualları. Çünki o suallar hər kəsin içində bir cür yaranır, hər kəsin dilində bircür səslənir. Cavab yoxdur! Yox, cavab var. Hamı çox razı bir şəkildə pıçıldayır:

- Özü vermişdi, özüdə apardı!

Bəlkə də dünyanınən ədalətli sözüdü, ən ədalətli qərarıdı, ən ədalətli hökmdü. Belə də yox! Bunuhəmin an o sözü deyən, o sözü dilinə gətirən ədalətli kimi qəbul edir, gerçək kimiqəbul eləyir. Amma əzizini itirən bu sözün sahibinə gözünün ucundakı qəzəblə baxır,əsəblə baxır. Sanki demək istəyir ki, itirən mənəm, sən deyilsən ki. Bu sözü deməksənə çox asandı, amma məni dinləmək də zülmdü.

İndi mən elə birdurumdayam, elə bir əhvaldayam ki, gözümün qabağından şəklin çəkilmir, qulağımdansəsin getmir. Elə bil həmişəki təbəssümlə, həmişəki ərklə, həmişəki ağayanalıqladeyirsən ki, ay qağa, hər şeyi niyə ürəyinə salırsan? Başını burax, qoy kim necəistəyir düşünsün, yaşasın. Sən ki, hər şeyi dəyişən deyilsən...

Və mən sənin hərzəngində, hər görüşümüzdə dediyin bu sözün çox vaxt qarşılığında etiraz etmişəm,razılaşmamışam. Demişəm ki, axı susmaq, münasibətbildirməmək olmaz. Sən də başını bulayıb elə həminki səs tonunla:

- Bilirsən nə var,sən heç nəyi dəyişə bilməyəcəksən, heç özün də dəyişməyəcəksən. Gəl gedək oturaqbir tərəfdə unudaq hər şeyi...

Belə də edirdik.Çəkilirdik bir tərəfə. Amma bu boyda Bakıda tərəf qalmamışdı. Harda çəkilib otururduqsa,mütləq səni tanıyan bir nəfər yaxınlaşırdı stolumuza, hal-xoş edirdi, "qulluğundaolum, Dilavər müəllim" - deyirdi. Və doğurdan da qulluğunda olurdu. Mən hələkiminsə sənin yanından laqeyd keçdiyini görməmişəm. Və mütləq sənin əyləşdiyin süfrəyəkimsə nə isə göndərirdi. Bəzən səndən xəbərsiz kimsə süfrənin hesabını verib gedirdi...Bax, mən onda düşünürdüm ki, yəqin vəzifənəgörədi, tutduğun mövqeyə görədi... Amma sonra təqaüdə çıxdın, həmin münasibətləryenə qaldı. Heç nə dəyişmədi. Yenə masana yaxınlaşdılar, yenə qulluğunuzda olumdedilər. Bax, onda anladım ki, vəzifə səni yox, sən vəzifəni şərəfləndirmisən. Sənoğurluq-doğurluq pul qazanmamısan, hörmət qazanmısan, nüfuz qazanmısan. Hətta mənimadımdan Füzuliyə gələn hər kəsə elə diqqət, elə qayğı göstərmisən ki, indinin özündədə o adamlar sənin sadəliyin, sənin insanlığın önündə heyrətlərini gizlədə bilmirlər.Sən bir kimsəni, hətta bir söz soruşmağa gələni də çaysız-çörəksiz yola salmamısan.İnan, bəlkə də bu sözləri sənin sağlığında demədiyim üçün məni kimsə qınaya bilər.Amma mən onda fikirləşirdim ki, bu qədər bol süfrəli, bol çörəkli bir insan görəsən,nə vaxtsa çörək dərdi, süfrə qayğısı çəkəcəkmi? Onun buna ehtiyacı olacaqmı? Şükürlərolsun ki, son nəfəsinə qədər süfrən çörəkli oldu. Özün də hamı üçün əziz, mənimüçün isə...

Səninlə dostluğumunyaşı 1977-ci ildən başlayır. Və 40 ildə bizim nəyisə bölüşmək barəsində bir kəlmədə olsun söz-söhbətimiz olmayıb. Bu illər ərzində biz doğma qardaşdan da artıq bir-birimizədiqqət göstərmişik. Mən rəhmətlik Vahid Əlifoğlunu itirəndən sonra səndən daha çoxsevgi gördüm. Elə bil ki, mənim ona olan sevgim də, sayğım da yetimçilikdən qurtardı.Sən sözü, kitabı yüksək qiymətləndirdiyindən Vahidlə bağlı günlərimi mənə unutdurmaqyox, mənə hopdurmaq üçün hər görüşümüzdə onunla bağlı nəsə bir kəlmə söz söylədin,nəsə bir xatirə çözdün. Onda anladım ki, sən mənim dostumu da mənim qədər çox istəyirmişsən.Və...

Bizim ailəmiz də,övladlarımız da bir-birinə diqqətlə, sayğıylayanaşıblar. Uşaqlar sənə də, mənə də əmi deyiblər, xüsusilə qızlarımız. Axı, qızuşaqları daha duyğusal olurlar. Sənin mənə olan məhəbbətin, diqqətin, qayğın qızlarınVəsiləylə, Vüsalənin mənə olan əmi sevgisini göylərə qaldırmışdı. Mənim qızlarım da səni o cür sevirdilər. Acı xəbərieşidəndə üzlərindəki təbəssüm dondu, kirpiklərindəki göz yaşı lal çaylar kimi axdı.Və mən anladım ki, təklənirəm. Özü də çox sürətlə təklənirəm...

Təklənmək sözünüişlətməyi mənə qadağan etmişdin. Demişdin ki, çıxart ağlından bu sözü. Çünki mənonu ilk dəfə Vahid Əlifoğlunu itirəndə işlətmişdim. Bir az sərt, bir az incə şəkildədemişdin ki, Vahidin ruhu yanındadı... mən yanındayam... digər dostların yanındadı...övladlar, ailə yanındadı... sevdiklərin yanındadı... işlətmə bu sözü. Başımı aşağısalıb razılaşmışdım səninlə. Amma sonra həyat bu sözü ürəyimdə pıçıldamağa məcburetdi məni. Rafiq İbrahimovu itirəndə, Vaqif Cəfərlini itirəndə, lap elə bu günlərdə bacım, əzizim Amiləni itirəndə...Anladım ki, qardaşım etiraz etsə də, təklənirəm mən. Ölüm indi daha sürətlə yaxınlaşırmənə. Qol-budağımı doğraya-doğraya, həyatımı hər gün öz istədiyi şəklə sala-sala nəfəsini duydururmənə... Və bu yerdə rəhmətlik İsmayıl Şıxlının bir bir sözü yadıma düşür. Böyükyazıçı xatirələrinin bir yerində vurğulayr ki, ətrafdan tanış-bilişi aparan Əzrayıl adama yaxınlaşdığınımesaj edir, xatırladır. Demək təklənməyiminyekunu məlumdu, nəticəsi indidən bilinir.Mən heç düşünmədən demək istəyirəm ki, qorxsam da, qorxmasam da qaçılmazolan bu təklənmənin, bu yaxınlaşmanın bir məqamı ürəyimdə nisgilə çevrilir. O daməndən qopub gedənlərin ruhu qarşısında olan borclarımı tam yerinə yetirə bilməməyimdi.Buna həm maddi, həm də fiziki gücüm imkan vermir. Və mən bu gücsüzlüyün sıxıntısınıhardasa yazdığım yazılarla, etdiyim söhbətlərə əritməyə, unutmağa çalışıram. O daalınmır, heç alınmır.

Hə, Dilavər qardaşım,sən Füzulidə, Saracıq kəndində bir ziyalı ailəsində doğulmuşdun. Atan müəllim kimisayılmışdı, sevilmişdi, sən də maliyyəçi kimi. Ona görə də evdə oxuduğun, gördüyünkitab dünyası sənin həm maliyyəçi kimi, həm də sözü duyan bir insan kimi formalaşmağınamüsbət təsir etmişdi. Musiqini də gözəl duyurdun. Məclislərdə çıxış edəndə də, tədbirlərdədanışanda da, elə ürəkdən, elə səmimi sözlər işlədirdin ki, o hamıya təsir edirdi.Çünki sən məclis adamıydın. Sən olan məclis mütləq şən keçməliydi. Özünəməxsus oynamağın,rəqs etməyin var idi. Elə bir dost, elə məclisi yox idi ki, sən orda ətrafındakılarışənləndirməyəsən, məclis sahibiylə qol qaldırıb rəqs etməyəsən. Səndə özünü kənaraçəkmək, başqalarından ayırmaq hissi, istəyi yox idi. Sən hamının yanında olmağaüstünlük verirdin. Bir dəfə səndən söhbət düşmüşdü, amma orda sən yox idin. Bu söhbətiağsaqqal dostum, Füzulinin, Qarabağın dəyərli ziyalısı Nəbi Muxtarov sənin barəndədedi. Söylədi ki, Dilavər dərrakəli adamdı,möhkəm adamdı, etibarlı adamdı. Və bir də əlavə etdi ki, sənin dostun-qardaşın olduğunagörə demirəm, birlikdə işləmişik. Necə iş bacaran olduğunu özüm görmüşəm, özüm müşahidəetmişəm. Ona bircə kəlmə söz kifayət edirdi...

Bəli, indi səninləsöhbət edirəm. Amma özünlə yox, ruhunla. Və mənə elə gəlir ki, sənin ruhun dediklərimi,ürəyimdən keçənləri, xəyalıma gətirdiklərimin hamısını görür, eşidir. Onları mütləqsənə çatdıracaq. Mən gələn kimi, mən sənlə görüşənə kimi bu söhbəti nöqtəsindənvergülünə qədər biləcəksən. Biləcəksən ki, sən məni qoyub getsən də, mən səndənayrılmamışam... Sən məni tək buraxsan da mən səni tək buraxmayacam. Gələcəm... görüşəcəyik...həmişəki kimi davam edəcək həyatımız. Və...

İndicə telefonumazəng gəldi. Bir anlıq çaşdım. Sənin nömrəndən idi. İnana bilmədim. Bir də diqqətləbaxdım. Yox, nömrənin əvvəli fərqli imiş. Amma nə dəxli var ki, sən mənə zəng vurmasanda, mən səni arayacam, telefonunu açıq saxla, qardaş. Ruhun şad olsun, Dilavər Əliyev!



TƏQVİM / ARXİV