adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ŞAYİƏBAZLIQ

FƏRİDƏ RƏHİMLİ
29918 | 2017-08-31 17:39

Bizdənasılıolmadanbaşverənhadisələriniçərisinədüşürük. Təbii ki, o da zamanın inkişaf sürəti ilə bağlıdır.Yəni, indi evdən çıxmadan da ölkədə, dünyada baş verənləri rahatca izləmək, xəbərtutmaq olur. Yeter ki, bu xəbər ANS-in təbirincə deəsk, "düzgün, tərəfsiz,qərəzsiz" olsun, reytinq yarışması üçün olmasın.

Təəssüfki, hər şey həmişə bizim istəyimizə uyğun, tələb edildiyi kimi olmur. Burda da başlıca səbəb qanunların normal işləməməsidir.Söhbət təkcə mətbuat, informasiya haqqındakı qanundan getmir, həm də cəmiyyətininformasiyalarla vaxtında, çevik və dəqiqliklə təqdim etməli olanların barəsindəkiqanundan gedir. Bu da birbaşa mətbuat xidmətləri, mətbuatla işləyən cavabdeh şəxslərəaiddir. Onların işini bacarmaması, laqeydliyi, səhlənkarlığı sonundainformasiya yanlışlığına, şayiələrə, stresslərə, müxtəlif dezinformasiyalara gətiribçıxarır.

Bu gün məsələn,səngərlə üç addımlıqda olan mənim kəndimdə kiminsə telefonla hansısa mətbuatdakıtanışına ötürdüyü yanlış, onun öz prizmasından yanaşdığı bir informasiya dərhalsaytlarda tirajlanıb aləmi bir-birinə qatır. Üstündən saatlar, bəzən günlər keçəndənsonra hansısa bir qurum həmin məsələyə münasibət bildirib təkzib verir. Bununda adı ya "toydan sonra nağara"dır, ya da arxadan atılan daş...

Bunlar olmasındeyə, həmin qurumlar saytlardan da, informasiya verən mənbələrdən də operativişləməlidir. İlk informasiya məhz onlardan gəlməlidir. Və yaxud da ilk veriləninformasiyaya onlar dərhal şərh verib, onu doğru istiqamətləndirməlidir.

Bunun ilk müsbətnümunəsini biz Aprel döyüşlərində gördük. O zaman informasiya mənbəyi MüdafiəNazirliyi, informasiyanı yayan isə media idi. İndi yenə də bir pərakəndəlikyaranıb. Yəni, cəbhə zonasındakı vəziyyətdən tutmuş, "Qarabağ"ınoyununa, N saylı hərbi hissədəkipartlayışa qədər hər bir hadisə haqqında min bir formada məlumat dolaşırsaytlarda, çayxanalarda, nəqliyyat vasitələrində, toy və yaslarda. Həttavicdanını itirənlər şayiə yaydılar ki, "Qarabağ" komandası möhtəşəm qələbənipulla alıb. Onlar unutdular ki, söhbət futbolla yanaşı, həm də AzərbaycanınQarabağ dərdini dünyaya tanıtmaqdan, təqdim etməkdən gedir. Ermənilərin illərləapardıqları qərəzli informasiya təqdimatını "Qarabağ" komandasıalt-üst etdı. Sübut etdi ki, Qarabağ Azərbaycanın torpağıdır. Komanda da Azərbaycanındır,Qarabağ da. Eynı zamanda xatırlatdı ki, onun qələbə çaldığı 23 avqust tarixiFüzuli və Cəbrayıl rayonlarının işğal günüdür. Qardaş Türkiyənin televiziyakanallarının aparıcıları çılğınlıqla,sevinclə, coşquyla bu möhtəşəm xəbəri bəyan elədikləri, "YaBeşiktaş qazandı, ya Qarabağ, eynidir mənim üçün, çünki biz bir millət, ikidövlətik" dedikləri halda sapı özümüzdən olan baltaların bu şərəfsizdavamçıları kimə xidmət edirlər, anlamaq olmur.

Saytlar, müxtəlif xəbər portalları müasirinformasiya ehtiyaclarını təmin edən başlıca sahədir. Ölkəmizdə əvvəl qəzetlərinsayı sürətlə artmağa başladı, sonra da saytların. Baxmayaraq ki, qəzetoxuyanların sayı günbəgün azalır. Bir ifadəni tez-tez eşidirəm. Qəzetdə işlədiyimibilən insanların ilk sualı bu olur: İndi qəzet oxuyan var ki?!.

Amma saytlarhaqqında bunu demək olmaz. Hər kəsin evində interneti, bilgisayarı, notebooku,"ağıllı" telefonu var və internet asılılığının əsrin bəlası olduğu dahər kəsə bəllidir. Onlar vasitəsilə hər kəs istənilən informasiyanı anında qəbuledə bilir. Bəli, bəs bu informasiyalarnecə yayılır - vicdanla, işgüzarcasına, məlumatı dəqiqləşdirib yayırlarmısaytlar. Təəssüf ki, əksər saytların məqsədi əhalini doğru məlumatlandırmaqdeyil, yüksək reytinq toplayaraq pul qazanmaqdır. Bir yalan məlumatın, xəbərinneçə evə, neçə ürəyə od saldığının fərqində olanda belə, onun məsuliyyətiniboyunlarına götürmürlər.

Xəbər verildiyikimi bir neçə gün əvvəl səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazindəyerləşən hərbi bazalarından birində güclü partlayış baş verdi. Silah ambarındabaş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərəkpartlayıb. Partlayış nəticəsində ərazidə yerləşən hərbçilərin ailələrininyaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. Xoşbəxtlikdəno qədər bombanın qarşılığında insan təlafatı olmayıb. Amma saytların hadisəhaqqında duyar-duymaz paylaşdıqları yanlış xəbər insanlar arasında çaşqınlığa,üzüntüyə səbəb oldu. Çoxlu sayda insan tələfatı olduğunu xüsusi vurğulayansaytlar təkcə öz millətinin mənəvi dünyasını zədələmədi, həmçinin də düşmənisevindirdi. Hətta düşünmədilər ki, ilk atəşin vurduğu yara kimi ilk informasiyada ürəklərdə, yaddaşlarda dərin iz açır. Sonradan verilən təkzib isə ona ancaqməlhəm olur, sağaltmır. Deməli, bu acını insanlara yaşatmamaq üçün informasiyaverənlər özlərini oxucunun yerinəqoymalı və məsuliyyətlərini artırmalıdırlar.

Bir faktı dadeyim - Respublika Klinik Xəstəxanasında olduğum bu iyirmi beş gündə o qədərdezinformasiyalar duyurdum ki, şoka düşürdüm. Xəstəni reanimasiyadan palataya vəyaxud başqa xəstəxanaya köçürəndə "öldü!" deyə şayiələr yayılırdı. Buda ağır xəstələrə mənfi təsirini göstərirdi. Sonradan əsl həqiqət üzə çıxandaisə "bu həqiqət" mənasız olurdu. Bunun özü göstərir ki, şayiəbazlıqbizim millətin canındadır. Mən bunun dəqiq səbəbini bilmirəm, amma düşünürəmki, bütün bunlar bekarçılıqdan, işsizlikdən, pulsuzluqdan, vaxtı maraqlı keçirməyəşəraitin olmamasındandır, və yaxud da genetik xəstəlikdir. Amma hər nədirsə,bütün səbəblər bir millət kimi bizə qüsur gətirəndir. Media mənsubları da bizdənbiriləri olduğundan onlar da o qüsurlardan xali deyillər. Yoxsa əks haldayanlış məlumatlar yayıb, saxta, ucuz reytinq yarışmasına qatılmazlar.


TƏQVİM / ARXİV