adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÖLÜMSÜZLÜYÜN ÜNVANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
58124 | 2017-08-29 18:08

ŞəhidlərXiyabanında etdiyimiz söhbət

Hər dəfə ötən əsrə,daha doğrusu, Qarabağ hadisələrinin başladığı tarixə dönəndə mənə elə gəlir ki,dərdlərim də yenidən doğulmağa başlayır... Mənə elə gəlir ki, içimdəki nisgil də,ağrı-acı da, göz yaşı da, hətta burnumun ucunu göynədən torpaq həsrəti də yenidəncücərir. Bax, onda əllərimlə üz-gözümü qapayıram. İmkanım olsa başımı dabalıncın altında gizlədərəm... Ona görə ki, bütün bu yaşananların yenidənbaşlanmasını, yenidən həmin o faciələrin anbaan şaxələnməsini istəmirəm.Doğrudur, bəzən deyirlər ki, yenidən doğulsam həyatı tamam fərqli yaşayardım,başqa arzuların, başqa ideyaların dalınca gedərdim. Vallah, mən əlimi ürəyiminüstünə qoyub deyirəm və demişəm: heç yenidən doğulmaq istəmirəm. Çünki lənətlənmişbu dünyada yaxşı heç nə görməmişəm və görmürəm də. İnamım da yoxdu ki, əgər mənyenidən doğulsam dünyada nə isə müsbətə doğru dəyişmiş olsun. Çünki bu dünyanınmayası xarabdı. Bu dünyanın tarazlığı elə pozulub ki, Tanrının "ol!"deyib yaratdığı insanları bu dünyanı elə günə qoyublar ki, Məmməd Araz demişkən,"düzələn dünya deyil". Əgər haqsız haqlı sayılırsa, puluna, malına,gücünə, nüfuzuna, imtiyazlarına görə, onda bu dünya düzələr? Oğru doğruya məsləhətverirsə, özünü nümunə göstərirsə, onda bu dünya düzülər? Vallah, düzəlməz,billah düzəlməz. Amma...

İçimizdədünyanın guya ki, "düz" dövrü var idi. Və hamımız da təbii ki,işi-gücü torpaq, dəzgah, pambıq, heyvandarlıq, oğul-uşaq saxlamaq, böyütmək, ərsəyəçatdırmaq olanlar düşünürdülər ki, elə indi də düşünürlər ki, onda "qurdquzuyla otlayırdı", hər kəs öz haqqını alırdı, hər kəs öz yerinibilirdi... Və arqument də onu gətirirdilər ki, Sovet dövləti fəhlənin, kəndlinin,kasıbın, fəqir-füqaranın dövlətidi. O sahib çıxırdı əliqabarlıya. İndi də elə mənimatam da, anam da, yaşda məndən böyüklər də o günün həsrətiylə yaşayırlar. Vədeyirlər ki, Qorbaçov olmasaydı o dövlət erməniləri qudurtmazdı... o dövlət əlsiz-ayaqsızı,imkansızı sahibsiz buraxmazdı...

Bəli, bütünbunları bilgisayara diktə edə-edə anamdan, atamdan soruşub cavabını tam alabilmədiyim sualı içimdə təkrarlayıram. Məgər o hökumətin zamanında qudurmamışdıermənilər? Məgər onda başlamamışdı Göyçə mahalından, İrəvandan departasiyalar?Bəs hara baxırda o Sovet hökuməti? Elə indi xatırlamağa məcbur olduğum tarixinözü - 1988-ci il məgər Sovet hökuməti deyildi onda? Bax, elə onda həyatın nəolduğunu, yaşamın nə olduğunu, arzuların nə olduğunu düşünən, bununla yaşayan,buna can atan Cəmil müəllimlə Firuzə xanım məgər Göyçə mahalının Nərimanlı kəndindəyaşamırdılar?

Mən bu suallarıiçimdən elə-belə keçirmirəm. Çünki üç gün öncə 1992-ci ilin avqust ayının 27-dəhəmin Cəmil müəllimlə Firuzə xanım ciyərparalarını - Şövqüyar Abdullayeviitirdilər. Bax, elə burda, sözümün mürəkkəbi qurumamış deyim ki, onlaroğullarını cismən itirdilər. Əvəzində isə Azərbaycanın Milli Qəhrəmanı ŞövqüyarAbdullayevi qazandılar! Adını Şəhidliyin zirvəsinə ucaldan, Azərbaycanın qəhrəmanlıqvə hərb tarixinə yazan Şövqüyar Cəmil oğlu Abdullayevi. Onda Şövqüyarın 23 yaşıvar idi. Könüllü şəkildə ali təhsil alıb mühəndis olacağı universitetin 4-cükursundan yollanmışdı cəbhəyə. Tank komandiri idi. Sovet ordusunda xidmətiniMonqolıstanda keçirmişdi. Əsgərliyin nə olduğunu az-çox bilirdi. Amma döyüşruhunu, cəngavərlik, sərkərdəlik bacarığını anasının südüylə, ədəbiyyat müəllimiolan atasının verdiyi tərbiyədən almışdı. Hələ sevginin yuxusuz gecələriniyaşamamışdı... hələ sevgi məktublarını nə poçtla, nə də kitab arasında kiməsəgöndərməmişdi. Bəlkə də var idi, amma içində idi. Dilində, hərəktində bir sevgivar idi - o da Vətən! Çünki...

Cəmil müəllim Nərimanlı kəndində sayılan, seçilən bir ailəninbaşçısı, 8 uşağın atası və həm də bir kəndin ziyalısı, müəllimi idi. 2 qız, 6oğul böyüdürdülər Firüzə xanmıla birlikdə. Böyük oğlanları Vüqar və Elcan həyatdaöz yollarını fərqli seçmişdilər, fərqli müəyyənləşdirmişdilər. Biri neft sahəsindəçalışırdı, biri milli təhlükəsizlik. Vüqar müəllim bu gün də SOCAR-ın Özbəkistannümayəndəliyində işləyir. Elcan müəllim isə ehtiyatda olan polkovnikdi. Sonradünyaya Şövqüyarla Aslan gəldi. Şöqüyar mühəndis olmağa qərar vermişdi, Aslanda həkim. İkisi də 4-cü kurs tələbəsi idilər və ikisi də könüllü olaraq cəbhəyəgetdilər. Artıq 1-ci kursda olanda hadisələr başlanmışdı. Bir gözləri televizorunekranında, bir ayaqları Azadlıq meydanında, ürəkləri isə Nərimanlı kəndində. Nələrbaş verdiyini, bu prosesin nə ilə bitəcəyini öyrənməyə can atırdılar. Ona görədə dərslərdə də sona qədər otura bilmirdilər. Artıq Ermənistanla da əlaqələr dəkəsilmişdi. Hər gün bir-birindən ağır, acı xəbərlər gəlirdi. Köç başlamışdı.Özü də məcburi, faciəli köç...

Bu da səngər

Tibbuniversitetinin 4-cü kursunda oxuyan Aslan universitetin həyətinə daxil olandabir izdihamla qarşılaşdı. Tez kurs yoldaşlarına yaxınlaşdı. Məlum oldu ki,Qarabağda tibb işçisi kimi çalışmalı olan kadrlara ehtiyac var. Amma burda məcburiyyət yoxdur. Ancaq könüllülük əsasındagötürürlər cəbhəyə getmək istəyənləri. Arıq, amma hamıdan çevik və cəld olanAslan dostlarının üzünə baxdı. Sanki soruşmaq istəyirdi ki, getmək istəyəninizvar? Amma soruşmadı. Çünki bəziləri gözlərini gizlədilər, bəziləri üzləriniyana çevirdilər. Bax, o gözlərini gizlədənlər, üzlərin yana çevirənlər elə həmingündən Aslanın dost səhifəsindən öz adlarını özləri sildilər. Aslanuniversitetin akt zalına tələsdi. Burda könüllüləri qeydə alırdılar.Yaxınlaşdı. Hərbi komissarlığın işçisi onun üzünə, boy-buxununa baxıb bir az təəccüblə:

- Siz də getməkistəyirsiniz? - deyə bir az təəccüblə soruşdu.

Aslan bunun nəyə təəccüb etdiyini anlasa da, büruzəvermədən can-cəsədini 10-15 dəfə böyük göstərə biləcək zəhmli bir səslə:

- Bəli, mənim dəadımı yaz! - dedi.

Və komissarlığınişçisi səsdəki zəhmi elə bil göydə tutdu. Ona görə də tərəddüd etmədən tələsikyazdı: "Abdullayev Aslan Cəmil oğlu!"

Həmin gün artıqCəmil müəllimin iki oğlu döyüş paltarı geyinmişdi. İndi Firuzə ananın iki ciyərparasıəsgər idi. Baxmayaraq ki, onun kirpikləri nəmlənmişdi, dodaqları əsirdi. Amma Cəmilmüəllimin məğrur görkəmi onu toxtadırdı. Axı onlar əsgər valideyni idilər.

Həyatın bir qəribəliyi


Hər iki qardaş cəbhəninən ağır bölgəsində ön səngərdə idi. ŞövqüyarAğdərədə tank komandiri, Aslan Kəlbəcərdə həkim kimi. Onların səngərlərininbir-birindən ara məsafəsi 10-12 kilometr idi. Amma buna baxmayaraq, yolları kəsişmirdi.Sadəcə, kimlərin vasitəsilə xəbər tutmağa çalışırdılar. O da çox çətinliklə.Amma Aslana qürur verən bir məqam var idi, o da tank komandiri olan qardaşınındöyüşlərdə göstərdiyi şücaət. Bu barədəhərbi hospitala gələn yaralılar da danışırdı, onları gətirən əsgərlər də,həkimlər də. Hamı deyirdi ki, Şövqüyar adlı bir döyüşçü var, od parçasıdı.Bütün canıyla, qanıyla köklənib düşmənə qarşı. Ona görə də onun iştirakçısıolduğu döyüşlər düşmənin canına vahimə salır.

Təbii ki, bu dakiçik qardaşı qürurlandırır, aradabirözünə yaxın bildiyi şəxslərə Şövqüyarın onun qardaşı olduğunu söyləyirdi.

Haşiyə: MənAslan həkimlə 1992-ci ildə, Novruz bayramından bir neçə gün sonra qarşılaşdım."Xalq ordusu" qəzetinin cəbhə müxbiri kimi səngərləri gəzə-gəzə gəlibçıxmışdım Gəncəyə və ordan da Kəlbəcərə. Yolda bir tibb maşını ilə qarşılaşdım.Əsgərlər həmin maşını saxladıb məni də özləri ilə aparmaları üçün sürücüdənxahiş etdilər. Sürücü çevrilib həkimə tərəf baxdı. O da, "otursun" -dedi.

Yol boyu söhbətetdik. Artıq Kəlbəcərə yaxınlaşdıqca atəş səsləri əməlli-başlı eşidilirdi.Magistral yolun ortasında maşını saxladılar:

- Biz Ağdabanagedirik! - deyə həkim mənə tərəf çevrildi.

- Mən də gedirəm!- dedim. - Onsuz da Ağdabanda olmaq çoxdankı arzum idi. Dədə Şəmşirin kəndiniziyarət etmək özü də bir savabdı, - dedim.

Həkim gülümsəsədə hiss etdim ki, dediklərim ürəyincəolmadı. Çünki indi ziyarət məqamı deyildi. İndi yer, göy qan ağlayırdı... inditorpaq qan fışqırırdı...

Bax, onda ilk dəfəqarşılaşdığım Aslan həkimlə həyat məni ikinci dəfə Gəncədə avqust ayında yenidəngörüşdürdü. Bu dəfə o, səngərə yox, Bakıyatələsirdi. Onda 1992-ci ilin avqust ayının 28-i idi. Və mən təqribən biray bundan öncə həkimlə onun mənim şairdostumuz Sabir Abdinin məclisində görüşəndə tanıdıq bir-birimizi. Bax onda bildim ki, Aslan həkim Bakıya ŞəhidlərXiyabanına tələsirmiş. Şəhid qardaşı Şövqüyar Cəmil oğlunu ziyarət etməyə!




(Ardı növbəti sayımızda)



TƏQVİM / ARXİV