adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

BÖYÜKLÜK GÖRÜNTÜSÜ…

ƏBÜLFƏT MƏDƏTOĞLU
59504 | 2017-08-25 16:07

Maddiyyat onun üz örtüyünü açır

Dünyanın «quyruğu»uzundu deyirlər. Amma buna baxmayaraq, bu «quyruq»dan yapışmaq hər adama nəsib olmur.Əksinə, dünya bəzən hər adama «quyruq» göstərir. Özü də elə yerdə, elə məqamda ki,Allah bəndəsi heç nəfəs dərə bilmir, sadəcə susub qalır. İndi mən də «quyruğu» uzunolan dunyanın bir nöqtəsində susub qalmışam. Susmağımın səbəbi kimlər üçünsə adigörünə bilər, hətta gülüş də gələ bilər. Amma neyləyim ki, hər kəsin çəkdiyi özününgücü yetən qədər olsaydı… Təəssüf ki, bu belə deyil. Diqqətli oxucu xatırlaya bilər:Çingiz Aytmatovun «Gün var əsrə bərabər» və Yusif Səmədoğlunun «Qətl günü» əsərlərinin demək olar ki, hər ikisində oxşar nöqtəvar. Bunu mən öz oxucu mülahizəmə əsasən deyirəm. O nöqtə də belədir:

- DƏRD GƏLƏNDƏ BATMANLAGƏLİR!..

Doğrudan da belədi.Dərd bir yaxanı tanımasın. Tanıdısa, şirəsinisovurub cecəyini çıxarmayana qədər əl çəkməyəcək. O nöqtədə əl çəkəcək ki, həminnöqtəyə bəzən şairanə bir şəkildə SON deyirik. SON isə özü-özlüyündə hər şeyi deməklənövbəti başlanğıcı da gündəmə gətirir. Amma necə, nə cür, bunu izah eləməkdə mənacizlik çəkirəm. Çünki başlanğıclar hamısı Tanrının qələmiylə yazılıb. Elə qələmdemişkən, bu günlərin söhbətidi. Bir dəyər verdiyim, sözünə, özünə, şəxsiyyətinəböyük sevgi bəslədiyim söz adamlarından biri gözləmədiyim halda belə bir fikir səsləndirdi ki, yumuşaq desək,ayağımın altından yer, başımın üstündəngöy qaçdı. Və heyrət içində düşündüm ki, bu qədər maraqlı, həm də adamın ruhunuoxşayan yazıların müəllifi nədən maddiyatımənəviyyatın üstündə görür… Nədən gödəniyyəti mədəniyyəti tapdalayıb keçir. İnanınki, indinin özündə də sadə dildə desək, qəpik-quruşuçox şeylərdən üstün görən, gərəkli sayan bu qələm adamı mənim üçün həmin gündənöz mövcudluğunu itirdi. Daha doğrusu, özü öz «sim-sim»ini açıb qoydu ortaya. Məndəanladım ki, müdriklər çox gözəl deyib «hər parıldayan qızıl deyilmiş!». Elə bu yazını da mənə yazdıran əslində mədə ilə mədəniyyət arasındakımübarizədə itirdiklərimin həyatımda buraxdığı izlərdi. Hərdən o izlərin tozunu silməkgəlib keçir ağlımdan, amma əlim gəlmir, qolum qalxmır. Düşünürəm ki, bu gücsüzlüyünözü də bir yazıdı, bir qismətdi. Doğrudur, itirdikcə yaralar artır, amma o yaralar həm dədərs verir. Təəssüf ki, mən orta məktəbdə nümunəvi olsam da, həyat məktəbində heçnə öyrənə bilmədim. Bəlkə də bunun bir günahı da mənə həyatı öyrətməyənlərindi.Məktəb kitabında yazılanları canıma hopduranların günahıdı. Sən demə, hansısa riyazitermini, düsturu və yaxud da kimyadan, fizikadan bir laboratoriya işini öyrənməkheç nə deyilmiş. Bunu əzbərləmək də mümkündü. Amma həyatda insan tanımaq, insanlaradəyər vermək, mənəvi biliklərin əlifbasını öyrənmək… bu isə tamam fərqli bir elmdi.Çox təəssüf ki, bu elm zəif tədris olunur, bəlkə də heç olmur. Nə isə…

Hə, mən adamların iç dünyasını öyrənib axtardığım işığa tuş gəlməyəndə həmino batmanla gələn dərdin ağırlığı altına düşürəm. Onda yaşadığım sarsıntı uzun müddətməni tərk etmir. Yaxşı ki, duyanım, dəyər verənim, oxucum və bir də Sən varsan. Onda üzümü sizlərə tuturam. Yaşadıqlarımımisralayıb sizə oxuyuram. Düzdü, bununla mən özümü bölüşsəm də, sözümü bölüşsəmdə sizə də müəyyən ağırlıq yüklədiyimi anlayıram. Amma neyləyim ki, adamın ya gedənyeri olmalıdı, ya da gözləyəni. Mənim gedən yerim yoxdu. Daha doğrusu, gedəcəyimyer düşmən əlindədi, gözləyənim isə sizlər və Sənsən. Ona görə də siz də mənə dözməlisiz,elə Sən də!

Əzab nədir? – həyatın

Acısını yaşamaq…

Kədər nədir? – özünü

Öz çiynində daşımaq…

Sevinc nədir? – ürəyi

Baxışlardan oxumaq…

Sevgi nədir? – yenidən

Öz bətnində doğulmaq…

Vüsal nədir? – özünü

Bənövşə tək qoxumaq…

Həsrət nədir? – sevginin

Göz yaşında doğulmaq…

Ömür nədir? – özünü

Eşq oduna tuş etmək…

Zəhəri də bal kimi-

Bilə-bilə nuş etmək!..

***

Yazımın bir məqamında toxunduğum mətləbi uzun müddət unutmadığımı söylədim.Və hətta unuda bilmədiyim həmin məqama indi sizə oxuyacağım misraları həsr etdim.Bilmirəm, ona çatacaq, yoxsa yox, amma şıltaq uşaqların ərköyüncəsinə dediyi fikrəbənzər bir nüansla mən də deyirəm ki, çatsa da, çatmasa da yazmışam. Yəni yazmışamki:

Vaxt-vədəsi dən kimi

Qəfil gələn çən kimi…

Aldadırsan sən kimi-

Küsdüyüm adam?!

Özün yazıb bəlamı

Topa tutdum qalamı…

Yarı yolda salamı-

Kəsdiyim adam!..

Torpaq kimin üstündə

Kim torpağın üstündə…

Yarpaq kimi üstündə-

Əsdiyim adam?..

Bax, elə mənim bu özüməməxsus fəlsəfəm nə qədər orijinaldı, deyə bilmərəm.Amma tam əminəm ki, torpağın hər üzü üst qat sayıla bilər - ölən üçün də, diri üçündə. Çünki yeganə hər şeyi udmaq qabiliyyəti torpağa məxsusdu, birmənalı şəkildəhər şeyi!!! Hətta «udan»ları da torpaq udur! Bu həqiqəti isə hamı bilir, mən sadəcə təkrar edirəm.Axı indi həyatımız o qədər boz-bulanıqdıki, rəngi bilinmir, nimdaş köynək kimi gəzdiririk əynimizdə. Gəzdirməyə də məhkumuq.Sabaha iynə ucu boyda ümidimiz bizi buna məcbur edir. Düşünürük ki, mütləq sabahyaxşı gələcək, sabah nə isə yaxşı bir şeyolacaq. Elə bu yerdə bir uşaqlıq xatirəsi…

Deməli, kənd uşaqlarının yadında olar: nənəmiz, anamız, qonşu xalalar, bibilərtəndirə çörək yapanda Allaha yalvarırdıq ki, çörək küt getsin, ya da kündənin arxasıyansın. Onu da bizə verib desinlər ki, bax, bu yanmış yeri yesəniz mütləq pul tapacaqsınız.Biz də uşaq ağlımızla həmin o yanıq çörəyi bəh-bəhlə yeyirdik və bütün günü də gözümüzyerdə olurdu, pul axtarırdıq – qəpik! Amma tapmırdıq. Lakin bir az böyüyüb ağlımkəsəndə anladım ki, biz həmin vaxt axtardığım qəpiyi tapırmışıq, özümüzdən xəbərsiz.Sən demə, o yanıq çörəyi yeməklə ailə büdcəmizə dəyən ziyanı ortadan götürürmüşük.Həmin gün bir çörəyin pulu qayıdırmışevin büdcəsinə. Daha onu itə-pişiyə atmırmışlar. Bu da nənələrimizin kəşfiymiş.Çörəyin qədrini bilən nələrimizin təknənin, ocağın bərəkətini qorumağı imiş…Hə…

İndi bu xatirənin ovqatı içində bir anlıq susub durmaq istəyirəm. Çünki ouşaqlıq, o kənd gəlib keçir gözümün önündən. Və mən anlayıram ki, itirdiklərim nəboyda, qazandıqlarım isə… Elə ona görə də nə vaxtsa yazdığım misralara üz tuturam.

Sevincin ağlayıb

Kədərin güldüyün…

Göz yaşının pardaqlayıb

Təbəssümünöldüyün -

Təsəvvüredirsənmi

hıçqıra-hıçqıra?!

Şamınqəfil sönməsin

Günəşintutulmasın…

Dumanıngeri dönməsin

Ümidinunudulmasın

Təsəvvüredirsənmi

Qışqıra-qışqıra?!

Sevinc-kədər

Gözyaşı-təbəssüm…

Şam-günəş

Duman-ümid

Bütünbunlar

Bir tale, bir qədər

Sıxılıb

Qaralmış bulud-

Təsəvvür edirsənmi

Aha çevriləcək-

Qan kimi fışqıra-fışqıra…

***

İllər öncəsi ağlımda bir fikir varvə mən o fikri arzuya çevirmişdim. Düzdü, illər öncəsiyaşım bu yaş deyildi. Heç ağlım da bu ağıl. Bir az dünya da başqaydı… bir az dizimin,qolumun təpəri də. Üstəlik, bir az da doğulduğum mühit, təmsilçisi olduğum cəmiyyət fərqli idi.Bir qırmızı pasportumla dünyanın az qala yarı hissəsini gəzirdim və düşünürdüm ki,gedib gəzib gördüyüm bu 15 respublikanın istənilən guşəsində yaşayıb ev sahibi olabilərəm. Amma zaman dəyişdi, yaş da öz sözünü dedi, elə baş da. Və anladım ki, mənimbu torpaqdan, bu məmləkətdən və ətrafımdakı bu adamlardan (onların yaxşı-pis olmasındanasılı olmayaraq – Ə.M.) uzaqlarda heç nəyim yoxdu, heç kimim yoxdu. Və orada yaşamaqda mənilik deyil. Çünki bağlandığım şah damar məni burdan uzaqda sadəcə bir sıranəfəri edir, başqa heç nə. Amma burda mən ən azından aid olduğum ailənin bir sütunuyam.Aid olduğum məhəllənin bir ağacıyam… aid olduğum kəndin bir daşıyam. Və rəhmətlikMəmməd Araz demişkən, hardasa bu ölkənin vətəndaşıyam!

Bax, gəldiyim bu qənaət həmin o bir zamanlar içimdə olan istəyi, arzunu eləiçimdə də dəfn etdi. İndi heç onun başdaşıda bilinmir. Üstəlik, o da bilinmir ki, buölümün sifraşçisi, cəlladı kim oldu – həyatmı, yoxsa mənim öz-özümü anlamağım.Suala bənzər bu fikirlər özü həm də özünün cavabıdı. Axı bütün cavabların ən azıtən yarısı sualın özünün içərisindədi. Öna görə də bir az ayıq, diqqətli olan insanona ünvanlanan sualın özündən başlayır cavabı. Burda da bir xatirə iz salır yaddaşımınpəncərəsinə. Belə ki…

Universitetdə oxuduğumuz illər idi. Adını çəkmək istəmədiyim bir tələbə dostumuz(indi o vəzifə sahibi olduğundan adını çəkmirəm – Ə.M.) müəllim ona verdiyi sualınözünün ətrafında ən azı 3-4 dəqiqə danışırdı. Sualı söz-söz parçalayıb müəllimiaz qala çaşdırırdı. Hətta rəhmətlik Aydın müəllim bir dəfə ona dedi ki, sən sualınözünü elə şərh edirsən ki, daha cavabı gözləməyə hövsələm çatmır. Ona görə də sualın cavabından başla danışmağa.O da heç buna əməl etmədi. Nə isə…

Bəli, indi mən də görürəm ki, ünvanladığımsualın cavabına qədər danışdıqlarım, yazdıqlarım hardasa sizləri yora bilər və yaxudda artıq yorub. Ona görə də elə həmin sualların ovqatından doğan misraları sizəünvanlayıram. Lakin bu misralarda birbaşa sual yox, birbaşa cavab var. Təbii ki,həyat sualına cavab verməyi bacaranlar üçün. Yəni…

Kipriyinin çətiri

Yağış saxlamır daha….

Göz yaşının ətiri-

Baxış saxlamır daha…

Sıxıb gözün qorasın

Külək pozub sırasın-

Qan da boğub,

Yarasın-

Naxış saxlamır daha…

Qırıb sarı simi də

Sevmir, bir gör kimi də?!

Öldürdüyü ümidə-

Bax, iş saxlamır daha!..

Yazıya nöqtə qoymaqməqamı bəlkə də burda çatıb. Çünki «qorabişirənin» havası öz işini görür… Yəni mürgügətirir. Mən də bu yazını oxuyanda sizlərin də mürgüləməyini istəmirəm. Əksinə,içimdən keçən odur ki, sizinlə bölüşdüklərimə siz də hansısa bir formada qoşulasınız…siz də mənim sizə etdiyim ərklə öz içinizdəki Sənə üz tutasınız. Axı, mən bütün müraciətlərimi Sənə edirəm,cavab verməsən də…


TƏQVİM / ARXİV