adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ON ÜSTƏGƏL BİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
64882 | 2017-08-18 15:57

Bu dünyadı mənə dözən

Həyat qəribəliklərlədoludu. Hansı tərəfə baxırsansa orda mütləqbir rəngin, bir çaların, bir qeyri-adilyin və yaxud da insanın əsəbini oynadan,ürəyini sındıran, dünyasını qaraldan nəyəsə rast gəlmək mümkündü. Elə buna görədə dünya doyulmaz olub, adamlar bu qədər qəribəliyin içərisində hər şeyi öyrənməyə,hər şeyi əxz eləməyə, hər şeydən baş çıxarmağamacal tapmırlar. Və istəyirlər ki, bir az artıq öyənsinlər, bir az çox bilsinlər, bir az da artıq dərinliyə baş vursunlar.Bax, bu istəklər, bu "birazlar sonda dünyanın doyulmaz olduğunu, ömrünqısalığını gətirib qoyur göz önünə…

Doğrudu, bəzən adamlar,elə mənim özüm də içimdən keçirirəm, dilimə gətirirəm dünyadan doyduğumu, yaşamaqdanyorulduğumu. Amma tam səmimi deyirəm ki, həmino dünyadan doymaq çox az insanın alın yazısıdı, istəyidi. Hətta bu az insanıniçərisində dediyim həmin nəticəni, həmin qərarı dilinə gətirənlər bir anın, birstressin yaşantısını ifadə edirlər. Bəlkə də üstündənsaat ötəndən sonra o qərar, o nəticə öz əhəmiyyətini itirir…

Bütün bu dediklərimelə-belə pafoslu fikirlər, fəlsəfi yanaşmalar deyil - bugünümüzün, xüsusilə mənimyaşadığım günün gerçək bir tərəfidi. Mən o gerçəkliyin içində onu da anlayıram ki, sən demə, bu qəribə dünyadahəm də çox qəribə bir hava da var. Elə bir hava ki, hamının sümüyünə düşmür. Vəyaxud da elə bir hava ki, hamını oynamağa məcbur edir…

Hə, bu gün səhəraçılandan qaç-qovdayam. Özü də hara qaçdığımı, niyə qaçdığımı lap unutmuşam da.Bu özümü, düşüncələrimi yaddan çıxardığım, unutduğum məqamda köməyimə çatan birtelefon zəngi oldu. O zənglə öyrəndim ki, sözlərimə yazılmış yeni bir mahnı artıqlentə köçürülüb. Studiyada artıq bu mahnının xeyir-duasını veriblər, özü də İlqarMuradovun ifasında!

Mənbu sevinci yaşamaq istədim. Amma yaşaya bilmədim. Ona görə ki, günün daşı ağırdı.O qədər ağırdı ki, çiyinlərim ona tab gətirmir.Lakin dözmək mütləq lazımdı. Axı, bu dözüm mənim ayaqda qalmağım deməkdi.Və mənim həyatımın önəmli məqamlarını, önəmli tarixlərini ziyarət etmək, o tarixlərinhəyatımda, ürəyimdə vurduğu naxışları, xatirələritəzələmək deməkdi. Mən də elə bu niyyətlə, bu istəklə necə deyərlər, dişimi dişiməsıxıb həyatımın önəmli anlarımın pərvanəsiolmağa çalışıram. Çalışıram ki, pərvanəsi olduğum anların içərisində dünyanın həmdə sevgi üzərində dayandığını, insanların həm də sevgi ilə, sevgi naminə yaşadıqlarınıtəkcə sübut etməyim. Bu sübutla yanaşı, özümün örnək olduğumu da ifadə edim. Axı,mən hələ onda yazmışdım ki:


Hərgünümdə bir damla

Yaşkirpikdə üzərlik…

Gözlərimdəqorunur-

Yar,səndəki gözəllik!..


Qarşımdadayanmağın

Xoşbəxtliyiölçüsüz…

Könlümdəkiarzunu-

Qoymən deyim elçisiz!..


Sarılmənə, sən elə

Sarılki, biz tam olaq…

İkimizbir doğulmuş-

Bütövbir adam olaq!..


İndibildinizmi ayaqda qalmağımın, israrla yaşamaq istəyimin şirəsi, canı, qanı, bütövlükdəmayası hardan gəlir, nədən qaynaqlanır?! Bax, bunu mən özüm üçün artıq kəşf etmişəm,dəqiqləşdirmişəm və hərdən də bu qərarıma dostları, doğmaları səcdə etməyə dəvətedirəm. Guya ki, mənim həyatımın önəmli anı, önəmli tarixi onlar üçün də əzizdi,önəmlidi. Bəlkə də bu heç belə deyil. O qohumlar, doğmalar sadəcə etika xatirinə,mənim qəlbimi ağrıtmamaq naminə sözlərimlə fikirlərimlə razılaşırlar. İç dünyalarındaisə mənə gülürlər…Olsun! Mən onsuz da kimin içində günün hardan, necə doğduğunuaz-çox bilirəm.

***

Hə, indi ilin-günün qorabişirən çağıdı. Və ilin-gününbu qorabişirən ayındahər kəs əli çatan, ünü yetən, cibi imkan verən bir istiqaməti seçib. Kimi ailəsi ilə, kimi dostu ilə,doğması ilə, kimi də təkbaşına çəkilib sakit, sərin bir guşəyə. Mən isə oturmuşam iş otağımda və yazmağaçalışıram. İstinin, qorabişirənin təsirinə əhəmiyyət vermədən. Düzdü, gördüyüm işbəlkə də kimlərəsə lazım deyil, hətta gərəksizdi. Amma seçdiyim sənət və Allahınverdiyi,içimdə göyərən sözlər məni qələmdən, kağızdanuzağa çəkib apar bilmir. Mən də həmin o könül verdiyim sözün, yazının qəlbini şadetmək, yerini uca tutmaq üçünmişə bacardığım kimi tərpənirəm, hərəkətedirəm, yəni sözü urvatlı tuturam. Və beləcə, həyatımın ən böyük, ən mənalı sözlərindənbiri olan istək, sevgi, eşq, məhəbbət deyilən hər nədisə qoluma girir. Mənimlə yoldaşlıq, çiyindaşlıq edir.Yəqin sona qədər də belə olacaq. Çünki bu həyatın sevgi adlanan ən möhtəşəm duyğusu,hətta mən deyərdim varlığı,ürəyimə rahatlıq vermir, ürəyimi məndən alır. Və məndə elə ürəyimə sığınıb yazıram ki:


Bəxtim gətirmədi

bilirsən niyə?

Öncə

səsini eşitməyə,

sonra

üzünü görməyə,

gözünüöpməyə

gecikdim…

amma

bilki,

səsini,

üzünü,

gözünü -

bütövlükdəözünü

öncəgörə bilsəydim

nəvardı indi

sevə-sevəölməyə?!


Buşeir mənim üçün bir az önəmlidi. Çünkiözümü ifadə edir, öz yaşantımı hopdurubdu misralarına. Və mən də yazımın öncəsindədediyim kimi dünyadan doymaq, dünyadan bezmək məqamının biri də bax elə hər şeyibilib, hər şeydən doymaqdı.

***

Bəzən elə hallarolur ki, günü, saatı, hətta bəlli tarixi adam unudur, qarışıq salır. Və yaxud dahəmin bəlli deyilənlərə əhəmiyyət vermir. Bu mənada mənim də yaddaşımda, xatirəmdəxüsusi işarə ilə qeydə alınmış tarixlər, məqamlar var. Onların arasında doğum günlərixüsusilə fərqli mənaları, mahiyyətləri ifadə edir. Çünki doğum əslində dünyaya gəlişolmaqla yanaşı, həm də dünyaya iz qoymaq mahiyyətini də özündə ifadə edir. Şəxsənmən dünyaya gələn hər insanın mütləq bir iz qoyub getdiyinə inanıram. Ən azındano insan öz ətrafının yaddaşında nə iləsə qalır. Bu da o ətrafın yaşadığı müddətdəxatirəsi qalanın izinin yaşaması deməkdi. O adamların ömür səhifələrini bir-birinəəlavə edəndə isə böyük bir zaman kəsiyi ortaya çıxır. Deməli, izsiz, naxışsız bu dünyadan köçübgetmək mümkün deyil.

Mən doğum gününübir də ona görə xüsusi vurğulayıram ki, sevginin də, nifrətin də, xoşbəxtliyin dədoğum tarixi var. Hansı gün onunla qarşılaşırsansa, onu öz iç dünyana qəbul edirsənsə,deməli, sevgi də doğulur və elə həminandaca onun kağızı yazılır. Bax,bu mənada mən öz sevgimin doğum tarixini heç vaxt unutmuram. Hər il onun təzələnənyaşı ilə mənim də yaşım elə bil ki, təzələnir və artır. Tutaq ki, sevginin yaşıondusa, onun üstünə bir də əlavə olunur. Və yaxıd əllidisə, onun da üstünə bir əlavəolunur. Elə bu yazının da bir mahiyyəti, bir nüansı məhz sevgi ilə bağlı olduğundanmən təxmini də olsa öz fəhmimlə sevginin yaşını xatırlayıram. Xatırladıqca da üzügeriyə çevrilən təqvim vərəqlərininarasından bir şeir boylanırmənə. Qəribə, bir az da nostalji bir şeir. Onda mən yazmışam ki:


Pərvanə tək dolandım,

Görmədin amma məni…

Varlığımı qəbul et–

Sən Allah, danmaməni!


Titrəyir ruhun simi

Üst-üstədi dərd çimi!

Axan bir ulduz kimi-

Heç zaman anma məni!..


Kərpic düşmüş sarayam

Səsəm, ünəm, harayam..

Yarımçığam, parayam-

İnsaf et, tamla məni!


***

Mən yazımın əvvəlindəvurğuladım ki, bu dünya qəribəliklərlə, rəngarəngliklərlə zəngindi. Bax,elə həmin o qəribəliklərdən biri də mənim sizlərə yazdığımvə sizlərin də bəzən məcbur qalıb oxuduğunuz yazılar, şeirlərdi. Ona görə bunu xüsusivurğulayram ki, mənim yaşımı, başımı bilənlər, mənə irad tutanlar heç olmasa indiməni anlasınlar. Bilsinlər ki, bu qəribəliklərlə dolu dünyada mənim kimisinin dəöz yeri, öz işi-gücü var. Və mən də özüm kimilərin nələr çəkdiyini, nələr yaşadığını bildiyimdən onlara müraciət formasındayazmışam. Əslində isə özüm barəsində demişəm:


Ürək dəlisiyəm, ağıldəlisi

Dərdim dinlənilməz,dərdim çözülməz…

Mən özüm cəhənnəm-

Hətta sevgim də-

Dözülməz olubdu,Allah,dözülməz!


Bax, bu rəngarəngdünyanın qəribəliklərindən biri də elə dözülməz sevgilərdi. Mən də bu dözülməz sevgininbir daşıyıcısı. Deməli, hardasa mən də dözülməzəm. Bunu başa düşmək mümkün, ammaetiraf etmək düzünü deyim ki, heç də asan deyil. Axı söhbət mənim dözülməzliyimdən gedir. Elə ona görədə bu dünya kimi qəribə yazını bir şərti adla – «On Üstəgəl Bir» adı ilə bitiribona xeyir-dua da verirəm.


Səni düşünəcəm sonana qədər

Varlığım saralıbsolana qədər…

Sən mənim əbədi olanaqədər-

Səni düşünəcəm, birdə Allahı!



TƏQVİM / ARXİV