adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ANAMIN QOXUSU...

FƏRİDƏ RƏHİMLİ
37993 | 2017-08-11 16:19

Körpəyaddaşı ağ kağız kimidi, deyirlər, nə yazılsa, qalır. Hətta danışmağabaşlamamışdan əvvəl baş vermiş hər hansı hadisəni dil açandan sonra xatırlayıb,danışan uşaqlar çox olur. Məhz beton üzərinə qazılmış kimi, təmiz yaddaşayazıldığından o uşaqlıq xatirələri bütün ömür boyu bizi tərk etmir. Maraqlıdırki, sonralar baş verənlərin çox qismini unutsaq da, uşaqlıq xatirələriniunutmaq mümkün deyil.

İllərləunudulub, yaddaşın küncündə gizlənmiş elə xatirələr olur ki, bir qoxunun, birsözün, bir musiqinin, bir jestin təsiriylə yaddaşda yenidən təzələnir, sahibininostalji hisslərə qapılmağa, onun əlindən tutub uzaqlara getməyə vadar edir.

...Avtobusdapəncərə qarşısında oturmuş gözəl bir xanımın ətrinin qoxusu məni vuranda...özümdən asılı olmadan sürətlə xatirələrin qanadında qırx il əvvələ yol aldım.

...Anamın göy paltarda, qucağında körpəsi olan təsviri gözlərim önündə canlandı:Qonşu uşaqlarla həyətdə oynayarkən sevinclə, anam gəldi!-deyə, qışqıran bacımınsəsini eşitdim. Hamımız onun üstünə qaçdıq. Anam elə gözəl görünürdü ki...Ağappaq bənizi ilə uyuşan göy rəngli paltarı və qucağındakı yeni həyat, yeni nəfəs...Körpə ətri ilə anamın ətri bir-birinə qarışaraq məndə anlamadığım bir xoşhallıqyaratmışdı...

Özümütoplayıb xanımdan duxunun adını soruşmaq istəyəndə o, artıq avtobusdan çoxdandüşmüşdü...

Sorağındaillərlə gəzib, yorulanda rast gəlmişdi mənə o ətrin iyi. Adını bilmədiyimdəntapa bilmirdim. Ancaq qoxusu ilə tapa bilərdim. Tapsaydın neyləyəcəkdin ki,soruşanlar ola bilər... Əslində, bilmirəm. Yəqin ki, heç nə!

Lapçoxdan bir hekayə oxumuşdum: oğul körpə uşaq olarkən ata-anası, bacı-qardaşı iləolan xoşbəxt ailə tablosunu illərlə xatirəsində qoruyaraq yaşadır və illərsonra, artıq özü ailə-uşaq sahibi olarkən o illərə qayıtmaq, anasının geyindiyiindiqo parçadan tikilmiş paltarda, qara saçlarını çiyninə tökərkən necə gözəlgöründüyünü xatırlayaraq, həmin parçadan alıb, ona paltar tikdirmək istəyir. Vəo paltarı geyinərkən anasını gənclik illərindəki kimi görəcəyini sanır. Çox çətinlikləo parçanı tapır, anasının bədən ölçüsündə tikdirir və sevinə-sevinə evə gəlir.Anası paltarı geyinib çıxanda isə... oğul onu boğan kədərdən nə edəcəyinibilmir... o paltar artıq anasını gəncliyindəki kimi şux, gözəl göstərmirdi,çiyninə tökülən saçı isə ağappaq idi... Bir indiqo parça ilə anasının gəncliyiniqaytaracağını təsəvvür edən oğul xəyal qırıqlığına uğramışdı...

İndimən o ətri tapıb alarkən "İndiqo" hekayəsi sayəsində, (təəssüf ki, müəllifinadını unutmuşam -F.R ) artıq nəyə uğrayacağımı bilsəm də, axtarmaqdan vaz keçəbilmirdim. O ətrin iyini yenidən anamdan alaraq, heç olmasa, bir an da olsa, oillərə qayıdarkən əldən çıxmış xoşbəxt uşaqlığımı xatırlayaraq ağlayıb, ürəyimiboşaldacaqdım.

Anamınsu sonası kimi gözəl bir gəlin olduğu, yeddi uşağın yorulmadan, usanmadan əziyyətiniçəkdiyi, atamla çiyin-çiyinə hər çətinliyə qatlanaraq həyatından şikayətlənmədənözünü xoşbəxt sandığı o illərə dönəcəkdim. İndi xəstəliyin cəngində çapaladığıvə nə bizim, nə tibbin kömək edə bilmədiyi bir zamanla o illəri görüşdürəcəkdim.Əmindim ki, o zaman ürəyim boşalacaqdı.

Buuşaqlıq xatirəsi məni heç tərk etmədi. Məndən altı yaş kiçik olan qardaşımıdoğum evindən gətirərkən anamın geyindiyi göy rəngli düz paltarı (O vaxt kəndqadınları qat-qat üst - üstə tumanlar geyinərdilər. Tək - tək ziyalı xanımlarıbelə donlar geyinirdilər), paltarın yaxasındakı üç dənə süd rəngli halqalar,başındakı süd rəngli yaylıq və heç unutmadığım ətir iyi... Ağlım kəsəndən oqoxuda ətri axtarıram. O tapıntı nəyi dəyişəcək, bilmirəm, amma mənə elə gəlirki, o duxunun təkrarı, əvəzi yoxdu. O ətri hələ axtarıram... anamın gəncliyinimənə qaytaracaq o ətri...


TƏQVİM / ARXİV