adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DƏRD BÖYÜDƏN UŞAQ

FƏRİDƏ RƏHİMLİ
40540 | 2017-08-04 16:40

...Onunla biryolçuluqda tanış oldum. Səhhətimdəki problemlə bağlı narahat idim. Tanımadığımgənc qızın bu narahatlığımı anlayaraq mənə qayğı göstərməsi, mehribanlığı,içimdə ona qarşı bir maraq yaratdı. Bu uzun yolçuluğu qısaltmaq üçün yolunkörpüsü olan söhbətə başladıq. Əvvəlcə adda-budda  tanışlıq xarakterli mövzulardan danışdıq,sonra bir-birimizə isinişdik. Anladım kı, içində sıxıntısı var və bu sıxıntınınonun əsəblərini əməlli-başlı gərdiyi bəlli idi. Danışanda bu sıxıntını gizlətməyəçalışır, amma bacarmırdı. Təbii ki, yaşadığım həyat, çalışdığım sahə onun qəlbinəyol tapmağımda yardımçım oldu. Və bir də gördüm ki, avtobusda mənimlə yanaşı əyləşmişƏruz xanım səmimiyyətlə öz həyat hekayəsini danışır.

Öncə Əruz xanım barəsində: Bakıda doğulub, orta məktəbi də Bakıdabitirib. Barəsində danışdığı şəxslə də bir məktəbdə, bir sinifdə oxuyub. Bugünsə İstanbulda yaşayır. Həm ali təhsil alır, həm də çalışır. Üstəlik dilkurslarına da gedir. Ailəsi Bakıda yaşayır. Onun həyat hekayəsi mənə maraqlıidi:

...Biz üç dost idik. Bir sinifdə oxuyurduq. Heydər, Şöhrət və mən sankibir ailə idik. Günümüzün çox hissəsi bir yerdə keçirdi. Bəzən bir bulkanıbölüşüb yeyərdik. Dostlarım mənə həm də qardaş idi. Onlar, xüsusilə Heydər mənihər yerdə, hər kəsdən qoruyur, doğma qardaş kimi qayğıma qalırdı. O, sankiyalnız yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dilindən pis söz çıxmaz, kimsəniincitməzdi. Ürəyində sonsuz gözəlliklər daşıyırdı. Qəlbində elə bir təmizlik,saflıq vardı ki, bu təmizlik, məsumiyyət üzündə işığa çevrilib qəlblərə nüfuzedirdi. Şöhrət də, mən də onun bizə yad biri olduğunu ağlımızdan da keçirməzdik.Hətta kimsə mənim qardaşım olmadığını söyləyəndə, Heydər mənim qardaşımdıdeyirdim, o da bunu təsdiq edərdi. Bu da mənim güvəncimi artırır, həm də mənimHeydərə qarşı olan qardaş-bacılıq münasibətimi günü-gündən cilalayırdı. Özümü həqiqətənqardaşı olan bacı sayırdım. Elə qardaş ki, ona həyatımı da, sirrlərimi dəetibar edirdim. Bilirdim ki, hər addımda yanımdadı, hər addımda məni müdafiə edəcək...Onun mənəvi dayağı oxumağımda da, dərslərimdə də mənə sanki qol-qanad verirdi.

Sinfimizin qızları da, məhləmizin uşaqları da bizim qardaş-bacılığımızahəsəd aparırdılar. İndi də o günlərixatırlayanda... (səsi tutulur, hiss edirəm ki, içində ağlayır, ona görə dəudquna-udquna, boğula-boğula danışır - F.R) hər şey yuxu kimi gəlir mənə. Mənimüçün o qədər ağırdı ki... Biz həqiqətən doğma idik. Orta məktəbi bitirdik. O, məndənəvvəl qəbul olundu ali məktəbə. Kıprız Universitetini qazananda həm sevindim, həmdə kədərləndim. Düşündüm ki, uzaqlaşacağıq münasibətimiz soyuyacaq. Ammaağlımdan keçənlər özünü doğrultmadı, əksinə biz tez-tez internet vasitəsilə həyatımızdabaş verənlərlə bir-birimizi xəbərdar edirdik. O, Türkiyədə təhsil almaq üçün mənidə həvəsləndirirdi. Məqsədimiz də Türkiyədə təhsil alıb, Vətənə dönmək, öyrəndiklərimiziöz millətimizə həsr etmək idi. Yazışmaların birində o, sevdiyi qızla məni tanışetdi. Tətillərdə Bakıya gələndə əl çantasını evlərinin kandarına atıb, öncə mənimləgörüşməyə tələsirdi. Qardaş-bacı bir-birimizdən hal-əhval tutandan sonra evlərinəgedirdi. Valideynləri bu doğmalığımızı yüksək qiymətləndirir, məni də özqızları kimi sevirdilər. Allah sanki Heydəri mənim üçün göydən hami-qardaş kimiendirmişdi...

Heydər KıprızUniversitetinin Beynəlxalq Münasibətlər fakültəsində oxuyurdu. Bütünuniversitetin hörmətini, sayqısını qazanmışdı. Onun fəallığı, konfranslarda, tədbirlərdəçıxışları, milli münasibətlərə, beynəlxalq əlaqələrə özəl baxışı var idi. Onagörə də türkçülük mövqeyində dayanan tələbə universitetin ən başarılı öyrəncilərindənsayılırdı. Hər kəs ona böyük ümidlə baxırdı. Onun simasında gələcəyin böyük birmütəxəssisi yetişirdi. Özü də təkcə oxuduğu universitetdə yox, eləcə də bu məmləkətdəkibütün universitetlərin birgə toplantılarında, tədbirlərində o, özünü qətiyyəti,məntiqi, prinsipiallığı və savadı ilə tanıdıb, sevdirə bilmişdi.

...İllər sürətləötürdü. Heydər universitetin son aylarını başa vurmaq üzrə idi. Azərbaycana,xalqını, millətini canı qədər sevən, vətənpərvər, təəssübkeş, dəyərli, ölkəmizingələcəyi üçün yetərli bilik, savad, təcrübə qazanmış bir gənc kadr gələcəkdi.  Xalqımızın rifahı üçün o qədər gözəl planlarıvardı ki...

Amma avtomobil qəzasıonun bütün arzularını, xəyallarını yarımçıq qoydu. Ömür karvanı mənzil başınaçata bilmədi. Bu qəzanın nədən, niyə baş verdiyini düşünmək də, yozmaq da çətinidi. Bu qədərdimi, alın yazısıydımı, yoxsa hansısa bir sürücünün səhlənkarlığı,diqqətsizliyi, məsuliyyətsizliyi... yoxsa başqa bir şey... Suallar çoxdu, ammabir həqiqət var, o da Heydərin bir qəzanın qurbanı olması idi. Ürəkləri beləövlad yetirmələrinin sevinciylə, qüruruyla döyünən, bu dəyərli oğulun gələcəyiilə min bir xəyallar quran Məlahət ana, Ağalar bəy  əvvəl bu xəbərə inanmadılar, sonrasarsıldılar və çiyinlərinə ömürləri boyu çəkəcəkləri ağır bir yük düşdü - oğuldərdi!..  

Onun nəşini bütün universitet Bakıya yola saldı. Dəfninə universitetinseçilmiş nümayəndələri qatıldılar. Bakıda torpağa tapşırılan Heydər Ağalar oğluƏliyev üçün Kıprızda da ağladılar. Dostları, tələbə yoldaşları, müəllimləri...onun tanıyan hər kəs.

...Həmin qəza təkcə qardaşımı əlimdən almadı, ümidimi, güvəncimi,sevincimi, fərəhimi, ürək dostumu öldürdü. Bu boyda dünyada tək qaldım. Bu dərdo qədər ağırdı ki... (yenə səsi qırılır, göz yaşları yanağından çənəsinəsüzülür, qəlbindəki yanğını, göynərtini hiss edirəm - F.R) Həyata marağımölmüşdü. Onunla bitmişdi sanki həyat mənim üçün. Heç bir kəs, heç bir şey onu əvəzedə bilmir mənim üçün. O dərd mənimuşaqlığıma son qoydu, məni böyütdü, olğunlaşdırdı. İnsanın yaşı deyil, yaşadıqlarıöyrədir həyatı, deyirlər, doğruymuş...

  İndi onun həvəsləndirdiyi işin qulpundantutmuşam, oxuyuram, həm də Türkiyədə - İstanbul Universitetində. Çalışıram,kimsədən asılı olmadan öz ayaqlarım üstə dura bilmək üçün. İstəyirəm ki,qardaşımın yarımçıq qalmış arzularını az da olsa gerçəkləşdirim. O, mənimfikrimdə, yuxularımda, ürəyimdə - hər anımdadır. Hər gün onunla danışıram, əndar məqamımda özüm də hiss etmədən o, məni dərdin içərisindən çıxarır, bəladanqoruyur, ağıllı məsləhətlərini verir.

 Mən onun doğum və anım günlərini heç vaxtunutmuram. Türkiyədə oxusam da, həmin günlər onu ziyarət etmək üçün Bakıya tələsirəm,baş daşını qucaqlayıb, "qardaş!" deyib hıçqırmaq üçün. Çox vaxt məzarlıqdaŞöhrət də mənimlə olur.  Ayın 2-sı onundoğum günüdür, 15-i isə anım günü. Mən də onun etdiyi kimi, evimizə üz tutmadanöncə məzarlığa gedəcəm. Çünki o, məni gözləyir. Çünki ən ağır anlarımda kimsəyoxkən o, vardı yanımda. Axı o, hamıdan diqqətli idi, hamıdan sədaqətli idi...Sonra Məlahət anaya baş çəkəcəm bəlkə gecəni də onlarla qaldım, Heydərinqardaşı Ələkbər, bacısı Esmirayla Heydərli günlərimizi bir daha xatırlayaq deyə...

Bəli, yol boyu mənimləhəmsöhbət olan bu arıq, çəlimsiz qız öz çəkisindən qat-qat artıq bir dərddaşıyırdı Türkiyədən Bakıya, Bakıdan Türkiyəyə - dost, qardaş dərdi. Amma içindəsonsuz mübarizlik, təpər, Azərbaycan sevgisi, təəssübü olan bu qız öz arzusuylabərabər dostunun da ümidlərini doğrultmağa qərarlıdır.

Onu sinəmə sıxdım, istədimki, bu cılız bədəninin, dost-qardaş sevgisi və dərdiylə dolu ürəyinin çəkdiyinianladığımı və bölüşdüyümü hiss etsin.

Həyatda acı çəkənlərxoşbəxtliyin dəyərini daha yaxşı bilirlər. Uğurlar sənə, Əruz!

TƏQVİM / ARXİV