adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BU DA 27–di!

ƏBÜLFƏT MƏDƏTOĞLU
74547 | 2017-07-25 13:38

Bu, "Ədalət”in yaşıdı

Önsöz əvəzi:

Buyazı 25 yaşımızda yazılmışdı, şükürlər olsun ki, 26 da gördük indi də 27-nin əlinisıxırıq. Və mən onda da, indi də düşündüm ki, 25-də, 26-da oxucu qarşısına gəlibçatdığımız kimi, 27-də o cür gəlib çatmışıq. Sadəcə bu dəfə 27 mənim həyatımdaköklü bir dəyişiklik edib. Həyatımın "Ədalət"i Milli Mətbuat günündə məniarzuladığım, həsrətini çəkdiyim evə qovuşdurdu. İndi mən ev sahibiyəm, ünvanımvar. Bax o, sevinc hissləri içərisində, əsrin dörddə birinin havasını təkraretməyə elə bilirəm ki, dəyər...

Hə,bu da 27 il!.. Düz 27 il bundan öncə Azərbaycanadlı məmləkətdə "Ədalət" adlı qəzet dünyaya gəldi… Düz 27 il bundanöncə həmin o Azərbaycan adlı məmləkətin "Ədalət" adlı qəzeti müstəqilmətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. Yənibu məmləkətdə azad sözün, azad jurnalistikanın nəfəsini, hərarətini oxucu üzünəaçdı "Ədalət". Hər kəs qəzeti ilk dəfə olaraq birinci səhifədənoxumağa başladı. Bu, "Ədalət"in uğuru idi, bu, "Ədalət"inyolu idi. Və 27 ildir ki, bu yol belə də davam edir…

Bəlkədə 27 rəqəmi bir riyazi yanaşma baxımından o qədər də böyük önəm kəsb etmir.Amma 25-i yaş kimi görəndə, təqdim edəndə istər-istəməz gözünün qarşısındaboylu-buxunlu, yumruqları düyülmüş, sözü ötkəm, səsi qətiyyətli bir lay divaroğlan canlanır. Deməli, ona güvənmək də olar, ona iş də tapşırmaq mümkündü və həttaondan qəhrəmanlıq da ummaq. Bax, bu mənada27 yaşlı "Ədalət" dolanbac yolları, ağrılı-acılı günləri, Qarabağsızayları, şəhid qanlarını, ölkədəki xaosu, qardaş qarşıdurmasını və nəhayət,uğurlu bir inkişafı öz canına-qanına hopdura-hopdura, köynəyindən keçirə-keçirəgəlib çatdı sizli-bizli bu günlərə - yəni 27 yaşa!..

Bəli,indi oturub bu 27 illik yolu kimlərlə, necə gəldi düşünürəm… Hansı çətinliklərdən keçdiyimizi, hansı uğurlarıqazandığımızı muncuq kimi sapa düzürəm. Bu məqamda ürəyimin dağ boyda olduğuanları da qürur hissi ilə yaşayıram. Üzüldüyümüzməqamları da kədərlə xatırlayıram. Çünki bu bizim həyatımızdı, bu bizim ömüryolumuzdu və bu yolda biz ilk addımları "Azərbaycan" nəşriyyatının2-ci mərtəbəsində dizimizin üstündə dəhlizdə atmışıq. Ürəyimiz əsə-əsə, həyəcandanəlimiz titrəyə-titrəyə dünyaya bir "Ədalət" gətirmişik. Özü də bu"Ədalət" indiki texnikanın olmadığı, sovet dönəminin primitiv çapmaşınları ilə yığılıb işıq üzü görübdü. Onun dünyaya gəlməsində dəyərli AdilMinbaşının, qəzetin ilk redaktoru Aqil Abbasın və onların ətrafında toplaşanBabək Yusifoğlunun, Faiq Qismətoğlunun, Rəşid Faxralının, Lətif Süleymanlının,Məhəmmədəli Mustafanın, Əyyub Kərimovun əməyi danılmazdır. Üstəlik, dünyaya ilksözünü çatdıran "Ədalət"in bir pöhrə kimi böyüməsində, bir ağac kimiqol-budaq atmasında həmin illərin ziyalılarının, aydınlarının dəstəyi, təqdimetdikləri sanballı materialları doğru sözün həsrətini çəkən oxucular üçün sankigöydəndüşmə olmuşdu. Hamı səbirsizliklə məmləkətimizdə öz izini açan, özişığını yandırıb hər kəsi ətrafına yığan "Ədalət"in növbəti saylarınıgözləyirdi. Hər yeni nömrə oxucuya yeni imzalar da təqdim edirdi. Artıq"Ədalət"in oxucuları mərhum Mirmayıl Cəbrayılovu, Baba Pünhanı, AdilMirseyidi, Yusif İsmayılı, Yusif Misiroğlunu, Əliyusif Məmmədovu, PərvizƏliyevi, Ərşad Mirzəni, Oqtay Salamovu, Qeyrət Quliyevi, Çingiz Ələkbərzadəni,Vahid Əlifoğlunu, Tofiq Abdini, Söhbət Səfərlini, Vəsilə Usubovanı, OqtayAbbasovu, Nəriman Səttaroğlunu, Vaqif Əliyevi sözündən tanıyırdılar. Eləcə də"Ədalət"i oxuyanlar Kamran Nəzirlini, Adil Şirini, Vaqif Bəhmənlini,Rəşad Məcidi, Asif Mərzilini, Asif Talıboğlunu, Daşdəmir Əjdəroğlunu, NazimAğamirovu, Faiq Sadıqovu, Zaur Vəliyevi, Mehman Cavadoğlunu, Vahid Qazini,Etibar Cəbrayıloğlunu, Şakir Qurbanovu, Şakir Həşimovu, Ceyhun Musaoğlunu,Nicat Bəşirzadəni, Nicat Rüstəmovu, Elçin Namazı, Rəhman Hacıyevi, QələndərXaçınçaylını, Surxay Əlibəylini, Yusif Rzayevi, İsrafil Quliyevi, Səxavət Məmmədovu,Nərgiz Cabbarlını, Murad Nəbibəyovu, Asəf Quliyevi, Füzuli Rüzgarı, Kərim Kərimlini,Kənan Hacını, Hidayət Elvüsalı, Bəsti Əlibəylini, Ağakişi Bahaduru, Samir Sədaqətoğlunu,İqbal Aydınoğlunu, Qəşəm Nəcəfzadəni, Əsəd Cahangiri, Vaqif Yusiflini, ƏlövsətBəşirlini, Sevinc Seyidovanı, Qərənfil Dünyaminqızını, Xatirə Hafizqızı, Möhtərəm Rəcəbovanı, Ülviyyə Rzayevanı, KamilRzakovu, Qəşəm Həşimovu, Rüstəm Hacıyevi, Elşən Quliyevi, Gültəkin Qəhrəmanlını,Vüqar Tofiqlini, Elnur Astanbəylini, Rüfət Soltanı, Nicat Qafuroğlunu hər günqarşılayır və onların bir-birindən maraqlı yazılarının yaratdığı ovqatınaurasında sabaha böyük ümidlər bəsləyirdilər. Şükürlər olsun ki, həmin ümidləraz-çox fərqlərlə öz təsdiqini tapdı.

Bəli, "Ədalət"inşinelindən çıxıb indi Azərbaycan mətbuatında böyük nüfuz qazanan, imzasını hərkəsə birmənalı şəkildə sevdirən yazarlar, redaktorlar bu gün öz yolları iləgetsələr də, amma onların müstəqil məmləkətdə ilk sözlərini oxucuya çatdıran"Ədalət" oldu. Sevindirici haldır ki, dünyasını dəyişmiş həmkarlarımız,əməkdaşlarımız öz sağlıqlarında "Ədalət"in səhifəsində olan möhürlərini,yəni imzalarını son anlarına qədər sədaqətlə, şərəflə qorudular və bu dünyadanköç edəndə onların yarımçıq qalan fikirləri, deyilməmiş sözləri tirajlanan"Ədalət"də susmadı, dayanmadı.Əksinə, onların ruhu da, sözü də bizimlə qaldı, həm də bizim oxucularla.

Bəli, mən 27 ilyol gələn "Ədalət"in bu günündən üzü geri boylananda bir məqamı dagördüm və onu xüsusi vurğulamaq istəyirəm. Belə ki, "Ədalət"in təqdimatıilə "Ədalət"in şinelindən çıxıb müxtəlif vəzifələrə, xüsusiləhüquq-mühafizə orqanlarına işə gedən kifayət qədər müəlliflərimiz olub. Onlarbu gün də vəzifə sahibidilər və bu gün də "Ədalət" onlar üçündoğmadı. Onların arasında Elşad Əliyev, Rafiq Abbasov, Nazim Ağamirov, Elşad Həsənov,Amil Dosiyev, Aydın Ağazadə, Faiq Sadıqov, Rövşən Əhədoğlu və başqaları da var.Deməli, bütün bunlar göstərir ki,"Ədalət" bir xalq qəzetiolaraq ilk gündən atdığı doğru, dürüst və ədalətli addımını bu gün də yaşadır,bu gün də davam etdirir. Təbii ki, indi onun ilk baş redaktoru millət vəkiliolmaqla yanaşı, həm də qəzetin təsisçisidi və ilk baş redaktoru Azərbaycanın"Əməkdar jurnalist"i, dəyərli yazıçı-publisist İradə Tuncay əvəzedibdi. İndi İradə xanımın rəhbərliyi altında "Ədalət"in köhnə, yəniilk komandasından olan Faiq Qismətoğlu, Məzahir Əhmədoğlu, Yaşar Nəbiyev, İslamNiftiyev, eləcə də yeni "Ədalət"çilər Ədil Ədilzadə, Oğuz Ayvaz,Sübhan Mahmudlu hər gün sizin oxucu süfrənizə özlərinin dövlətə, dövlətçiliyə,xalqa xidmət edən fikirlərini təqdim edirlər. Mən bu bir növü xatırlatmaxarakterli yazını bilgisayara diktə edəndə yaddaşımı demək olar ki, xeylisağa-sola vərəqlədim. Çalışdım ki, heç kim yaddan çıxıb kənarda qalmasın. Çünki bizim unutmağa haqqımızyoxdu. Ən azından "Ədalət"çi olduğumuz üçün!..

Və bu yazıya sonolaraq demək istəyirəm ki, biz 27 ili bir ailə kimi necə yaşadıq, onu sizdəngizlətmədik. Nə qazandıq sizin gözünüzün önündə oldu və bir də adımızınsaflığını, sözümüzün kəsərini sizə güvənib yaşatdıq. Bunun üçün "Ədalət"çilərolaraq Sizə, yəni bizə dayaq olan oxucularımıza təşəkkür edirik. Sağ olun ki,bizi yaşatdınız! Sağ olun ki, bizi yaşadırsınız! Biz də çalışacağıq ki, bu 27 ildə sizinlə olduğumuz kimi, bundan sonra da sizinlə olaq! Bizim və Sizin 27 yaşımız mübarək!!!


TƏQVİM / ARXİV