adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"QALIN" ADAMLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
44379 | 2017-07-14 14:38

Və bir dəonların sındırmağa çalışdığı mən

Yəqin ki, buyazını oxumağa başlayanda düşünəcəksiniz ki, yenə nostalji duyğular, yenəsıxıntılar, yenə ağrı-acı, yenə dərd-qəm, bir sözlə, ovuc-ovuc göz yaşı. Həttaartıq bilgisayar yazarımız Gülər xanım da adət edib. Həftənin son iş günü onayaxınlaşıb düşündüklərimi diqtə etməyə başlayanda bir az ironik şəkildə deyir:

- Əbülfət müəllim,yenə ağlayacağıq?

Bunun dacavabında mən də yarızarafat deyirəm:

- Hə qızım, bir əllifaiz ağlaşmadı.

Bunların, yənibu söhbətimizin indi yazacağım yazıya dəxli yoxdu. Ona görə ki, bu gün həqiqətənağlaşmadan yazırıq və bu ağlaşma da hər kəsin əlinin altında ya dəsmal, ya dasalfet saxlamağı tələb edir. Mən bu tələbi nəzərə alıb bəribaşdan deyirəm:

- Ya yazınıoxumayın, ya da əlinizə dəsmal götürün!

Bu belə...

Hə, mən özümü nəqədər toparlamağa, nə qədər ayaqda saxlamağa çalışsam da, nə bu dünya mənisevmir, nə də ətrafımdakı adamlar. Dünyanı başa düşürəm, onunla işim yoxdu. Həttaişim olsa da, o mənim işimi aşıran deyil. Yəni dünya milyon illərdi ki, özübildiyi işləri aşırır, özü istədiyini ucaldır və yaxud da endirir. Mənim işim ətrafımdakıadamlarladı. Yəni işim deyəndə bilmək istəyirəm ki, mən ətrafımdakı adamlarınhansının ayağını tapdalamışam, hansının haqqına şərik çıxmışam və yaxud da hansının bostanına daş atmışam?! Bir az da kəndçiliyiməsalıb demək istəyirəm, kimin toyuğuna "kiş" demişəm?! Mən bu suallarıverdim. Ətrafımdakıların nə cavab verəcəyini qismən bilirəm. Amma qismənlərazılaşmıram. Çünki həmin sözün kökü başqa bir sözün də, yəni qismət sözünün dəözülüdü. Deməli, o adamların mənim çevrəmdə olması bir qismət işidi, bir taleyazısıdı. Onlar da bundan istifadə edirlər, bundan yararlanırlar. Və hər yerdə,hər zaman mənim üstümə gəlirlər - sıxmaq üçün, sıxışdırmaq üçün, vurmaq üçün. Vəmən də dayanıb baxıram. Dəyən zərbələrdən ancaq içim ağrıyır, ürəyim zədələnir.Özümü nə qədər şax tutmağa çalışsam da, alnımdakı qırışlar artır. Onda birildırım sürətilə ağlımdan gəlib keçir ki:

- Etməyin, insafınızolsun!

Bəli, bütünbunları birnəfəsə bilgisayara diqtə edə-edə əlimi Tanrıya da açıram, üzümü onada tuturam. Və ondan soruşmaq istəyirəm:

- Niyə yazdın buqisməti mənə? Axı, mən heç bu qədər vurulacağımı, sıxılacağımı ağlıma gətirməmişdim.Ən azından mənim günahımın nə boyda olduğunu (təbii ki, varsa və yaxud dagünahsız insan yoxdu prinsipinə güvənib - Ə.M) Sən daha dəqiq bilirsən. Mən dəSənin adilliyinə, aliliyinə güvənib yazıram:


Boyu boyumdanuca

Dərdlə qoşadurmuşam...

Batıb çəkdiyim"ah"a-

Dönüb daşadurmuşam.


Sönən etirazıma

Ölənehtirasıma...

Gözdən iraqyasıma-

Daman yaşadurmuşam...


Günün xoş keçsintəki

Bir ürək idik səki...

Sən turp əkdiyinləki-

Çıxıb başadurmuşam...


***

İnsan iki məqamdasınır. Bir həddən artıq "qalın" olanda, bir də həddən artıq"nazik" olanda. İndi fikirləşəcəksiniz ki, insan necə qalın ola bilər?Mən deyim siz də dinləyin. İnsan o vaxt qalın olur ki, yerini bilmir, sözünübilmir, davranışına nəzarət edə bilmir, deyilənləri qulaqardına vurur,gördüyündən gözkirəsi istəyir, ətrafındakıları vecinə almır, özünü Bağdaddakıkor xəlifə kimi aparır. Ən vacibi isə duymaq, anlamaq, dərk etmək və duyubanlamaq hissini itirir. Bu yerdə yadıma Seyfəddin Dağlının bir yazısı düşür.Onu televiziya tamaşası da etmişdilər sovet dönəmində. Həkimə müraciət edən xəstəyəhəkim elə məsləhət verir ki, sonda onun, yəni xəstənin qulaqları xeyli uzanır.Və həkim gülüb deyir ki, indi heç nəyi vecinə almadan yaşaya bilərsən. Yəniinsanlıqdan çıxıb heyvan həyatını davam etdir. Bax, bu novellanı yadınızasalmaqla qalınlığın nə olduğunu yəqin ki, sizə izah edə bildim. Bu qalınlıq dao vaxt sınır ki, ona özündən də qalın həmlə edir... özündən də qalın buynuzgöstərir, göz ağardır. Və... nəticədə həmin o qalınlardan biri sınır...

Gələk naziyin sınmaqməsələsinə. Burda da söhbət o adamdangedir ki, həddindən artıq həssas olur... həddindən artıq diqqətcil olur... həddindənartıq anlayışlı olur.. həddindən artıq qayğı göstərir, qayğı umur... həddindənartıq naz çəkir, nazının çəkilməsini istəyir... həddindən artıq insan olur... vəözünün də həddindən artıq insan olanın yanındaolmasını istəyir. Bax, bu həddindən artıqlıq onu ütüləyir, onuyontalayır, onu rəndələyir, onu nazildir. Burda da Şeyx Nizami yadıma düşür.Şeyx deyib ki, "artıq içiləndə dərd verir su da". Bax, həddindənartıq insanlıq da adama dərd gətirir, adamı sındırır.

Bütün bunlarıdedim, yazdım. Amma sonra düşündüm ki, guya təzə nə dedim, nə yazdım? Bütünbunları axı siz məndən yaxşı bilirsiniz. Amma sonda düşündüm ki, deməyə bilməzdim.Ən azından insan olanlar məni, adi bir Allah bəndəsini, adi bir insanı nahaqvururlar, nahaq tapdalayırlar. Axı, mən həddindən artıqlığın acısını, əzabınıyaşamağa öyrəşsəm də bunun, yəni öyrəşdiyimin həcmini, çevrəsini artırmaq, genəltməkistəmirəm. Bəs siz niyə bunu edirsiniz? Bilmirsiniz ki...


Başımın üstündəbulud çiçəkdi

Gözümdə, könlümdəümid çiçəkdi...

İnanma, desələrunut, çiçəkdi-

Busevgi saralıb sola da bilər...


Gecəninbir gözü yuxu çiləyir

Birgözü xəyala bükür, bələyir...

Vallah,nə olursa Allah eləyir-

Məndəndə dəlisi ola da bilər!


Buda belə ömur, belə bir yaşam

Buömrə hakimsən- şəriksən paşam!

Deməduyğusuzam, ürəyi daşam-

Daşında gözləri dola da bilər!..


Doğrudu,bu şeiri yazanda ovqatım tamam fərqli idi. Və ağlıma da gəlməzdi ki, nəvaxtsa həmin ovqatın iki qatınıyaşayacam. Görünür, həmin o qismət deyilən məni yaddan çıxarmayıb. Və mən təkrarqayıdacam həmin ovqata, necə ki, qayıtdım da. Və o qayıtdığım ovqatın içindənbir Allahın, bir də sevginin ətəyindən çıxmaq üçün bu dəfə bir az fərqli misralar köçürdüm vərəqə.Yazdım ki:


Ürəyimsusuz qalıbdı

Canımısuya çəkəcəm...

Allahım,bağışla məni

Dəlitək qıya çəkəcəm-

Oqızın yadına düşüm...


Gecəmelə qaralıb ki,

SankiAy düşüb quyuya

Ovcumdatutmuşam - Allah

Birdua oxu bu suya-

Oqızın yadına düşüm...


Daşa,dəmirə baxdıqca

Özüməgüvənim artır

İbadətə,ayağına

Mənitək bir istək dartır-

Oqızın yadına düşüm!..

***

Bütünhallarda baş verənlərin mütləq bir səbəbi var. Bunu məndən öncə də deyiblər, bu gün də deyirlər vəyəqin ki, sabah da deyəcəklər. Və mən də bununla razılaşıram. Çünki özüm də səbəbsizheç nəyin olmadığına əminəm. Lakin elə səbəblər var ki, onlar olmaya da bilər.Təbii ki, həmin o "qalınlar", yəni qalın adamlar olmasa. Çox təəssüf ki, həyatımızınhər yerində, hər nöqtəsində qalınlar kifayət qədərdi. Onların qalınlığı da bəzənöz yatağında axan çayın da səmtini dəyişir... öz yolunu gedən insanı da büdrədir...öz sözünü deyən dili də dolaşdırır... Bax, mən də bütün bunların acısını çəkirəm...bütün bunların zərrəsini yaşayıram. Və səbəbin mütləqliyini qəbul edə-edə səbəbiyaradanların, daha çox isə o qanunların ünvanına yumruğumu düyürəm. Həmin oyumruq da dizimə dəyir. Elə bilməyin ki,yumruq dizimə dəyir, ağlım özümə qayıdır. Yox, mən onsuz da bu dünyanın namərdliyinizaman-zaman görüb, zaman-zaman da canımda, qanımda daşıyıram. Daşıdıqlarım da,yaşadıqlarım da ömür kitabının səhifələrinə çevrildikcə bircə sualın qorxusunuözümdən uzaqlaşdıra bilmirəm. Ağlımdan gəlib keçir ki, nə vaxtsa övladlarım, nəvələrim,elə məni tanıyanlar, mənə az-çox səmimi münasibətdə olanlar birdən soruşsalarki:

- Niyə qalınlarhəmişə səni qaraladılar? Niyə həmişə vuruldun, sıxıldın? Bax, onda nə deyəcəm?Nə cavab verəcəm? İzahımın şərhi onları qane edəcəkmi?

Gördüyünüz kimisual ötəri, keçəri deyil. Sualın kifayət qədər ağırlığı, sanbalı var. Elə mən dəo ağırlığı, o sanbalı indidən çiyinlərimdə, ürəyimdə, ruhumda daşıya-daşıya,hiss edə-edə istəyirəm ki, indidən bir şərh verəm və yazam:


Ömrün buçağında, bu vədəsində

Tumurcuqçırtlayıb çiçək açırsa

Ürəyim fərəhləsevgiyə tərəf

Zirək uşaq kimihövlank qaçırsa-

Xoşbəxtəm demək!


Gecəni gündüzəcalaqlayaraq

Gözüm yorulmadanyolu ölçürsə

İstəyi, xəyalıqalaqlayaraq

Olduğum hər yerəürək köçürsə-

Xoşbəxtəm demək!


Özünün, sözünün ətriniduyub

Qələm ilhamlanıbnaxış salırsa

Çiçəyi üzəndə ləçəyə dəyib

Əllərim şeh adlıqana batırsa-

Xoşbəxtəm demək!


Dodaq dodaq üçünnəfəs də dərman

Bunu baxış deyibnaz andırırsa

Qollarım arası qəfəsdə dərman

Toxunma! - deyəndəəl yandırırsa

Xoşbəxtəm demək!


... Telə daraqolan barmaqlar xoşbəxt

Üst-üstə dayananyanaqlar xoşbəxt

Çiçəyi bürüyənyarpaqlar xoşbəxt

Adıma deyilənqınaqlar xoşbəxt-

Xoşbəxtəm demək!


Siz bütün yazıboyu nəyi necə şərh etdiyimi, nəyi necə təqdim etməyə çalışdığımı yəqin ki,qarışıq saldınız. Bu, məndən asılı deyil. Çünki içərisində olduğum durumun özüqarışıqdı. Və mən hardasa sizi də anlamağa çalışıram. Dərk edirəm ki,yazdıqlarımı sizə oxutmağa, içimdəkiləri sizə köçürməyə haqqım yoxdu. Amma sizdə bilin ki, mən sizə güvəndiyimdən, sizə ümidli olduğumdan bu addımı atıram.Əks halda çəkilib içimdə bir küncə ölümünü gözləyən fil kimi dizlərimiqatlayardım. Lakin sizlərin varlığı, sizlərin anlayışı məni ayaqda saxlayır.Siz məni vuranlardan, yıxmaq istəyənlərdən qoruyursunuz. Siz bəlkə də xilaskarmələksiniz. Mən bunu tam səmimiyyətimlə deyirəm və elə o tam səmimiyyətlə dəiçimdəki bir istəyi də misralayıram. Demək istəyirəm ki:


Bilirsənmi dözmənə?

Canım, gözüm dözmənə!

Baxım sənin dözmənə-

Yaşayım!


Bilirsənmi təkliyin

Ürəyimə çəkdiyin?!

Qoy göyərsin əkdiyin-

Yaşayım!


Bilirsənmiyalnız "ah"

Olur bəzənyalquzaq!..

Gəl, içimdən al,qız, "ah"-

Yaşayım!


Hə, mən bu yazını heç bilmirəm niyə yazdım? Ammayazmalıydım. Çünki yazmasaydım ürəyimin çatları bir az da artacaqdı. Və bu çatlarıyaradanlar mənə də, sənə də güləcəkdilər.Onların gülüşlərini dodaqlarında, ümidlərini gözlərində qoymaq üçün yazdım buyazını. Və bir də yazdım ki, sən də biləsən nələr olur bu şəhərdə. Və biri sənəünvanladığı dörd misranın günahından keçəcən. O misralar belədi:


Mən yoruldumiçimin

Dərdlərini çözməkdən!

Sən yoruldunoturub-

Dərdlərinə dözməkdən!

Bağışla məni!

Elə siz dəbağışlayın məni, bu yazını oxuyanlar!


TƏQVİM / ARXİV