adalet.az header logo
  • Bakı 19°C

"SNAYPER QIZ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
51032 | 2017-06-06 15:19

CamalZeynaloğlunun yeni kitabı belə adlanır

Yaxın günlərinsöhbətidir. "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində qələm dostumCamal Zeynaloğlu ilə qarşılaşdım. Açığını deyim ki, bir şəhərdə yaşasaq daxeyli vaxt idi ki, Camal müəllimdən xəbərim yox idi. Bu təsadüfi görüşümüz həmdə bizim "xəbərsizliyimizin" də sirrini açdı. Məlum oldu ki, CamalZeynaloğlu vaxtı, zamanı boşuna xərcləməyib. Yeni bir kitabın dünyaya gəlməsiüçün özünü, sözünü yazı masasına köçürüb. Və nəticədə "Snayper qız"adlı bir kitab dünyaya gəlib.

Nəfis şəkildəçap olunmuş bu kitab 256 səhifə olmaqla oxucuların ixtiyarına verilib. Kitabınredaktoru Xeyrulla Balaxanlı "Vətən sevdalı yazıçı" adlı ön sözündəvurğulayıb ki, Camal Zeynaloğlu "aprel döyüşünü çoxdan gözləyirdi". Mənbu fikri oxuyarkən bir anlıq dayandım və düşündüm. Çünki Camal Zeynaloğluyaradıcılığı demək olar ki, mənə bütünlüklə bəllidir. Və oxuduğum əsərlərininböyük hissəsini mövzu baxımından vətən, savaş, qaçqınlıq, yuxusuzluq və təbiiki, bir də sabaha, qələbəyə inam təşkiledir. Onun əsərlərində əsas xətt, yəni şah damar inamdı, ümiddi. Bu dayazıçının həyata baxışından, özünün daxili enerjisinin ünvanlandığı yerin, məqsədinifadəsidi. Yəni bir yazıçı olaraq Camal Zeynaloğlu işığın qaranlığa qalib gəldiyini,haqqın zəfər aldığını oxucuya ən ləziz yemək kimi təqdim edir. Və nəticədə dəoxucu onun fikirlərini rahatlıqla özününküləşdirir.

Əvvəlki əsərlərindəolduğu kimi, "Snayper qız" kitabında da Camal Zeynaloğluoxuculara özünün 16 əsərini təqdim edib.Bunların bir qisimi sənədli povestlər, digərləri isə həm sənədli, həm də bədiihekayələrdir. Demək olar ki, kitabdakı bütün nəsr nümunələri mövzusu Qarabağdı,Qarabağdakı savaşımızdı, Qarabağ uğrunda axıdılan qanımızdı və təbii ki, bütün əsərlərinsonunda da haqq qalib gəlir. Mən Camalın bu kitabında bir məqamın da şahidioldum. Onun sənədli povestlərinin qəhrəmanları millətimizin, xalqımızın fəxriolan real insanlardı. Məsələn, "Qaniçənlər" sənədli povestində Mehdiyev İlqar Ərşad oğlununobrazı yaradılıb. İlqar Ərşadoğlu öz qəhrəmanlığı ilə tarix yazmış Cəbrayılrayon icra hakimiyyəti başçısının Cəbrayıl şəhər üzrə icra hakimiyyəti vəzifəsindəişləyib. Erməni əsirliyində əyilməyib,sınmayıb. Bayrağımızı canından üstün bilib, başının üstündə saxlayıb. Bax, bucür tanınan insanların qəhrəmanlığını bədiiləşdirib sənədli povestin mövzusunaçevirmək ustalığı Camal Zeynaloğlu yaradıcılığında demək olar ki, bədii sözün həllikimi ortaya qoyulubdu. Elə kitabın adını daşıyan "Snayper qız" hekayəsininqəhrəmanı da düşmənə qan udduran, onların yuxusuna haram qatan xalqımızınsevimlisi Rəhilə Əli qızı Orucovadı. Bu gənc qızın döyüş yolu, onun çevikliyi,qətiyyəti, xüsusilə səbirli və son dərəcə diqqətli olması əsərdə təkcə ifadəolunmayıb, həm də bir rəsm kimi təqdim edilibdi. Hekayəni oxuduqca təkcə sözlərlə,fikirlərlə deyil, həm də Rəhilə Əli qızının portreti ilə də üzbəüz dayanırsan.

Mən CamalZeynaloğlunun aprel döyüşümüzün ünvanıolan və bayrağımızın yüksəldiyi nöqtənin Lələtəpənin mahiyyətini, onun həmsiyasi, həm də psixoloji təsirini ifadə etmək peşəkarlığını bütün mövzulardahiss etdim. Bir daha əmin oldum ki, Camal Zeynaloğlu özünün vətənsevgisini ifadə etməkdə artıqustalaşıbdı. Həmçinin o, mövzunun əhatə etdiyi coğrafi məkanı da bəzi qələmadamlarından fərqil olaraq incələməyi bacırır, dəqiqləşdirə bilir. Bu mənada istər Cəbrayıl, Füzuli, istər digərbölgələrin təmasını coğrafi baxımdan dürüst bir şəkildə bədii əsərin mayasınaqatmaq onun yaradıcılığında alqışlana biləcək bir haldır. Yəni məkanla, zamanlabədii söz Camal Zeynaloğlu ilə yanaşı dayana bilir. Düşünürəm ki, qələmdostumun bu kitabı və bütövlükdə bu kitabda toplanmış savaşımızla bağlı əsərləriAzərbaycan ədəbiyyatının son illərdə daha çox üz tutmağa başladığı müharibəmövzusunun yaxşı bir nümunəsidir. Və bu nümunəyə görə Camal Zeynaloğlunun biraddım önə çıxmağa haqqı var.


TƏQVİM / ARXİV