adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AY İŞIĞINA ALDANMAĞIM

MƏZAHİR ƏHMƏDZADƏ
39816 | 2017-05-31 09:20

"Baksovet"xatirələri

...Üç ildənsonra nəhayət mən də təsadüfən universitetə qəbul olunmuşdum. Məni ilk təbrikedənlərdən biri həmyerlimiz Oktay Məmmədov idi. Məndən 3-4 yaş böyük olanOktayın qayğısını, təəssübkeşliyini üzərimdə az görməmişdim. O, universitetibitirərək Bakıda qalmışdı, ürəyi istəyən iş axtarırdı. Qoy, əvvəlcədən bildirimki, bizim bu Oktay Məmmədov sonralar Daxili İşlər Nazirliyi sistemindəçalışaraq polkovnik rütbəsinə qədər yüksəldi, dost-tanışların sevimlisi kimi"Qara Oktay" adı ilə məşhurlaşdı... və Əbülfəz Elçibəy hakimiyyətə gələnzaman prezidentin şəxsi mühafizəsi məhz ona etibar edildi.

...Oktay təbrikləyanaşı bir böyük kimi nəsihət və məsləhətlərini də vacib bildi. Tapşırdı ki,daha bu çayxana-filan qalsın öz yerində, dərslərimlə məşğul olum, yaxşı oxuyubyaxşı ad qazanım. Mən əlbəttə ki, yaxşı oxumağa borclu idim. Onda qala bunu həmdə böyük qardaş qəbul etdiyimiz səmimi və mehriban bir həmyerli istəyə. Yaxşıoxuyub "ad qazanmaq" məsələsini "Dədə Qorqud" boyları iləassosiasiya edib bir tərəfə çıxara bilsəm də, ancaq bu "Baksovet" vəçayxana "embarqosu” universitetə qəbul sevincimi dadsızlaşdırırdı. Axı mənim SəmədBehrənginin "Balaca qara balığı" kimi yosunların arasından ətrafı ürkəkbaxışlarla seyr etdiyim günlər arxada qalmışdı. Mən "Baksovet" ölkəsindəki"çayxana universiteti"nin də oturuşmuş tələbəsi idim artıq. Həttaşair xalq olduğumuzdan hamı kimi mən də şeir yazmağa başlamışdım.Oturub-durduqlarım arasında iki Zakir (Zakir Fəxri, Zakir Bəxtiyar), bir MalikFərrux, bir Ağacəfər də ara-sıra çap olunurdular. Zakir Bəxtiyarın işi asanidi. Nə yazırdısa özünün işlədiyi "Neft daşları" qəzetində çap ediboxucularını, o cümlədən dostlarını sevindirirdi. Bu universitetdə özümü SergeyMironoviç Kirovun adını daşıyan universitetdəkindən daha yaxşı, daha rahat hissedirdim.

Bəs indi necəolsun?

Heç nə. Oktayıntapşırıqlarının birinci hissəsinə əməl edib, ikinci hissəsinə əmək etməməklə"Baksovetli" həyatımdan da ayrılmadım. Bir neçə dəfə Oktayı uzaqdangörüb geri qayıtsam da, sonralar o özü məni yanına çağıraraq etiraf etdi ki,"insan qürbətdə yaşaya bilməz". Daha sonra məni "Azərbaycan gəncləri"qəzetində çalışan Məmməd Oruc və Möhbəddin Səmədlə daha yaxından tanış etdi. Yənibir "ölkənin vətəndaşları" kimi biz bir-birimizi tanıyırdıq,salamlaşırdıq, kimi isə axtaranda görüb-görmədiyimizi soruşurduq. Ancaq bu dəfəhər yerdə böyük hörmət və nüfuz sahibi olan Oktayın ikitərəfli təqdimatı gələcəkdostluğun təməlini qoyurdu.

Təxminən bir aysonra mən şeir yazdığımı üzə çıxardım və çap olunmaq arzumu Oktaya bildirdim.O, əlimdəki dəftərçəni alıb vərəqlədi, sonra şeirləri ötəri oxudu, daha sonraüzümə baxıb bir də oxudu... Bu məqamda nəbzim şübhəsiz, 110-120 sürətindəydi, əlimləsinəmi sıxıb ürəyimi sakitləşdirmək istəyirdim.

- Özün yazmısanbunları? - soruşdu.

- ...

- Hə, bağışla, sənbaşqasının şeirini öz adına çıxmazsan...Bilirsən, ilk dəfədir belə şeirlər oxuyuram, nəsə...

- Yaxşıdır? Yazabilirəm? - tələsik soruşdum.

- Əlbəttə,yaxşıdır, amma bu Amerika, Yunanıstan, Aya uçuş... sənin 19 yaşın var, beləşeylər, nə bilim... Yaxşı, hamısı bir yerdə neçə şeir olar?

- 11 şeirdir.

- Nədi, futbolkomandası düzəltmisən?

Oktay iki gündənsonra mənə bildirdi ki, bəs, Məmməd Orucla danışmışam, şənbə günü saat 1-inyarısında "Baksovetdə" olarsan, redaksiyaya gedəcəyik. O vaxta qədər əlavə2-3 şeir də yazmaq istədim, ancaq arzuladığım kimi alınmadı deyə qaralayıbtulladım.

Vaxt tamamındagörüşüb üzbəüzdəki redaksiyaya qalxdıq. Məmməd Oruc, Möhbəddin Səməd, İsmayılmüəllim (universitetin filologiya fakültəsinin gənc müəllimi), Oktay, mən vəindi dəqiqliklə xatırlaya bilmədiyim 2-3 digər dost-tanış iş günü olmayan birvaxtda, özü də nahar zamanı redaksiyanın daha geniş olan ümumi otağında əyləşib...siqaret çəkməyə, ordan-burdan danışmağa başladıq. Daha doğrusu onlar danışırdı,mən də səbirsizliklə növbəmi gözləyirdim.

Söz mənəverildi. Mən sərbəst və heca vəznlərində bir neçə şeirimi oxuyub dayandım.Dedilər yenə oxu. Oxudum. Sonra dəftərimi alıb özləri də oxumağa və suallarverməyə başladılar: Nəyə görə Mikis Teodorokis, nəyə görə Lui Armstronq, nəyəgörə dünyanın siyasi xəritələri və s.? Cavablarım əsasən bəyənildi və şeirlərimidə o ki var təriflədilər. Daha çox "Vulkan" (bu şeiri Mahir N.Qarayev40 ildən çoxdur ki, misal çəkib tərifləyir), "Xəritə","Sirtaki", "Aldandım Ay işığına..." adlı şeirlərim bəyənilmişdi.Mən artıq indidən gələn həftənin nömrələrindən birində ən azı 2 şeiriminaltındakı imzamın sevincini, qürurunu yaşayır, hətta bir az lovğalanırdım da. Ovaxtlar indiki kimi deyildi. Aqil Abbas demiş, elə adam var, 10-15 il ərzində47 şeir kitabı çap elətdirib, ancaq heç öz evində də bu "əsərləri"oxuyan yoxdur. 70-ci illərdə isə bir şeirin, bir hekayən qəzetdə və ya jurnaldadərc edilməklə, səni yüzlərlə, bəlkə də minlərlə oxucu tanıyıb yaddaşında saxlayardı...

...Çayçıya vəyaxud kafeyə getmək vaxtı çoxdan keçsə də, unudulmamışdı. Qalxıb otaqdan çıxarkənMəmməd Oruc dəftərimi qaytardı, məni qucaqlayıb uğurlar arzuladı. Ərkim yenəOktaya çatardı. Üzümü ona tutdum. Yəni bu təriflər, arzular hara, dəftərin özüməqaytarılması hara? Onda Məmməd Oruc məsələni qısaca belə izah etdi ki, bu şeirlərqəzetdə dərc edilmək üçün yox, bax beləcə əyləşib ləzzətlə oxumaq üçündür. Heçbizim bura gəlməyimizi Tofiq müəllim də (Tofiq Mütəllibov) bilməsə yaxşıdır.

Təbii ki, pərtoldum.

Sonralar MəmmədOrucla doğurdan dostlaşdıq. Hətta birlikdə stadiona gedib "Neftçi"ninoyunlarına da baxırdıq. Ancaq heç vaxt o şənbə görüşünün, o vaqiənin üstünə gəlmədik.

Bəs şeir necə,yeni şeirlər yazdımmı?

Uzun müddətyazmadım. Bir də 10 ildən sonra 15-18 şeir yazdım və bunlardan bəziləri çox-çoxqabaqlar dostların təkidi ilə çapa verildi, məsələ də bitdi.

İndi deməyin ki,o vaxtdan bəri şeir yazmadığıma görə xalqıma layiq övlad deyiləm. Bəlkə xəlvətəsalıb yenə də yazıram?


TƏQVİM / ARXİV