adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

“Həftəbecər”

VÜQAR ABBASOV
137298 | 2017-04-26 15:17

Niderlanddan yazacam, həm də növbəti dəfə. Bəzənürəyimdən keçir ki, kaş Azərbaycanımızın hər tərəfinə, ordakı hər kəsə səsimçataydı və onlara bu ölkəni anladardım. Ancaq çatmır və mən buna həqiqətən təssüfedirəm. Bu ölkə haqqında bilməyimizdüşüncələrimizdə çox dəyişiklik edə bilər. Onu da bu başdan yazım ki, Niderland haqqındahər şeyi bir, yox heç yüz yazıya da sığdırmaq mümkün deyil.

Bir çoxlarımızınHollandiya kimi tanıdığımız ölkənin rəsmi adı Niderland Krallığıdır. Niderlandsözü Neder (aşağı) və land (ölkə) sözlərinin birləşməsindəndir və "aşağı ölkə”anlamına gəlir ki, bu da Niderlandın böyük bir ərazisinin dəniz səviyyəsindənaşağı olmasından qaynaqlanır. Hollandiyasözünə isə burda iki vilayətin adında, Cənubi Hollandiya və Şimali Hollandiya,rast gəlinir. Niderland Krallığı Avropanın Şimal Qərbində, Şimal dənizininsahilində yerləşib. Ölkənin rəsmi paytaxtıAmsterdamdır. Ancaq ölkə, Azərbaycanda Haaqa kimi tanınan, Den Haaq şəhərindənidarə olunur. Niderlandın ərazisi 41.543 km2 - dir , yəni Azərbaycanərazisindən təxminən iki dəfə kiçik.Burdakı əhalisinin sayı isə 17 108 071 nəfərdir, yəni Azərbaycan əhalisindəniki dəfə çox. Əhalinin 49,4 % - ni kişilər,50,6% - qadınlar təşkil edir. Buölkədə kişilərin orta ömür müddəti 78,8 yaş, qadınlarda isə 82,7 yaş hesab olunur. Bu rəqəmlər isə getdikcəartmaqdadır. Məhz bu səbəbdən Niderlandda pensiya yaşını da 65 – dən 67 – yəqaldırdılar, ancaq bu da mərhələli şəkildə olacaq. Burda pensiyaların məbləgi hər kəsin ödədiyi soasial vergilərdənaslıdır. Bundan başqa isə hər kəsin yaşlılığa görə pensiya hüququ var.Yaşlılığa görə pensiyanın məbləği də duruma görə dəyişir, minimal məbləğ isə təxminən795 avrodur. Məbləğ yenə də ailə vəziyyətindən və.s. aslı olaraq dəyişə bilər.Niderlandlılar sözün həqiqi mənasında işləkdirlər və pensiya yaşı çatdıqdaonlar məmuniyyətlə pensiyaya çıxır və məhz bu yaşdan sonra daha rahat yaşamağabaşlayırlar. Bütün bunlar barədə növbəti yazılarda yazacam.

Dövlətin rəsmi dili filan, pul vahidi filan və.s.yazıb siz dəyərli oxucuları yormaq fikrində deyiləm, bunları internetdən dəasanlıqla tapmaq olar. Əgər bu yazıyamarağınızı hiss etsəm, Niderland barədəsilsilə yazılar yazmağı düşünürəm; iqtisadiyyatından, təhsilindən, mədəniyyətindən,maraqlı şəxsiyyətlərindən və.s. vəsözsüz ki, burda yaşayan soydaşlarımızdan, diasporumuzdan. Bunlar isə bir-biri ilə o qədər bağlıdır ki,bəzən birindən yazandadigərinə də toxunmalı olursan və bəlkə də çoxları bunu "həftəbecər”kimi görəcəklər. Ancaq olsun, heç bir şeydənsə "həftəbecər” də yaxşıdır və mənçalışacam ki, "həftəbecər”im "dadlı”olsun.

Nə yazıq ki, məmləkətimizdəbir çoxları bu ölkəni ancaq "mavilər ölkəsi” kimi tanıyır və elə düşünürlər ki,burdakı kişilərin hamısı "mavi”dirlər. Bu da ondan irəli gəlir ki, Niderlandda eyni cinslərin ailə qurmasına icazəverilib, necə ki, dünyanın 21 ölkəsində,ABŞ – ın (Amerika Birləşmiş Ştatları) bir neçə ştatında və.s. buna icazə verilib. Sadəcə eyni cinslilərin ailə qurmasına ilkicazə verən ölkə Nidrland olub, 2001 – ci ildə.Buna son (2017 – ci ildə) icazə vermiş ölkələr isəSlovenya və Finlandiyadırvə böyük ehtimalla "hələlik son ölkə” də deyə bilərik. Ancaq deyəsən bizimkilərinbəziləri 2001 – ci ildən bu tərəfə nə qəzet oxuyublar, nə də televizorabaxıblar. Bir də ki, məsələyə fərqli də yanaşmaqolar. Məsələn, belə baxmaq da olar ki, Niderlandda hətta "mavilər” də öz hüquqlarınıqoruya bilirlər. Yaxud, "Niderlandda"mavi”lərə də haqlı olaraq insan kimi yanaşılır” – da deyə bilərik. Bu ölkədə hərkəsin haqqı qanunla qorunur. Məsələn, birinin "mavi” olması onun işsiz qalmasıilə nəticələ bilməz, sonunda o da bir insandır, həm də maddi ehtiyacları var.Ona görə də hər kəs olduğu kimi hərəkət edir, olduğu kimi görsənir, həmçinin "mavi” də "mavi” olduğunu gizlətmir. Odurki, hamı kimin kim olduğunu bilir.Bizdə, Azərbaycanda isə durumfərqlidir.Bəlkə gündə dəfələrlə "mavi”lərlə üz-üzəgəlirik, bəlkə bir yerdə işləyirik, bəlkə birlikdə çay da içirik və.s. ancaq xəbərimizyoxdur. Və bəlkə də sosial şəbəkələrdə, mətbuatda Niderlandı, bəzilərinin təbincəHollandiyanı "mavilər ölkəsi” kimi təqdim etməyə çalışanların arasında nə qədərdesən "mavi”lər var. Bəlkə də, bilmirik, tanımırıq axı və onlar da öz üzərlərindən diqqəti (bəlkədə şübhələri) yayındırmaq məqsədilə sosial şəbəkələrdə, mətbuatda Hollandiyanıhədəf seçirlər.

Niderlandlılar "Allahdünyanı, niderlandlılar isə Niderlandı yaratdı” deyirlər. Bu, əlbətdə ki,birbaşa mənada deyilmiş söz deyil.Niderlandlılar özləri ilə fəxr edirlər və haqsız da deyillər. Bu barədə bir qədər sonra. Bu günlərdə saytların birində (mənbə: http://news.lent.az/news/271799) jurnalist Səbuhi Məmmədlinin qələmə aldığı birhekayəti, Vitalinin hekayətini oxudum. Bəlkədə bu, Vitalinin deyil, Neftçalanın, daha doğrusu Azərbaycanın acı bir hekayətidir.Zaman-zaman itirdiyimiz Vedi, Göyçə, Zəngibasar, Dərbənd, yaxud da hələ dəişğalda olan ərazilərimiz azmış kimi, bu tərəfdən də dənizin torpaqlarımızıyuyub aparmasına biganə qalırıq. Bu qədərbiganəyik yəni. Bahalı villalarımızı, kasıb daxmalarımızı, həyət-bacamızı, birsözlə, şəxsi nəyimiz varsa özümüzünkü hesab edirik. Azərbaycan isə bütövlükdə bizim deyilmiş kimidavranırıq. Sual oluna bilər ki, biz dənizənə edə bilərik? Edərik, dənizə də bir şeylər edə, "yerində oturda” və həttageri çəkilməyə "məcbur” da edərik, necə ki, niderlandlılar bunu ediblər. Bəli,Niderlandın xeyli hissəsi, nə az, nə də çox, düz 25% - i doldurulmuş torpaqlardır (polder) vəməhz buna görə də həmən ərazilər dəniz səviyyəsindən aşağıdır. Bilirsiniz niderlandlılar bu işə, dənizi qurutmağa nə vaxt başlayıblar? Di təəccüblənməyingörüm, 15 – ci əsrdə başlayıblar, 16 – cı ərdə isə daha böyük əzm və daha çox təcrübəilə davam ediblər və o zamandan bu günəqədər davam etdirirlər. Biz isə 21 – ci əsrdə dənizin də əlində aciz qalmışıq. Bəlkə birMinsk qrupu da bunun üçün yaradaq?

Hələ bu harasıdır, bu balaca ölkə vaxtilədünyanın nə qədər ölkəsini öz kolonyasına çevirib. Bəlkə çoxlarımız bilmirikki, ABŞ – ın Nyu Yorku vaxtilə YeniAmsterdam (Nyu Amsterdam) adlanıb. Bu səbəbdənyazdım ki, bu ölkəni tanımaqda fayda var, ancaq təbii ki, oxuyub bildiklərimizdənnəticə çıxartsaq.

Yuxarıda da qeyd etdiyimkimi, Niderland haqqında çox yazmaq mümkündür və bəzən bir mövzudan yazmaq istəyərkənözüm də bilmədən digərinə keçirəm. Bu yazımı hələlik burda saxlayıram, ancaqobrazlı desək, nöqtə deyil, vergül qoyuram. Əgər siz dəyərli oxucuların marğınıhiss etsəm gələn yazılarda aşağıdakı mövzulara toxunacam:

·Niderlandlıların "Qızıl əsrlər” adlandırdıqları intibah dövrləri

·İşəgötürən - işçi münasibətləri və əmək haqları

·Niderlandda pensiya yaşına çatmış insanların sonrakı həyatları

·Niderlanddatəhsil və.s.


Vüqar Abbasov, Niderland.

vugarabbasov@hotmail.com


TƏQVİM / ARXİV