adalet.az header logo
  • Bakı 11°C

“ÜZÜMÜZ” – EFİRLƏRİMİZ

FƏRİDƏ RƏHİMLİ
59881 | 2017-04-14 14:57

Azərbaycan Televiziyasının fəaliyyətinin iki mərhələsinin şahidioldum: müstəqilliyə qədərki və sonrakı dövr. Bu heç kimə sirr deyil ki, müstəqilliyəhər mənada hazır olmayan millətlər bu nemətdən başlarını itirir, xaosa düşür.Televiziya və radiolarda da çoxları üçün bu, "göydəndüşmə azadlıq”intizamsızlığa, məsuliyyətsizliyə, hətta abırsızlığa, həyasızlığa, mədəniyyətocaqlarında mədəniyyətsizliyə gətiribçıxardı. Bazar iqtisadiyyatı deyilən nəsnə də çox reytinq yığan yüngül, səviyyəsizverilişlərin nümayişinə yaşıl işıq yandırdı. Yəni, maddiyyat ehtiyacı, hərisliyimənəviyyatı, dəyərləri, adət-ənənələri kölgədə qoydu və bu, illərdi beləcədavam edir...

Televiziyamızda ilk veriliş günü ekrana, sonralar Azərbaycanıntanınmış sənətkarına çeviriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikovaçıxıb.

1956-cı ilin mayında isə ekranda ilk diktorlar göründülər. Onlarınarasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, RənaNəsirova, Rəşxan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi. Daha sonrateleviziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov,Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, HəqiqətƏsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova,Nərgiz Cəlilova, Ülkər Quliyeva, Nailə İslamzadə, Aygül Qaradağlı, Dilarə Səlimova,Rafiq Haşımov... kimi ecazkar səsiylə, etik davranışı ilə, gözəl nitq qabiliyyətiilə tamaşaçıda rəğbət hissi yaradan peşəkarlar.

Aparıcılar sanki kanalların sifətidir. Onlar telekanallarınictimaiyyət arasında nüfuzunu artıra da bilir, azalda da. Və onların efirdəkidavranışı birbaşa həmin telekanalların mənafeyi ilə bağlı olan məsələdir.

Azərbaycan televiziya kanallarınınəksəriyyəti müxtəlif telekommunikasiya peykləri vasitəsilə dünya auditoriyasınaçıxır. Yəni, bir ölkənin tanınmasında, mədəniyyətinin, incəsənətinin, dilinin,adət-ənənələrinin tanıdılmasında televiziya böyük gücdür. Bəs bizimtelekanallar bu gücdən lazımınca məsuliyyətlə istifadə edirlərmi? Təəssüf ki,bu gün bu suala hər kəs birmənalı olaraq "yox!” deyəcək, çünki, tvkanallarımızda vəziyyət heç də ürək açan deyil, hətta deyərdim ki, bərbaddır.Anlamaq olmur ki, bizim telekanalların efir mədəniyyəti niyə birdən-birə mənfiyədoğru bu qədər sürətlə dəyişdi. Efirdə jarqonla, dialektlə danışanlar, pulcıranlar, şpaqat açanlar, geyimlərini, dəbdəbəli həyatlarını nümayiş etdirənlər...ancaq istedaddan, aparıcılıq qabiliyyətindən, mədəniyyətindən xəbərsızinsanların bu ölkəni təmsil etməsini, televiziya ekranlarımızın "üzü” olmasınıkimlər istəyir, kimlər təşkil edir! Hər kəs də öz problemi azmış kimi, yorucuiş günündən sonra televiziya seyr etməklə rahatlamaq istəyərkən efirlərdəgördükləri ucuz, mənasız, bayağı ifadələrə də əsəbləşirlər. Çox az hallardaseyr etsəm də, əsəbləşmədən seyr etdiyim kanal demək olar ki, yoxdur. Söylədiyimhalları aparıcı Zaur Kamalın istər televiziya, istərsə də radio "fəaliyyətində”açıq-aşkar görmək olur, həm də hər verilişində. Onun etik olmayandavranışlarını sadalamaqla bitməz. Bugünlərdə yenidən qabalığı ilə sosial şəbəkələrdəgündəmdədir. Verilişinə dəvət etdiyi Xatirə İslamı açıq-aşkar təhqir edərəksarımsaq yeyib verilişə gəlməsi ilə, guya zarafat edən Zaur Kamal əslində həm dəöz etikasızlığını, mədəniyyətsizliyini, aparıcılıq işinə haqqı olmadığını sübutetdi. təbii ki, səhnə, efir bir mədəniyyət ocağıdır və oraya gələrkən də bunlarnəzərə alınmalıdır. Amma, aparıcı, ən az milliliyi, adət-ənənəni nəzərə alıb,kişi mənliyi ilə bir qadının xalqın qarşısında təhqir olunmasına yol verməməliydi.

Son vaxtlar televiziya verilişlərininmilli-mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və anti-tərbiyəvifunksiyası haqqında müzakirələr çoxalıb. Yazdığım kimi, televiziyada vəziyyətelə dözülməz hala gəlib ki, tezliklə bir ölçü götürülməzsə, hazırda və gələcəkdəçox böyük fəsadlara səbəb ola biləcək. Hətta elə vəziyyət yaranıb ki, tək-təksanballı verilişlərə rast gələndə inana bilmirsən. Bütün sahələrə həsr olunmuşverilişlər, istər mənəviyyat məsələsinə, istər məişət adət-ənənə məsələsinə həsrolunsun, hamısı şou xarakteri daşıyır. Ona görə də belə verilişlərdə aparıcıda, ortaya qoyulan mənəvi prinsiplər də gülüş hədəfinə çevirilir. Bu verilişlərihazırlayanların da, aparıcıların da bir məqsədləri var – tənqid, lap təhqiryoluyla populyarlaşmaq, gündəmdə olmaq.

Ən qorxulusu isə, gənclər və uşaqlar üçün efir vasitəsiləşüuraltına yeridilən mənfiliklərin qaçılmaz olmasıdır. Milli Televiziya və Radio Şurasının (MTRŞ)Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovbildirib ki, aparıcıların efirdəki davranışları Şurada diqqətlə izlənilir. Efir mədəniyyəti,aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək”.

Bu qərar çoxdan gözlənilir, vacibdir, ləngitməyəheç bir səbəb olmamalıdır.


TƏQVİM / ARXİV