adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QIRX GÜNDƏN SONRAKI TƏKLİYİM…

ƏBÜLFƏT MƏDƏTOĞLU
79939 | 2017-04-07 14:45

O səni də gözləyir

Heç vaxt beləbir hal yaşamamışdım. Daha doğrusu, çalışdığım bütün illər ərzində bir an daolsun iş otağımda mürgülədiyim yadıma gəlmir. Amma həmin gün sanki bir qəribəlik,bir ağırlıq yükləndi üstümə.Özümü unutdum. Bir anlıq yazı stolumun arxasında yuxuya getdim. Bəlkə də xəyaladalmışdım, dəqiq deyə bilmirəm. Həmişəki kimi özünəməxsus təbəssümlə, ərklə düzgözlərimin içinə baxıb dedi:

- Deyəsən təkqalmısan? Deyəsən səni daha arayıb-axtaran yoxdur?..

Onun səsinəayıldım. Özümü toparlamağa çalışdım. Bilgisayarımın ekranındakı balaca şəklinəbaxdım. Və…

İşdən çıxıb evəgedəndə yolumu qəbiristanlıqdan saldım. Gün batan çağı idi. Ondan ayrıldığım 40gün idi. Daha doğrusu, indi ziyarətinə gəldiyim günü də əlavə etsəm, 41-ci günidi onun görüşünə gəlirdim. Başdaşında onun bütün varlığını ifadə edən gözəlbir rəsm çəkilib. Elə bil canlıdı. Elə bil o dayanıb, oturub məni gözləyir.Yavaşca, rahatlığını pozmamaq üçün başdaşına yaxınlaşıram. Və bir Allahın, bir də onun ruhunun eşidəcəyi səslədeyirəm:

- Xoş gördük,qardaş! Gəlmişəm. Bir az söhbət etmək istəyirəm…

Mənə elə gəlirki, dediklərimi eşidir… və mənə elə gəlir ki, başdaşında bir titrəyiş var.Sanki şəkildəki adam mənimlə danışır:

- Xoş gəldin! Nəolub, niyə belə yorğunsan? Axı sənə demişəm, özünü də fikirləş. Özünü fikirləşmirsən,himayəndə olanları fikirləş…

Heç nə demirəm,başımı aşağı salıram. Doğrudan da o, həmişə məni danlayırdı, mənə öyüd-nəsihətverirdi, mənə yol göstərirdi… Və ən azından məcburi bir şəkildə çaya, çörəyə dəvətedirdi. Ona etibarsız deməyə dilim gəlmir. Və bəlkə də heç haqqım da yoxdu busözü işlətməyə. Amma içim göynəyir. Çünki onun gedişiylə, onun cismaniyoxluğuyla mənim bir güvəncim, bir ümid yerim, bir məsləhətçim yuxuya çevrildi…nağıla çevrildi… xatirəyə çevrildi. Elə bil ki, fələk məni budadı,qolumu-qanadımı kəsdi. Tək-tənha qoydu bu Bakı adlanan şəhərin Yasamal qəbiristanlığınınbeş addımlığında. Pəncərəm də qəbiristanlığa baxır. Hərdən öz-özümə deyirəm ki,gözüm qəbiristanlığa alışıb. Yavaş-yavaş ruhum da alışacaq. Belə düşündüyümüdilə gətirəndə yaxınlarım inciyib qınayırlar məni. Amma onları başa düşsəm də, başqa cür ola bilmirəm. Çünki insan ürəyinibölüşmək üçün yaşayır bu həyatda… insan özünü həsr etmək üçün yaşayır budünyada… və bir də insan insanlığını duymaq və duydurmaq üçün yaşayır budünyada. Təəssüf ki, indi yaşamaqla mövcud olmaq qarışıb bir-birinə. İndiyaşamaqla sürünmək, qida qəbul etmək qarışıb bir-birinə… Və daha çox ayaqdaqalmaq üçün yemək savaşı aparır adamlar, yaşamaq üçün, yaşatmaq üçün yox. Bax, bu mənada mən Polad Qasımovun 41 günlükayrılığndan sonra onu ziyarət etməyə gedəndə mənə dedi ki: «Tək qalmısan,arayıb-axtaran yoxdu səni?»,mən susmağımla onun sorğusunu cavablandırdım… mən susmağımla ona təkliyimietiraf etdim. Mənə elə gəldi ki, Polad müəllim etirafımı, susqunluğumu mənalandıra bildi. Hissetdi ki, daha bu «Azərbaycan» nəşriyyatının doqquz mərtəbəli binasının heç birotağı, heç bir qapısı onun otağı, onun qapısı qədər mənə doğma deyil və onunqapısı, onun otağı qədər də mənim üzümə açılmır. Deməli, doğrudan da mən tək qalmışam. O qədər tək ki,onu ifadə etməyə gücüm çatmır. Sadəcə, yorulmuş at kimi ömrümü başlı-başınaburaxmaq istəyirəm. Axı,yorulan atları güllələyirlər. Və bir də yorulan atlar kimsəyə lazım olmur. Üstəlik,o yorulan atların nəyisə istəmək, nəyisə arzu etmək qəlbindən keçmir. Keçsə belə, kimdi onlara istədiklərini verən? Və…


Eh…

daha nəsə

istəmək

gəlmir ağlıma-

Allahdan, nə dəsəndən…

Dayan, tələsmə

yalnış anlama

mən doydum,yoruldum

və anladım ki,

Allahdakı səbrlə

səndəki soyuqluq

çıxdı axrıma!..


***

Üz-üzəoturmuşam. Daha doğrusu, məzarı önündə bir küncdə diz çöküb kürəyimi söykəmişəmbu məzarın çəpərinə. Hər şeyi xatırlayıram - bütün söhbətlərimizi, bütün görüşlərimizi,bütün səfərlərimizi, bütün telefon zənglərimizi. Elə bil ki, kinoya baxıram… eləbil ki, hansısa bir həyat serialını izləyirəm. Bəlkə də həmin anda kirpiklərimin ucu nəmlənməsəydi, yaşadığım hiss olunmayacaqdı. Çünki, bütünlüklə onun yanındaydım, onundünyasındaydım. Görürdüm, dərk edirdim ki, onun dünyası tərk etdib getdiyidünyadan heç nəylə fərqlənmir. Bilirsiniz nə mənadı? Rahatlıq mənasında. Axı, o, özü o qədər rahat adam idi ki, heç kimə problemyaratmırdı. İş otağında da, ailəsində də, dostlarının yanında da - olduğu hər yerdə o, rahat idi. Görünür elə buna görə də Tanrı onu həmindünyaya rahatlığı ilə birlikdə aparıbdı. Malını, mülkünü, qazandığınıbağışlayıb övladlarına. Rahatlığını isə özüylə aparıb. Söhbət şəxsi rahatlıqdangedir. Mən də onun o şəxsirahatlığına həmişəvurğun olduğumdan məzarı önündə dayandığım anda da o rahatlığa həsəd apardım. Necə də gözəldi insanüçün rahatlıq, rahat yer, rahat düşünmək… rahat qərar qəğbul etmək,.. rahatömür sürmək… və rahat da köçüb getmək… Bilmirəm, düşüncələrimlə, yazdıqlarımlarazısınız, yoxsa yox, ammaonu bilirəm ki, mən Polad Qasımovun rahatlığından həmişə məmnun olmuşam. Həttaiçimdə, onun özünə dəzamanında verdiym, sual doğulandabir anlıq sıxılmışdım. Öz-özümdən utanmışdım ki, birdən Polad müəllim onunrahatlığına həsəd apardığım üçün məndən inciyər. Amma özümü saxlamayıb sualı verəndə Polad müəllim gülümsəyibdedi ki, rahatlığı insan özü yaratmalıdı. Ağlıyla, ağıllı övladlarıyla, ailəsiyləvə bir də özünə uyğun dostlarıyla, doğmalarıyla. Əgər bunu yarada bildisə, kənarmüdaxilələr onu sıxışdıra, çeynəyə bilməyəcək. Çünki onu bir ailə,bir dostluq, doğmalıq camiəsi qoruyur…

Hə, vaxtdan xəbərimyox idi. Bilmirdimhardayam və nə qədər vaxtdı bilmədiyim yerdə oturub qalmışam. Çiynimə bir əltoxundu. Onda özümə gəldim. Çevrilib baxdım. Heç kimi görmədim. Ürpənən kimi oldum. Axı, mənim çiynimə bir əl toxunmuşdu. Özü dəsənin əlin. İndi isə yanımda yoxsan. Səsin gəldi qulağıma:

- Səni itirməkdənqorxuram. Mənim də tək qalacağımı düşünüb vahimələnirəm. Qalx ayağa. Duanı oxu.Salavat çevir, ayrıl dostundan…

Hardan gəlir busəs? İçimdənmi, qeybdənmi, duyğularımdanmı? Anlaya bilmədim. Amma o qədəryaxın, o qədər həzin idi ki, ona qulaq asmaya bilmədim. Astaca qalxdım yerimdən.Bir də baxdım Polad müəllimin gözlərinə, bir də boylandım ətrafa. Nə vaxtsayazdığım misraları dua kimi oxudum. Düşündüm ki, mənim eşitdiyim səs, dahadoğrusu, o səsin sahibi də yəqin ki, eşidər məni. Axı, mən onu eşitmişdim.


Olduğumuz həryeri

Hər anı yaddaşayaz…

Onlarıməndən sonra

Danışarsansən bir az…


Canlıbağlantılarda,

Yada anım günümdə…

Özündəndanışarsan -

Mənimadım dilində!..


Çözərsənolmuşları

İstədiyinşəkildə…

Unutmayazdırmağı -

«Mənəsəndən» əklil də!..


***

Qəbiristanlığıtərk edirəm. Belə götürəndə insanların böyük əksəriyyəti qəbiristanlıqda dahaçox özləri olurlar. Lap kobud desəm, daha çox Adam olurlar. Çünki onlar məzarlıqda özləri də istəmədən gözləriylə özməzarlarını axtarırlar, öz yerlərini seçirlər və özlərinin də sonda bura gələcəklərinidərk edirlər – bir anlıq da olsa! Mən də burda Polad müəllimlə söhbət etdiyim oanlarda özümü onunla qonşu görürdüm. Düşünürdüm ki, gec, ya tez, bu gün, ya sabah, yəni nə vaxtsayenə yolumuz kəsişəcək, yenə görüşəcəyik…. Və yenə hər yerdə olduğu kimiözümüzdən, ailəmizdən, planlarımızdan danışacağıq… Gədəbəyə gedəcəyik, Qarabağagələcəyik… Düşünürdüm ki, hər şey təkrarlanacaq…. Ta məzarlığın giriş qapısınaqədər də belə düşündüm. Qapıdan çıxanda hiss etdim ki, orada qoyulmuş gül köşkündən bir nəfər çox qəribəbir baxışlarla mənə baxır. Bilmədim o,məni dəli hesab etdi, ya ağıllı. Amma baxışlarından hiss etdim ki, axşam saat 8-də,lap dəqiq desəm, 20:20dəqiqədə məzarlığı tərk edən adam onungözündə heç də normal sayıla bilməz. Olsun. Onsuz da mən Qarabağsız qaldığımgünlərdən bu ana qədər həmişə üzümü Tanrıya tutub istəklərimi, diləklərimi onasöyləmişəm. Və hətta bir dəfəyazmışam ki:


Sökülübçuxam, Allah

Bəlkədə yoxam, Allah!

Bumənim yaxam, Allah-

Ruhumuyerdən götür!..


Tökdaşı qalım altda

Yerimisalım altda…

Bax,əgər salamatsa -

Ruhumuyerdən götür…


Gerçəyəm,ya da ruham

Allahım,sən… və duan…

BəlkəNuh oğlu Nuham -

Nuhunuyerdən götür!..


Bəli,insanın yaradana hökm etmək nə gücü, nə də səlahiyyəti yoxdu. Bunu çox gözəlbilirəm. Onu da bilirəm ki, insan öz Allahıyla rahatca danışmaq haqqına,hüququna malikdir - istəyir qışqıra-qışqıra danışsın, istəyir içində. Və insandanışanda arzusunu da, gileyini də, diləyini də, hətta etirazını da ifadə etməksərbəstliyini yaşayır. Ona görə də mənimAllahdan ruhumu yerdən götürməsini istəməyimin özü bir ricadı, bir təmənnadı. Oki, qaldı yaşamağa…

Bu məmləkət həmyaşayanlar üçündü, həm yaşadanlar üçündü, həm sürünənlər üçündü, həm ayaqdaolanlar üçündü, həm də ayağa düşənlər üçün… Təəssüf ki, ayaqda olmaq haqqındanyararlanıram, yaşamaq haqqından yox. Bu problemi yaradanlar özlərini yaşamaq vəyaşatmaq hüquqlu sayanlardı. Onlar imtiyazlı təbəqədilər, zümrədilər. Olsun, nədeyirəm ki. Bircə ağlımdan, ürəyimdən gəlibkeçən budu ki, ayaqda olanda da, yaşayanda da, yaşadan da, hətta sürünəndə dəözün olmağı, öz özəlliyini qorumağı bacarmalısan. Yoxsa, harda olursan ol,özünü, ilkinliyini saxlaya bilməyəcəksən, heç bir məna kəsb etməyəcəksən, heçbir anlamın ifadəçisi olmayacaqsan. Çünki…


Yaşamaq təkcəcismən yox,

Həm də ruhənolmalıdı…

Ruhun camı səbrdənçox -

Sevgi ilədolmalıdı!..


Ürək üsyan qərargahı,

Duyğularsa üsyanedən…

İçdən gələn hərbir ahı -

Zənn et intiharagedən!..


Susub biganəbaxışla

Heç nəyəsalmamaq meyil…

Allah, sən mənibağışla -

Vallah, bu heçömür deyil!..


Yaşamaq mənimbaş bəlam

Bilmədən üzəçıxıram…

Səni dəbezdirdim, canım -

Nömrəni son kəsyığıram!..


Bəli, 40 gündənsonra yaşadığım, daha doğrusu, içində ölüb-dirildiyim təkliyim bu yazını mənəyazdırdı. Bəlkə sən qələmi indidən götürəsən?..


TƏQVİM / ARXİV