adalet.az header logo
  • Bakı 18°C

SOY… QIRIM…

ƏBÜLFƏT MƏDƏTOĞLU
66841 | 2017-03-31 15:58

Həyatımın soyqırımını yaşayıram

Səhər yenicə açılmışdı. İş günü yenicəbaşlamışdı. Və açılan səhərin məmləkətində qanlı bir tarix - təqvim olduğunu gözəlbilirdim. Ona görə də bu günün ovqatına özümdən asılı olmadan artıq köklənmişdim.Nə vaxtdan bəri başımın üstündə fırlanan qara buludun yağıb yağmaycağı artıq mənimüçün elə də əhəmiyyət kəsb etmirdi. Necə deyərlər, heç vecimə də deyildi.Düşünürdüm ki, millətin faciəsi, millətin soyqırımı fonunda mənim yaşadığım heçnədi. O ana qədər ki,telefonum zəng çaldı. Tanıdığım, artıq səsinə, sözünə bir növü alışdığım bir mənsəbsahibi, səlahiyyət sahibi «salam-sağoldan» sonra günü mənə xatırlatdı. Və mən…

Hə, özümü saxlaya bilmədim. Əsəblərimidişlərimlə sıxıb dedim ki:

- Bəli, müəllim, bu gün martın otuzbiridi… Bu gün bizim soyqırım günümüzdü…

Telefon zəngini cavblandırdığım qarşı tərəfyenə özünəməxsus bir şəkildə:

- Bilirəm – dedi. Amma bir məsələ varki, siz yaşadığınız ərazini boşaltmaq üçün zaman istəmişdiniz. Həmin zaman bugün tamam olur. Sözünüzə əməl edin…

Bəli, bu sözlər mənim onsuz da qat-qatolmuş yaramıelə bil ki, lap özəyindən, özülündən dartıb qaysağını qopardıb qanatdı. Sızıltısıtəkcə ürəyimə yox, başıma da vurdu. Düşündüm ki, soyqırım günü soyulmağa vəqırılmağa məhkum olmaq görəsən daha kimlərin taleyinə yazılıb? Görəsən dahakimlər bu gün soyulub və qırılacaq? Ümumiyyətlə, belə bir gündə, faciənintarixləşdiyi, rəsmiləşdiyi və qeyd olunduğu bir zamanda nə qədər ədalətliyanaşmadı bu? Nə qədər soyuqqanlılıqdı…nə qədər vətəndaş, daha doğrusu, məmur dəqiqliyidi?

Hə, düşünməyin ki, suallar çətindi vəyaxud da elə düşdüyüm durumun içində çıxış edərək onları dilimə gətirirəm. Yox,bir Allah şahiddir ki, mən evimin sökülməsi ilə bağlı qərar verilən gündən üztutmadığım, müraciət etmədiyim səlahiyyət sahibi qalmayıb. Hər kəsdən bir ümid,bir yardım, bir qığılcım ummuşam. Amma hamı susub, hamı sanki nə məni, nə mənimproblemimi görməyib və yaxud görmək istəməyib. Saatlarla özümə çəkilib düşünmüşəmki, doğurdanmı bu məmləkətdə bu qədər soyuqqanlılıq, bu qədər laqeydlikhakimdir. Axı, bir yuvanı sökəndə, bir yuvanı dağıdanda onun qarşılığı olaraq uyğun, münasib bir təklifdə ortaya qoyurlar.Necə deyərlər,variantlar sərgiləyirlər. Amma nədənsə söhbət, mövzu mənim evim, mənim yuvamolanda bircə kəlmə deylir:

- İnfilyasiyadı, imkan daxilində sizə təklifolunan vəsait budu. Götürüb,əraziniboşaldın!!!

Bəli, qərar vermək, daha doğrusu, qərarıoxumaq çox asandı. Necə deyərlər, «götürün və ərazini boşaldın!» Cəmi bircəcümlədi. Amma bu cümlənin arxasında on nəfərin taleyi dayanır… bir cümləninarxasında on nəfərin yaşam haqqı dayanır. Bu bir cümlənin arxasında 25 ilə yaxın bir yuva istiliyi, bir yuva hərarətidayanır. Oxunan qərarda, səslənən bir cümlədə isə onlar yoxdu, onlar görünmür,heç hiss də olunmur. Ona görə də özüm-özümdən soruşuram:

- Əcəba, mənim günahım nədi? Azərbaycanlıolmaq, yoxsa Azərbaycanda doğulmaq?

Sual çox ciddi cavab tələbedir. O cavabı da ala bilmirəm. Heç o cavabı dilinə gətirən də yoxdu… heç osualın özünü də eşitmək istəyən bir kimsə üzümə qapı açmır. Bağlanıb bütünqapılar üzümə. Və mən də o bağlı qapının arxasında özüm düşünüb, özüm deyib,özüm də yorulmuş, üzülmüş, bezmiş, intihar həddinə gəlib çatmış bir Allah bəndəsinindurumundayam. Düşünə bilərsiniz ki, bunları yazmağın, bunları deməyin nə mənasıvar? Mən də sizin kimi düşünürdüm. Amma sonra bu qərara gəldim ki, qoydüşündüklərimi yazım, yaşadıqlarımı sözə çevirim. Bu gün də olmasa nə vaxtsa,kimsə bir ailənin zaman-zaman (öncə Qarabağda erəmnilər tərəfindən – Ə.M) evindən,yurdundan soyulub sonra da qırılmağa məruz qaldığını biləcək. Və həmin o xəbəri,o faktı öyrənən Allah bəndəsi də heç olmasa bir təəssüf hissiylə əlini üzünəaparıb fatihə verəcəkdi. Axı, biz həm də müsəlmanıq! Ona görə də səbri daha çoxsevirik. Elə mən də:


Mən üfüqdən

süzülüb gələn

şüa kimi

hər gün

bir az da artıq

əriyirəm…

və topağa

yaxınlaşdıqca

ovudulmuş uşaq kimi –

susuram, kiriyirəm

mənə

səbr et deyiblər

mən də belə

səbr edirəm…


***

Tarixin hər bir səhifəsi müəyyənanlam kəsb edir, yəni o səhifə əgər tarixdə yerini tutubsa və vərəqlənirsə, deməliorda ən azından nöqtə və vergül var. Bu da o deməkdir ki, vərəqlənən tarix öz səhifələrinihəmin dövrün insanlarının ixtiyarına veribdi və insanlar da öz qələmləriylə, özkarandaşlarıyla yazıblar o səhifələri. Yazanların da bəziləri hopub qalıb bu səhifədə,bəzilərini isə illərin yağışı, seli, suyu, küləyi, qasırğası, tufanı silibaparıb. Amma maraqlı burasıdır ki, həmin təbii prosesin özü də həmin o tarix səhifəsindəiz salıbdı. Və biz bilmişik ki, tarixin hansı günündə, hansı saatında hansı təbiihadisələr baş verir. Bunları yazmaqda, deməkdə məqsədim odur ki, Qarabağ hadisələribaşlayanda sovet dönəmi idi. Və bizim dəoxuduğumuz kitablarda azərbaycanlıların soyqırımı sözü, fikri yox idi. Otarix kitablarında fikirlərini yazanlar bizə 31martın Şamaxıda, Gəncədə,Qubada, Qarabağda, Şirvanda, daha nə bilim haralarda soyqırım törədildiyini birsözlə, bir işarə ilə də olsun vurğulamamışdılar, diqqətə təqdim etməmişdilər. Vəbiz də sovet dönəminin çiçəkli arzularıyla soyqırımdan xəbərsiz böyümüşdük,yaşamışdıq. Ən yaxşı halda Moskvateleviziyasının «Xəbərlər» proqramında bizdən 1000 kilometlərlə uzaqlardaacından, zəlzələdən, vəlvələdən, işğaldan əziyyət çəkənlərin taleyindən xəbərtutmuşduq… ürəyimiz ağrımışdı… onlara yazığımız gəlmişdi. Hətta orta məktəbdəmüəllimlərimizin, uşaq təşkilatlarının dəstəyi ilə həmin o Amerikada, Afrikada,Vyetnamda, daha nə bilim haralarda zülm çəkənlərə pul da toplamışıq yardım məqsədiylə.Sonralar bizə yardım edənlərin, məhz uşaq yaşlarımda, orta məktəbdə oxuduğumillərdə keçirdiym hissləri keçirib-keçirmədikləri barədə xeyli düşündüm. Həttarəhmətlik Vahid Əlifoğlu bir dəfə sözarası dedi ki, qağa, yadındadı də, biz dəevdən beş-on qəpik alıb gətirib sinif rəhbərlərimizə verirdik ki, göndərsinlərSomaliyə, Anqolaya, Çiliyə. Günümüzə bax ki, indi bizə həmin o yerlərdəngeyinilmiş paltarlar göndərirlər, ölü paltarları. Biz də növbədə durub üzümüzəirişən, qaş-göz əyən bu əcnəbilərin verdiklərini yeyir, gətirdiklərinigeyinirik. Hələ üstəlik, yardım davası da edirik…

Hə, bunu da sözgəlişiyazdım. Ona görə yazdım ki, mən feysdə bir status qaralamışdım. Daha doğrusu,açıq mətnlə yazmışdım ki, görəsən bu məmləkətdə söz adamına yuva bağışlayacaqbir Allah bəndəsi varmı? Təəssüf ki, belə bir bəndənin olduğu barədə heç birbilgi əldə edə bilmədim. Necə deyərlər, kimsədən səs çıxmadı. Və bu qənaətə gəldimki, evi başqa zümrənin adamlarına bağışlamaq, hədiyyə etmək, hətta… nəinsəhaqqı kimi vermək bizdə daha realdı. Yəni, o saydığım və saymadığım sahənin«kadrları» daha bəxti yeyin, daha şanslıdılar. Söz adamları isə gözləriniAllahın dərgahına sancaq etsinlər, başqa bir yerə yox…

Söz adamı demişkən, mən hələdə düşünürəm ki, görəsən söz bu qədərmi urvatdan duşub? Bu qədərmi gərəksizolub? Axı, az və mənalı danışmanın qızıl olduğunu söyləyib ulularımız. Deməli,sözün mayasında qızıl olduğunu deyənlər yanılıblar. Yanılmasaydılar, söz bu günədüşməzdi, bu duruma gəlib çıxmazdı. Və mən də bu urvatdan düşən sözün bir xidmətçisikimi çəkilməzdim bir küncə. Hamının eşidə biləcəyi bir tonda deyərdim:


Səssizcə yaşayırsan

Hər anımın içində.

Çat-çat olmuş bu ürək -

Viranımın içində!..


Sevgim sənin yaranmı,

Əsəblərin tarammı,

Görəm mən də varammı-

Bir anının içində?!


Yer titrədir bu ahın

Nədir mənim günahım?

Varmı sevgin, Allahım -

Quranının içində!..


***

Hə, mən bir əsəb üstündəyazmağa başladığım yazı əslində elə öz durumum kimi bərbad bir durumda alındı.Bir tərəfdən telefon zəngləri, bir tərəfdən icazəli-icazəsiz yazı prosesinəmüdaxilə edənlər və nəhayət, içimdə yazdığımla ağlımda yazdıqlarımın bir-birinəqarışması yazını, əvvəldə dediyim kimi, öz günümə saldı. Hətta özümü unudubarada bir çox dəyərli, çox önəmli bir İnsana rica da etdim problemimlə bağlı.Sonra yanlış yapdığıma içimdə üzüldüm. Anladım ki, mənim köməyim məmləkətdədeyil, daha doğrusu Yerin üst qatında yoxdu. Mənə kömək gəlsə, hamınınqovulanda, dara düşəndə daha çox əl açdığı göy üzündəndi. Və mən çox təəssüfki, göy üzünün açarını nə tapa bilirəm və nə də onun harada olduğundan xəbərdaram.Ona görə də yazıram:


Yorulmuş bəxtiminqapısındayam

Düşmür əlimdəki açar qıfıla…

Mən özüm özümə nə qədərdeyim -

Bir açar tapmağı bacar,qıfıla!...


Ümidim özümdən uzağa getmir

Həyat sınaqları bitmir ki,bitmir…

Nə də ki, bu canım tay ölüb-itmir-

Qalıb baxa-baxa naçarqıfıla…


İçimdə bir dünya dərd-sıxıntıvar

Aşa bilmədiyim sərt çıxıntıvar…

Mənimlə bağlanmış şərt -sıxıntı var -

Bir gözüm, bir əlim qaçarqıfıla…


Deməli, bütün yazı boyu sizlərəancaq özümdən, öz yaşadıqlarımdan, dahadoğrusu, məni yaşamağa məcbur etdiklərindən söz açdım. Üstəlik onu davurğuladım ki, bu yazının taleyi də elə öz durumumun eynidi. Hətta sonuna gəlibçıxmağa imkan vermirlər. Elə bil bütün məmləkət mənə qarşı hərəkətdədi, mənimüstümə gəlir. Doğrudur, bunun bir iynə ucu boyda önəmli məqamı var. Bu da o deməkdirki, hələ yaşayırsan, hələ gərəksən. Ammasizin qarşınızda, elə Allahın da qarşısında səmimi şəkildə etiraf edimki, bu cür yaşamaq əslində yaşamamaqdı. Kim necə istəyir bu duruma qiymətversin. Mən olanı, daha doğrusu, canımda, qanımda nə varsa onu açıb tökdümortaya. Təkrar olsa da deyim ki, 31 martda mən SOYULdum və QIRILdım. İçimdə birsoyqırım baş verdi. Siz özünüzü soyulmaqdan və qırılmaqdan bacardığınız şəkildəqoruyun. Yoxsa mənim durumuma düşəcəksiniz. Bu duruma isə sahib çıxan yoxdu.

P.S. Hər gün yaşadığım əraziyəgedəndə elə bilirəm ki, müharibə baş vermiş bir kənddəyəm - uçurulubdağıdılmış, sökülüb-tökülmüş bir mənzərə… və bir də o mənzərənin yaratdığıaura... Əgər müharibədən kimsə film çəkmək istəsə, bu real səhnədən istifadə edəbilər.

P.P.S. Sadəcə, o səhnəyətop-tüfəng səsi əlavə etmək lazımdı, başqa heç nə. Buda soyqırıma bir baxış.


TƏQVİM / ARXİV