adalet.az header logo
  • Bakı 11°C

NANKOR OĞUL

FAİQ QİSMƏTOĞLU
69911 | 2017-03-30 13:32

… Oğlu Samir dünyayagələndə Nərgizin sevinci yerə-göyə sığmırdı. Sevinirdi ki, Aynurdan sonra bir oğludünyaya gəlib. Oğlunu düşmən çəpəri bilirdi. Düşünürdü ki, çətin günümdə, ağır anımdaoğul sinəsini qabağa verər, məni hər hansı təhlükədən xilas edər. Amma Nərgizinheç ağlına gəlməzdi ki, bu oğul nə vaxtsa onun çəkdiyi əziyyətləri yerə çırpacaqvə anasını unudacaq. Nəgiz bir onu bilirdi ki, oğlunu həyat yoldaşı Yaşarla birlikdəböyütsün.

… İş elə gətirdiki, günlərin birində həyat yoldaşı Yaşar yolu keçərkən qatar onu vurdu. Bu faciəlian Nərgizi uzun müddət pis vəziyyətə saldı.Hətta bir neçə dəfə intihar eləmək istədi. Ancaq fikirləşdi ki, bəs mən intiharelədim, bu iki körpəyə kim yiyə duracaq, kim onlara sahib çıxacaq və kim onların toyunu eləyəcək?!..

Bax, bu düşüncələr,bu fikirlər onu intihardan, çətinlikdən xilas elədi. Onu xilas eləyən göydə Allaholdu və bir də atası halal çörəyi hər şeydən üstün tutan Nadir kişi oldu. O Nadirkişi ki, səhərdən axşama qədər əkin əkər, mal-qoyun saxlayar və təsərrüfat işləriilə məşğul olardı. Alın təriylə qazandığı pulu qızına və nəvələrinə verərdi. Həttaqızının qaynanası onu yola verməyəndə Sumqayıtdan ona bir həyət evi də aldı. Qızıda gördü ki, ağır və çətin anında atası Nadirkişi o biri övladlarından çox ona əl atır, ona arxa durur və ona kömək edir. Bunlarınhamısını Nərgiz yaxşı bilirdi. O ayağa durmağı, çətinliyə əyilməməyi bacardı. Nərgizonu da bacardı ki, hər iki övladını 18 yaşına sağ-salamat çatdırdı. Qızı Aynuratəhsil verdi. O Tibb Texnikumunu fərqlənmə ilə bitirdi. Nərgiz atasını itirsə dəyenə öz qüvvəsinə, iradəsinə, gücünə arxalandı. Günlərin birində qapısını döydülər,qızına elçi gəldilər. O, elçilərin də qabağına mərdliklə çıxdı. Atalı adamlarıneləyə bilmədiyi toyu balasına elədi. Qapıda qara zurna çalanda, qollarına qaldırıboynayanda gözləri doldu, həyat yoldaşı yadına düşdü, atası yadına düşdü. Həmin andaqardaşları ona arxa durdu. Dedilər ki, atam yoxdur, biz varıq. Elə onun da ən çoxbu cür təsəlliyə, bu cür şirin sözlərə ehtiyacı vardı. Onun həm də insanlara olaninamı çox böyük idi. Ən çox da ona inanırdı ki, oğlu əsgərə gedəcək, qayıdacaq,ona toy edəcək və bu oğul ona arxa duracaq…

… Oğlu əsgərliyəgetdi, hərbi xidmətdən qayıtdı və ona da Nərgiz bir toy elədi ki, gəl görəsən. Deyirləryetimin bəxti də bəzən ayaq üstə olur. Dayısı Baloğlan ona atalıq elədi, qabağadüşdü, yaxşı bir yerdə dövlət qulluğunda işə düzəltdi. Orda işləmək, orda fəaliyyətgöstərmək hər adama nəsib olmazdı. Bəlkə də Allah-Təalanın ona yazığı gəldi ki,bu yetim uşağı sevindirsin. O yetim uşaq da sevindi, əli çörəyə çatdı və Nərgizona da gözəl bir toy çaldırdı. Və hər şey də bu toydan sonra başladı. Yəni Nərgizinqara günləri, çətin anları bir qədər də artdı. Heç həyat yoldaşını itirəndə, ikikörpə ilə tək qalanda belə çətinlik görməmişdi. Oğlu Samir elə ilk gündən «kəndiri»əldən verdi. Yəni qayınatasının sözüylə oturub-durdu.Hətta qayınatası anasından onu ayırmaq üçün torpaq sahəsi götürüb ona ev də tikdirdi.Elə o evin də çox xərcini Nərgiz çəkdi. qayınatasından xəbərsiz ora daş göndərtdi,taxta-şalban apartdı, qapı-pəncərə hazırladıb işi yarımçıq qoymadı. Ev başa gələndənsonra qayınatası Nərgizə bir sifət göstərdi ki, gəl görəsən. Nərgiz də o sifətigörəndən sonra həmin evə gedə bilmirdi. Oğul da qayınatasına ata, qayınanasına anadeyirdi.

Samirin evləndiyiqadından iki oğlu oldu – birinə atasının adını, o birinə də başqa bir ad qoydu.Gündən- günə ailə münaqişəsi daha da güclənirdi. Hər gün evdə-eşikdə dava-dalaşdüşür, yeyib-içdikləri zəhərə dönürdü. Elə bir gün olmazdı ki, qayınatası onlaragəlməsin, onlarla mübahisə eləməsin və axırda da kürəkənini «zəhərləyib» getməsin.Çünki Samir də düz-əməlli adam deyildi. Elə düz-əməlli adam olsaydı, ilk gündənixtiyarı qayınatasına, qayınanasına verməzdi. İlk gündən onları başına çıxarmazdı.İlk gündən anasını əzab-əziyyətlə tikdirdiyi bu evdən didərgin salmazdı. İlk gündənöz boşluğunu, ağzının kəsəri olmamasını göstərmişdi. Elə qız tərəf də bu yumuşaqlığagörə, onun başına kəndir keçirib o tərəf, bu tərəfə sürüyürdü…

Ailə münaqişəsi məhkəməyəqədər gəlib çıxdı. Çox adam yalvardı ki, Samir ailəsi ilə ayrılmasın. Hətta böyükxalası Sürəyya yaylığını onun ayağının altına atdı ki, ailəsi ilə barışsın. Samirisə çox gönüqalın və nadan bir gənc idi. Nə yaylıq saydı, nə ağbirçək qandı, nədə ağsaqqal sözünə qulaq asdı. O heç iki uşağının taleyini də düşünmədi. O heç anasınınhansı əzab-əziyyət, hansı çətinliklər çəkdiyini də fikirləşmədi. Samir üçün hərşey çox adi idi. Hətta o, iki övladındanbelə çox asanlıqla üz döndərmək istəyirdi…

Sən demə, Samir həmindövrdə özündən 15 yaş balaca olan Zərnitacla görüşürmüş. Və bu Zərnitac da şeytankimi onun qəlbinə giribmiş. Onun qəlbinə girən Zərnitac hətta iki körpə uşağınıda unutdura bilirmiş. Anası Nərgiz xanım yenə əvvəllər olduğu kimi çətinliklər içindəyaşayırdı. İki yerdə işləyirdi: səhərlər xidmətçi kimi fəaliyyət göstərirdi, günortada kimlərinsə evində təmizlik işləri aparırdı. Alın təriylə qazandığı o pullarıövladlarına xərcləyirdi. Zarafat deyildi, qadın olasan bu qədər ağır yükü çiynindədaşıyasan.

Bir dəfə də elə olduki, oğlu Samir axmaq bir işə görə «ilişdi». Nərgiz çox çətinliklə ondan-bundan borcalıb pul düzəldərək onu bu bəladan xilas elədi. Oğulun isə Araz aşığından, Kür dətopuğundan idi. Səhərlər işə gedir, axşamlar da özü kimi əhlikef uşaqlarla yeməkxanalarda,restoranlarda yeyib-içirdi. Anası da onu danlayırdı ki, ay oğul, iki ildir ailəndənayrılmısan, bəlkə balalarınla görüşəsən? Həyat yoldaşınla barışasan?! Samir isədeyirdi ki, iti görüm, qurdu görüm həyat yoldaşımı görməyim.

Yazıq Nərgiz yalvarırdıki, heç olmasa övladlarınla görüş. Axı onlardan birinə atanın adını qoymusan. Kişiliyinolsun, get uşaqlarına baş çək! Samirin isə yadına nə atası düşürdü, nə də iki oğlu.Onun yadına düşən ancaq Zərnitac idi. Zərnitaconun qəlbinə şeytan kimi girmişdi, iki uşağını da unutdurmuşdu, hətta anasınıda yaddan çıxarmışdı…

Samir iki ayağınıbir başmağa dirəyib anasına deyirdi ki, Zərnitacı evə gətirəcəm. Anası onun dediklərinieşidəndə havalanırdı. Ancaq bir gün Zərnitacı yanına salıb evə gətirdi. Onda dabir həngamə baş verdi ki, gəl görəsən. Yazıq Nərgiz bilmədi canını hara qoysun.Oğlu onu elə sıxışdırdı ki, Nərgizin adı yadından çıxdı. Və bir də gördü ki, Zərnitacevin ortasındadır. Bir müddətdən sonra Zərnitacgillə onlar arasında bir barışıqda oldu. Amma bu qız heç ipə-sapa yatmırdı. Gödək paltar geyir, Nərgizin əsəbləriilə oynayır və tez-tez də Türkiyədə yaşayan anasıyla telefonla danışırdı. Bir gündə elə oldu ki, anasıgil bu evə gəldi. Zərnitacın qardaşı, nənəsi və bacısı bu evdəbir dava saldı ki, gəl görəsən. Dava da ondan ibarət idi ki, onlar istəyirdi Zərnitacatoy eləsinlər. Nərgiz isə bununla razılaşmırdı. Deyirdi ki, tanımadığım adamı mənnecə qəbul edərəm? Onun istəyindən asılı olmayaraq artıq su qaba girmişdi. Su daqaba girəndə deməli, o içməli olur. Bu suyu Nərgiz heç vaxt içə bilmirdi.

Nərgiz evdə olmayandabaş verən davanın səsi qonşulara qədər gedib çatmışdı. Və Nərgiz evə gələndə gördü ki, nə Zərnitac var,nə də onun anası və nənəsi. Sən demə, onlar Samirlə dalaşıb qızlarını da götürübgediblərmiş. Bax, bundan sonra Nərgizə elə bil ki, od vurdun. O da dedi ki, mənimevimdən çıxıb gedən və dava salan gəlin bir daha bu evə dönə bilməz…

Samir isə bir müddətdinib-danışmadı. Sonradan telefonla Zərnitacla tez-tez əlaqə yaratdı, yalvarıb-yaxarırdı.Deyirdi ki, anam özü üçün deyir, mən səndən əl çəkən deyiləm! Sənə görə iki uşağımıatmışam. Lazım gəlsə anamı da atacam…

… Üç gündən sonraSamir pal-paltarını götürüb evdən çıxdı. O yaxşı bilirdi ki, Nərgiz nə Zərnitacı,nə də onu bu evə buraxmayacaq. O yaxşı bilirdi ki, bu hərəkti ilə bütün qohum-əqrəbasının,əmisinin, dayısının, xalalarının gözündən düşəcək. O yaxşı bilirdi ki, anasınındediklərini heç vaxt yerinə yetirməyəçək…

Zərnitacı da götürübqonşu qəsəbədə kirayə ev tutdu. Yadına nə anası düşdü, nə də iki oğlu. Yadına düşəno idi ki, hər gün Zərnitacı qoltuğuna vururdu və gedirdi restoranda yeyib-içməyə.Bunu da qəsdən eləyirdi ki, anasının ürəyini patlatsın. Zərnitac da öz profilindəSamirlə qoşa şəkillərini yerləşdirirdi. Hətta bir dəfə Zərnitac Samiri öpdüyü yerdəçəkilən şəkili də həmin profildə yerləşdirmişdi. Nərgizsə bunları görəndə havalanırdı.Amma onu havalanmağa bacıralı qoymurdu. Bacıları və qardaşı olmasaydı Nərgiz çoxdanhavalanıb düşmüşdü küçələrə. Nərgizi havalandıran nankor oğul özü də günlərin birindəAllahın qəzəbinə düçar olacaq. Nərgizi havalandıran və Zərnitacın ağuşuna sığınannankor oğul iki övladının da qəzəbinə tuş gələcək. Nərgizi havalandıran Samir bütün qohum-əqrəbanın tənəsini,nifrətini qazanacaq. Hələ ki, nankor oğul kef eləyir. Qoy kef eləsin. Ayılanda isəyanında çox şeyi görməyəcək…


TƏQVİM / ARXİV