adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

EHTİYACDAN DOĞAN QƏZA

FƏRİDƏ RƏHİMLİ
55017 | 2017-03-10 17:08

...Oğlunun, qızınınuniversitetəqəbulolmaxəbərinieşidənanaoqədərxoşbəxtdiki, uçmağaqanadistəyirdi. İçindəki sevinc sanki ürəyini partladacaqdı.Telefonda xəbər verdiyi yaxınlarının sevinci onun içini sakitləşdirə bilməmişdi.Həyətə çıxıb bu xəbəri hər kəsə bağıra-bağıra söyləmək, ürəyini sakitləşdirməkistəyirdi. Xəyallar da qurmuşdu ana. Oğlunun sevdiyi qız üçün elçi gedəndə fəxrlə,oğlum universitet bitirib deyəcəkdi. Yaxşı işə düzələcəkdi, "böyükadam" olacaqdı oğlu. Anası ilk maaşının şirinliyini dadacaqdı onun...

Birneçə gün əvvəl isə telefonda sevincək səslə "Bayramda evdəyəm, ana!"demişdi oğlu. Bayrama sayılı günlər qalırdı... Sarsıdıcı xəbər qulaqlarında əks-sədaverdi analarının: Oğlun qəzada öldü... qızın qəzada öldü...

Qaragəldi bu Novruz. Beş ocağa su calandı. Beş evin oğul, qız yanğısı ürəkləriparçaladı, ciyərləri yandırdı. Ananın fəryadı ərşə dirəndi... yox, mənim oğlumbayramda gələcəkdi, söz vermişdi. O, heç vaxt yalan danışmaz. Mənim oğlum öləbilməz. Axı, o, hələ körpədi... Beş ev sakininin arzusu gözündə qaldı, sevinciköksündə qübara döndü. Yarıda qırılan ömürlərin günahkarları bir tək sürücüdeyildi...

Sabah işə gələndə taksi sürücüsü yanındakı sərnişinədeyir, kəmərini bağla. Sonra da əlavə edir ki, istəyirsən bağlama, 30 manat cəriməver. Onsuz da yüz hoqqadançıxırlar cərimə etmək üçün.

Bunları təəssüflədinlədikcə düşünürəm ki, bizim millət heç vaxt qanuna, qaydalara, standartlarauymayıb, uymayacaq da. Əgər sürücü, (həm də yaşlı) insanların təhlükəsizliyiüçün qoyulmuş qaydalara hoqqa deyirsə, hələ əsl hoqqalar necə olur… 70 illiksovet qayda-qanunlarını mənimsəyə bilmədiksə, bundan sonra da düzələcəyinəgümanım qalmayıb. Həm də bu qaydasızlıq, təəssüf ki, birtərəfli deyil.

Sürücü mədəniyyətsizliyindənçox yazılır, deyilir, amma heç bir nəticəsi yoxdur. Hər gün marşrut sürücülərinin(əksəriyyətinin) kobud, tərbiyyəsiz danışıqları, mədəniyyətsiz hərəkətləri,rahatlıqla qayda pozmaları ilə qarşılaşırıq. İnsan qəbiristanlıqda bir yaxınınıdəfn edəndə o dünya haqqında az-çox düşünür, ürəyi yumşalır, məzarlığınqapısından çıxdımı unudur hər şeyi. Sürücülər də qəza törədərək əzilib,tanınmaz hala düşmüş avtomobilləri, qəza nəticəsində ölənləri, yaralananlarıgördükdə bir az sürəti azaltsalar da, sonra hər şey unudulur. Hər birinə elə gəlirki, bu hadisə onların başına gələ bilməz. Düşünmürlər ki, bir addım qabağa düşməküçün bir ömür geri düşmək də var.

Fevralın 9-da Bakı-Sumqayıt yolunun 22-cikilometrliyində baş vermiş dəhşətli qəza 5 nəfərin ölmünə, 20 nəfərinsəyaralanmasına səbəb olub. Sumqayıt Dövlət Universitetinin Fizika vəElektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vüqar oğlu,Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu,1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlüQuliyeva Çinarə Azər qızı dünyasını dəyişib.

Mətbuat hər günonlarla yol qəzasından, insan itkisindən yazır. Son aylar yol təhlükəsizliyiqaydaları nə qədər sərtləşdirilsə də, bu cür hadisələrin sayında azalma hissolunmur. Bəs buna səbəb nədir?

Ekspertlər, yolpolis əməkdaşları ağız dolusu, yol hərəkət qaydaları, o qaydaların pozulması səbəbindənedilən cərimələr, sərt inzibati tədbirlər barədə danışırlar. Amma maraqlıdırki, bu qaydaların hər gün pozulmasına baxmayaraq buna qarşı tətbiq edilən tədbirlərçox zəifdi. Qəza baş verəndən sonra danışmaqdansa onun qarşısını almaq lazımidi. Ekspert deyir ki, 16 nəfərlik tutumu olan avtomobilə 28 nəfər mindirilərəkdaşınıb ki, bu da təhlükəsizlik qaydalarının kobud surətdə pozulmasıdır. Oqaydanı pozan sürücülər hər gün eyni qaydada sərnişin daşınması ilə günlükdolanışıqlarını qazanırlar. Bunu yol polisləri də "görür", addıma biryollarda qoyulmuş kameralara da düşür. Bizdə isə həmişə səbəbi yox, nəticəniaraşdırırlar. Bəli, görünən tərəf sürücüdür. O, gündəlik dolanışığı üçünsabahdan axşama qədər işləyən insandır. Səhlənkarlığı, qayda pozuntusu onungünahıdı, amma bir reys qabağa düşsün deyə, sürətin fərqinə varmayan bu insan bəlkəöz ailəsinin, oğlunun, qızının bir ehtiyacını ödəmək üçün tələsirdi. Ehtiyacınsürüklədiyi qapılardan biri də qəzadır, yəqin sonuncusu da ölüm.

O sürücü tələbələrlərazılaşaraq hər gün onları universitetə aparırmış. Bu hər iki tərəf üçün sərfəliidi. Çünki tələbələr üçün marşrut gözləməkdənsə, onları gözləyən nəqliyyataminmək daha uyğun idi. Bir neçə marşrut dəyişməkdənsə biriylə rahat getmək vəyol xərcinin də münasib olması onları sevindirirdi. Sürücünün də sərnişin axtarmaq qayğısıolmayacaqdı. Bu "rahatlıq" və "qayğısızlığ"ın onları ölüməapardığından isə heç bir tərəfin xəbəri yoxdu...

Qəzanın törənməsi də yalnız 16 nəfər yerinə28 nəfərin minməsi deyil, yol hərəkət qaydası pozuntusudur və bu kameragörüntülərində açıq-aydın görünür. Və indi bunu söyləməyin heç bir mənasıyoxdu. Sürücü dolu mikroavtobusla hər gün "gözəgörünməz şapkasını"geyinib keçmirdi ki, polis məntəqələrinin qarşısından.

Əgər dünyadaolduğu kimi tələbələrə nəqliyyatdan istifadə üçün güzəştlər olsaydı, onlar da16 adamlıq avtobusa, ucuz olsun deyə, 28 nəfər minməzdilər. Yol xərci ödəmələrikartlarla olsaydı və kimlərinsə cibinə deyil, büdcəyə getsəydi, həmin bədbəxtsürücü evinə çörək aparmaq üçün maşının icarə haqqı uğrunda"avtoşluq" edib özünün və gənclərin həyatını təhlükəyə atmazdı. Bütündünyada nəqliyyat sektoru, xüsusilə tələbələr üçün ictimai nəqliyyatdanimtiyazlı istifadə məsələləri hakimiyyət qurumlarının qarşısında duran əsas işlərdənolur. Bizdə isə təəssüf ki, hər iki məsələdə insanların faciəsi hesabına ciblərinidolduranlar var. Və bu məsələ həllini sürücünü həbs etməklə tapmamalıdı.Cavabdeh qurumlar - səbəbkarlar işinəvicdanla yanaşsaydı, bu faciə olmaya bilərdi.

Nəysə, bu məsələlərinkökünü qazsan çox dərinə gedər, Allah millətimizi ehtiyacdan doğan intihardan,qəzadan, xata-bəladan, səhlənkarlıqdan, məsuliyyətsizlikdən, hər cürsimasızlıqdan qorusun!

Allahdan ölənlərə rəhmət, yaxınlarına səbirdiləyirəm!


TƏQVİM / ARXİV