adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏDİYYƏNİZ SEVGİ OLSUN

FƏRİDƏ RƏHİMLİ
43504 | 2017-03-07 17:36

Mart gəlişiylə sevgi, nəvaziş, oyanış, təravət,mülayimlik, ilıqlıq gətirir - təbiətə də, insanlara da. Təbiətin dirçəlişiyləqan qaynamağa - özüylə ürəyə bu gözəllikləri, sevgini daşımağa başlayır. Buayın zərif məxluq olan qadınlara gətirdiyi Qadınlar Günü də, Bahar Bayramı daxalqımızın ən sevdiyi bayramlardandı. Qadınlar həyatın mənası, bəzəyi və əbədigözəlliyidi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişəuca tutulub.

Doğrudu, indi 8 Mart bayramını güclü cinsdənsevməyənlər ola bilər ki, bu da anlaşılandı. Amma qadın qəlbini bir xoş kəlmə,bir gül ilə də fəth etmək olar. Yetər ki, dürüstlüklə, ərliklə, sədaqətinizlə,səmimiyyətinizlə onların qəlbini ələ ala biləsiniz! Həmişə zərif və zəifadlandırdığımız qadınlar əslində ən güclü xarakterə malikdirlər. Onların həyatıduyğu, sevgi, eyni zamanda dözüm və fədakarlıqdan yoğrulub. Qadın yalnızsevəndə zəif olur. Sevilən qadın güclü olur. Maddi çətinliklərdə də, psixolojidurumlarda da səbir, dözüm məsələsində dəkişilərdən üstün olsalar da, zərifdilər. Və bu zərifliyi qiymətləndirməkəks cinsin borcudur! Amma "qadına gül uzatmaq" kimi bir jest o qadınıdaha da zərifləşdirir, bircə güllə onun həyatını işıqlandıra, ruhunu təzələyəbilərsiniz! Bir qadına sizin sevginizdən önəmli nə gərək ola bilər ki...Qadınlar onları anlamağı, dinləməyi bacaran, ruhu gözəl, mənəviyyatı təmiz olankişini maddi cəhətdən zəngin kişidən üstün tuturlar.

Bu günlərkişilər sevdikləri qadın üçün nə alacaqlarını, onları necə sevindirəcəklərini,ürəklərini necə fəth edəcəklərini düşünür, romantiklər isə müxtəlif yollardüşünür, fantaziyalar uydururlar.

Amma imkanı çörək puluna güclə çatan kişilərimizdaha çoxdu. Qadınlar, onlara qarşı duyarlı olun! Bugünkü vəziyyətdə onlarıqınamamaq, pərt eləməmək, kimlərisə nisbət göstərib sındırmamaq lazımdı.Unutmayın ki, ən gözəl hədiyyə sevdiklərinizin sağ-salamat yanınızda,ailənizin, uşaqlarınızın başında olmasıdı... heç bir hədiyyə, maddiyat insanın- sevdiklərinizin varlığı qədər qiymətli ola bilməz...

Çalışın ilkin məramını dəyişərək sevgi, hədiyyə bayramına çevrilmiş 8Martda ən gözəl hədiyyəniz xəyanətsiz, məkrsiz,umacaqsız, dözümlü sevgi olsun!..

V.Belinski deyir ki: "Qadın həyatın bütün mərhələlərində kişininxilaskarıdır". Doğrudan da uşaqlıqda əziyyətini, qayğını çəkən,gəncliyində həyatın ən mənalı vergisi olan sevgini sənə yaşadan, qocalıqda ənsadiq "qulaq yoldaşı" və təsəlli verənindi qadın. Ona görə də birgülü əsirgəməyin qadınlardan, kişilər! Həmin gün heç olmasa, bir sevgi etirafı,bir kəlmə xoş söz söyləyin onlara. O zaman baş verəcək möcüzənin şahidiolacaqsız!

Bu bayram münasibətilə bütün qadınlarımızı, o cümlədən bütün qadınmüəllimlərimi, cəbhə zonasında yaşayan həmkəndlilərimi təbrik edirəm! Əzizlərim,müharibə, bayram və müharibə zamanı bayramın nə demək olduğunu siz hamıdan yaxşıbilirsiniz və bayramlar keçirməyə ən çox sizin haqqınız çatır. Atılan toplardanpəncərələrinizin şüşələri cingildəyərkən körpələrin gözləri qorxudanböyüdüyündə, uşaqlarınız kənddən bir az uzaqlaşarkən mina təhlükəsindənhəyəcanlandığınızda, unudulub bayırda qalan, yaxud hində,tövlədə ac vəhşi heyvanlar tərəfindən tələf edilən, min bir zəhmətləbecərdiyiniz mal-qara, toyuq-cücənin itkisi zamanı keçirdiyiniz hissləri çoxyaxşı anlayıram. 8 Mart günü sizin nəsə qeyri-adi hədiyyələr alacağınızı dazənn etmirəm. Sizin hədiyyəniz taleyinizə iri hərflərlə yazılmış dözüm, səbir,mətinlik, sədaqətdir. Bakıdan "görünməyən" cəbhə zonasınınqadınları,- evin dolanışığını, gəlirini həyət-bacadan əllərinizin zəhmətiyləçıxararkən qadın olduğunuzu unudaraq dişi aslana dönürsünüz. Özünüzü düşünməyə,sığal-tumara az vaxtınız qalır, yaxud heç qalmır. Azərbaycan qadını bütündövrlərdə sizin kimi, öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizinqorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Bineyi-qədimdənAzərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənib, ana həmişəmüqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə,istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizinsəhifələrinə qızıl hərflərlə yazılıb.

Fədakarlıq,Sevgi, Səbr və Gözəllik nədir deyə soruşarlarsa - Anamdır! - deyərəm. Birgünümdə deyil, hər günümdəsən. Hər gün, hər saniyə mənimləsən. Hər zaman mənədəstək olan, məni düşünən, məndən sarı narahat qalan Anam! - sən mənim üçün çoxönəmlisən. Üzündən nur, canından sağlıq, dilindən dualar əksik olmasın!

Anam başdaolmaqla, düşmənlə üz-üzə dayanan sərhəd kəndimizin bütün mətin qadınlarını 8Mart Qadınlar Günü münasibətilə təbrik edirəm!

8 Martqadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıyaehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı, həyatyoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində QADIN olur -zəif, zərif, gözəl qadın... Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər!Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyacduyurlar.


TƏQVİM / ARXİV