adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

XOCALI-DӘNİZLİ

SEYFƏDDİN ALTAYLI
54113 | 2017-03-04 11:36
"Sizlәrin әn yaxşısı, günah işlәmәdәn,öz xalqına vә tayfasına arxa durandır.

Hz.Mәhәmmәd

Biz türklәr millәt olaraq heç bir xalqa düşmәnçiliketmәdik, heç bir xalqa hәr hansı sәbәbә görә qәnim kәsilmәdik vә tarix boyudaim düz yolda addımladıq. Әlbәttә bizim içimizdә dә "meşә çaqqalsız olmaz”atalar sözünü haqlı çıxaran şәxslәr olubdur, olacaqdır, bu tәbiidir, ancaq dövlәtgәlәnәyimizdә tarix boyu özgә xalqlara haqsızlıq, zülm, soyqırım kimisapqınlıqları hәyata keçirmәk kimi bәşәr lәyaqәtinә yaraşmayan olaylar yaranmayıb.Bizi özlәrinin şәxsi mәnafei qarşısında әngәl görәnlәrin atdığı böhtanlara da heçvaxt fikir vermәmişik vә vermәrik dә.

Bu il dә Xocalı Soyqırımının üstündәn keçәn 25-ciili kәdәrlә andıq.

Dәnizli vilayәti mәnә yad deyil. İllәr uzunu orda fәaliyyәtgöstәrәn müәyyәn mәktәblәrlә müәllim işlәyәn dostlarım vasitәsilә әlaqәyaratdım. Әlaqәlәrim dә bütövlükdә Azәrbaycanla, onun mәdәniyyәtinin tәbliği,Xocalı Soyqırımı ilә bağlı fәaliyyәtlәrlә olmuşdu. Әlaqәdә olduğum şәxslәrdәn biridә tәqaüdçü müәllim İslam Günәşdir. İslam bәy Dәnizli vilayәtinә ayaq qoyandanbәri canfәşanlıqla Azәrbaycan xalqını vә mәdәniyyәtini bölgә xalqına tanıtmağaçalışıb, çalışır. Bir sözlә, mәdәniyyәtimizin yorulmaq bilməyәn sәdaqәtli vә vәfalıbir sıravi әsgәridir.

Bu il Sәdat Sәrdaroğlu adlı müәllim İslam Günәş ilәәlaqә saxlayır vә Azәrbaycandan iki ziyalının gedib Dәnizlidә Xocalı Soyqırımıhaqda konfransda iştirak etmәsini, bu işi tәşkil etmәsini xahiş edir. İslam bәydә mәnimlә әlaqә saxladı: "Sәdat adında bir müәllim sәnә zәng edәcәk, bir tәdbirfikirlәşirlәr vә sizi istәyirlәr, bu barәdә özün danışarsan”, dedi.

Bir gün sonra telefonumun zәngi çaldı, gördümTürkiyәdәndir, götürdüm: "Hocam sәlam. Bәn tәlәfonunuzu İslam Günәş bәydәnaldım, adım Sәdat Sәrdaroğludur, Türk Әgitim Vakfı Anadolu Lisәsindә tarih öğrәtmәniyim.Biz Hocalı Soykırımının yıldönümündә bir anma konfәransı düzәnlәmәk istiyoruz,münasip bildiyiniz bir Azәrbaycanlı aydını da alarak gәlәbilir misiniz?” deyәmüraciәt etdi. Mәn dә inşallah çarәsinә baxarıq, universitetimlә vә dostlarımlagörüşüm, sizә yazaram deyә cavabladım.

Ertәsi gün Bakı Avrasiya Universitetindә birlikdә müәllimişlәdiyimiz qәdim dostum Әdalәt Tahirzadәyә, hәr bir işini tәxirә salmasını vәayın 25-indә Dәnizliyә gedib bu konfransda iştirak edәcәyimizi söylәdim. O dasağ olsun, razılıq verdi. Rektorumuz Nazim Hüseynli bәyә mәsәlәni çatdırdıq.Nazim bәy mәmnuniyyәt duyaraq gedә bilәcәyimizi bildirdi, biz dә rәsmi şәkildә әrizәlәrimiziyazaraq ayın 25-indә yola düşdük. Bizi Dәnizlinin Çardaq qәsәbәsindәki hava limanındaqarşıladılar, aparıb otelә yerlәşdirdilәr.

Ertәsi gün sәhәr tezdәn İslam bәy vә Sәdat Sәrdaroğlubәy otelimizә gәldilәr. Sәdat bәyi dә eynilә İslam Günәş kimi öz xalqına vәtarixinә vurğun bir insan kimi tanıdım. Özü Әlazığ vilayәtindәn olan bu әzizqardaşımız Dәnizli vilayәtindә Xocalının kәdәrini bütün hüceyrәlәrinә kimiyaşayıb, yaşayır. Özü kimi gözәl şagirdlәr yetişdirib. Ürәyindә hәr bir Türkxalqına, o cümlәdәn Azәrbaycan xalqına duyduğu mәhәbbәti onlara da aşılayıb.9-10-11-ci sinifdәki şagirdlәrini tәşkilatlandırıb ki, Xocalı Soyqırımı ilәbağlı müәyyәn işlәr görsünlәr, Qarabağı Dәnizli xalqının yaddaşına daimilik hәkketsinlәr.

Sәdat bәy, Eminә Çivi, Furkan Oytun, Kardәlәn Әrdoğan,Umut Taştәkin, Havva Şimşәk, Büşra Taneli, Sәrap Özbaş, Әlif Ünal, Çağdaş Dәmir,Tuğbәrk Turhan, Tuğçә Bübәr, Doğukan Koyuncu, Әsranur Kara, Mәrt Uzәrkәk, SüleymanÇorpan, Osman Sarı, Ayşәn Şimşәk, Şeyda Kökmәn, Mәryәm Nur Әgәli, Әcә Toprak, GülizarBozdәvәli, Uğur Әrçәlik adlı şagirdlәrini bir araya gәtirәrәk "Xocalı ÇalışmaQrupu”nu yaradıb. Onun bu әziz balaları Dәnizli böyükşәhәr bәlәdiyyәsinin sәdriOsman Zolan ilә görüşmәk qәrarına gәlirlәr vә üz tuturlar bәlәdiyyәyә. Gedib sәhәrertәdәn növbәdә dayanırlar vә günortaya kimi gözlәyirlәr, növbә bunlara çatandaOsman bәy günorta fasilәsi yarandığından nahar yemәyi üçün xalq ilә görüşüdayandırır, yemәyi yeyib qayıdacağını vәonlarla görüşü davam etdirәcәyini bildirir. Qapıdan ayağını eşiyә qoyan kimişagirdlәr Osman bәyin qabağını kәsir: "Sayın başkan, bizimlә görüşüb dәrdimizidinlәmәzsәniz, sizi yemeğe bırakmayacağız!” deyirlәr. Osman bәy dә onların bucür cәsur vә qәtiyyәtli hәrәkәti qarşısında gülür vә "Pәki yavrularım gәlinbakalım nә istiyorsunuz?” deyәrәk qayıdır otağına. Şagirdlәr әylәşdikdәn sonra,"Sayın Başkanımız, Ermәnilәr Hocalı’da Azәrbaycanlı soydaşlarımıza soykırımuyguladılar, bunu bizdәn daha iyi biliyorsunuz. Sizdәn istәğimiz, büyük birparka Azәrbaycan-Karabağ adını vermәniz vә bu parkta da Hocalı SoykırımAnıtının dikilmәsini sağlamanızdır” deyәrәk Osman bәyә fikirlәrini çatdırırlar.Sağ olsun, Osman bәy dә onlara söz verir ki, bu işi tezliklә görәcәk. Şәhәrdәözlәrinin dediyinә görә, 14 hektarlıq bir sahәni "Azәrbaycan-Qarabağ Parkı”kimi ayırır, parkın yanında tikilәn bir liseyin yanında da Xocalı SoyqırımıAbidәsi ucaldılır.

Әdalәt bәylә ayın 26-sı günü Azәrbaycan-QarabağParkındakı Xocalı Soyqırımı abidәsinә әklil qoyma vә Xocalı Soyqırımında şәhidolanları anım üçün tәşkil olunan mәrasimdә iştirak etdik. Türkiyәninİqtisadiyyat Naziri Nihat Zeybәkçi dә mәrasim üçün gәlmişdi. Dәnizli valisi ӘhmәdAltıbarmaq, Dәnizli böyükşәhәr bәlәdiyyәsinin sәdri Osman Zolan, vilayәtjandarma komandiri Çingiz Yıldız, vilayәt polis idarәsinin sәdri Mövlud Dәmir,Pamuqqala bәlәdiyәsinin sәdri, Mәhәmmәd Subaşıoğlu, vilayәtdәki partiya tәşkilatlarınınrәhbәrlәri, mәktәblәrin idarәçilәri vә qәlәbәlik bir vәtәndaş qrupu iştirak etdi.

Mәrasim Türkiyә vә Azәrbaycanın milli himnlәri ilәbaşladı. Nazir, vali, bәlәdiyyә başqanı vә TӘD Anadolu Liseyinin müdiri Fevzi Yetkinçıxış etdilәr.

Törәn qurtardıqdan sonra bir an 1992-ci ilә qayıtdım.Sahibsiz, yardımsız, әliyalın insanların işğalçıların dәstәklәdiyi vәhşiermәnilәr qarşısındakı çarәsizliyi gәlib gözlәrimin qabağında dayandı. O qәdәryardımsız, silah-sursatsız, çarәsiz olmalarına baxmayaraq dünyaya qaraqorxusalmış imperiyanı әsim-әsim әsdirәn Azәrbaycanlı igidlәri, cәbhәdәamansızcasına döyüşәn vә birbәbir şәhid düşәn yaxından tanıdığım dostlarımıxatırladım.

Şükür sәnә Tanrı!.. Dәnizlidәki 9-cu sinifşagirdlәri Xocalının dәrdini özünә dәrd bilirsә, ötәn 25 ildә dünya boyda yolgetmişik demәli. Ancaq gedilәsi daha çoox yolumuz var. Yolumuzu, uğurumuzuavand elә.

(ardı var)

TƏQVİM / ARXİV