adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Xoşbəxtlik istəyi…

KƏNAN HACI
40928 | 2017-02-22 13:55

Su çərşənbəsinigeridə qoyduq. Qarşıdan növbəti çərşənbələr gəlir. Bu gün içimə ilıq bir ümiddolduğunu hiss elədim. Canımdakı ağrıların üzümüzə gələn yazda tamamiləsovuşacağına və hər şeyin yaxşı olacağına inanmaq istədim, inandım. İçimə qəribəbir yüngüllük doldu, bütün arzuları, xəyalları gələcəklə bağlı olan məsud, xoşbəxtbir uşaq kimi hiss elədim özümü. Bu gündən qopub uşaqlığıma qayıtdım.

Anam birinci çərşənbədənevdə, həyət-bacada səliqə-sahman yaratmağa başlayardı. Atam neftçi idi, günününçoxu dənizdə keçirdi, ev, həyət işləri anamın üzərinə düşürdü. Balaca həyətimizdəçoxlu toyuq-cücə saxlayırdı, toyuqların yumurtasını qohum-qonşuya satıb ailəbüdcəsinə öz töhfəsini verirdi mənim zəhmətkeş anam. Səhərlər nə qədər tezoyansam da anamı yerində görməzdim, sübhün alatoranından oyanıb çaydanı qazınüstünə qoyar, hinə keçib toyuqları yemləyər, evi, həyəti süpürəndən sonra gəlibməni dümsükləyərdi ki, ay tənbəl, ay tənbəl, böyüyəndə də belə yatağan olsan,çörək atlı olacaq, sən piyada. Mən böyüyən vaxtlarda yatıb yuxuya qalanda həmişədeyərdi ki, ay bala, yatan öküzə yem yoxdur, dur get işinin dalınca. Onu heçvaxt xəstələnən, canından şikayətlənən görmədim. Çox vaxt kişi işlərində dəatama kömək edərdi. Polad kimi möhkəm qadın idi. Atamın ölümündən sonra bir günbaşımı qaldırıb anamın üzünə baxdım və diksindim: anam qocalmışdı. Atamdansonra buz baltası kimi sağlam anam qəfil yatağa düşdü. Səkkiz ay yataq xəstəsioldu. Və bir yaz günü də məni bu zalım dünyada təmtək qoyub atamın yanınagetdi…

Atamdan sonra anamınvarlığından güc alırdım. O dünyasını dəyişən gün elə bil bütün göylər üstüməuçdu. Bir kimsəm yox idi ki, başımı çiyninə qoyub ağlayım. Yaxşı ki, qələmvardı, bütün ağrı-acımı vərəqlərə tökürdüm, anama deyə bilmədiklərimi dilsizkağıza pıçıldayırdım:

Gəldim, başdaşına qonan göyərçin

daşda itiləyib öz dimdiyini,

ruh mirzəsi təki qeydə alırdı

anayla balanın bu söhbətini.

Yuvası olanlar gözünü dikib

yuvasız ömrümün xarabasına.

Fələkdən başıma ağır daş düşüb,

hələ söz basıram daş yarasına.

Mənə bəxtəvərlik oxuyur dostlar,

onlar ki, kədəri, qəmi tanımır.

Mən öz qismətimlə barışdım artıq,

bəxtimsə hələ də məni tanımır.

Səssizcə soyuyur doğmalar məndən,

elə bil bu adda adam olmayıb.

Görənlər deyir ki, bu hələ sağdı?

Deyəsən, hələ də adam olmayıb...

Anamın səsinieşidirdim:

-Bu qədər zəiflik göstərmə, oğul,

həyat zəiflərin meydanı deyil.

Özün öz içindən yenidən doğul,

sənə bu zəiflik yaraşmayır, bil.

-Gecələr sönəndə evin çırağı,

mən öz ürəyimi asdım tavandan.

Çağırdım köməyə qələm-varağı,

Təklik qoy əl çəksin dedim, yaxamdan.

-Daha tək deyilsən, gileylənmə çox,

özünə heç nədən qəm yaratma sən.

evdə də yolunu gözləyənin var,

niyə şadlığına şitlik edirsən?

Payız havasıdır, soyuqlayarsan,

canın da bərk deyil, get evə, bala.

Nəbadə, bu gecə kənddə qalasan,

bu kəndin nəfsi də quduzdu, bala.

-Qoy bu siqareti çəkib qurtarım,

-bilmirsən siqaret sənə ziyandır?

-arabir çəkirəm, fikirm dağılır,

-canına qəsd etmə, oğul, amandır!

Şəhərə dönürəm, o, kənddə qalır,

məni xımır-xımır yeyir bu şəhər,

sonra birdəfəlik kəndə qaytarır,

anan tək qalmasın,-deyir bu şəhər...

Beləcə,anayla oğulun söhbəti davam edirdi.

Yenə yaz gəlirvə mən anamı xatırlayıram. Su çərşənbəsindən biş-düş hazırlıqları başlayırdı.Bayram günlərinə lap az qalmış evimiz qız-gəlinlə dolub-daşırdı. Xalalarım,xalam qızları, gəlinlər bizə yığışardı, hərəsi bir işdə anama kömək edərdilər:biri yuxa yayırdı, biri şəkərbura bükürdü, biri naxış vururdu, biri paxlavahazırlayırdı. Arada mənə də sataşırdılar ki, bir az böyü, səni evləndirək,bizim də işimiz yüngülləşsin, ananın da. Deyirdim xeyir ola, gəlini tək işlədəcəksiniz?Bəlkə heç şəkərbura, paxlava bişirə bilmədi. Deyirdilər eləsini alarsan ki, işbacaran olsun. Hər yaz gələndə o səsli-küylü, şux zarafatlarla dolu günləri,evimizdəki bayram ovqatını, otaqların hamısında yanan gur lampaları, anamın cücərtdiyiyaşıl səmənini xatırlayıram və darıxıramo məsud, bəxtiyar günlər üçün. Bu darıxmaq hissini heç nəylə ovutmaqmümkün deyil. Dünya o qədər gözəl idi ki, İlahi!

Gənc idim,içim dumduru idi, həyat eşqiylə dolu idim, atam-anam sağ idi. Qarşıda məni gözləyənağrılarla-acılarla, itkilərlə, məhrumiyyətlərlə dolu illərdən xəbərsiz idim... Ömründə yaz çağı idi. Bu gündən baxanda həmin günləri ömrün ən xoşbəxt günləri hesabedirəm. Amma çox təəssüf, insan həmin anlarda öz xoşbəxtliyindən xəbərsiz olur.Əli Kərimin məşhur misraları bu həqiqətin ən mükəmməl ifadəsidir:

Nə xoşbəxt imişəm bir zaman, Allah,

xəbərim olmayıb bu səadətdən...

Yenə yaz gəlir.Və mən xoşbəxt olmaq istəyirəm...


TƏQVİM / ARXİV