adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

YAŞ HƏDDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
73264 | 2017-02-03 16:44

Bir vaxtlardeyirdilər yaşın nə fərqivar...

Yəqin ki, ötən şənbəsizlərə təqdim etdiyim «nekroloq» yazımı oxudunuz. Onun girişində havadurumuyla bağlı müəyyən fikirlər ifadə etməyə çalışmışdım. Deyəsən həmin fikirlərgerçəyə çevrildi. Ona görə «deyəsən» yazıram ki, Bakıya yağan qar bizi birxeyli sınadı, hətta sürüşdürdü. Düzdü, paytaxtımızda kifayət qədər sürüşməzonaları var, amma bu sürüşmə tamam fərqli sürüşmə idi. Və biz də sözümüzəbaxmayan ayaqlarımıza nə qədər təzyiqetməyə çalışsaq da, hətta dilə tutsaq da, o,sürüşmək işindən vaz keçmədi. Olsun!Görünür, bu da lazımdı. Və bir də əsas odur ki, sürüşməyə adət eləmirsən. Adətkardaolsan onda… Bu də nə isə…

Hə, deməli, fevralın ilk günləriqarlı-şaxtalı olmaqla bahəm, həm də mənimüçün sıxıntıların, gərginliyin bir az da artması deməkdi. Ən azından ona görəki, vaxt mənim xeyrimə işləmir. Zaman öz atını elə çapır ki, tozuna da çata bilmirəm. Üstəlik, onun nalından qopan hərşey səpələnir dörd tərəfimə. Özümü qorumaq məcburiyyətində qalıram və düşünürəmki, görəsən hansı günahların sahibiyəm? Niyə zaman da, mühit də, elə buzamanın, bu mühitin söz sahibi olanlar da tamam dəyişiblər? Ürəklərindəki mərhəməthissini büküb hansısa dərin quyunun dibinə atıblar? O quyunun dibinə isə nə işıq düşmür, nə də kəndir sallanmır. Mən oqaranlıq quyunun dibinə gözlərimi nə qədər zilləsəm də, heç nə görə bilmirəm. Ona görə də içimdə suallar başqaldırır. Günahım nədi? Bəlkəazərbaycanlı olmağım? Bəlkə Azərbaycanda doğulmağım?! Bəlkə az-çox hissiyatsahibi olmağım… Uzunır bu bəlkələr. Uzandıqca da səbrim tükənir, əsəblərcilovunu qırır. Bilmirəm, sonu nə olacaq. Daha doğrusu, sonum nə olacaq. Elə bilmədiyimə görə dəmən kağıza-qələmə də rəhm etmirəm. İçimin sızıltısını, ağlımın diktəsini qarışdırıram bir-birinə. Və baxıbgörürəm ki, yazdığım misralar şeirdən çox fikir yüklü ürək fəryadıdı. Elə fəryadki, onu ancaq özümə hökm hesab edə bilərəm. Başqaları isə yəqin ki, elə başqacür də düşünəcək. Qoy olsun!Mən həmin o düşüncələri, o sızıltıları, o göynərtiləri belə misralamışam.


Açılan səhərlədoğulan ümid

Mənə nə gətirir,sənə nə, gülüm?!

Hərdən düşünürəmquş dimdiyində-

Nə gərək olardıdənə, nə, gülüm?!


Xəyalım, ümidimqəlpələnirsə

Ürəyim dərd-qəməhey bələnirsə…

Güvəncim çiynimdəheybələnirsə-

Dumana nə gülüm,çənə nə, gülüm…


Tutubdu çevrəmihəsrət mərəzi

Gözündən oxunurdərdin qərəzi…

Pozulub gör necəmizan-tərəzi-

Nə deyim ölçüdənə, tənə, gülüm…


Qaçqınlıq,köçkünlük, üstəlik də bu,

Gözümdən sellənib qurumayan su…

Durub boyumu ölç, başdaşımı yu -

Sığındım gör hansı vətənə, gülüm?!


Təbii ki, biz doğulacaq yerimizi, dünyaya gələcəyimiz məkanıseçmirik. Bu, bizsiz seçilən, bu, bizsiz verilən qərardı. Və günlərinbirində, saatın, hətta anın belə xoş olub-olmamasından asılı olmayaraq vətəndaşınaçevrildiyimiz torpaq bizim üçün Vətənolur. Çox maraqlıdı ki, biz həmin o torpağı çiynimizə qaldırmaq, onu ucatutmaq, şərəfləndirmək üçün doğulduğumuzu düşünüb ona qərar versək də, bəzənaldığımız zərbələr, qarşılaşdığımız haqsızlıqlar, sıxıntılar, hətta ağın qaraolduğuna bizi inandırmaq istəyənlər həmin o, ilk düşüncəmizi pərən-pərən salır. Çiynimizəqaldırmaq istədiyimiz torpaq sonda gözümüzə töküləndə belə, bizim ruhumuzu narahat yaşamağa məcburedir. Yəni, cismimiztorpağa bələnsə də,çiynimizə qaldırdığımız torpağın səmasında dolaşan ruhumuz bizdən sonra dadinclik tapmır. Bax, məni ən çox incidən, ən çox ağrıdan, az qala təbdən çıxaranda elə budu. Əgər əmin ola bilsəm ki, məndən sonra, daha doğrusu, cismaniyoxluqdan sonra heç olmasa ruhum rahatlıq tapacaq, onda çox düşünmədən, çoxgözləmədən seçim edərəm. Amma neyləyim ki, arxada buraxıb gedəcəyim bir kimsəyərahatlıq bəxş edə bilmədiyimdən,gedəndən sonra da o rahatlığın bir az da artacağına… və hər şeyin pis bir səmtəüz tutacağına inanıram. Yəni,onun məhz belə olacağına əminəm. Ənazından ona görə ki, mənim bacara bilmədiyimi mənə sığınanların bacaracağı təbiiki, mümkün deyil. Nə isə…

Hə, deməli,sıxıntılı bir durumun nə vaxtsa yaxşılaşacağına,çözüləcəyinə ümidsiz olmağın özü də yaxşı hal deyil. Hətta çox dəyərlidostlarımdan biri olan Əhməd bəyin də təkrar-təkrar vurğuladığı fikirlər,verdiyi dəstək qaranlığa şam işığı kimi düşür, qığılcım kimi görünür. Doğrudur,mən o işığı da, o qığılcımı da görürəm. Elə ona doğru da gedirəm. Özü də bu, israrlı bir gedişdi. Amma ilğıminsandan uzaqlaşdığı kimi, həmin o işıq da, o qığılcım da mən getdikcəuzaqlaşır. Bəlkə belə olmağı daha yaxşıdı. Hər halda aqillər deyib ki, yeməkdənümid yaxşıdı. Amma aqillərlə də bir zarafat edim. Yemək var ki?!!

Beləcə, mən indiöz-özümə düşünə-düşünə, hətta var-gəl edə-edə konkret bir sualın başınafırlanıram. O sual da bütün bura qədər oxuduğumuz sözlərin, fikirlərin əsaslokomotividi. Soruşmaq istəyirəm ki, mənim günahım nədi? Yəqin ki, bu sualartıq sizi bezdirdi. Amma neyləyim ki, mən cavab tapa bilmədiyimdən özüm də özümdən bezirəm. Ola bilsinbu bir xəstəlikdi. Özü də deyəsən yoluxucu xəstəlik. Ona görə bu qənaətə gəlirəm ki, indiçevrəmdəkilər də, mənə yaxın olanlar da bu sualı verməyə başlayıblar – həm mənə,həm də özlərinə. Düzdü, mən onların bu sualı özlərinə yaxın buraxmalarından narahat oluram, hətta təlaşlanıram.Amma neyləyim ki, onlar üçün heçnə edə bilmədiyim kimi,bu sualdan da onları qoruya bilmirəm. Bir də ki, zamanın sualını kim pozabilir, kim dəyişə bilir ki?! Heç kim!Onda elə bu sual da qoy zamanın boynunda bir yük olaraq qalsın. Necə deyərlər,babalı zamanın boynuna. Mən isə çox dəyərli şairlərimizin, rəhmətlik MəmmədAraz və Məmməd Aslanın, eləcə də ustad Musa Yaqubun fikirlərinə qoşulub deməkistəyirəm ki, qara daş da göyərə bilir. Və elə bu yerdəcə sizə öz könülpıçıltımı çatdırmaq istəyirəm.


Başımın üstündəbulud çiçəkdi

Gözümdə, könlümdəümid çiçəkdi…

İnanma, desələrunut, çiçəkdi-

Bu sevgi saralıbsola da bilər…


Gecənin bir gözüyuxu çiləyir

Bir gözü xəyalabükür, bələyir…

Vallahnə olursa Allah eləyir -

Məndəndə dəlisi ola da bilər!..


Buda belə ömür, belə bir yaşam

Buömrə hakimsən – şəriksən, paşam!

Deməduyğusuzam, ürəyi daşam -

Daşında gözləri dola da bilər!..


***

Bugünün ən böyük həqiqəti hər kəsin öz ölçüsündədi. Kim necə görür, necə dəyərləndirirvə necə ölçürsə, onun üçün gerçək olan, real olan elə həmin o nəticədi. Kiminsəəlindən ölçüsünü almaq, baxışını dəyişmək yumuşaq desəm təyziq etmək, insanhaqqını tapdamaqdı. Doğrudu, burda mənimlərazılaşmaya bilərsiniz. Çünki təsir altına düşənlər, mövqeyini tez-tez dəyişənlərvə yaxud mövqesiz, şəxsi ölçü vahidi olmayan, məramı, məqsədi günü yola verməkamaclı insanlar da var. Mən bunu başa düşürəm, qəbul edirəm. Amma söylədiyimfikilər konkret, kamil, dürüst insana aiddi. Yəni, varlığı ilə yoxluğu bilinməyənlərin bu məsələyə heçbir dəxli yoxdu və xalq ağzında deyilyidi kimi, söhbət cinsindən asılı olmayaraq (aslanın erkəyi,dişisi olmur deyiblər – Ə.M.) söhbət kişilərin söhbətindən gedir. Bax, bu məntiqlədemək istəyirəm və daha doğrusu, artıq dedim ki, bir-birimizin haqqınıtapdamadan, bir-birimizi zorla təsir altına salmadan yaşayaq bu ömrü və yaşamaqistəyənlərə də imkan verək. Heç olmasa mane olmayaq. Bunu bacarsaq bəlkə də həyatdaən böyük savab işi görmüş olarıq. Nə yazıqlar ki, indi savabı kiməsə təmənnalıbir tikə çörək verməklə ölçənlər də çoxalıb. Ağsaqqalların, ağbirçəklərindilindən eşitdiyim bir fikri burda mütləq sizə də çatdırmaq niyyətindəyəm. Həmino nurlu insanlar söyləyirdilər ki, əlinə bir tikə çörək verib, başına qapaz vurmaq heç vaxt savabsayıla bilməz. Amma… İndi… Nə isə… Necə istəyirsiniz yozun, necə istəyirsiniz qəbuledin…

Ətrafımıza diqqətyetirmək və müəyyən mənada bu diqqətin də mərkəzində olmaq həm xoşdu, həm dənarahatçılıq doğuran bir haldı. Ona görə ki, diqqət mərkəzində olmağı daha çoxşou əhli arzulayır. Görünür, elə bu səbəbdəndir ki, şoular və şoumenlər dahaçox önə çıxırlar. Olsun. Bu da onların istəyi və yaxud da bəxtlərinə düşənyazıdı. Amma mənim yaşadığım durum, eləcə də mənim iç dünyamın və çevrəmindurumu heç də şouluq deyil. Və əslində acı gülüşlərin onun boyuna biçilməsi yəqinki, sizin də diqqətinizi çəkir. Burda onu da xatırladım ki, müdriklər ağladanınvə güldürənin sənə nə qədər doğma olduğunu öz fikirlərində birbaşa və dolayısıilə zaman-zaman söyləyiblər. Mən də indi birmənalı şəkildə görür və anlayıramki, bu məmləkətdə mənə daha çox dərd payı düşüb. Verilən payı da geri qaytarmaqyumuşaq desək, tərbiyəsizlikdi. Hətta zəhər olsa belə.

Qınamayan məni! Və nə demək istədiyimin bütün qatlarınaişıq salın. Görəcəksiniz ki, fikirlərimdə məntiq gerçəyə söykənib, reallıqdanqidalanıbdı. Ona görə də yazdığım şeirlərinasiliklə heç bir əlaqəsi yoxdu. Olsa-olsa bu etirazın şeir formasıdı.


Mənim ümidlərimə

Bir küt baltaçaldın sən.

Ürəyimin haqqını -

Allah olub, aldın sən..


Düşüncələr içində

Bu duruma düşüncə,

Boyuma qəm biçincə -

Atdan məni saldın sən!..


Ürəyim təbədisə,

Sevgiyə Kəbədisə,

Düşündüm, əbədisə -

Xatirəmə daldın sən!..


Deməli, bütün hallarda bu ölkədə ağıllılar olub və olacaqlar. Sadəcə,mən ağıllıların çıxardığı qərarın ədalətli olmasını arzulamışam. Amma nədənsəqarşıma heç çıxmayıbdı belə qərarlar. Nədənsə həmişə yolum sınaqlardan, çətinliklərdənkeçib. Doğrudur, deyirlər ki, Allah dərdi çəkənə verir, dağa-daşa yox! Mənbununla razıyam və heç bir etirazım da yoxdu. Sadəcə, Allahın işinə qarışanların,Allahın verdiyini əlindən almaq istəyənlərin və yaxud onun səmtini dəyişmək istəyənlərinyanaşması məni incidir, məni ağrıdır. Bu əlavə dərd olur, ağrı olur. Lap eləindiki məqamda mən Allahın yaratdığı bəndəsinə sığınacaq da verdiyini çox gözəlanlayıram. Bilirəm ki, böyük Yaradan öz bəndəsi üçün mütləq bir komanın da, biryuvanın da olmasını taleyinə yazıb. Ammaonu kimsə uçurursa, kimsə əlindən alırsa?.. Bax, ağrı budu! Haqqıntapdalanmağı budu! Və nəhayət, bütün həyatım boyu bir məqamı, bir gerçəyidanmamışam. Unutmamışam, o da Allahın varlığı və onun verdiyidi. Elə ona görə dəyazımı xoş ovqatla bitirmək istəyirəm.


Mənözümü bir oda,

Biralova atmışam…

Dərd-qəmindəryasında-

Birtilova atmışam…


Tüstüməbax – üzülmə,

Könlümcədibu yanmaq…

Budəryada nə üzmək,

Nədə yoxdu yanılmaq!...


Mənsevgini nur kimi,

Havakimi seçmişəm…

Sevgidəyanılmağın-

Yaşhəddini keçmişəm!..


Bəli,sizə də ürəyinizcə olan sevgi və yaş həddi arzu edirəm. Bilin ki, dərddən, qəmdənadamı qoruyan və yaxud ona təsəlli verən içindəki ümid və sevgidi. Ümidiniz, sevginiz var olsun!


TƏQVİM / ARXİV