adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
42689 | 2017-01-30 14:25

ProfessorQəzənfər Paşayevə kiçik bir məktub

Hərbir yazılı söz istər elmi məqalə olsun, istər bədii, özündə böyük mənalar ifadəedir. Üstəlik unudulmaz Səməd Vurğunun təbirincədesək, deyilən söz,eləcə də yazılan söz əslində ən böyük yadigar, ən böyük abidədi. Onu yaddaşındaözünlə hər yerə apara bilirsən. Bax, bu mənada mənim üçün sözün önəmi, sözün dəyəriçox böyükdü və tam səmimiyyətimlə, necə deyərlər, əlimi ürəyimin üstünə qoyub deyərəmki, mən oxuduğum hər bir məqalədə, hər bir sözdə müəllifin ruhunu görməyə, nəfəsiniduymağa, hənirini hiss etməyə xüsusi bir maraq göstərirəm. Yəni oxuduğum sözün sahibiyləüz-üzə, göz-gözə dayanmağa çalışıram və bu da mənə imkan verir ki, sözün içini görüm. Sözün alt qatınadüşə bilim. Elə indi barəsində fikirlərimibölüşmək istədiyim «Hüseyn Kurdoğlunun poetik dünyası» monoqrafiyası da bu qəbildəndi.Öncədən bildirim ki, AMEA-nın Nizami adınaƏdəbiyyat İnstitutunun Elmi Şurasınınqərarı ilə akademik İsa Həbibbəylinin müəllifi olduğu ön sözlə işıq üzü görmüş bumonoqrafiya-kitab mənim üçün iki xüsusiyyətinə görə diqqətçəkən oldu. Bunun birincisi,monoqrafiyanın canı, qanı olan Hüseyn Kürdoğlu imzası, Hüseyn Kürdoğlu sözüdü. Özünə,sözünə, ailəsinə bələd olduğum, yaradıcılığını sevə-sevə mütaliəetdiyim Hüseyn Kürdoğlu barəsindəhər bir fikir mənim üçün həmişə maraqlı olubdu. İkincisi də, monoqrafiyanın müəllifiprofessor, dəyərli yazıçı-publisist, xüsusilə çox böyük ziyalılamızdan biri olan Qəzənfər Paşayevinimzasıdı. Yəni bu monoqrafiyanın müəllifi olan Qəzənfər müəllimin demək olar ki,əksər kitabları ilə, məqaləri ilə həmsöhbət olmaq imkanı qazanmışam. Və görmüşəm ki, hələ sovet dönəmindəsevə-sevə oxuduğumuz o məşhur «Yeddi il DəcləFəratsahillərində» kitabının müəllifi bu gün dəsözə, ədəbiyyata, Azərbaycan elminə çox böyük ürək sərf edir, bütün varlığıyla sözünxidmətində durur. Deməli, bu iki cəhət də mənə imkan verdi ki, «Hüseyn Kurdoğlununpoetik dünyası» monoqrafiyasını oxuyub başa çıxım. Yenə səmimi etiraf edim ki, monoqrafiyanınön sözündəki bir fikir mənim üçün bu yazıda bir ipucu oldu. Yəni akademik İsa Həbibbəyliyazır ki, «Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor QəzənfərPaşayevin «Hüseyn Kurdoğlunun poetik dünyası» adlı monoqrafiyası bu orijinal şairinhəyat və yaradıcılığının bütün əsas mahiyyət və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdimedən qiymətli elmi əsərdir».

Həqiqətən də mən monoqrafiya ilə tanış olanda bir daha hörmətli akademikimizinfikirləri ilə birmənalı şəkildə razılaşmalı oldum və gördüm ki, Qəzənfər müəllimHüseyn Kürdoğlunun həyatını, yaradıcılığını, şəxsiyyətini və hətta onun ailədə,cəmiyyətdə qazandığı nüfuzu, tutduğu yeri sözü ilə bərabər səviyyədə araşdırıb vəbizim qarşımıza Hüseyn Kürdoğlunu necə var o cür də çıxarıbdı. Şəxsən mən həyatda gördüyüm HüseynKürdoğlunu bu monoqrafiyanın səhifələri arasında da, sözləri içərisində də gördüm.Və mənə bəlli oldu ki, çox hörmətli Qəzənfər müəllim yaxından tanıdığı Hüseyn Kürdoğlununbütün dünyasını sözlə ifadə etmək istəyinə çatıbdı. Həm də müəllifin apardığı paralellər,müqayisələr, eləcə də müəyyən məqamlarda Hüseyn Kürdoğlunun digər söz adamlarının, onunla bir dövrdə yaşamışqələmdaşlarının yaradıcılığına təsirini də diqqətdən qaçırmayıb. Beləliklə, HüseynKürdoğlu poeziyası xalq yaradıcılığından, folklordan qaynaqlanmaqla müasir Azərbaycanpoeziyasının yaxşı nümunələriylə yanaşı addımlamaq haqqını qazandığını bir araşdırmaçıalim kimi sübuta yetiribdi.

Mən Hüseyn Kürdoğlunun bələd olduğum poeziyasında bir oxucu kimi gördüklərimi,duyduqlarımı Qəzənfər müəllimin araşdırmalarında təkrar görüb oxuyanda az-çox oxuculuqqabiliyyətimlə hətta öyündüm də. Çünki Hüseyn Kürdoğlunun Azərbaycan təbiətinə,Azərbaycan coğrafiyasına ünvanlanan, onu vəsf edən kifayət qədər şeirləri var vəonların hər biri şairin vətən sevgisinin birbaşa ifadəsidir. Məsələn, Qəzənfər müəllimində vurğuladığı «Cəbrayıl çırağı» şeirini xüsusi qeyd etmək olar. Həmin şeiri oxuduqcamənə doğma olan yerlər bir kino lenti kimi gözümün önündən gəlib keçdi və Cəbrayıldakıhəmin o hər kəsin diqqətini çəkən, həttaböyük alimimiz, ziyalımız Həsən Əliyevinxüsusi diqqət yetirdiyi Xan çinar məni özkölgəsinə səslədi. Təəssüf ki, indi onun aqibətindən mənim xəbərim yoxdu.

Bu monoqrafiyadakı hər bir fəsildə müəllif araşdırdığı mövzunun əhəmiyyətini,gərəkliyini oxucuya çatdırmaq üçün bir üslubdan da istifadə edibdi. O da Hüseyn Kürdoğlu ilə bağlı yazılmış, onun yaradıcılığınahəsr edilmiş məqalələrin, şeirlərin, ümumiyyətlə, yazı nümunələrinin oxucu diqqətinətəqdim edilməsidi. Bunlar da bir növü professor Qəzənfər Paşayevin fikirlərinə sankiəlavə güc, əlavə işıq qatır. Nəticədə oxucu gözü önündə canlandırdığı Hüseyn Kürdoğlununhər bir misrasının arxasında onun ürəyinin, şəxsiyyətinin dayandığını görür. Biroxucu olaraq mən bu monoqrafiyadan öyrəndim ki, ədəbiyyatımızın ayrı-ayrı təmsilçiləriHüseyn Kürdoğlu yaradıcılığından bəhrələnmiş, onun sözündən bir növü özləri üçünyeni fikir, yeni söz yaratmağa nail ola bilmişdilər. Təbii ki, Hüseyn Kürdoğlu yaradıcılığındakıtəcnislərin, bayatıların, qoşmaların, həttazarafatla yazılmış şeirlərin özünün belə xüsusi çəkisi, sanbalı var. Onagörə də bəstəkarlarımız, müğənnilərimiz dəHüseyn Kürdoğlu yaradıcılığından həm məharətlə, həm də asanlıqla bəhrələnmiş vəonun sözlərini ifa edəndə musiqi ilə söz ruhlarını oxşaya bilmişdi.

Elə buradaca vurğulayım ki, bu monoqrafiya daha çox elmi ictimaiyyət üçünnəzərdə tutulub. Yəni ədəbiyyatla, sözlə yaşayan, onu araşdıran insanların istifadəsinətəqdim edilibdi. Mən sadəcə olaraq, əvvəldə vurğuladığım kimi, həm müəllifin, həmdə onun qəhrəmanının sözlərinə könül verdiyimdən bu monoqrafiyanı bir az da bədiiədəbiyyat nümunəsi kimi mütaliə etdim. Bunun da bir səbəbi Qəzənfər müəllimin HüseynKürdoğludan təqdim etdiyi şeirlər, misralar oldu. Yekun olaraq oxucu kimi gəldiyimqənaət budur ki, gərgin əmək nəticəsində araya-ərsəyə gətirilmiş bu monoqrafiyatəkcə Hüseyn Kürdoğlu ruhuna, yaradıcılığına verilən dəyər, ucaldılan abidə deyil.O həm də Azərbaycan ədəbiyyatına çox sanballı bir töhfədir, çox tutumlu, necə deyərlər,hər zaman əl altında, göz önündə ola biləcək bir elmi mənbədi. Əminəm ki, istənilənoxucu, istənilən araşdırmaçı bu monoqrafiya ilə tanış olanda, kifayət qədər məlumatəldə edə biləcək. Bütün bunların isə bizim oxucu dünyamıza gələn yolunda yaşıl işığınıyandıran hörmətli professorumuz Qəzənfər Paşayevdi. Mən öz növbəmdə bu dəyərli araşdırmaya, monoqrafiyaya görə Qəzənfər müəlliməöz təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu kiçik oxucu məktubu kitabı, monoqrafiyanıbütünlüklə əhatə etməsə də, hər halda mənimürəyimin pıçıltısıdı.


TƏQVİM / ARXİV