adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Tarixə uduzmuş tənqid

KƏNAN HACI
56440 | 2017-01-30 11:55

Sovetlərindönəmində ədəbi tənqid imperiyanın ideoloji silahı idi, cızığından çıxanlar ədəbitənqidin hədəfinə tuş gəlirdisə, onlarınreputasiyası zədələnirdi və onlar "pleyada”dan səssiz-səmirsiz (bəzi hallarda səs-küylə)çıxdaş edilirdi. "Gözü çıxmış qardaşlarından” ibrət götürənlər isə dahaehtiyatlı dolanırdılar. 

Tənqid bir növ, "ədəbiyyat polisi”nə çevrilmişdi, kəsdiyibaşa sorğu-sual yox idi. İdeoloji sapmalar tükü tükdən seçən ədəbiyyat müfəttişləriningözündən yayına bilməzdi. Onlar siyasi sayıqlıqlarını bir an da olsun, itirmədilər!Bu, artıq XIX əsr rus inqilabçı demokratik tənqidindən tamamilə fərqli bir tənqididi, yazıçılar üzərində inzibati cəza növünə çevrilmiş bir tənqid idi. Bu dövrdəartıq Belinski, Gertsen, Dobrolyubov, Çernışevski yox idi. İnqilabın ilk illərindəazad ruhda yetişmiş tənqidçilər (Salman Mümtaz, Bəkir Çobanzadə, Vəli Xuluflu,Əli Nazim və digərləri) 37-ci il repressiyasından sağ çıxmadılar. Bir müddətkeçəcəkdi, Mikayıl Rəfilinin Şərq intibahı haqqındakı ideyaları yasaq ediləcəkdi,Heydər Hüseynov damarlarını kəsərək intihar edəcəkdi.

HeydərHüseynovtarixvə fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycantərcüməməktəbininəsasını qoymuşdu. Nizami Gəncəvi,Füzuli,Abbasquluağa Bakıxanov,Mirzə Kazım bəy,Mirzə Fətəli Axundov,Həsən bəyZərdabihaqqında ciddi tədqiqat işi aparmışdı. Onun "XIX əsrdə Azərbaycan fəlsəfivə ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsəri 1950-ci ildə Stalinmükafatı almışdı.Aldığı yüksək dövlət mükafatı da bu böyük alimi xilas edə bilmədi.Təkcə Azərbaycanda deyil, bütün SSRİ-də eyni proseslər gedirdi. Məhz bu total nəzarətinnəticəsiydi ki, sayı-hesabı bilinməyən kolxoz-sovxoz romanları yağışdan sonrakıgöbələklər kimi artıb-çoxaldı. Yazıçını "həyatı öyrənmək” üçün istehsalatayollamaq kimi əcaib məzhəkə yalnız sovet məkanında baş verə bilərdi. Nəhəng birmakulatura yaranmışdı, rəflərdə, anbarlarda toz basan bu kitablar nə üçün,kimin üçün yazılmışdı?! Ədəbi tənqidin bu "bezdarnik”lərlə işi olmazdı, ədəbi tənqidhakim partiyanın ədəbiyyatımız qarşısında qoyduğu vəzifələri yazıçılaraxatırlatmaqla məşğul idi,partiyanın ədəbiyyatüzərində nəzarətini təmin edən ideoloji bir rıçaq idi. İstehsalat ədəbiyyatında hər şey var idi,insandan başqa. Ədəbiyyat da bir növ, istehsalat müəssisəsinə, fabrikə, zavodaçevrilmişdi, haqq-hesab çəkilirdi; kim nə qədər məhsul verib...

Sovetepoxasında, bir-iki əsəri çıxmaq şərtilə (məsələn, M. Bulqakovun "Master vəMarqarita”sı, B. Pasternakın "Doktor Jivaqo”su) heç bir ezoterik, dekonstruktiv,intertekstual mətnlər yaranmadı.YevgeniZamyatin dünyaca məşhur "Biz” antiutopik romanını yazdı, əsərdə totalitarrejimin qurbanı olan insanların faciəsi qələmə alınmışdı. Təbii ki, romanqadağan olundu və yazıçı sovetlər ölkəsindən mühacirət etmək məcburiyyətindəqaldı. Bulqakov sovet hakimiyyətinin təzyiqlərinə tab gətirməmişdi, əsərinilkin variantını yandırmışdı. Amma onun romanda peyğəmbərcəsinə yazdığı fikirçox sonra özünü doğrultdu: Əlyazmaları yanmır. Nə yaxşı ki, yanmır, əks halda biznə qədər yüksək sənətkarlıqla yazılmış ədəbi mətnlərdən xəbərsiz qalardıq.Sovettənqidi onları ideologiyanın düşməni elan etmişdi. Mayasına sosialimz realizmivirusu yeridilmiş qısır bir ədəbiyyat mövcud idi.

Bu gün sovetimperiyasını anlamaq üçün siyasi dərslikləri bir kənara atıb Bulqakovun,Zamyatinin, Pasternakın, Soljenitsının əsərlərini vərəqləmək lazım gəlir. Sovetədəbi tənqidi isə sadəcə, rəzalət nümunələri ilə zəngindir. Azərbaycanda dakonyuktur ədəbi tənqid formalaşmışdı, seçilmiş insanların mifini məhz bu ədəbitənqid yaradırdı, cızığından çıxanlara da ölüm hökmünü onlar kəsirdi.

"Xruşşovmülayimləşməsi”ndən sonra isə Azərbaycan ədəbiyyatında da iqlim dəyişməsimüşahidə olundu. Ədəbiyyat konyukturaçılıqdan, süni, qurama obrazlardan, inkubatorkimi artıb çoxalan istehsalat romanlarındanxilas oldu. İsa Hüseynov fenomeni həmin dövrdə meydana çıxdı. Onunpovestləri ilə nəyayət ki, ədəbiyyata insan obrazı gəldi, İsa Hüseynovun "Doğmavə yad adamlar”ı, "KolluKoxa”sı, "Şəppəli”si, "Saz”ı o kəsif, boğucu havanı təmizlədi.Tənqid isə bu əsərlərə obyektiv qiymət vermək cəsarətində deyildi. Sovet dövrü ədəbitənqidi azad sözün qarşısında Berlin divarı kimi ucalırdı. Sovet ədəbi tənqidihətta ölüm ayağında da öz səhvlərini etiraf etmək istəmirdi. İmperiyadağılandan sonra tənqid sanki birdən-birə gərəksizliyini anladı, bu ideolojisilaha daha ehtiyac qalmamışdı. Tənqidçilər dağılmış bir zavodun qapısındadayanmış qarovulçuya bənzəyirdilər. Bir qədər kobud müqayisə olsa da, bundanuğurlu bənzətmə tapa bilmədim. Çökmüş ideologiyanın keşiyində dayanmağa ehtiyacqalmamışdı artıq. Çox istedadların başını yeyən əliqılınclı tənqidçilər dəstəsininçıxardığı hökmlər yox, yeni ədəbiyyatı yaradan imzalar və onların əsərləriqaldı. Tarix onları bu cür cəzalandırdı. Hər halda bu gün o tənqidçilərinyazdıqları yox, "Tütək səsi”, "Kollu Koxa” oxunur.

Bu günlərdədəyərli qələm adamı Mehman Qaraxanoğlunun bir yazısını oxudum. Həmin yazıda birməqam diqqətimi çəkdi. Müəllif yazır: "Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinəuduzub”. Mehman bəy əslində ədəbi tənqidin ən böyük probleminə toxunub. Azərbaycantənqidi Kamal Abdulla mətnlərinə ona görə uduzur ki, o hələ də sovet tənqidi təfəkküründənxilas ola bilməyib. Tənqid sanki dəyərli ədəbi mətnlərin ağırlığı altında qalıbəzilir. Xatırlayırsınızsa, hələ 1997-ci ildə Azərbaycan yazıçılarınınqurultayında ədəbi tənqid haqqında məruzə edən Kamal Abdulla bu çıxışını busözlərlə tamamlamışdı: "Tənqid yavaş-yavaş ədəbiyyatda öz funкsiyasını yerinəyetirib meydanı tərк etməкdədir. Arzum budur кi, gələcəк qurultaylarda tənqidüzrə ayrıca məruzə bir daha səslənməsin. Bu məruzə sonuncu olsun”.

Müasirdövrümüzün yazarlarının əksəriyyəti ədəbi tənqiddən narazı görünürlər. Onlarınyazılarında, verdiyi müsahibələrdə bu məqam qabarıq görünür. Belə demək olar:yazıçılar tənqidi qəbul etmir, onunla hesablaşmır. Çox təəssüf ki, bəzən bədiimətnlərə əsasən sovet dövründən qalma meyarlarla yanaşır, çürük tezislərləyanaşırlar. Bəzən də yanlış olaraq deyilir ki, tənqid oxucu üçündür. Xeyir,oxucu üçün olan bədii mətndir, tənqid professional sahədir və məhz yazıçılarüçündür. Oxucu şeiri, romanı oxuyub ondan estetik zövq alır, ideyanı əxz edir,tənqidçi isə bədii mətnin qüsurlarını, onun hansı izmə aid olduğunu,strukturunu və özəlliklərini və s. müəyyən edir. Belə də formulə etmək olar: tənqidsənət üçündür. Günümüzün mənzərəsi budur ki, tənqid tədricən funksionallığınıitirir. Yazıçıların əksəriyyəti maraqlı ədəbi araşdırmalar yazırlar. Qismətin,Qan Turalının, Şərif Ağaların, Ülvi Babasoyun, Cəlil Cavanşirin dəyərli ədəbiaraşdırmalarını oxumuşam ki, ədəbi prosesə tənqiddən daha çox təsir göstərir, ədəbiprosesin canlı qalmasını təmin edir.

Zatən, ölkədəbarmaqla sayılası tənqidçimiz var. Vaqif Yusifli, Cavanşir Yusifli, ƏsədCahangir, Elnarə Akimova, İradə Musayeva, Tehran Əlişanoğlu... Söhbət ardıcılolaraq ədəbi tənqidlə məşğul olan tənqidçilərdən gedir.

Dünya ədəbiyyatındaböyük yazıçıların həm də esseistika, araşdırma ilə ardıcıl məşğul olduğunugörürük. Məsələn, çex yazıçısı Milan Kunderanın "Roman sənəti”, Amerikayazıçısı Stiven Kinqin "Yazı sənəti”, türk yazıçısı Orxan Pamukun "Saf vədüşüncəli romançı”, İtaliya yazıçısı Umberto Ekonun "Gənc romançınınetirafları”, fransız yazıçısı Mişel Byutorun "Roman haqqında esselər” kitablarıbütün dünyada oxunur və yazı sənətilə məşğul olanlar üçün dərs vəsaiti kimiistifadə olunur. Stiven Kinqin, Orxan Pamukun və Umberto Ekonun adlarını çəkdiyiməsərləri bizim dilə tərcümə olunub. Təbii ki, bu əsərlər kütləvi oxucu üçündeyil, amma yazıçılığı tərcih etmiş gənclər üçün əvəzsiz bir mənbədir, onlarınmütləq oxumalı olduğu kitablardır. Türklər "deneme”, "eleştiri” deyirlər. Busahənin Türkiyədə tanınmış simalarından biri Semih Gümüşdür ki, onun "Yazarınyalnızlıq bürcü”, "Roman kitabı” kitabları bədii mətnin peşəkar təhlilibaxımından, dünya romançılığının bu gün hansı dəyərləri təqib etdiyini öyrənməkbaxımından əvəzsizdir. Adlarını sadaladığım kitabların hamısı mənimkitabxanamda var və zaman-zaman oxuyub faydalanmağa çalışıram. Əsla və əsla ədəbitənqidlə məşğul olmaq fikrində deyiləm. Hərçənd ki, bir neçə dəfə məni tənqidçikimi də təqdim ediblər. Mən zamanım olduqca ədəbi araşdırma yazıları yazıram vəbundan da sonsuz zövq alıram.

Dünya dəyişdiyikimi, hər dövrün öz tələbi olduğu kimi tənqidin meyarları, yanaşma prinsipləri,parametrləri də dəyişir. Biz niyə dəyişməyək?


TƏQVİM / ARXİV