adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NEKROLOQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58990 | 2017-01-27 17:10

Özümdən özümə

Yenə hava çöndü, yenəqış özünü xatırlatdı bizə. Bir neçə gün idi ki, yanvar ayı olmasına baxmayaraq,bir az nəfəsimiz genəlmişdi. Gündüz saatlarında elə gün işığına güvənib bir azqaza, enerjiyə ehtiyat eləmişdik, yəni qənaətə keçmişdik. Doğrudur, hökumətimiz də bizə qənaəti öyrədir, elə bil təbiətləsövdələşibdi. Ona görə bütün sövdələşmələrgec-tez çat verir. Elə təbiətlə hökumətin də sövdələşməsi uzunçəkmədi. Bir neçə günə etdiyimiz qənaətartıq «buxarlanıb». Yenə mayadan xərcləyirik. Nə isə…

Deməli, mən bu girişisözgəlişi yazmadım. Bunu yazmaqda məqsədim var. Məqsəd də sizlərə həmişəçatdırmağa çalışdığım iç dünyamdakı, ətrafımdakı gerçəkliklərdir. Necə deyərlər,yaşadıqlarımı və yaşamaq arzusunda olduqlarımı qələmə almaqdı. Axı, hər biryazı nə vaxtsa günün, saatın, tarixin hansısa bir anında mütləq nəyəsə yarayacaq, kiminsə diqqətini çəkəcək. Deməli, bu gün oxunmayanyazı, söz sabah, yəni öz zamanında oxucusunu tapacaqdır. Mən şəxsən bu ümiddəyəm,bu inamdayam. Ona görə yazdığım sözün alt qatına enməyə çalışıram. İstəyirəmki, söz məndən yuxarıda dayansın, məndən öndə getsin. Doğrudur, sözün birdamarı səsdi. Səs də ki, onsuz da sürətlidi. Amma indi o qədər radarlarquraşdırılır ki, səs də o radarları aşıb keçə bilmir. Ona görə də həyatın görünənvə görünməyən söz varlığını, söz maddiyyatını təkcə cilalamaq yox, həm də onun bütün hüceyrələriniqorumaq, yaşatmaq, boya-başa çatdırmaq lazımdır. Təsadüfi deyil ki,ağsaqqallar, ağbirçəklər ağıllı söz deyənə «söz qədər ömrün olsun» duasını hədiyyəedirlər. Mən də oxucularıma söz ömrüarzu edirəm. Və elə buradaca onu da vurğulayım ki, həqiqətən diqqətlərindən,qayğılarından, reaksiyalarından razı qaldığım yetərincə oxucularım var. Və…

Bəli, indi verilənproqnozlara görə həftə sonu, eləcə də ayın sonuna qədər hava kəskin dəyişəcək,temperatur əvvəlki günlərdəkindən 5-7 dərəcə aşağı düşəcək. Mən ekrandaneşitdiyim bu məlumatı təbəssümlə qarşıladım. Hiss etdim ki, bu təbəssüm ətrafdakılarınürəyincə olmadı. Öz-özümə guya onların könlünü almaq üçün dedim:

- İslanmışın yağışdan nəqorxusu…

Sözüm də deyəsən yerinədüşmədi. Çünki qarşı tərəfdən başqa bir atalar sözü gəldi:

- Əri döymüşü it dətutdu bir yandan…

Bəli, mən dilə gətirdiyimmüdrik kəlamı öz həyatımla, öz yaşamımla bağladım. Demək istədim ki, yaşadığımev problemi, köç problemi məni elə sıxıb, elə üşüdüb ki, havanın temperaturununaşağı düşməsinin o qədər də önəmli olduğunu hissetmirəm. Amma bunun ardınca eşitdiyim digər kəlam isə bütövlükdə günümə, yaşamıma çox sərt və çılpaq bir qiymətidi. Yəni evsiz qalmaq, özü də qışın bu şaxtasında köç etmək həmin o yaşamıdaha da ağırlaşdırmaq, daha da dözülməz etməkdir. Özü də təkcə mənim şəxsimdəyox, həm də ailə üzvlərimin, xüsusilə əl boyda nəvələrimin simasında…

Hə, elə özümün də özüməyazdığım, diqtə etdiyim fikirlərə görə, bir növü ürəyim ağrıdı, yazığım gəldi.Çarəsizliyin, ümidsizliyin nə demək olduğunu sanki bir daha anladım… sanki kimsəmənə pıçıldadı ki, gerçəkdən, reallıqdan qaçmaq mümkün deyil. Kim olursan ol,qarşına çıxan sual səni mütləq tapa bilmədiyin cavabın axtarışına məcbur edəcək.Sən isə Allahdan başqa kimsən olmadığını onda bir daha hiss edəcəksən. Necə deyərlər,bu bir gerçək!.. Gerçəyin özü isə mənə bu misraları, yəni sənə yazdığım şeirixatırlatdı. İndi onu pıçıldayıram.

Sən «ol!»- dedin, Yaradan

«Ol!» başlayırharadan?!

Qaldır məni aradan-

Sıxıntılar azalsın…


Deyim bir az yumorla

Ürəyimi tumarla…

Dərdlərimi hamarla-

Çıxıntılar azalsın…


«Ol!» qələmin bu qədər

Sərt yazıb mənə qədər….

Barı indi qəm, kədər-

Sıxıntılar azalsın…

***

Yanvar ayı sonayaxınlaşdıqca özü ilə birlikdə mənə yük etdiyi sualdan da təzyiqini bir az da artırır. Necə deyərlər, torpağa bir az da yaxınlaşıram. Və bu yaxınlaşma eləbir not üzərində gedir ki, onu özündən başqa kimsə hiss etmir. Və mən bu məqamda sevinirəm. Çünki dərdiniçəkdiklərimi kiməsə yük etmək, kiminləsə bölüşmək indiki durumda, daha doğrusu, indiki iqtisadi müstəvidəo qədər də xoş olan hadisə deyil. Əksinə, qarşı tərəfin qıcığını artırır. Bu isəqəlbə toxunmaq, əsəbləri qaşımaq anlamına gətirib çıxarır. Nəticədə itirmək qaçılmaz olur. Deməli, itirdiklərininağrısı da, lap elə təkbaşına çəkmək istəmədiyinin çəkisini bir az da artırır…

İllər uzunu xəyalqurmaq, gecə ulduzla, ayla söhbət edib gözünü tavana sancaqlamaq nə qədər şirinvə xoş olsa da, onun sonu uçuruma gedib düşəndə, uğursuzluqla, ümidsizliklə, həttabəzən faciə ilə nəticələnəndə insan, təbii ki, söhbət normal insandan gedir,havalanıb dəli olmaq dərəcəsinə çatır. Çünkitündlük o qədər kəskin olur ki, qabını da çatladır. Bax, mən də qurduğumxəyalların, saydığım ulduzların sabun köpüyü kimi necə əridiyini duya-duya,hiss edə-edə, hətta bu «əriməni» yaşaya-yaşaya haralara gəlib çıxdığımıanlamağa, dərk etməyə çalışıram. Amma inanın ki, durum o qədər kritik, o qədər çözümsüzdürki, bir Allah bəndəsi kimi az qala hamıya, hər kəsə asi olmağım gəlir. Kimsə məniqınaya bilər. Hətta kimlərinsə ittiham etmək haqqı da mümkün haldı. Ancaq gerçəkodur ki, dərdi dərd çəkənə verən böyük Allah öz böyüklüyünü çəkilən dərdinağırlığına tablaşmayan çiyinlər üçün bir anlıq da olsa kölgə etməlidi. Elə birkölgə ki, diz bükülsə də sınmasın. Özü də o dizsahibinə görə yox, o sahibin əlindən, ətəyindən tutanlar üçün qorunsun. Əkshalda, bu gün bükülmək üzrə olan yetərincə diz var. Mən də o diz sahiblərindənbiriyəm…

Hərdən həyatımınevli-eşikli günlərinin səhifələrini vərəqləyirəm.Yadıma bir şair misrası düşür. Səhvetmirəmsə belədir:

NƏ QƏDƏR XOŞBƏXT İDİKBİR ZAMAN ALLAH!!!

Doğrudan da bəzən xoşbəxtlik,bəzən xoş məqam, xoş an insanın yanından eləsakitcə ötüb gedir ki, onu hiss etmir, onu görmür, eləcə onu arzulayır. Arzu isə bildiyiniz kimi sözün bütün mənalarında eləARZU-du! Onun çin olması Allah möcüzəsidi,əgər olsa!

Bəli, mən bir vaxtlar yaşadığım bütün həyatıma, bütün taleyimə hakim kəsilən həmin o xoşbəxt olduğum günlər üçünyaman darıxıram. O günlər Dağlıq Qarabağda - Tuğ kəndində qaldı! O günlər indidə Motodromda qalmaqdadır! Birinciniişğal, ikincini isə…

Yəqin ki, ikincini təkraretməyə, ya da xüsusi vurğulamağa ehtiyac yoxdu. Çünki bu da görünən kəndə bələdçiaxtarmaq kimi bir şeydi. Axı, görünən üçün axtarış sorağına düşmək ən azındangülüş doğura bilər. Mən onsuz da gülüşün və gülənlərin nə demək istədiyiniyaşayıram. Amma bir gerçək də var. O gerçəyin də hökmünü Allah verir və həminhökmdən çıxış edən ağsaqqallar da deyir ki, daha doğrusu, müdriklər vurğulayırki, sonuncu gülən qalibdi! Deməli, hardaolmağından asılı olmayaraq, sonuncu gülənin qalib olacağına kaş ki, ümid ölməsin.Bax, dediyim son elə həmin o ümidin ölməsidi. Bunun misralarla ifadəsi isə mənimtəbirimcə desək bax belə olar:

Mən

özümdən-özümə

ndir atmış

alpinist…

çəngəl

ürəyimə ilişib

hətta

kəndirdəki

həlqələr də

yerini dəyişib…

amma

ən maraqlısı budur ki,

ürəyimdə

iki alpinist

görüşüb

sən də

kəndir atıbsanmış…

***

Adamlar bəzən özlərindənnağıl uydururlar. Mən onları başa düşürəm. Bunun özü də bir ümiddi – həm dünənləbağlı, həm də sabahla. Doğrudu, indi nağıla inananlar, nağıl dinləyənlərazalıb. Lakin bütün hallarda nağıla ehtiyac var. Ən azından ona görə ki, onağıllar sonda xoş məramla, xoş istəklə, necə deyərlər, haqqın qələbəsi iləbaşa çatır və göydən də üç alma düşür…

Kimsə gülümsəyə bilər.Bu, onun haqqıdı. Bilirəm nədən gülümsəyəcəklər. Deyəcəklər ki, daha göy üzündə alma qalmayıb. Ümumiyyətlə, indi alma damonopoliyadı. Bazara, meyvə-tərəvəz dükanlarına baxın, onda dediyiməinanacaqsınız. Görəcəksiniz ki, dünyada, eləcə də gözəlim Azərbaycanda hər şeyin sahibi var. Eləalmanın da! Nə isə… bu başqa bir mövzudu.

Doğrudan da yaşam çətinləşdikcə,həyatın sınaqlarının sayı və keyfiyyətiartdıqca insanın səbri də tükənir, əsəbləridə gərilir. Mən öz timsalımda,öz nümunəmdə bunları yaşayıram, görürəm və hər gün dəbunun içərisindəyəm. Deməli, yaşadığımı, gördüyümü, hiss etdiyimi kağıza köçürəndədə həmin o məqamlar mənim üçün təzələnir.Sanki soyunmaq istədiyin köynəyi yenidən geyinirsən. Bax, mənimyaşamımda, canımda, içimdə, ruhumdadaşıdıqlarım da elə bu qəbildəndi.Unutmaq, yaddaşdan, həyatımdan silmək istədiklərim bəzən elə sürətlə önə keçirki, yaddaşımda, həyatımda təzələnir ki, heç nə deyə bilmirəm, heç nə edə bilmirəm.Düşünməyin ki, bu acizlikdir. Yox! Bu sadəcə həyatın ən insafsız, ən amansız qərarıvə hökmüdü.

Hə, indi mən o yanımdansəssiz ötüb keçmiş anların, xoşbəxt günlərindalınca baxa-baxa heç kimə həsədaparmadan öz-özümə pıçıldayıram:

Gözüm gözündə yatmırsa

Mənə nazını satmırsa…

Gəlib səsin dəçatmırsa-

Uzaqsan, uzaqsan, uzaq…


Saçın üzünə dəymirsə

Ruhun ruhunu geymirsə…

Əlin qapımı döymürsə-

Uzaqsan, uzaqsan, uzaq…


Yuxun ərşə çəkilmirsə

Gözündə dan sökülmürsə…

Balışa yaş tökülmürsə-

Uzaqsan, uzaqsan, uzaq…

Hə, mən yazdığım buyazının ruhunu Tanrıya, cismini isə həyatımı sıxıntıya, acılara pərçim edənlərəbağışlayıram. Necə deyərlər, bu özümün özümə nekroloqum və yaxud dabaşsağlımıdı. Necə istəyərsiniz, o cür də qəbul edin…


TƏQVİM / ARXİV