adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KİTABA ÇEVRİLMİŞ ANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
194127 | 2017-01-26 16:33

Və yaxud birömrün memuarı

Oxuyub başaçıxdığım bu kitab haqqında yazı yazmaq qərarını verənə qədər çox fikirləşdim. Təkcəona görə yox ki, nə yazacağımı, necə yazacağımı götür-qoy edirdim. Xeyr, sadəcə,oxuduğum kitab məni çəkib aparmışdı 70-ci illərə. Və o kitabda gördüyüm portret cizgilər... üstəlik,həyat lövhələri məni elə bürümüşdü ki, bir növü mən yenidən o illəri yaşadım...yenidən o günlərin, hadisələrin içərisinə qayıtdım... yenidən orta məktəbşagirdi, tələbə, məzun oldum... və yenidən bu kitabın müəllifi ilə ilk dəfə olduğu kimi qarşılaşdım. Bax, bu səbəbdən də bir həftədən artıqdı ki,oxuyub başa çıxdığım kitabdan nə ayrıla bilirəm, nə də yazacaqlarımı içdünyamda o qədər cızma-qara şəklində işarələyirəm ki, bu işarələr də məni birdaha o zaman kəsiyinə çəkib aparır. Çünki həmin işarələrin hər biri ömrümünanlarıdı... Və nəhayət...

Hə, ilk ondanbaşlayım ki, oxuduğum kitabın müəllifi Mobil İsmayılovdu. Mobil İsmayılovuoxucular da tanıyır, ictimaiyyətdə, hətta da ölkənin yuxarı elit təbəqəsi də.Oxucular kitablarından, yazılarından onun kimliyi ilə tanışdılar, ictimaiyyətonun çalışdığı bölgələrdə, el adamı olmasından, yuxarı elit təbəqə isə tutduğuvəzifədən tanıyır Mobil İsmayılovu. Üstəlik onun soykökünü da onlar unutmayıblar.Mənim oxuduğum kitab "Altmış ilin hesabatı" adlanır. Açığını deyimki, kitabın adı mənə o qədər soyuq gəldi ki, bir növü məruzə, rəsmi tədbir,kiminsə qarşısında yaxanı düymələyib, özünü "qurudub" çıxış etməkkimi hallar yaşadım bir anda. Və bu adın məndə oyatdığı assosiasiyayla kitabınilk vərəqlərini könülsüz oxumağa başladım. Və onu da deyim ki, kitabın ilk vərəqləri redaktorun bir növü ön sözüdü. Ancaq müəllifinoxuculara ünvanladığı yarım səhifəlik müraciətdən sonra əhvalım yavaş-yavaş dəyişməyəbaşladı. Və mən hiss etdim ki, Mobil İsmayılov bu kitabla 60 illik ömrünün deməkolar ki, bütün günlərini, aylarını, illərini əhatə edə biləcək bir kinolent səviyyəlicəlbedici, düşündürücü görüntü yaradıb. Əslində bu görüntü həm də ssenaridi -ömrün ssenarisi! Məhz bu ssenari ilə tanış olanda, elə buradaca xatırladım ki,mən təkcə tamaşaçı, seyrçi olmadım, həm də iştirakçıya çevrildim. Axı, o zamanımən də yaşamışam. Aramızda çox kiçik yaş fərqi olmasına baxmayaraq, Mobil müəlliminqeydə aldığı detalların ailə və şəxsi nüanslarından başqa qalan mənzərələrini,məqamlarını mən də öz canımda, qanımda hiss etmişəm. Əvvəldə vurğuladığım kimi,məhz bu səbəbdən kitabdan ayrıla bilmirdim.

Oxucularaxatırladım ki, müəllif kitabında dünyanın tanınmış filosoflarının, sözadamlarının, eləcə də Azərbaycanın çox ünlüşair və yazıçılarının fikirlərinin toxunduğu məsələ ilə bağlı elə əlaqələndiribki, həmin fikir havada qalmayıb, yerinə düşübdü. Mən bunu müəllifin peşəsiylə,yəni onun hüquqşünas-prokuror peşəsi ilə bağlayıram. Çünki o, işində nümayişetdirdiyi və həmkarlarının da qəbul etdiyi dəqiqliyi bu kitabında da mübaliğəsizbir şəkildə sərgiləməyi bacarıb. Kitab fəsillərdən, əslində isə mənə görə ömrünanlarından ibarətdir. Hər bir başlıq altında həmin zaman kəsiyi, ömrün həminanı yazıya çevrilib, kağıza köçürülüb. Üstəlik, bu zəncirvari düzüm müəllifinuşaqlığından başlayır. Onun etiraf etdiyi dəcəlliyindən, bir uşaq həssaslığı,marağı ilə şəkil çəkməyə, şahmat oynamağa, top qovmağa, ağaca dırmanmağa, birsözlə, əksər kənd uşaqlarının içində olan o boy artımı göstəricisinə uyğun birgerçəklikdir. Şəxsən mən Mobil İsmayılovun öz uşaqlığı ilə bağlı yazdığı detalları oxuyanda bizim uşaqlığımızın bircəfərqini hiss etdim. O, fotoaparat almaq, şəkil çəkmək azarkeşi olub, mən isəçoxlu kitablar almaq, yazılar yazmaq, daha doğrusu, cızma-qara etmək azarkeşi.Üstəlik, ata ilə, özü də Azərbaycanın ictimai tarixində öz yeri olan Vahidİsmayılov kimi bir ata ilə dost olmaq oğulun, yəni Mobil müəllimin həyatda qəddini düz tutmaq, addımını qətiyyətliatmaq, məntiqini sərrast bir şəkildə ortaya qoymaq imkanı verib. Təsəvvür edinki, Zəngilanın, Ağcabədinin, Beyləqanın ən böyük rəhbər vəzifəsini, yəniPartiya Komitəsinin birinci katibi vəzifəsini icra etmək, çalışdığın bölgədə dəsevilmək Vahid İsmayılovun həyatda da ən böyük qazancı olub. Bu günün özündə dəşəxsən mən Beyləqanda, Ağcabədidə onun barəsində həmin dövrün insanlarının söylədiyixoş xatirələrin kifayət qədər dinləyicisi olmuşam. Deməli, rəhmətlik Vahid müəllimsanki oğlu Mobillə dostluq edəndə təkcə ata kimi yox, həm də dövlət adamı kimionu sabahın çətinliklərinə hazırlayıb. Sanki o hiss edib ki, öndə Mobili hansısuallar, hansı problemlər, hansı rəngarəng sifətlər qarşılayacaq. Elə kitabdada yazıldığı kimi Vahid İsmayılovun sağlığında onun özünün, ailəsinin, eləcə dəMobilin az qala kölgəsinə çevrilənlər Vahid İsmayılovdan sonra Mobillə üz-üzə gələndəyollarını dəyişdilər. Bax, elə bu yerdə müəllifin bir cümləsini sizə dəxatırlatmaq istəyirəm. "Həyat yoluma nəzər salan da keçmişimlə bağlı hərzaman qürur duyuram... Allah dərgahında bağışlanmayacaq böyük günahlarımınolmayacağına əminəm...". Və yaxud "Taleyin zərbələrini də çox görmüşəm,fəlakətlər təkcə təbiətdə olmur...".

Bax, zənnimcə,bir yazı adamının, özü də hüquqşünas olan yazı adamının bu məntiqi istənilən oxucunu mütləq təsiri altınasalacaqdı. Elə o təsirin altında mən Mobil İsmayılovun kitabını "Altmışilin hesabatı" adlandırılmasına müəyyən qədər haqq qazandırdım. Mən özüm dəetiraf edim ki, kitabı başa çıxanda gördüm ki, müəllif həm də özü-özünə hesabatverib. Adətən insan gecələr yatağa uzananda əllərini başının altına qoyubgözünü tavana zilləyir. Sanki günə yekun vurur. Bax, mən də öz içimdə belə birhiss yaşadım. Yəni duydum ki, bu kitab, daha doğrusu, kitabdakı bütün məqamlarməhz müəllifin gecələr göy üzü ilə, Tanrıyla üzbəüz söhbətlərinin yekun yazılıvariantıdır...

Bəli, kitabda 52yaşlı atanı, 54 yaşlı ananı itirmək, atanın faciəsinin ananın qurumayan gözyaşlarına çevrilməsini görmək, eləcə də atadan sonra anaya atalı günlərdə yaşadıqlarını azacıq daolsa bağışlamaq, qaytarmaq istəyi və nəhayət,özünü, kimliyini, əqidəni təsdiqləyib qorumaq üçün sağlamlığını əsirgəməmək...aldığın haqsız zərbələrə dözmək... bütün bunlar dediyim ssenarinin yaşanmış,ömürləşmiş, xatirəyə çevrilmiş və kitab şəklində oxucu qarşısına gəlmişbütövlüyüdü, gerçəkliyi, tarixiliyidi və nəhayət etirafı, hesabatıdı.

Mən kitabıoxuyanda adətimə uyğun olaraq təsirləndiyi nöqtələri təkrar qayıdıb oxumaq üçünsəhifələrin arasına ağ vərəqlər qoyuram. İnanın ki, bu kitabın arasında sayınıunutduğum qədər vərəqlər var idi. Üstəlik,ömrün fotoanları da məndə nostalji duyğularımı bir növü"Segah" üstündə kökləmişdi. İçimdə həm kədər, həm də qürurlu sevinchissi üz-üzə dayanmışdı. Mən bu kitabı Mobil İsmayılovun hesabatı kimi oxusamda, onu özlüyümdə həm də xatirə dəftəri, yaxudmemuar kimi də qəbul edirəm. Lap son qərarım isə budur ki, bu, Mobilİsmayılovun 60 illik ömrünün memuarıdı, özü də yaşanmış memuarı.



TƏQVİM / ARXİV