adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BİTMƏYƏN AĞRI

ƏBÜLFƏT MƏDƏTOĞLU
180718 | 2017-01-19 18:56

Bu da bir alınyazısıdı

Həyat insanı hərşeyə öyrəşdirir, alışdırır.Bəzən vərdiş də etdirir. Mən buna normal baxıram. Amma adətkarda olmaqqorxuludu. Kim adətkarda olursa, onun sonunun haralara gedib çıxdığını demək oqədər də çətin deyil. Bundan əlavə,biz ağrılara, faciələrə alışmışıq. 1988-ci ilin fevralından torpaq itkisini də,şəhid qanını da, yurd-yuva həsrətini də bir gözümüz ağlayıb, bir gözümüzləovutmuşuq. Və beləcə, həyat bizi "təki Vətən yaşasın!" inamına kökləyib...Və beləcə, biz həm də kökləndiyimiz inamın bir növü yolçusu olmuşuq, gedirik oyolla...

Bəli, mən də buhəyatın həmin o dediyim zaman kəsiyinin içərisindəyəm. O hadisələrin şahidi,iştirakçısıyam. Deməli, Vətənin yaşaması üçün sırada öz yerimi tutmuşam və buyerdən çəkinəsi deyiləm. Lakin özümünözümə, daha dəqiq desəm, özümüzdə olanların özümə münasibəti, təzyiqi,laqeydliyi və daha nələri mənim çiyinlərimdən daş kimi asılır, ürəyimi döyəcləyir,inancıma xələl gətirir. Başa düşə bilmirəm ki, bütün bunlar nə üçündü? Kimə vənəyə lazımdı? Axı, biz hamımız vətənsizlik dərdinin içərisindəyik. Vətənsizlikdeyəndə işğal olunmuş torpaqlarımızı, eləcə də tarixi baxımdan Dərbəndi,Borçalını, Göyçəni, Təbrizi də nəzərdə tuturam, bax, bu boyda ərazi indi birovuc içi həcmində olsa da, dərdimiz əvvəlki ölçüdə, əvvəlki çəkidə qalır. Vəbiz də hamılıqla o dərdi çəkməyə məhkumuq. Hələ üstəlik o dərdi çəkmək bizim vətəndaşlıqborcumuzdu, şərəf borcumuzda. Onda nədən bir-birmizə buynuz göstəririk, gözağardırıq, badalaq gəlirik. Həmçinin bir-birimizin haqqını tapdalayırıq,bir-birimizə problem yaradırıq?..

Mən bütünbunları son yazılarımda təkrar-təkrar vurğulamışam. Səbəbini açmağa, ipucutapmağa çalışmışam. Lakin heç nə alınmadı. Ona görə ki, bizim bir-birimizə güvəncimizinəfsimiz, fərdi istəklərimiz həmişə kölgəyə salıb, üstünü örtüb. Sonda isə okölgədə qalan ya məhv olub, ya da elə bir duruma düşübdü ki, yaşadığı hissolunmayıb. Günahkar isə, heç nə olmamış kimi əməllərini davam etdiribdi. Ən yaxşı halda bir soyuq təbəssümləpıçıldayıb:

- Mən özprinsiplərimə sadiqəm və mənim prinsipim də hər kəsə qalib gəlməkdi!

Amma heç kimsoruşmayıb ki, sənin prinsiplərin qaydasız döyüşləri xatırladır, arxadanvurulan zərbəni xatırladır, namərdliyi büruzə verir. Belə olan halda hansı qələbədəndanışmaq olar?

Hə, bütün buzaman kəsiyi ərzində mənim gəldiyim bir qənaət var. Bu da ondan ibarətdir ki, həmino dediyimi həyatın zaman kəsiyinin içərisində arxadan vurulasan. Bax ondayaşamaq təkcə zülm olmur, həm də mənim üçün dəhşətli dərəcədə mənasız olur.Çünki qarşını kəsənlər, əlindən, kürəyindən vuranlar, badalaq gələnlər səni zəliledir və sən də sadəcə mövcud olursan. Heç nəyə təsir edə bilməyən bir zəlil...Bax, onda öz-özünə düşünürsən, bu yaşamaqdımı? Əgər bu yaşamaqdısa, kimə gərəkdi?Zənnimcə, normal düşüncəli bir kimsə bu yaşamı qəbul etməz. Doğrudur, can daşirindi, həyat da. Heç kim ölmək, dünyadan köçüb getmək istəmir. Amma köçübgetmək istəmədiyin həyatda yaşam haqqından uzaq düşürsənsə, səni dediyim oduruma atırlarsa, bununla susub barışmaq və guya yaşamaq heç arzuedilən bir haldeyil. Ona görə də:


Yorur məni

günlərin

rəngi,

ölçüsü,

səsi...

mən dəyişəbilmirəm

bir-birinin

oxşarı,

təkrarıolan

buqəfəsi...

otururam,

dururam

oturubdurduğum hətta

yeribelə yoruram...

ammaneyləyim ki,

buoxşar günlərin

dəyirmanında

üyünməkdəndaha çox

yarmakimi

havayasovruluram!..


İndi öz-özümə fikirləşirəm. Görəsən mən dərdlərə vərdişetmişəm, yoxsa adət? Və yaxuld görəsənmən dərdlərsiz yaşaya bilərəmmi? İnanın ki, bu sualların cavablarını düşünübtapmaq o qədər çətin və acımasızdır ki, onu dilə gətirməyə qorxuram. Bilirsinizniyə? İlk öncə ona görə ki, mən dərdə nə adət etmişəm, nə də vərdiş. Dərd mənimləbirlikdə doğulub. Mənim alın yazımdı, mənim qanımda, canımdadı. Və deməli, bu həmdə ikinci sualın cavabıdı. Qanımda-canımda olandan necə ayrı yaşaya bilərəm? Buyerdə sizin də sualanızı eşidirəm. Hiss edirəm deyirsiniz ki, dərd səninlə necədoğula bilər ki? Onda mən də sizə cavabınızı verim. Dünyaya gəldiyim məkandagözümü açıb gördüklərim elə ilk andan məndə ətrafıma, həyatıma bir təzadlımünasibət formalaşdırdı. Gördüm ki, mənimlə həmyaşıd olan erməni uşaqlar hansıprinsiplərlə yaşayırlar, hansı istəklərlə böyüyürlər. Və onlar mənimlə yaşıdolsalar da, məndən önə necə çəkildilər. Digər tərəfdən Allahın verdiyi həssaslıqməni hətta valideynin bir şillə vurduğu uşağın səsinə qarşı da dözümsüz etdi. Ouşaqla birlikdə mənim də içim ağrıdı, ağladı. Və sonra da atıldığım həyatınamansızlıqları, qarşılaşdığım haqsızlıqlar içimdəki o balaca duyğuları, obalaca nüansları dərdə çevirdi - həmişə çəkəcəyim dərdə. İndinin özündə dəqonşuda, hətta yolda-rizdə ağlayan, şillənənən, yıxılan uşağı və yaxud bir kimsənigörəndə ürəyimin hansı hallara düşdüyünü, içimdən nələrin keçdiyini ifadə edəbilmirəm. Və bütün bunlar ən sonda itirdiyim yurd-yuvanın, bu gün köçməyə məcburedildiyim uçurulmağı guya haqq etmiş evimin nisgili, faciəsi kimi məni odediyim dərdlərin fövqünə qaldırdı. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən:"şalvar, köynək geyinərdi tay-tuşum, məndə isə biri vardı, biri yox".Yəni tay-tuşlarım sevincin fövqünəqalxanda, mən dərdin fövqünə yüksəldim. Bircə bir nöqtədə, daha doğrusu, bütünyaşamımın bir anında mən özümü qürurlu, əyilməz, məğrur saxlaya bilmişəm. O dataleyimdə olan Sənlə bağlıdı. Şükür edirəm ki, sən varsan - ümid kimi, yaşamımastimul kimi!

... Və indi mənbu yazımı yekunlaşdırmaq məqamımda bir anlıq yenə dayandım, durdum. Bilirsinizniyə? Ona görə ki, mənim öz sızıltılarımı, öz ağrılarımı sizə yükləməyə, sizinləbölüşməyə nə qədər haqqım çatır? Ümumiyyətlə, çatırmı? İndiki anda hər kəsinözü boyda yükü, qayğısı ola-ola mənim də qayğıma çiyin verməsi axı mümkünsüzdü.Eh, nə isə... Özüm yazıram, özüm deyirəm və özüm də...


Mənonsuz da taleyə

Başınsağ olsun! - dedim...

Üstündəşəklim olan

Daşınsağ olsun! - dedim!...

Dərdinqəmi ələyib,

Sözünbüküb, bələyib...

Görəndəki yeriyib -

Yaşınsağ olsun dedim...

Sən,ruhumun seçimdə

Bitir

dinson gücüm də!..

Özüməöz üçümdə -

Nəşinsağ olsun! - dedim...


Bəli,bir ağrını son nəfəsimə çevirəndə içimdə, yazımda daşıyıram. Bu ağrı təkrar köçağrısı, isti yuvanı tərk etmək ağrısıdı. Onun nə vaxt bitəcəyini və necə bitəcəyinideyə bilmirəm. Kaş ki, biləydim... bəlkə ağrım azalardı.


TƏQVİM / ARXİV