adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YENİ İLDƏN NƏ GÖZLƏYƏK?

SEYFƏDDİN ALTAYLI
76048 | 2016-12-30 15:33

Gələn yeni il qabağıhamı bir-birinə təbrik mesajları yollayır. Hər bir şəxs yeni ilə sanki Loğmanınölümsüzlük dərmanını tapacaqmış kimi bir arzu ilə yüyürərək daxil olmaq istəyir,ancaq bununla yanaşı qocalmış dünyanın üzündəki qırışlara bir iz daha əlavəolunur. Dünya, əbədi sonluğa doğru öz arşınına görə bir addım daha yaxınlaşır,buna heç kəs fikir vermir. Varsa, yoxsa yeni il vəssalam… Dünya dediyimiz bubalaca planetdə indi allahsızlar, namərdlər, bəşəriyyət düşmənləri, insaf nədirbilməyən harınlamış azğın qüvvələr hökmrandır. Onlara görə bu məkanda hər birşey güllük-gülüstanlıqdır, çünki hər bir şey ürəklərinə görədir. Yeni illəbirlikdə dəyişən heç nə olmayacaq, onlar yenə gülə-oynaya ömürlər sürəcəklər,digər tərəfdə ehtiyac içində qarnını sancı doğrayanlar, cəhənnəm bombalarıylaocaqları başlarına yıxılanlar, öz ölkəsini buraxıb tərki-vətən olanlar yenə ürəkqanlarını udmalı olacaqlar. Haçana kimi…? Məlum deyil… 1993-cü ildə ABŞ İngiltərəvə bəzi Avropa ölkələrini yanına alıb, "İraqda nüvə silahları var, Səddamdünyanın başın bəla aça bilər, ona mane olmalıyıq, Suriyada, Livyada, İraqdademokratiya yoxdur, ora demokratiya aparmalıyıq” deyərək Ərəb Baharınıbaşlatdı. Ərəb Baharı, ərəbin cəhənnəmi oldu nəinki baharı-yazı. Sonra, BöyükOrta Doğu Projesi həyata keçirildi. ABŞ Türkiyəyə daim, "Biz terrorizməqarşıyıq, İŞİD deyilən islamçı (?) terrorisdləri məhv edəcəyik, gəlin bizə köməkolun, əlli ölkə bizimlə müttəfiqdir” minvalında moizələr oxudu. Haçan ki,Türkiyə DEAŞ (İŞİD) ilə mübarizəyə başladı, ABŞ çəkilib bir kənara sakitləşdi.Sadəcə sakitləşmədi, bu dəfə PKK, PYD, YPG-yə göydən böyük paraşutlarla müasirsilah-sursat endirdi. Bununla da kifayətlənmədi, onlara dərs keçdi və keçir.ABŞ-ın dövlət katibliyinin nümayəndəsi utanmadan jurnalistlərin qarşısında "BizPYD, YPG, PKK-ya silah-sursat vermirik” deyə bəyanat yayır və üzü bir damcı daqızarmır. Halbuki onların həlikopterlərlə terrorçulara silah-sursat tökdüyüvideoaparatlarla qeydə alınıb və dəfələrlə televiziya ekranlarında göstərilib.ABŞ-ın bu cür oyunları ilə yəni qarşılaşmırıq, onları çox öncələrdən tanıyırıq.ABŞ İngiltərənin 17-ci əsrdən etibarən həyata keçirdiyi oyunu davam etdiriryanlarında da ingilislər. 1977-ci ildə İstanbulda yaratdığım Dış Türklər Kültürvə Yardımlaşma Dərnəyinin birinci qurultayında etdiyim çıxışda, qərbin Türkiyəilə Türk dünyası arasına erməni və kürd xəncərini sancmağa çalışdığını,çalışacağını, Şah Rza Pəhləvinin 1960-cı illərdə həyata keçirdiyi Ağ İnqilabında Güney Azərbaycanda ancaq İngiltərənin bu planına xidmət etdiyini, KərkükTürkmənlərinə və Güney Azərbaycan Türklərinə yiyə durmağın Türkiyə və dolayıyolla da türk dünyası üçün vacib və stratəji bir məsələ olduğunu söyləmişdim.Bu sözlərim o vaxt "Hərgün” qəzetində də çap olunmuşdu, istəyən tapıb oxuya bilər.1986-cı ildə CİA-nın çəkib dünyaya payladığı yeni Orta Şərq xəritəsi Avropadayaşayan bir dostum vasitəsilə əlimə keçdiyi zaman irəliki dövrlərdə nələrlə üzləşəcəyimizinnigarançılığını duymuşdum. O xəritədə Türkiyənin şərq tərəfi Mersin vilayətindənQaradənizə, ortada Qızılırmaq çayının hardasa döngəsinə çatana kimi, İraq vəSuriyanın şimal hissəsi, İranın da Təbriz də daxil olmaq şərtilə qüzey bölgələrinintamamı Araz çayına kimi "kürdüstan?” kimi qələmə verilmişdi. Bu gün gəldiyimiznöqtə göz qabağındadır. ABŞ-İngiltərə+Avropa İsrailin qarşısında bir irəliqarovul(forpost) ölkə kimi qondarma kürd dövlətini, Türkiyənin günəyində bir kürdkoridoru yaratmaq, bu koridoru bir tərəfdən ermənistana, digər tərəfdən Ağdənizəkimi uzatmaq sonra da Türkiyəni və İranı parçalamaq fikrindədir. Onların yəgenəməqsədi budur. ABŞ, İngiltərə, Avropa Birliyi Türkiyənin müttəfiqi ola bilər,ancaq heç vaxt bizimlə dost olmadılar və olmayacaqlar. Bugün dünyaya ağalıq edənlərinyaradıb qarşımıza çıxartdığı kürdün düşməni PKK və İŞİD terror təşkilatları iləyeridilən mübarizə ikinci Çanaqqala Döyüşləri kimidir. Türkiyə, dünyaya ağalıqedən qara qüvvələrə qarşı azadlıq mübarizəsi yeridir. Çanaqqala DöyüşlərindənTanrının köməyi ilə nə cür üzü ağ çıxdıqsa, bundan da çıxacayıq heç kəsin şəkkiolmasın. Bəli, öz göbək kordonumuzu özümüz kəsməliyik. Qurda deyiblər boynunniyə yoğundu, deyib öz işimi özüm görürəm. Türkiyə, xaricdə onlarla mübarizəyeridərkən daxildə də eyni mübarizəni davam etdirməyə məhkumdur. Türkiyənin yəganəbir xilas yolu vardır, o da Atatürkün izlədiyi siyasət yoludur. Məzhəbçilik vətəriqətçilik Türkiyəni Allah eləməmiş məhvə aparar. Bu gün fətullahçıların(nurçular) etdiyini sabah mənzilçilərin, nəqşibəndiçilərin, süleymançıların,rüfaiçilərin etmiyəcəyinə kim zamin ola bilər? Ey müsəlmanlar Peyğəmbərimiz Hz.Məhəmməd hansı məzhəbə mənsubdu, hansı təriqəti mənimsəmişdi? Ey ağıl, ey idrakharda yatmısan, ayağa dur…


TƏQVİM / ARXİV