adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"ALMASI DÜŞMƏYƏN NAĞILLAR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
45848 | 2016-12-13 14:49

Öncə ondanbaşlayım ki, Elşad Səfərli ilə söz, ruh tanışlığımızın yaşı bir xeyli illəriarxada qoyur. Amma onun özüylə bu ilin payızında, yəni təqribən 20-25 günbundan öncə görüşdük. Və sözünü tanıdığım müəllifin özünü də yaxından tanımaqbir oxucu kimi mənim şair barəsindəki düşüncələrimin ovqatını bir az dayaxşılaşdırdı. Hiss etdim ki, bizim ruh yaxınlığımız, sən demə, təsadüfideyilmiş. Elə həmin görüşümüzün bir nişanəsi də Elşadın mənə bağışladığı, hələmətbəə qoxusu canından çəkilməmiş kitabı oldu.

Doğrusunudeyim ki, ilin sonu olduğundan bir gərginlikyaşayıram. Əlimin altında barəsində fikir söyləmək istədiyim bir neçə kitabvar. Üstəlik qayğılar və birdə həyatımızın sıxıntıları. Bütün bunların içərisində mən bu yazını yazdığımana qədər Elşadın kitabını gözdən keçirdim, ayrı-ayrı şeirlərini oxudum. Həttaqələm dostum Tahir Tahisoğlu ilə Elşadın yaradıcılığı barəsində söhbət dəetdik. Və bir də gördüm ki, artıq "Alması düşməyən nağıllar" barəsindədüşüncələrimi bir məktub kimi yazmağa başlayıram.

Hörmətli Elşad Səfərli,ilk öncə onu xatırladım ki, kitabındakı ovqat mənim köhnə xatirələrimi bir növütəzələdi. Ona görə köhnə xatirələrimi deyirəm ki, sən şeirlərində bir İlahisevgini, bir uca varlığı ona bütün tellərinlə bağlı bir şəkildə misralamağa,ifadə etməyə çalışmısan. Zənnimcə, bu da Haqqa, işığa, sevgiyə tapınmağının bəhrəsidir. Üstəlik, bu həm də sənin vətəndaşı olduğuntorpağa, məmləkətə səcdənin çalarlarıdı. Ona görə də sən yazırsan:


Mənim vətəndüşüncəmdə

Təkcə Bakı vətəndeyil.

Dəmir qapı Dərbəndsiz,

Marağasız, Təbrizsiz,




Vətəndə Vətəndənqıraqda qalan,

Neçə yurdsuz,neçə kəndsiz,

Bütöv Vətən həsrətimi

Təkcə Bakıtorpaqlayıb

Örtən deyil. 


Və yaxud:


Yurd-yurd xəritənkiçilib,

Ümidin kimədikilib.

Sərhədlərindən çəkilib

Bakıda cəmləşənVətən.


Bəli qardaş,indi Vətənin ağırlıq mərkəzi Bakıdı... İndi Vətənin təkcə paytaxtı yox, həm dəbütün hallarının ifadəçisi Bakıdı. Ona görə də Bakıdan dağlara, daşlara, kəndlərə,çaylara, bölgələrə qayıtmağın zamanını əldən vermək olmaz. Əslində biz o zamanıkayb etdik. Heç olmasa qalanını əlimizdə saxlayaq. Bəlkə ondan sonra biz bütövVətən haqqında bütöv düşünə bildik.


Sənin şeirlərindəaparılan paralellər adamı düşündürür. Yazırsan ki:


Millətin "Sən”dən

"Siz” uzaqlığıda varmış

"Siz” və "sən”arasında

Qış sazağı davarmış.

Nə qədər ki,

İçimizdə


"Siz”lərin "Mən”likiddiası

"Mən”əmlik ədası,

Şəhər, kənd,

Paytaxt, Taxtsöhbəti olacaq,

Vətən timsalı"Biz” olmayacaq.

"Biz” olmayanyerdə də

Vətən süfrəsininbaşında

Nə Qarabağ, nə dəTəbriz olmayacaq.


Elşad Səfərli,şeirindəki bu məntiq düşündürücüdü. Həm də düşündüyün anda o məntiqə təkcəpoetik fikir kimi yox, həm də həyatın diqtəsi kimi baxmaq istəyi keçir içimdən.Elə o istəklə mən də sənə qoşuluram, səni, məni biz etmək yolunun nə qədər zəruri olduğuna inanıram. Ona görə də sənin cəmi4 misradan olan fikrinə istinad edirəm.


Gündüz - daşdaşımaqdı,

Gecə - biryastığı paylaşmaqdı.

Yaşamağa ənböyük səbəb

Elə bu cüryaşamaqdı.


Və yaxud:


Tənqid eşələnirköhnə siyahıda,

Marağında deyilyeni adların.

Saat əqrəbi tək ədəbiyyatda,

Dönür çevrəsindəeyni adların...


Bəli, mən"Alması düşməyən nağıllar"ı oxuduqcaElşad Səfərlinin bir ədəbiyyatçı, bir şair kimi sözlə işləmək məharətinində şahidi oldum. Gördüm ki, Elşad Səfərli sözün boy düzümünə də, bir-birinəgözlə görünməyən bağlılığına da məharətlə əməl edir. Və sözü bir növü xalıya naxış vuran kimi ilmələyir. Təbiiki, bu da bir oxucu kimi məndə Elşad Səfərlinin yaradıcılığına marağı, sevginiartırır. Çünki diri sözlərlə üz-üzə gəlirəm, qarşılaşıram. Əgər Elşad yazırsaki:


Ağrılı-ağrısız,xatırlamağa

Bir şey yox mənimləsənin aranda.

Yaddaşı olmayanbir məhəbbətin

Ağrısı da olmurheç ayrılanda.


- fikrinə necəinanmayım, bunu necə qəbul etməyim? Ümumiyyətlə, Elşad Səfərlinin bu yenikitabı mənim düşüncəmə görə ədəbi camiəyə, söz dünyamıza yaxşı bir töhfədi. Məndəyərli Elşad bəyi bu kiçik məktub vasitəsilə təbrik edirəm. Onun "Almasıdüşməyən nağıllar"ını ədəbiyyatımızın uğurlarından sayıram və özünə dəuğurlu, davamlı olsun deyirəm!


ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV