adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

BU DA BİR PAYIZ NAĞILI

ƏBÜLFƏT MƏDƏTOĞLU
85071 | 2016-11-18 15:49

Cavan olmam bir də mən...

Belə baxanda əslində günlər bir-birindən o qədər də fərqlənmir. Necə deyərlər,səhər naxıra, axşam axura... Bax, belə bir ömür hər gün təkrarlanır və biz də təkrarlananömürdə metro eskalatoru kimi durmadan fırlanırıq - yuxarıdan aşağı, aşağıdanyuxarı...

Bəli, bir-birindən fərqlənməyən bu ömürdə irad tutulası, qeybəti ediləsiçox şeylər var. Bu da təbii ki, reallıqla, hadisələrdən baş çıxarmaqla, zamanauyğunlaşmaqla, lap loru dildə desəm, çayın axarına qoşulub getməklə bağlıdır. Təəssüfki, biz bəzən axına qarşı üzməyə çalışırıq. Elə bilirik ki, nəyisə dəyişəcəyik,nəyisə yerinə qoyacağıq. Amma unuduruq ki, biz fərdik və fərd olaraq heç nəyikökündən dəyişə bilmərik. Olsa-olsa, bir restavrasiyaya gücümüz çatar.

Doğrudur, insan bəzən özünü fövqəlgüc hesab edir, amma bu gücünqarşılığı olaraq aldığı zərbələr çox şeyi alt-üst edir...

İndi ömrün elə bir vaxtı, zamanın elə bir nöqtəsindəyik ki, özümüz dəhiss etmədən tökülən yarpaqları seyr edirik. Bu bütün mənalarda yarpaq tökümüdü- həm ağacların, həm çiçəklərin, həm otların, həm də elə insanların. Şərt odeyil ki, insan bu dünyaya əlvida desin. Yox, söhbət burda məcazi yarpaqtökümündən gedir. O yarpaq tökümündən ki, ömrün payızı sənə xatirələr danışır,xatirələr pıçıldayır və sən özün də hiss etmədən saralan yarpaqlarda gəncliyini,dünənini axtarırsan. O gəncliyi, o dünəni ki, onda səsin də dağ şəlaləsi kimiçağlayırdı, onda gücün də sənə tabe olmaq istəmirdi. Və sən elə bilirdin ki, eləhəmişə belə də olacaq. Lakin...

Uzaqdan yad kimi baxıb,

Yanımdan dinməz keçirsən.

Payızı gözünə yığıb

Durna tək sən də köçürsən.


Qəriblik küləyi əsir,

Kirpiklərinin ucundan.

Payız uşaq tək tələsir -

Tellər yolmağa saçımdan.


Elə bil ətraf köklənir

Xatirə notları üstə.

Payızda içim təklənir -

Bu cürə olur hər kəsdə?!


Baxışın xəzəl dilidi,

Payızın tilsimin açır...

Xatirələr təsəllidi -

Qayıdır üstümə qaçır.

***

Dağlara baxıram, artıq başının üstünü azacıq da olsa qar alıb. Hava dasübh çağı və gecələr soyuq olur. Elə bil ki, qış da özünü hiss etdirməyəçalışır. Amma hələ payızdır. Mən Haramı düzünün ən yüksək yerində dayanıb üzüdağlara - Ərgünəşə baxıram. Kəndimiz ovuc içi kimi görünür. Hətta bir az daciddi diqqət yetirəndə yarpaqların rəngini də seçmək olur. Hərbçi binoklu mənəbu mənzərəni seyr etmək imkanı verir.

Amma çox təəssüf ki, seyr etdiyim mənzərədən yalnız kövrəlirəm. Çünki butanış mənzərə məni uzaqlara aparır. Daha doğrusu, özünə doğru çağırır, səsləyir.Və mən yerində donub qalmış Allah bəndəsi kimi öz gücsüzlüyümdən xəcalət çəkirəm.Yeriyə bilmirəm kəndimizə tərəf. Yeriyə bilməməyimin də səbəbi gün kimiaydındır. Nə olsun...

Hə, kəndimə baxıram... Yaddaşım vərəqlənir və elə bilirəm ki, bu vərəqlənənyaddaş da səhifə-səhifə qopur, çünki ora heç nə yazılmır. Ancaq göz yaşı axıriçimə... Ancaq və ancaq dünəndi, bu gün yoxdu içimdə. Elə mən özüm də bu günyoxam. Böyük Nəsimi demişkən, ruhum çoxdan gedib, cismim qalıb. O da ayaq üstəgəzən bir kölgə. İlahi, bu hesabla nə qədər yeriyən kölgələr var bu məmləkətdə?!

Mən yaşayan halların

Çözümü yoxdur, Allah?!

Bu hallara qəlbimin-

Dözümü yoxdur - Allah!


Yaşat, ya da ki, üz gəl

Dərdi sıraya düz gəl!..

Onun deməyə özgə-

Sözümü yoxdur, Allah!


Sən verən məhəbbətin

Tapıblar qəbahətin…

Gözündə Əbülfətin -

Özümü yoxdur Allah!...

***

Gecənin qaranlığıdı.Daha doğrusu, hamı indi evində, ocağının başında iş gününün ağrı-acısınıcanından çıxarır, bacardığı kimi. Mən sahilə enmişəm. Dəli bir külək at çapırsahildə. Cilovsuz bir at. İşıqlar bütün sahili elə nura boyayıb ki, heç nə gözdənyayınmır. Xəzər də bu dəli küləkdən qorxubmuş kimi səsini içində boğur. Heç ləpələrinpıçıltısı da eşidilmir. Amma dənizə düşən işıqların altında görünür qağayılar.Mən ilk dəfədi ki, qaranlıqda, qağayıların bu qədər bir yerə toplaşdığını görürəm.Görünür onlar da dənizin sakitliyindən, gecənin qaranlığından beləcə istifadəedirlər...

Adamlar da seyrəkdisahildə. Bilmirəm küləkdən qorxublar, soyuqdan çəkiniblər... bilmirəm bu payızgecəsinin ağırlığı onları öz içlərinə çəkib. Amma hər nədisə sahil yamanadamsızdı. Heç belə görməmişdim sahili. Barmaqla sayılacaq qədər adam varsahildə...

Başımı qaldırıb göyüzünə baxıram. Ağ buludlar şəhər tərəfdən dənizə doğru elə axıb gəlir ki, sankionlar da dənizdə çimməyə və bu sakitliyin içərisində qərq olmağa can atırlar.İnanın ki, bir anlıq içimdən özümü dənizə atmaq, elə bu sakitliyin içərisində əriyibgetmək gəlib keçdi. Amma o səs qoymadı. Lapyaxından eşitdim o səsi. Elə bil qoluma girib mənimlə yanaşı addımlayırdı sahilboyu. Və mən o səsi görmək üçün boylandım, görə bilmədim. Aşkarca eşitdiyim səssanki qulağıma qışqırırmış kimi həyəcanlı bir şəkildə "nə edirsən? Dedi,"nə düşünürsən?" söylədi. Və mən bilmədim necə cavab verim. Bir gözqırpımı an içində dayandım. Və həmin o an içində də düşündüm. Doğrudan daağlımdan gəlib keçən ona necə məlum oldu? Hardan hiss etdi bunu? Axı o yanımdayoxdu. Öz sualıma özüm də cavab verdim:

- Onun olmadığı yervarmı? Mən hardayamsa, elə orda deyilmi?

Öz cavabımdan özüm də məmnunqaldım. Və bu məmnunluq içərisində son günlərdə yazdığım misraları xatırladım.O misraları da ona yazmışdım. Yazmışdım ki:

Mən sahildə tək ağac

Gəl yanımda ək ağac!

Ya da düşün, çək ağac-

Şəklini ürəyimdə...


Sər saçını yelə, çək

Əllərini telə çək

Sən adımı elə çək-

Titrəsin ürəyim də...


Ömrümə işıq tək sız

Mənə əzab verən qız!...

Sevginin rəsmini cız-

Görünsün ürəyi də!..


Bəli, yəqin bumisraları oxuyub içinizdəki qəribə sualların cavabını axtaracaqsınız. Bu mütləqbelə olacaq. Çünki biz daha çox sözün üst qatına, sözün görünən tərəfinə meylgöstəririk, qulp qoyuruq. Dərinliyə enmək, alt qata işıq salmaq bizi yorur. Onagörə qaçırıq dərinliklərdən. Mən isə bütün hallarda gecənin bu çağında, Xəzərinsəssiz sahilində qoluma girib mənimlə yanaşı addımlayan o səsin özünü düşünə-düşünəüzümə toxunan yarpağı çiynimdən götürürəm. Xan çinarın yarpağıdı... sapsarı...Bəli, yarpaq yağışı başlayıb... Payızın yarpaq yağışı... Düşünə bilərsiniz ki,dünya fırlanır, fəsillər bir-birini əvəz edir...

Bəli, bu bir gerçək.Onu kimsə dana bilməz. Amma ömrün bir payızı da yarpaq yağışına tuş gəlir. Vəyanındakı səsin titrədiyini hiss edirəm:

- Bu payız sənə nəyisəxatırlatmır ki?

Nə cavab verəcəyimi bilmirəm.Amma yazı-pozu qabiliyyətim köməyimə çatır. Elə hamının düşündüyünü mən də dilə gətirirəm:

- Payız ki, bir nöqtədədurub qalmayacaq. O da ötüb gedəcək, yenə yaz gələcək... ömrün yazı...

Və mən... Elə bu düşüncələriniçərisində bir sızıltının ürəyimin sarı siminə necə toxunduğunu da hiss edirəm.

Əməlli-başlı göynəyir,ağrıyır ürəyim. Bu ağrının bir ucu da payıza gedib çıxır. O payıza ki, mənim dəömrümə gəlib. Və mən o payızı həmişəki ovqatla qarşılaya bilmirəm.Yaşadıqlarım, yaşamağa məhkum olduqlarım və mənə yaşadılanlar dinclik vermir ürəyimə...Hətta ürəyimin yaşadığı payıza da... Mən indi az qala üsyan etmək istəyirəm...Elə bir üsyan ki, payızı da alt-üst etsin, ürəyimi də. Lakin gücsüzəm. Bacarabilmirəm üsyan etməyi də. Ən yaxşı halda gücüm sözə, kağıza, qələmə çatır. Təəssüfki, indi sözlərin çoxunu külək aparır, elə kağızların da. Qələm isə hər rəngdəyazmaq gücündədi. Deməli, yenə yük düşür ürəyə. Mən də ürəyin qənimi. Təbii ki,öz ürəyimin. Elə qənimi olduğum bu ürəyin bir küncündə həmin o hər rəngdəyazmağı bacaran qələmlə cızmışam:


Şəklini

çəkmək istəyirəm

fırçayla yox

gözlərim ilə...

bax belə-

ovcumun içində

çiçəklənmiş saçların

və bir də

təbəssümün...

sən

əgər istəsən

kənardan

bir nəzər sal elə

görmək üçün

gözlərini,

dodaqlarını

şəkildəki düzümün...

bil ki,

bu şəkil

səni deyə bilmərəm

çox xoşuma gəlir

vallah

mənim özümün!..


Hə, mən bu payız gecəsində Xəzərin sahilindəqoluna girib addımladığım səsin, ürəyimdə daşıdığım sevginin mənə nələr söylədiklərininhamısını yaza bilmirəm. Daha doğrusu, yazmaq istəmirəm. Çünki nağıl uzanandadinləyici bəzən yuxuya gedir. İstəmirəm bu nağıl kimlərisə yatırtsın. Ona görədə...

Bu da nağılın sonu.Əslində bu nağıl deyildi. Elə beləcə nağıldan bir yarpaq idi. Necə saraldı, necəsoldu xəbərim olmadı. Bir də baxıb gördüm ki, saplağından üzülür. Üzülmə məqamındabir pıçıltı gəldi dilimə - ümidli, işıqlı bir pıçıltı. Onu da şeirə çevirdim vəyazdım. Oxuyun, bu payız nağılının son bəndi kimi...


TƏQVİM / ARXİV