adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əlini öpdüyüm insanlar - Müsahibə

ƏBÜLFƏT MƏDƏTOĞLU
68087 | 2016-10-04 18:55

Təqvimdə eləgünlər var ki, onlar mütləq diqqət çəkir. Özü də təkcə təqvimdəki rənginə görəyox. Həm də o günün özünün daxili təqdimatıyla, yəni bayatılarımızda deyildiyikimi, "gün var min aya dəyər". Bax, bu mənada təqvim günlərini gözdənkeçirəndə məni ən çox həyata aldığım vəsiqənin müəllifləri ilə bağlı zaman kəsiyimaraqlandırır. Doğrudur, təqvimdəki günləri də insanlar müəyyənləşdirir. Olsun,burda pis nə var. Amma ən önəmlisi odur ki, insanlar onları həyatahazırlayanları unutmurlar. Bax, mən də unutqanlığın əleyhinə olanlardan birikimi həyat vəsiqəmin müəllifləri olan müəllimlərimin adı ilə bağlı günün, yəni5 oktyabrın qapısını döyürəm. Sizə qəribə gələcək günün qapısını döymək. Amma əvvəldədediyimi yəqin ki, diqqətinizdə saxlamısınız. Günü insanlar müəyyən edir. Deməli,döydüyüm qapı da həmin insanlardan biri, çoxlarımızın müəllimi və sevimlisiolan Sona xanım Çərkəzdi. Mən Sona xanımla görüşməyi həmişə arzu etmişəm. Çünkionun həyat kredosu və bütövlükdə iç dünyası kifayət qədər maraqlı və zəngindir.Üstəlik, Sona xanım həm də dəyərli ziyalı və müəllim kimi də hamımız üçün əzizdir.Mən də öz müəllimlərimin hamısının qarşısında baş əyməklə onların timsalında bugün Sona xanımla həmsöhbət oluram.

- Sona xanım,peşə bayramı münasibəti ilə sizi təbrik edir və yenə sizinlə həmsöhbət olmaqistəyirəm. Bilirik ki, tələbələriniz sizi çox sevir, siz də onlara xüsusi sevgiilə yanaşırsınız. Uzun illər auditoriyalara girib-çıxan biri kimi bu qədərsevginin sirrini açıqlaya bilərsinizmi?

- Əvvəlcə,hamınıza - yəni bu qəzetin təsisçisi Aqil Abbasa, baş redaktoru, əzizim İradəxanım Tuncaya və şəxsən sizə səmimi qəlbdən təşəkkür edirəm. Mən bir çox mətbuorqanlarında vaxtaşırı yazılarımla, məqalələrimlə, esselərimlə çıxış edirəm.Lakin sizin qəzet mənim üçün çox doğmadır. Necə deyərlər, "aşıq üz görən yerə”.Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, həqiqətən tələbələrimi sevirəm, buda peşəmdən irəli gəlir. Mən ali məktəbi bitirəndən bu günədək Bakı Dövlət Universitetindəçalışıram, bura həm də mənim bir ömür xatirələrimin isti yuvasıdır.

Müəllim tədrisetdiyi fənlə bərabər, tələbənin yaxın dostu olmalı, onu anlamalı, səsiniucaltmadan qəlbinə yol tapa bilməli və problemlərini çözməyə yardımçıolmalıdır. Xüsusilə, birinci kurslarda bu, çox önəmli amillərdən biridir. Bizburada onların valideyn əvəziyik. Onlar da bu diqqətin cavabını dərsə münasibətlərindəən bariz şəkildə göstərirlər. Sevgi hörmətin bəhrəsidir.

- Sona xanımüçün sevgi və həqiqət nə deməkdir?

- Sevgidən gəlirikdünyaya, eşqdən yoğrulur mayamız. Böyüyürük ata-anamızın istisində, fərəhlənirikonların sığalından. Həyat Tanrı tərəfindən verilmiş ən qiymətli mükafatdır. Oolumla ölüm arasında olan elə bir məsafədir ki, ondan doymaq və ayrılmaq çətindir.Onu anlamaq və mənalı yaşamaq isə hansısa bir məqsəd uğrunda mübarizə deməkdir.Nə yazıq ki, bu həyatı düşünmədən yaşayaraq əzib heç edənlər də var. Mənim üçünhəyat fədakarlıq deməkdir, ətrafımda olanlaragərəkli olmağa çalışmaq deməkdir. O zaman həyat dəyərli olur. İnsanınböyüklüyü onun tutduğu vəzifə və yaxud yığdığı sərvətlə ölçülmür. Həqiqətianlamaqdır böyüklük. Həqiqət nə qədər acı olursa-olsun, onu başa düşüb söyləyəbilənə qürur hissi gətirir. Doğrudur, bəzən həqiqəti söyləyənlər faciələrlə dərastlaşıblar. Cordano Brunonun yandırılması, Nəsiminin dərisinin soyulması bufikrin bariz təsdiqi deyilmi? Mən həqiqəti dinləməyi də, söyləməyi də sevirəm,təki, bu həqiqətlərin altında məkrlilik dayanmasın. Bir sözlə, mənim aləmimdə sevgi də bir həqiqətdir və həyatın əslüzüdür.

- Sizin "Ölümümləsöhbətim” şeirinizi hər kəs çox bəyənir. Sizcə ölüm nəyin ifadəsidir? Təkayrılığın yoxsa?..

- Yeri gəlmişkən,sualınızla əlaqədar bu yaxınlarda olmuş və məni xeyli qürurlandıran bir hadisənisizinlə bölüşmək istəyirəm. Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin ədəbiyyatbölümünün son kurs tələbələrindən Serap Dəmirbaş mənim "Ölüm son deməkdeyil" adlı kitabımdan ölüm mövzusunu diplom işi götürüb, müdafiə edib vəçox yüksək qiymətə layiq görülüb. Üstəlik, mənim şeirlərimdəki ölüm mövzusunuTürkiyənin dahi şairlərindən biri olan Necip Fazil Kisakurekin şeirlərindəkiölüm mövzusu ilə müqayisəli təhlil edib və gözəl bir diplom işi alınıb. Onunbir nüsxəsini də mənə göndərib. Əslində, ölüm insanlığın əbədi və ədəbimövzularından biridir. Lakin el arasında bəzən ölümdən yazmaq, ölümdən tez-tezsöz salmaq xoşagəlməz hal kimi qəbul edilir və hətta bəzən bu sözdən qorxurlar.Hamımız bilirik ki, ölüm labüddür və bu şərbətdən hər kəs dadacaqdır. Ömürzamanla deyil, onun necə yaşanması ilə dəyərləndirilməlidir. Əvvəllər eşitdiyimvə hətta kitablarımın birində qələmə aldığım bir hadisəni yenə qısacaxatırlamaq istəyirəm:

"Bir vilayətdəqəbiristanlığı gəzən dünyagörmüş ağsaqqal görür ki, məzar daşlarının bəzisininüstündə yaşanan illərin 3, 5, 10, 50 il ömür sürdüyü göstərilir, bəzən də doğumili olsa da, ölüm ili yoxdur. Bunun nə demək olduğunu soruşur. Cavab verirlərki, o tarixlər mənalı ötən illərin cəmidir. Mənasız yaşayanların isə başdaşınaheç nə yazılmır".

Həqiqətən ömür mənasızötürsə, deməli, onun yaşı yoxdur. Zəhmətlə və xeyirxahlıqla dolu ömrün önündəisə ölüm çox acizdir, məncə. Ölüm mənim üçün yaşamın başqa bir üzüdür. Ölümdənsonra davam edən azmı həyat görmüşük? Məncə, insan elə yaşamalıdır ki, ölüm onunizini tamamilə silib apara bilməsin...

- Sona xanım,sizin özünüz kimi fikirləriniz də, qələmə aldıqlarınız da sadə və mənalıdır.Oxucularınız da məktublarında hər zaman sizə bu fikirləri çatdırırlar. Bunamünasibətiniz?

Mənə həqiqətənyüzlərlə məktub ünvanlanır, facebook səhifəmə yazanların da sayı çoxdur. Səmimifikirlərinə və düşüncələrinə görə (yaş fərqindən asılı olmayaraq) məktub sahiblərininhamısına sizin qəzetiniz vasitəsi ilə səmimi qəlbdən sonsuz təşəkkürlərimiçatdırmaq istəyirəm. Bakı Dövlət Universitetində çalışan etibarlı həmkarlarıma,Türkiyədən mənə məktublar ünvanlayan yazar və jurnalistlərə də çox-çox minnətdaram.L.N.Tolstoyun bir fikri ilə sualınızı cavablandırmaq istəyirəm. O deyir:"Qəlbə iz salan böyük fikirlər və böyük düşüncələr hər zaman sadəolmalıdır". Əgər mənim ünvanıma deyilən o fikirlərdə az da olsa, payımvarsa, nə xoş mənə. Sözlər sadə görünə bilər, ən əsası, fikir dərin vədüşündürücü olsun, iç dünyamızı ifadə etsin. Düşünürəm ki, insan danışanda da,yazanda da özü olmalıdır. Başqa fikir və düşüncə yamaq kimi bir şeydir. Əndazədənçıxıb qəliz fikirlərə əl atmaq özgə qapısından həmişə pay ummaq kimidir... MənM.Müşfiqi də, S.Vurğunu da, M.Şəhriyarı da, S.Rəhimovu da, Puşkini də dillərininsadəliyinə görə sevirəm. Sadə yazmaq və adi olmaq böyüklüyün və özünə inamın tərənnümüdür...

- Şeirlərinizdəsəmimiyyətdən və diqqətdən tez-tez söz salırsınız...

-Doğrudeyirsiniz, hətta mənim yazılarımda belə bir cümləm də var: "Mən səmimiyyətinvə diqqətin köynəyindən çıxmışam". Diqqətin möhtacı deyiləm, çünki yetərincəmənə diqqətli olan gözümün nuru anam, ləyaqətli qardaşım və məni düzgünanlayan, etibarlı dostlarım var. Belə də olur - doğma hesab elədiyim birisininmünasibətində qeyri-səmimiyyəti görüb, bir də heç vaxt o insanın gözlərinəbaxmaq istəmirəm. Neyləyim ki, beləyəm. Buna yüzlərcə misal çəkə bilərəm, ammalüzum olmadığını hesab edirəm. Səmimiyyət önəmli hissdir və mənim üçün bu hissinsanlığa yaraşıqdır. Mən öz həyatımda, yazılarımda, ətrafımdakı insanlaramünasibətimdə əminliklə deyə bilərəm ki, çox səmimiyəm. Təvazökarlıqdan uzaqolsa da, bu, belədir. Ən azı, məni yaxşı tanıyanlar bunu çox gözəl bilir. Diqqətbu dünyada hörmətin və isti münasibətin bünövrəsidir, dostluğun qopmayanbağıdır, bir sözlə, diqqət baş ucalığıdır. İnsan ömrü boyu bu hissə ehtiyacduyaraq yaşayır. Ataların gözəl bir misalı var: "Qarnım üçün deyiləm, qədrimüçünəm".

- ...Yəqin ki,özünüz də çox diqqətcil insansınız?

- Bəli, sanıramki, ilk növbədə valideynlərimə, dostlarıma, nəvələrimə və qohum-əqrəbaya hərzaman çox diqqətli olmuşam. Belə olmağım bəzən mənə acılar da gətirib, təəssüflərdə. Lakin mən dəyişilməyi bacarmayan insanam. Buna görə də umduğum yeganə hisshər kəsdən diqqətdir, səmimiyyətdir... Diqqətcil insan dönük ola bilməz, məsuliyyəthissini itirməz, haqq-sayı qoruyub saxlamağı bacarar. Bu da insanlığa xas olan əngözəl xüsusiyyətlərdən biridir. Səmimi olmayan insan ikiüzlü nədir ki, min üzlüolur.

-Sona xanım, sizin şeirlərinizin birində belə bir fikir var:

"Anvar ömrə bərabər, ömür də var an qədər,

Görəsən,mən onlardan nə qədər verdim hədər?".

 -İtirdiyinizanlar çoxmu olub?

-Hər birimizin ömründə əsrdən uzun olan anlar var, mənim də elə anlarım olub ki,təəssüflərə səbəb olur. Ağrısı əsarətə dönən belə anlardan bu gün söz salmaqistəmirəm, çünki yaşadıqlarım hər zaman göz önündə olub və bunları hələ ki,yüzlərlə məqalələrə və 15 kitaba sığışdıra bilmişəm. Tək onu deyə bilərəm ki,ömrə bərabər belə ağır anların dəhşəti əlimə qələm verdi və türklər demiş,"məni acıların qadınına çevirdi". Əlbəttə, sevincli anlarım da azolmayıb. Elə bu günlərdə ikinci nəvəm Sonanın Bakı Dövlət Universitetinin tələbəsiadını qazanması məni çox sevindirib.

-Ocağının közünü qorlanmağa qoymayan, ömür-gün yoldaşının məzarı başından illərdirayrılmayan, övladlarına həm ata, həm də ana olmağa çalışan fədakar Sona xanımüçün müqəddəslik nədir?

-Valideynə içdən gələn sonsuz məhəbbət və diqqət göstərmək, qohum-əqrəbaya qucaqaça bilmək, mərhəmətli və xeyirxah olmaq, nəhayət, haqqı-sayın, duz-çörəyin qədir-qiymətinibilmək mənim aləmimdə müqəddəslikdir. İnsan Allahına ancaq bu xüsusiyyətləri iləyaxın ola bilər. Müqəddəs kitabımız "Qurani-Kərim"də də belə göstərilir.Yoxsa uzun pal-paltar geyinib, əmmamə qoyub, çadraya bürünüb, bəlağətli-bəlağətlidanışmaqla Allah adamı olmaq olmur. Xisləti kirli, niyyəti bəd, düşdüyü ocağa qənimkəsilən, xəmirəsi qeybətlə yoğrulan birini tanıyırdım ki, adının yanınaHacıxanım sözünün əlavə olunduğunu eşidib dəhşətə gəlmişdim. Nə isə, Yaradan hərşeyə şahiddir.

-Sizə kinli xanım demək olar?

-Doğrusunu deyim ki, xarakterimdə sevmədiyim xüsusiyyətlər var. Tez küsəyənəm, kövrəyəm, valideynlərindən çox haqq qoyduğum, bir ömür əməyimitikə kimi udan bəzilərinin nankorluğu dərd olur mənə. Rəhmətlik həyat yoldaşımtez-tez deyərdi: "Sona, qarşındakından onda olmayanları tələb eləmə vəgözləmə, dəyərsizə də az dəyər ver, çünki sonra o, özünü əlçatmaz hesab edəcəkdir".Çox haqlı imiş. İndi həyatımda hər gün belələrinə rast gəlirəm. Əslində kinlideyiləm, görmək istəmədiklərimi həyatımdan əbədi silib atmağı bacarıram.Dönüklüyü bağışlamıram, dünyaca haqq-sayımı itirəni daha qəbul etməyə dözümümqalmayıb. Atamın bəzi unutqan qohumları haqqında dediyi bir sözü vardı. Deyərdi:"Filankəslərin alım əli var, verim əli yoxdur". Bir də ataların bir deyimivar: "Biri bilməyən, mini də bilməz". Qədir bilmək əvəz vermək deyil,yaxşılıq edənin hörmətini saxlamaq, qədrini bilməkdir. Hər kəs layiq olduğuyerdə olmalıdır, olmayanda, təəssüf ki, dönüb özünü səndən çox irəlidə görməyəbaşlayır.

-Bir şeirinizdə deyirsiniz ki, "Mən dünyanı tanıyıram". Bu həqiqətdi,yoxsa şair sözüdü?

-Əslində bu sualın cavabı həm asan, həm də çətindir. Dahi şairimiz MəmmədhüseynŞəhriyarın dediyi kimi, bu dünya "yaman qurğu"dur. Çünki yaxşılarıitirən, yamanlara fürsət verən dünyadır. Bir sözlə, məncə, onun

Qoynuilan yuvasıdır,

Qiyamətəqalasıdır.

Dərdəboyun əyənləri,

Minbir dərdə salasıdır...

Nələrgörmədik ki, bu dünyada... Anasına yox, danasına yananları, yalanlaraqananları, özünü sahibi-dövran sananları azmı gördük bu dünyada... Anlamırlarki, sonda beş arşın ağ və qara torpaqdır nəsibimiz. O da qismət olsa əgər...

Bəli,mən Sona xanımla müsahibəmi bu cür kövrək notlarla bitirmək istəməzdim. Ammaneyləyək ki, həyat özü bir gerçəklik olduğu kimi, biz də onun bir hissəsiyik.Sevinclə kədər, göz yaşıyla gülüş həmişə qoşadır. Bu insanların payına düşən həyatınhəm də mükafatıdır. Elə mən də Sona xanımı və sevilən müəllimləri bir daha peşəbayramları münasibəti ilə təbrik edir və demək istəyirəm ki, həyatınızın gülüşübol olsun. Sevinciniz göz yaşlarınızı kölgələsin. Bir daha bayramınız mübarək!

ƏbülfətMƏDƏTOĞLU

TƏQVİM / ARXİV