adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Sentyabr 2016 09:15
293079
MODA
A- A+

"The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçiriləcək

21 sentyabr tarixində"The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçiriləcək. Layihə "Excelsior Hotel Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və "Baku Fashion Night” təşkilatının dəstəyi ilə keçiriləcək. 

Adalet.az xəbər verir ki, tədbir "Excelsior Hotel Baku” otelinin "Afurja” banket zalında keçiriləcək. "The Most Stylish One” adlı layihə yerli modelyer-dizaynerlərə və moda ilə maraqlana auditoriyaya dəstək məqsədilə təşkil edilib. Layihə ildə iki dəfə mövsümü olaraq fevral və sentyabr aylarında keçirilir.

İlk dəfə 19 fevral 2016-cı ildə keçirilmişdir və dizaynerlər və moda sevənlər tərəfindən böyük maraqla qarşılanıb. Layihədə moda evlərinin iştirakçı dizaynerləri tərəfindən mövsümün yeni trendləri nümayiş olunacaq və tədbirdə yeni Azərbaycan dizaynerlərinin adları elan olunacaq. Tədbirə modelyerlərdən Günay Quliyeva, Ülkər Hüseynova, paltarlar üzrə dizayner və stilist Sehri Rəhimova, modelyer-dizayner Gülüm Əsəsdullayeva, Fatimə Kəngərli, Sevinc Rzayeva, Nərgiz Muxtarova, brend Fashion Lab iştirak edəcəklər.

"Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.