adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Vətən təəssüratları, 2016

VÜQAR ABBASOV
81161 | 2016-09-06 16:07

Bu yazımda Vətəndəki istirahətimizdənyazacam. Əslində orda olmağımızın məqsədi qohumları, doğmaları, dostları, Vətənigörmək idisə də, həm də istirahət etmək idi. Bu da öz növbəsində təbiidir, deyədüşünürəm. Axı bizim də ildə bir dəfəistirahət etmək haqqımız, məzuniyyyətimiz olur və həm də istirahət etmək bütünavropalılar kimi bizim də haqqımızdır. Nədən "avropalılar” deyə yazdım? Axıistirahət etmək hər bir insanın haqqıdır. Bunu bilə-bilə "avropalılar” yazmağımqəribə səslənə bilər, fərqindəyəm. Ona görə belə yazdım ki, nə yazıq ki, məmləkətimizdəhər kəs bu hüququndan istifadə edə bilmir. Səbəb isə çox sadədir, isanlarmövcud şərtlərlə bunu edə bilmirlər və kimsə bunu dana bilməz. Sonrakı sətirlərdəfikirlərimi əsaslandırmağa çalışacam.

Vətənə çatdığımızın ilk günlərindənqeydiyyat qayğısı ilə üz-üzə idik. Siz dəyərlioxuculara xatırlatmaq istəyirəm ki, ölkəmizəgələn əcnəbilər on gün müddətində yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər.Əks halda hər adama 300 manat cərimə ödəməliolacaqsan, yaxud bir il müddətində ölkəyə daxil olmağa qadağa qoyulacaq. Biz də Vətənimizə Niderland Krallığınınpaspotu ilə daxil olduğumuzdan qaydalaraəməl etməli idik və etdik də. Bu isə bir gün (azından yarım gün) vaxt itkisidemək idi. "Qeydiyyatı internet üzərindəndə etmək mümkündür” – deyəcək oxuculara bildirmək istəyirəm ki, bunu bilirəm. Ancaq təcrübəmdən çıxış edərəkqeyd etmək istəyirəm ki, proses o qədər qəlizdir ki, ən yaxşısı elə gedib gərəkənyerdə qeydiyyatdan keçməkdir və biz də belə etdik. Xülasə, ölkəmizdə on gündən artıq qalacaq hərbir xarici vətəndaşın, turistin bir günüdə belə gedir.

Ataevimiz Bakının Kürdəxanı kəndindədir və Bakını tanıyan bütün oxucularbilirlər ki, bu kənd dənizə yaxın məsafədədir. Məhz buna görə də imkan düşdükcədənizə getməyə çalışırdıq. Xəzər digər dənizlərdən, mənim gördüyüm dənizlərdənçox fərqlənir və əlbətdə ki, mənim düşüncəmə görə. Mən Xəzərin sahilindəsakitlik tapıram. Əslində "tapırdım” yazacaqdım, ona görə ki, Xəzərin sahilindədincəlmək əvvəlki vaxtlarda olduğu kimi asan və zövq verici deyil. Tanrınınbizlərə bəxş etdiyi Xəzəri yenə də Tanrının bizlərə bəxş etdiyi bəzi bəlalarqala divarları ilə hasarlayıblar. Giriş qiyməti isə müxtəlif çimərliklərdə fərqlidir; bir manatdan başlayaraq on manatakimi yüksəlir (mən on manatlıq yerdə olmadım, deyilənlərə əsaslanaraq yazdım) vəəlbətdə ki, adambaşına. Bu qiymətləryalnız giriş qiymətləridir; sahildə oturacaq istəsən əlin cibində olsun, çardaqistəsən onun kimi və.s. İndi bir çox sadəazərbaycanlıya Xəzər sahilində dincəlmək orta səviyyədə yaşayan bir azərbaycanlının Kanar adalarında dincəlməkarzusu kimi əlçatmazdır. Bu cürinsanlar yay mövsümü ərzində çimərliyəbir – iki dəfə gedə bilsələr papaqlarını göyə atarlar. Deyə bilərsiniz ki, pulluolmayan çimərliklər də var. Bəli, insafən desək var. Ancaq həmən çimərliklərdəsahildən dənizə gedib dənizdə üzmək üçünilk növbədə sahildəki zibillikdən "üzüb” keçməlisən. Hə, bax burda kimsənideyil, özümüzü günahlandırmayıq. Çünkiqarpızı yeyib qabığını yerə atan bizlərik, hansısa məmur deyil. Arağıiçib boş şüşəni yerə atan da bizlərik, hansısa məmur yox və siyahını uzatmaq daolar. O da danılmaz həqiqətdir ki, bir şeyi tənqid etmədən öncə bir də özümüzəbaxmalıyıq. Bu gün çoxlarımızın tənqid etdiklərimiz, elə Xəzəri hasarlayanlarda bizdəndirlər, nə amerikalıdırlar, nə də avropalı.Afrikalı isə heç deyillər…

Pirşağı tərəfdə Qızıl Qum deyilən bir yervar və mən də günlərin birində bir dəordakı çimərliyə getməyə qərar verdim.Böyük bir ərazi göz işlədikcə hasara alınıb və hasarların arxaları dabir qayda olaraq restoranlardır. Etirafedim ki, mən də bir neçə dəfə həmən restoranların müştərisi olmuşam, xidmət səviyyəsiaşağı, qiymətlər yüksək olsa da. Mən Vətənimizdə turist idim və yuxarıda da qeydetdiyim kimi, həm də dincəlməyə gəlmişdim. Dincəlməyə gələn isə əlini cibinətez-tez salmalıdır, deyə düşünürəm. Birdəfə isə hasar olmayan yerə getməyə qərar verdim, müşahidə aparmaq üçün. Eləyenicə çardağın ("besedka”) altında oturmuşdum ki, bir cavan oğlan yaxınlaşdıki, bəs müəllim, 5 manat verəcəksən. Niyəsini soruşanda, "bura bizimdir” –dedi. "Sənədin-filanın varmı?”-soruşdum.Olmadığını dedi və o zaman mən də dedim ki, bu məntiqlə mən də buranın mənim olduğunu iddia edə bilərəm; nə sənin sənədin var, nə də mənim.Gördüm ki, məsələ qəlızləşir soruşdum ki, a bala, kimsən, hardansan? "Şuşalıyam” – dedi. "Cavan oğlan, ermənilərŞuşada at oynadır, İsa bulağında kef edir, Cıdır düzündə at qovurlar, dinmirik.Özümüzünkü çardağın altında 5 dəqiqə oturan kimi səsimizi çıxardırıq”- deyibcavab gözləmədən uzaqlaşdım ordan, sol tərəfimdə kəskin bir ağrı ilə.

Bu yazını yazanda belə həmən ağrı yenidənbaşladı məndə. Odur ki, ikinci yazıma da burda nöqtə qoyuram. Üçüncü yazımırayonlarımızdakı istirahətimizdən yazacam. Yenə də yazmaq məndən, istəsənizoxumaq da sizdən.

VüqarAbbasov.

Niderland-Azərbaycan-Niderland.


TƏQVİM / ARXİV