adalet.az header logo
  • Bakı 11°C
22 Iyul 2016 16:20
245356
MODA
A- A+

Bu da dünyanın ən yaraşıqlı kişisi

Dünyanın ən arzulanan kişisi seçilib. Böyük Britaniyanın Soutport şəhərində keçirilən Mister World 2016 gözəllik müsabiqəsində güclü cinsin ən yaraşıqlısı müəyyənləşib. Bu, 27 yaşlı hind aktyoru Rohit Kandelvaldır.

Əslən Heydərabad şəhərindən olan bu aktyorun fotoqrafı deyir ki, o, əyalətdən təzə gələndə adi oğlan idi. Onu ancaq epizodik rollarda çəkirdilər. Sonra qarşısına məqsəd qoydu, davamlı idman məşqləri və bir neçə estetik əməliyyatlarla nəhayət arzusuna çatdı. Əvvəlcə Hindistanın ən yaraşıqlı kişisi seçildi, sonra dünyanı gözəlliyi ilə fəth etdi.