adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyul 2021 17:19
35537
SAĞLAMLIQ
A- A+

Limonun daha bir neçə faydası: "Paxmel” vəziyyəti aradan qaldırır

Limonun indiyədək çox faydasının olduğunu bilirik.  Hətta bu haqda yazı hazırlamışıq: Dərini parlaqlaşdırır, anseptik xüsusiyyəti var, həşəratları uzaqlaşdırır, məişət təmizləyicisi kimi istifadə olunur, çaya, yeməyə dad verir və s. Amma hər bir evin "sakin”i olan limonun daha bir xüsusiyyəti onu insanın universal köməkçisinə çevirir. Daha doğrusu, bir neçə faydanı birləşdirib insanı həm maddi cəhətdən irəli salır, həm də həyatını rahatlaşdırır. Necə?

Adalet. az xəbər verir ki, bu dəfə limonun bir başqa tərəflərin də sevimli oxucularımıza bildirməyi özümüzə borc bilirik.

Bir limonu dörd yerə bölüb yataq otağında çarpayının yanına qoyun (otaq çox böyükdürsə, 2 limon götürün). Limon bütün gecəni sizinlə birlikdə "keçir”məlidir. Bunu hər axşam təkrarlayın. Əvəzində sizə nə verəcək?

* Otağın havasını təravətli saxlayacaq. Hətta bağlı qapı-pəncərəli otaqda belə hava boğulmayacaq, limon ətri digər pis qoxuları üstələyəcək.

* Sizə yatarkən daha yaxşı nəfəs almağa kömək edəcək. Xüsusən də astma və qrip xəstələri üçün əvəzolunmazdır.

* Beyni yuxudaykən belə aydınlandırıb, təmizləyir.

* Yorğunluğu, əsasən də içki süstlüyünü, yəni "paxmel” vəziyyəti aradan qaldırır.  

* Daha gümrah oyanmağınıza kömək edir.    

Qeyd edək ki, limonu Azərbaycana lap qədim zamanlardan gətirməyə başlayıblar. Bütün sitrus meyvələri kimi, o da yalnız Lənkəran və Astara rayonlarında yetişdirilir.
Ölkəmizə sonradan gətirilsə də, limonun faydalı olduğu dərhal başa düşülüb. Möhkəm qabığı onu hər fəsildə saxlamağa imkan verir. Qabıq həm də limonun tərkibindəki vitaminlərin uzun müddət saxlanılması üçün sipər rolu oynayır.
XI əsrdə İbn Sina ürək xəstəliyinin müalicəsində limonun əvəzsiz dərman olduğunu yazırdı. O, limonu hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş xəstələrə yeməkdə istifadə etməyi məsləhət görürdü.

 Əntiqə Rəşid