02 Iyul 2025 13:27
169
DÜNYA

Zaxarova: "Rusiya ilə Azərbaycanın münasibətlərini pozmaq istəyən qüvvələr var"

Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya və Azərbaycan arasında dostluq əlaqələri bizim üçün mühüm əhəmiyyət daşıyır. 

Zaxarova  "Sputnik" radiosuna müsahibəsində bəyan edib ki, Moskva və Bakı arasında münasibətlərin gərginləşməsindən  istifadə edib "əllərini qızışdırmaq istəyən" qüvvələr var. "Ehtiyatlı olsunlar ki, əlləri yanmasın. Çünki, hesab edirəm ki, xalqlarımız  arasında  dostluq  çox mühüm əhəmiyyət daşıyır".

 Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsinin fikirincə, tərəflər arasında münasibətləri pozmaq istəyən qüvvələr "nə etdiklərini yaxşı düşünməlidirlər".

 Rüstəm Hacıyev