Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular -FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Adalet.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi.
Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.
Digər Xəbərlər

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib

45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

Bakı-Qəbələ-Bakı qatarının qrafiki yenilənir

Baş nazir bu institutun adını dəyişdirdi

“İşğaldan azad edilən ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”
