Yastığın yuxuya təsiri
Yuxunun keyfiyyəti seçilən yastığın hündürlüyündən birbaşa asılıdır.
Adalet.az xəbər verir ki, düzgün yastıq seçmək üçün ilk növbədə insanın hansı pozada yatdığı nəzərə alınmalıdır. Mütəxəssislər bildirir ki, yan üstə yatmağa üstünlük verənlər üçün daha hündür yastıq tövsiyə olunur. Uyğun hündürlüyü müəyyən etmək üçün boyundan çiyinin sonuna qədər olan məsafə yan vəziyyətdə ölçülməlidir.
Arxası üstə yatanlar üçün boynun təbii əyriliyini dəstəkləyən, təxminən 8-10 santimetr hündürlüyündə yastıq uyğun sayılır. Üzüstə yatmaq istəyənlərə isə mümkün qədər alçaq yastıq seçmək məsləhət görülür.
Mütəxəssislərin sözlərinə görə, yastığın yanlış hündürlükdə olması bel və boyun əzələlərində davamlı gərginlik yaradır, yorğunluq hissi, narahatlıq və baş ağrılarına səbəb ola bilər.
Digər Xəbərlər
05 Iyun 2026 18:10
Bu populyar bitki sən demə ilanları evə cəlb edirmiş
05 Iyun 2026 18:04
“Azərsun Holdinq” beynəlxalq ətraf mühit tədbirini dəstəkləyib
04 Iyun 2026 11:40
Ölkəmizdə "neandertal" qalığı tapılıb
02 Iyun 2026 09:52
Bu buzlaq 6 ölkəni su altında qoya bilər
02 Iyun 2026 09:45
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi - VİDEO
01 Iyun 2026 15:49
“Azərsun Holdinq” uşaqlar günü münasibətilə silsilə tədbirlər keçirib - FOTOLAR
30 May 2026 07:51
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
27 May 2026 08:05


Bakı -°C

